I mövzu: Kursun predmeti, məzmunu və vəzifələri


Marketinq tədqiqatlarının mahiyyəti və marketinq tətqiqatları prosesi



Yüklə 457,5 Kb.
səhifə6/22
tarix02.01.2022
ölçüsü457,5 Kb.
#41253
1   2   3   4   5   6   7   8   9   ...   22
marketinq fennindün mühazireler - копия (2) - копия - копия

1. Marketinq tədqiqatlarının mahiyyəti və marketinq tətqiqatları prosesi.

Marketinq tədqiqatları firmanın “ Marketinq kompleksi fəaliyyətlərini icra edərkən qarşılaşdığı problemlərə dair informasiyaları sistemli və obyektiv olaraq toplamaq və bunları təhlil edərək hesabatı hazırlamaqdır”.

Bu tərifdən çıxan nəticəyə görə :

1. Marketinq tədqiqatlarında informasiyalar sistemli olaraq toplanmalı və təhlil edilməlidir. Bunun üçün isə tətqiqatın bütün sahələrini və mərhələlərini əhatə edəcək bir plan diqqətlə hazırlanmalıdır. Ayrıca problemin tətqiqi və həlli üçün kifayət edəcək miqdarda və keyfiyyətdə informasiyaları əldə etmək məqsədi ilə ən əlverişli yollardan və metodlardan istifadə olunmalıdır.

2. Marketinq tədqiqatları obyektiv keçrilməlidir. Tətqiqat prosesinin bütün mərhələlərində informasiyaları toplayıb təhlil edərkən obyektivlik şərti közlənilməlidir.

Marketinq tədqiqatları aşağıdakı mərhələləri özündə birləşdir:



  1. Problemlərin aşkar edilməsi və tədqiqat məqsədlərinin istifadə olunması.

  2. Informasiya mənbələrinin seçilməsi.

  3. Informasiyaların toplanması.

  4. Toplanmış informasiyaların təhlili.

  5. Raportun (nəticə) yazılması və təqdim edilməsi.

Marketinq tədqiqatları aparmaqda firmanın əsas məqsədi obyektiv və əhatəli informasiya toplamaqla problemin həlli üçün veriləcək qərarlarda yanılma ehtimalını minimuma endirməkdir. Bu məqsədlə marketinq xadimi bu dörd şərtə əməl etməlidir :

  1. Tədqiqatın vaxtını düzgün seçməlidir.

  2. Tədqiqatın keçrilməsi üçün kifayət qədər vəsait ayırmalıdır.

  3. Tədqiqatı apara bilən və toplanmış informasiyanı təhlil edə bilən bacarıqlı tətqiqatçılar seçməli və yetişdirməlidir.

  4. Tədqiqat obyekti üçün obyektiv informasiyalar toplamalı və təhlil etməlidir.


Yüklə 457,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin