I mövzu: Kursun predmeti, məzmunu və vəzifələri



Yüklə 457,5 Kb.
səhifə9/22
tarix02.01.2022
ölçüsü457,5 Kb.
#41253
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
marketinq fennindün mühazireler - копия (2) - копия - копия

4. Tədqiqat metodları.

Marketinq tədqiqatlarının keçirilməsi üçün iki cür məlumatdan istifadə olunur:



  1. Birinci əldən məlumatlar( ilkin məlumatlar)

  2. İkinci əldən məlumatlar (təkrar məlumatlar)

Marketinq xadimləri tətqiq olunacaq problemin xüsusiyyətlərinə və əldəki maliyyə imkanlarına görə bu informasiya mənbələrinin birindən və ya hər ikisindən istifadə edərək lazımi informasiyaları əldə edə bilirlər.

Marketinq tətqiqatlarında birinci əldən məlumat toplama metodları aşağıdakılardır:



Anket metodu – marketinq tədqiqatlarını keçirmək məqsədi ilə ən çox anket sorğu metodundan istifadə olunur. Bu metodda tədqiq ediləcək qrupa müxtəlif yazılı və ya şifahi suallar verilərək cavabları qeyd olunur və bu yolla müyyən bir problemin hellinə çalışılır. Anket standart və qeyri standart növlərə ayrılır.

Standart anketlərdə bütün respondentlərə eyni suallar verilir. Bu cür xəbərləşmədə sualların fərqli şəkildə ifadə edilməsindən yarana biləcək yalnış qavramaların və digər mənfi təsirlərin qarşısını almaq mümkündür. Bu anketlər vasitəsi ilə əldə edilən informasiyanında təhlili nisbətən asandır.

Standart olmayan anketlərdə isə anketçilər qabaqcadan müəyyənləşdirilmiş suallaarı müsahibənin axarına görə uyğun gördüyü formada soruşurlar. Anketçi bu cür anketdən istifadə edərkən tətqiqat obyekti haqqında ətraflı informasiya toplaya bilir.

Anket sorğusunun keçirilmə qaydaları üç qrupa bölünür:



  1. Şəxsi müşahidə yolu ilə keçirilən anket sorğusu

  2. Telefonla müsahibə yolu ilə keçirilən anket sorğusu

  3. Poçt vasitəsi ilə keçrilən anket sorğusu

Müşahidə metodu – digər tətqiqat metodları ilə birlikdə istifadə olunan və anket metoduna nəzərən daha obyektiv olan müşahidə metodunda tətqiqat ediləcək insanlar, obyektlər və hadisələr haqqında informasiyaları müşahidə etməklə toplayırlar. Müşahidə hadisələri izləyib tanımaq və qeyd etməkdən ibarətdir.

Təcrübə metodu – bu metoddan istifadə edərkən tətqiqatçı bu məqsədlə təcrübə aparmaq üçün kütlədən bir nümunə qrupu seçməlidir. Təcrübənin obyektivliyi üçün seçilən bu nümunə qrupunun kütləni təmsil edə bilmə qabiliyyəti olmalıdır.

Marketinq tətqiqatlarında informasiyanın təhlili və istifadəsi.

Marketinq tətqiqatlarının son mərhələsi topladığı informasiyanı təhlil edərək, raportu yazmaqdan ibarətdir.

Tətqiqatçılar tətqiqat nəticəsində iki tip informasiya toplaya bilirlər:


  1. Kəmiyyət bildirən informasiyalar

  2. Keyfiyyət bildirən informasiyalar

Kəmiyyət bildirən informasiyalarda hadisələr rəqəmlərlə ifadə olunur.

Keyfiyyət ifadə edən informasiyalarda isə insanların düşüncələrini, davranışlarını və bunların səbələrini göstərir.

Tətqiqatçı informasiyanı keyfiyyət etibarı ilə təhlil edir, düzəlişlər edir (lazımdırsa), onalrı sistemləşdirir və sonda isə nəticələr respondentərə , istifadəçilərə təqdim olunur.


Yüklə 457,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin