İdeal qaz qanunları,Boyl-Mariot,Gey-Lüssak,Şarl qanunları Cəfərova Səlminaz Taleh qızı p L a n



Yüklə 32,98 Kb.
tarix09.06.2023
ölçüsü32,98 Kb.
#127901
İdeal qaz qanunları


İdeal qaz qanunları,Boyl-Mariot,Gey-Lüssak,Şarl qanunları


Cəfərova Səlminaz Taleh qızı


P L A N
1.Boyl-Mariot qanunu
2.Gey-Lüssak qanunu
3.İdeal qazın hal tənliyi

Boyl-Mariot qanunu
1662 – ci ildə Robert Boyl özünün qazlarının sıxılmasına həsr olunmuş işində göstərdi ki, sabit temperaturda sabit kütləli hər hansı qazın V həcmi onun P təzyiqi ilə tərs mütənasibdir :



Sonrakı illərdə aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, heç də istənilən şəraitdə qazlar Boyl qanununa tabe olmur. Lakin sıxlıqları az olan bütün qazlar bu qanuna nisbətən yaxşı tabe olurlar.







Gey-Lüssak qanunu
1787 – ci ildə Şarl sabit təzyiqdə qazların genişlənməsini tədqiq edərkən müəyyən etdi ki, bu zaman həcm xətti olaraq artır. Əgər qrafiki uzatsaq onda görərik ki, o, temperatur oxu ilə -273,15° C nöqtəsində kəsişir. Analoji ölçmələr digər qazlar üçün də aparılarsa yenə eyni nəticə alınacaqdır. Belə güman etmək olar ki, temperatur -273,15° C olduqda bütün qazlarda V = 0 olacaq. Əslində isə, qazlar göstərilən temperatura çatmamışdan xeyli əvvəl sıxılır və ya genişlənir.





 -273,15° C temperaturu yeni təklif olunan Kelvin temperatur şkalası üzrə 0 qəbul edildi. Bu temperatura həm də mütləq sıfır temperaturu deyilir. Əgər şəkildə təsvir olunan düz xətt Kelvin şkalası üzrə sıfıra doğru meyllənirsə, onda bu düz xəttin tənliyi aşağıdakı kimi olacaqdır :
V = kT
Burada, T – temperaturk – sabitdir. Bu tənlik Şarl qanununun riyazi ifadə formasıdır. Başqa sözlə:
Sabit təzyiqdə, verilmiş kütləli qazın həcmi onun temperaturu (Kelvin ilə ifadə olunmuş) ilə düz mütənasibdir.” Qeyd edək ki, bu qanun 1787 – ci ildə Şarl tərəfindən formalaşdırılmış, 1802 – ci ildə isə Gey-Lyüssak tərəfindən dəqiqləşdirilmişdir.
Əslində, qazlar heç də bütün temperaturlarda Şarl qanununa tabe olmur. Boyl və Şarl qanunlarına tabe olan qazlara ideal qazlar deyilir.


İdeal qazın hal tənliyi
Boyl (PV = const) və Şarl (V/T = const) qanunlarını ümumiləşdirdikdə, PV / T = const alınır. Bu tənlik əksər hallarda aşağıdakı kimi ifadə olunur :

Bu tənliyə ideal qazın hal tənliyi deyilir. Real qazların davranışı bütün təzyiq və temperaturlarda ideallıqdan fərqlənir. Hal tənliyi təzyiq və temperaturun dəyişməsi zamanı həcmin dəyişməsini hesablamağa imkan verir. Yəni, verilmiş kütləli qazın T1 temperaturda və P1 təzyiqdə V1 həcmə malik olduğunu bilərək, T2 temperaturda və P2 təzyiqdəki V2 həcmini tapmaq mümkündür.
Qazların həcmini adətən 0° C temperaturda və 1 atm. təzyiqdə (buna standart temperatur və təzyiq deyilir) müqayisə edirlər. Bəzən isə müqayisə otaq temperaturunda (20° C) və 1 atm. təzyiqdə də aparıla bilər. Təzyiqin BS – də vahidi N/m² – dır. Bu vahid Paskal (Pa) adlanır.
Qeyd edək ki, ideal qazın hal tənliyində temperatur Kelvinlə ifadə olunmalıdır.
Avoqadro qanununa əsasən, bütün qazların 1 molu eyni həcmi tutur. Deməli, standart şəraitdə PV / T ifadəsinin qiyməti istənilən qaz üçün eynidir. Bu qiymətə - universal qaz sabiti deyilir və R ilə işarə olunur. Yəni :


və ya


Buradan, əgər V = VM (VM – molyar həcm) olarsa, onda ideal qazın hal tənliyi :



Standart şəraitdə 1 mol qaz üçün universal qaz sabitinin qiyməti :





Ədəbiyyat


https://www.kimyachi.com/ideal-qaz-qanunlari
Yüklə 32,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin