I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri


Geosiyasətin obyekti və predmeti



Yüklə 69,42 Kb.
səhifə5/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 652 (1)

Geosiyasətin obyekti və predmeti

“Geosiyasət” termini artıq 100 ildən artıqdır ki, mövcuddur.Uzun müddət elm sahəsi kimi geosiyasətin mahiyyəti, sərhədləri və obyekti haqqında suallar cavabını tapmamışdır.


Geosiyasətin obyekti barədə belə söyləmək olar ki, geosiyasət- dəniz və qurunun, hava və yer qabığının milyon illər boyu qarşıdurması baş verdiyi planetar məkan- quru səthi, su səthi ,hava qatı, yer kürəsidir.Geosiyasətin predmeti qlobal və regional problemlərin həlli zamanı geosiyasi subyektlər arasındakı qarşılıqlı əlaqədir.İlk növbədə, geosiyasətin predmeti planetar məkan üzərində nəzarətdir.Lakin buradan suallar doğur: bu nəzarət hansı yollarla həyata keçirilir?, onun mexanizmi necədir?, hansı faktorlar bu mexanizmdə daha önəmlidir?, bu mexanizmi hərəkətə gətirən subyektlərin rolu nədən ibarətdir? və s.
Qeyd etmək lazımdır ki, bu və ya digər faktorların rolu tarixən dəyişmişdir.Məsələn, hələ iki yüz il bundan əvvəl ön sırada coğrafi, təbii-iqlim, məkan və iqtisadi faktorlar, istehsalçı qüvvələrin inkişaf dərəcəsi və s. olmuşdur.XXI əsrin əvvəllərində biz dünya düzəninin bir modelindən digərinə- qlobal modelə keçidinin şahidi oluruq.Bu dövrdən etibarən geosiyasi vəziyyət daha az davamlılıq kəsb etməyə başladı ki, bunun da əsas səbəbi 150-200 il əvvəl olduğundan sayca daha çox faktorun əhəmiyyətli təsirə malik olmasıdır.
XXI əsrdə hərbi-informasiyon, informasiyon-texnoloji, informasiyon–maliyyə, informasiyon-mədəni və başqa faktorlar ön plana çıxır.Bu, o deməkdir ki, dövlət idarəetməsi, iqtisadi və hərbi idarəetmənin qlobal kompüter sistemlərində istifadə olunan informasiyon-kompüter texnologiyasından asılılığı getdikcə güclənir.
Geosiyasətin predmeti qismində informasiyon müharibələr(“Soyuq müharibə” və ya müasir qaynar müharibələr- İraq, Yuqoslaviya, Əfqanıstan) daha aktiv çıxış edir ki, onlar da əsasən rəqibin informasiyon-psixoloji cəhətdən məğlub edilməsinə, ictimai fikrin formalaşdırılmasına yönəldilir.Beləliklə, geosiyasətin obyektinin nisbətən stabillik kəsb etdiyi halda, onun predmetinin daim dəyişildiyinin şahidi oluruq.
XX əsrin ortalarından etibarən coşğun elmi-texniki inkişaf nəticəsində geosiyasət eliminin elementləri sırasına texniki-iqtisadi prosseslər də əlavə edildi.Yüzilliyin sonlarında bu prosseslərin dünyadakı siyasi vəziyyətə təsiri əhəmiyyətli dərəcədə artdı.Nəticədə, bütün bunlar iqtisadi prosseslərin qloballaşmasına gətirib çıxardı.Bu, özünü təkcə texniki-texnoloji və təşkilati planda göstərmədi.Qloballaşma həm də beynəlxalq ticarətdə, kapital və investisiyaların dövlətlərarası hərəkətində, işçi qüvvəsi və valyutanın yerdəyişməsində, informasiya axınlarının güclənməsində özünü göstərməyə başladı.
Bu və ya digər prosseslər beynəlxalq həyatın bütün sferalarında dəyişikliklərə səbəb oldu.XXI əsrdə isə, iqtisadi faktorlar daha çox təsir gücünə malik olacaq, bütün növ dövlətlərarası və beynəlxalq konfliktlər sırasında iqtisadi konfliktlər ön sırada duracaq.Tamamilə aydındır ki, bu problemlərin həllində hərbi və hərbi-siyasi güc tətbiqindən istifadə olunacaq.Bu da daha çox iqtisadiyyatın inkişaf səviyyəsindən asılıdır.Ona görə də bu gün iqtisadi faktorlar nəzərə alınmadan hər hansı bir geosiyasi vəziyyətin təhlili elmi cəhətdən əsaslandırılmış fikir yürütməyə və siyasi liderlərə ağıllı məsləhətlər verməyə imkan vermir.
İqtisadi prosseslər, elmi-texniki inqilab coğrafi mühitə, ekoloji vəziyyətə və insanlara daha çox təsir etməyə başlayıb.Bütün növ beynəlxalq əlaqələrin qurulmasında iqtisadi maraqlar ön plana çıxır.Nəzərə alsaq ki, planetimizdə baş verən iqtisadi prosseslər yüksək dinamikliyi ilə seçilir, onda deyə bilərik ki, bu faktorlar müasir geosiyi vəziyyətin qeyri-stabilliyini şərtləndirir.
Bundan əlavə geosiyasətə təsir edən və onu tədqiqatları üçün predmet rolunda çıxış edən bir sıra faktorlar mövcuddur:

  1. Elmi-texniki inqilab nəticəsində ən müasir texniki vasitələr meydana gəldi: kütləvi qırğın silahları və onların çatdırılma vasitələri, düşmən silahının aşkar edilməsi və onun məhvi, ordular və onların manevrlərinin idarə edilməsi və s.Hərbi sferadakı müasir vəziyyət geosiyasət atalarının Şimali Atlantika(“xarici aypara” və ya “Heartland”) ölkələrinin möhkəmliyi və davamlılığı haqda fikirlərini şübhə altına alır.

  2. Elmi texniki inqilab elektron rabitə vasitələrinin inkişafında da böyük rol oynadı.Bunun nəticəsində “kommunikativ” dünya birliyi- İnternet şəbəkəsi yaradıldı.Elektorn ünsiyyət vasitəsilə əvvəllər böyük məsafələrlə bir-birində ayrılmış dövlətlər və xalqlar yaxın qonşulara çevriliblər.

  3. Yeni texnika və texnologiyaların işlənib hazırlanması ilə məşğul olan elm sahələri, eləcə də beynəlxalq münasibətlərdə ümumi strategiyanın və geosiyasi vəziyyətin müəyyən edilməsi ilə məşğul olan ictimai-siyasi elmlər yüksək inkişaf tempi almışlar.

  4. Yuxarıdakı faktora uyğun olaraq əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəlməsi.Zərif texnologiyaların praktikada tətbiqi, iqtisadi sferanın və elmin, hərbi işin inkişafı bu keyfiyyətlərdən daha çox asılıdır.

  5. Mədəniyyət səviyyəsi XX əsrin son onilliklərində geosiyasi qüvvələr tarazlığına təsir edən dünya dinlərinə təsir göstərir.

  6. Dövlətin siyasi rejiminin fəaliyyətinin effektivliyi, hakim elitanın təfəkkür və səriştə səviyyəsi, ölkə əhalisinə, cəmiyyətin qanun və qaydalarına hörmətlə yanaşılması da əhəmiyyətli rol oynayır.

Elmi-texniki tərəqqi nəticəsində ayrı-ayrı cöğrafi elementlərin: böyük ərazilərin, okeanların, dənizlərin, dağlar, çaylar, meşələr və çöllərin rolu azalmışdır.Bununla yanaşı, bir çox rabitə növlərinin də əhəmiyyəti azalmışdır:dəmir yolları, dəniz yolları.Lakin boru kəmərləri, avtonəqliyyat və hava daşımalarının rolu daha da artmışdır; elmi potensiala, texnologiya və maliyyəyə malik nisbətən kiçik dövlətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır.
Hazırda geosiyasi və regional problemlərin həlli zamanı hərbi güc tətbiq olunur ki, bunun nəticəsində “lokal müharibələr”(İraq, Yuqoslaviya, Çeçenistan, Qarabağ, Abxaziya) tez-tez baş verir.Gələcəkdə dünya düzəni, xammal mənbələri, satış bazarları uğrunda mübarizə, iqtisadi qarşıdurmalar hərbi gücün daha tez-tez tətbiqini zəruri edəcək.Bunun məntiqi ardıcıllığı olaraq hərbi qüvvələrin keyfiyyətinə olan tələbat da artacaq: hərb qüvvələrin təlimi, texnika ilə təchizatı, idarə edilməsi və s.
Son dövrlər nüvə dövlətlərinin sayının artması bəşəriyyət üçün böyük təhlükəyə çevrilmişdir.
Cənub-şərqi Asiya, cənubi Asiya regionlarında mövcud demoqrafik vəziyyət də geosiyasi qüvvələr tarazlığına böyük təsir göstərir.Bu regionlarda bir çox problemlər (iqtisadi, sosial, hərbi, ekoloji) vardır.

Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin