I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə7/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   2   3   4   5   6   7   8   9   10   ...   15
referat 652 (1)

Potsdam epoxası 1945-ci ildə başlandı.Potsdam müqavilələri sistemi Almaniya və onun müttəfiqləri üzərində qələbədən sonra Avropada qüvvələr nisbətini, yeni sərhədləri, qüvvələrin yeni yerləşdirilmə formalarını müəyyən etdi.Əslində, Potsdamda təsdiq edildi ki, dünya çoxqütblülükdən ikiqütblü formaya keçdi: kontinental qüvvəni təmsil edən SSRİ və onun müttəfiqləri və başlıca olaraq dəniz gücünü təmsil edən ABŞ və onun müttəfiqləri.
Elə bu qütblərin qarşıdurması Potsdam epoxasının mahiyyətini təşkil etmiş oldu.Bu qarşıdurmanın xarakterik cəhəti ondan ibarət idi ki, “soyuq” və nüvə müharibələrinin sərhəddi şəraitində aparılırdı.Aviasiyanın inkişafı, raket texnkasının yaradılması, kosmik, lazer və digər növ silahların kəşfi hava və kosmik məkanların rolunu köklü surətdə dəyişdirmiş oldu.
Lakin SSRİ elmi-texniki inqilabın nailiyyətlərinə qarşı az həssaslıq nümayiş etdirdi, SSRİ siyasi liderləri isə ölkənin texnoloji modernizasiyasına ehtiyac duymadılar.Potsdam dünya düzəni 1992-ci ildə SSRİ parçalandıqdan sonra dağıldı.
Belovejsk epoxası yeni burjua dövlətlərinin yaranması ilə xarakterizə olunur: Əvvəlcə məxməri və güc inqilabları yolu ilə SSRİ ətrafında, sonra isə Rusiyada.(1).Yeni dünya sahibləri yeni dünya düzəni formalaşdırır, Versal sisteminə istinadən Rusiyaya “günəş altında ” yer verilməsinin əleyhinə çıxırlar.Bu sistemin isə Çinə, Hindistana və islam dünyasına qarşı çıxacağı da
gizli deyildi.

(1)Зюганов Г. География победы – М., 1998.
Geosiyasətin əsas qanunları

Cəmiyyət və təbiət haqqında olan digər elmlər kimi geosiyasət də sosial-iqtisadi, coğrafi, siyasi, hərbi və digər sistemlərin yaranma, fəaliyyət və inkişaf qanunauyğunluqlarını öyrənir.Tədqiqatçıların fikrincə, geosiyasətin əsas qanunu fundamental dualizm qanunudur.Bu qanun özünü planetin geosiyasi düzənində və sivilizasiyaların tarixi tiplologiyasında göstərir.Qərb alimləri Çellen və Mexenin, Makinder və Haushoferin, rus tədqiqatçıları Danilevski, Semenov-Tyan-Şanski və başqalarının fikrincə, bu dualizm quru(tellurokratiya) və dəniz(talassokratiya) qarşıdurmasında əks olunur.


Geosiyasət banilərinin, xüsusilə Alfred Tayer Mexen və Helford Makinderin fikrincə bu dualizm özü ilə düşmənçilik toxumları daşıyır ki, bu da əlverişli şərait yaranan kimi iki ünsür arasında barışmaz düşmənçiliyin yaranmasına səbəb olur.
Tellurokratiya üçün dəqiq müəyyən edilmiş sərhədlər, təsdiq edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və hüquqi norma və qanunlar xarakterikdir.Qurunun özünün davamlılığı, möhkəmliyi əxlaq normalarının, qanunların və ənənələrin də davamlığını təmin edir.Əxlaq normaları ictimai fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər məcəlləsi formalaşır.Bu da onunla izah olunur ki, oturaq xalqlara individualizm deyil, kollektivizm hissləri daha yaxındır.Böyük və kiçik qrupların idarə olunmasında ierarxizm əsas prinsipdir.
Talassokratiya , Mexenin fikrincə, sivilizasiyanın yuxarıda göstərilən tipinə tamamilə əksdir.Talassokratiya və ya ticarət sivilizasiyası daha dinamik olması və texniki inkişafa həssasliği, individualizm ruhu ilə xarakterizə olunur.İnsanda və insan qruplarında bu cür xarakterin formalaşmasına səbəb olan dəniz faktoru ekstrimal şəraitdə yaşamağa qabil şəxsiyyət tipi tələb edir.Bu sivilizasiya tipində əxlaqi norma və qanunlar, prinsiplər nisbi xarakter daşıyır.Bu tip tellurokratiyadan fərqli olaraq, əxlaqi və mədəni dəyərləri daha tez dəyişir, yeni kəşflərə, macəralara doğru yönələn sürətli inkişaf yolu tutur.
Yüzillər boyu kontinental sivilizasiyalar olan Sparta, Afina, Roma dənizlər üzərində hakim olsalar da, texnikanın inkişafı ilə(gəmiqayırmanın səviyyəsinin yüksəlməsi, silahlanma, ictimai əmək bölgüsü, ticarət mübadiləsi və s.) obyektiv olaraq dənizin və dəniz sivilizasiyalarının mövqeyi güclənir.Buradan geosiyasətin II qanunu meydana gəlir: bəşəriyyət tarixində məkan faktorunun güclənməsi qanunu. “Dəniz gücünün tarixə təsiri” əsərində Mexen bunu xüsusilə qeyd edir.O göstərir ki, ingilis xalqı öz qüdrətinin formalaşmasında daha çox dənizə borcludur.
Talassokratiyanın inkişafı böyük coğrafi kəşflər dövründən başlayır, XX əsrin sonunda- ingilis kapitalizmi və sənayesinin vahid kompleks kimi formalaşması dövründə özünün ən yüksək zirvəsinə çatır.ABŞ XX əsrin ortalarından etibarən talassokratiyanın aşkar dayağına çevrildi.XX əsrin ortalarında geosiyasi dualizm ən yüksək zivəsinə çatdı.Bu, özünü SSRİ(tellurokratiya) və ABŞ və onun təsir dairələri(talassokratiya) arasında olan qarşıdurmada göstərdi.
Talassokratiya və tellurokratiyanın dualizmi qanununu quru və dənizin sintezi qanunu kimi də adlandırmaq olar.Buradan da sahil zonası” anlayışı meydana gəlir.”Sahil zonası” və ya Rimland talassokratiya və tellurokratiyanın fraqmentidir.Dəniz təsiri “sahil zonasında” quru zonasına nisbətən daha aktiv inkişafa səbəb olduğundan bu zona daha mürəkkəb və mədəni quruluşlu olur.
A.Dugin qeyd edir ki, Rimland bir tərəfdən “ada və gəmi”ni, digər tərəfdən “İmperiya və Ev”i xatırladır.Onun fikrincə, Rimland “müstəqil məntiqə malik, həm talassokratiya, həm də tellurokratiyaya böyük təsir göstərən mürəkkəb reallıqdır1”.Sahil zonası öz iradəsi və taleyi olan tarix subyekti kimi çıxış edir, lakin geosiyasi dualizm çərçivəsində reallaşır.Dəniz imperiyaları sahil zonasına kontinental kütlədən qoparılıb bazaya, hərbi və ticarət məntəqəsinə çevrilə biləcək ərazi kimi baxırlar.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin