İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında


xxxi   3. Agentliyin, habelə TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir; xxxii



Yüklə 468,31 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix15.04.2022
ölçüsü468,31 Kb.
#55520
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
 xxxi

 

3. Agentliyin, habelə TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;



xxxii

 



4. Agentliyin xərclər smetasını təsdiq edir

4.5.11-1.  Agentliyin  əldə  etdiyi  vəsait  (dövlət  büdcəsindən,  habelə  İcbari  Tibbi  Sığorta 

Fondundan başqa dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə 

əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;

 xxxiii

 

4.5.11-2.  Agentliyin  daxili  audit  bölməsinin  fəaliyyətinə  nəzarət  edir  və  fəaliyyətinə  dair 

hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; 

4.5.12. Agentliyin illik maliyyə hesabatlarını tərtib edir

4.5.13.  Azərbaycan  Respublikası  Prezidentinin  razılığı  ilə  Agentliyin  xalis 

aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), 



və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin 

bağlanması haqqında qərar qəbul edir;

 xxxiv

 

4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən 



əqdin bağlanması haqqında qərar qəbul edir

4.5.15.  Agentliyin  fəaliyyətinə  dair  illik  iş  planlarını,  onların  yerinə  yetirilməsi 

haqqında hesabatları təsdiq edir; 

4.5.16. Agentliyin sığorta ehtiyat fondlarının formalaşdırılması və bu ehtiyatlardan 

istifadə qaydasını müəyyən edir

4.5.17.  icbari  tibbi  sığorta  haqlarının  məbləğinin  və  bu  haqların  ödənilmə 

qaydasının müəyyən edilməsinə dair təkliflər verir; 

4.5.18. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir; 

4.5.19. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair 

tədbirlər görür; 



4.5.20.  bu  Nizamnamənin  3.1.1-ci  və  3.2.1-ci  yarımbəndlərində  nəzərdə  tutulmuş 

məsələlərin həlli üçün tədbirlər görür;

 xxxv

 

4.5.21. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə 

qərar verir. 

4.6.  İdarə  Heyətinin  iclasları  ayda  bir  dəfədən  az  olmayaraq  çağırılır.  İdarə 

Heyətinin  iclaslarının  keçirilməsi  təşəbbüsü  ilə  İdarə  Heyətinin  üzvü  çıxış  edir.  İdarə 

Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 

İdarə  Heyətinin  iclasları  müvafiq  qaydada  protokollaşdırılır  və  müzakirə  edilmiş 

məsələlər  üzrə  qərarlar  qəbul  edilir.  İdarə  Heyətinin  iclasında  hər  üzv  bir  səsə  malik 

olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə 

Heyəti  sədrinin  (və  ya  onu  əvəz  edən  İdarə  Heyətinin  digər  üzvünün)  səsi  həlledici 

sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. 

4.6-1.  İdarə  Heyətinin  üzvlərinə  iclasın  keçiriləcəyi  yer  və  vaxt,  habelə  gündəliyə  daxil 

edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş  günü qalmış,  zəruri  sənədlər əlavə  edilməklə yazılı 

məlumat verilir.

 xxxvi

 

4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ 

çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin 

müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. 



4.6-3.  Gündəliyə  daxil  edilməmiş  və  ya  tələb  olunan  aidiyyəti  sənədləri  iclasdan  qabaq 

təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, 

qərar qəbul edilə bilməz. 

4.7. İdarə Heyətinin sədri: 

4.7.1. Agentliyin cari fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

 xxxvii

 

4.7.2.  İdarə  Heyətinin  fəaliyyətini  təşkil  edir,  iclaslarının  gündəliyini 



müəyyənləşdirir və iclaslarına sədrlik edir; 

4.7.3.  öz  təşəbbüsü  və  ya  İdarə  Heyətinin  digər  üzvünün  təşəbbüsü  ilə  İdarə 

Heyətinin iclaslarını çağırır; 

4.7.4.  öz  təşəbbüsü  ilə,  habelə  İdarə  Heyətinin  hər  hansı  digər  üzvünün  xahişi 

əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir

4.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil 

edir, yoxlayır və buna nəzarəti həyata keçirir; 

4.7.6. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam 

və əmrlər verir; 

4.7.7.  Agentliyin  əmlakından  bu  Nizamnamədə  nəzərdə  tutulmuş  məqsədlərə 

uyğun istifadə olunmasına nəzarət edir

4.7.8. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir; 



4.7.8-1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə 

bağlı  bir  sıra  tədbirlər  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2018-ci  il  20  dekabr 

tarixli  418  nömrəli  Fərmanının  3.6-cı  bəndi  nəzərə  alınmaqla,  müəyyən  edilmiş  struktur, 

əməkhaqqı  fondu  və  işçilərin  say  həddi  daxilində  Agentliyin  Aparatının  və  digər  struktur 

bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;


Yüklə 468,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin