I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri



Yüklə 69,42 Kb.
səhifə14/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 652 (1)

Niyə Əfqanıstan?!
Niyə məhz Əfqanıstan döyüş meydanı kimi seçildi? Bu ölkədə nə neft var, nə də infrastruktur. Ölkədə dəmiryolunun ümumi uzunluğu 5 km-dir. Əfqanıstan Mərkəzi Asiyanın ən maraqlı müsəlman ölkələrindən biridir. Artıq iki əsrdən çoxdur ki, bu ölkə daxili qarşıdurmalar və müharibələr meydanına çevrilərək, bütün dünyanın diqqətini özünə cəlb edir. Son 20 ildə bu ölkədə müharibələr, daxili çəkişmələr aramsız davam etmiş, ölkə iqtisadiyyatı və infrastrukturu dağıdılmış, əhalinin yaşayış səviyyəsi ən aşağı həddə enmişdir. Əfqanıstanda 30-dan çox dildə danışan millətlər - pustunlar, taciklər, xəzəreylər, özbəklər, caroymaklar, türkmənlər, nuristanlılar, bəluclar, induslar və b. yaşayır. 1747-ci ildə mərkəzləşmiş dövlət yaradıldıqdan sonra ölkə «Xorasan» adlanırdı. İndiki Əfqanıstan adı isə ilk dəfə olaraq İran ilə Böyük Britaniya arasında 1801-ci ildə imzalanmış müqavilədə öz əksini tapır. 1919-cu ildə ölkə müstəqilliyini elan etdikdən sonra indiki əraziləri və indiki adı ilə tanınmışdır. Qeyri-rəsmi statistikaya görə, Əfqanıstanın büdcəsi heç 100 min ABŞ dollarına da çatmır. Gəlirin çox hissəsi isə narkotik bitkilərin əkilməsindən əldə edilir. bütün dünyada istehsal olunan tiryəkin 75 %-i Əfqanıstanın payına düşür («Nezavisimıye voyennıye obozreniya» jurnalı, 2000/26).

Əfqanıstanda baş verən hadisələrə ilk baxışda sadə yanaşmaq olar. Yəni düşünmək olar ki, ABŞ Əfqanıstanı «əl-Qaidə» təşkilatına sığınacaq verdiyinə görə bombaladı. Ancaq əslində, bu ölkədə bas verən proseslər Əfqanıstan sərhədləri çərçvəsinə sığmır və onu aşır. Əfqanıstan məsələsi Avrasiyada və demək dünyada hegemonluq uğrunda qlobal mübarizə zəncirinin bir halqasıdır.

ABŞ-da dəqiq anlayırlar ki, dünya hegemonluğu yolunda yeganə maneə, Avrasiyanın oyanışı və birləşməsi olacaqdır. Hadisəyə operativ müdaxilə üçün Avrasiyanın özünü parçalamaq və hadisələri oradan idarə etmək lazım gəlir. Bu baxımdan 11 sentyabr hadisələrini adi hal kimi qiymətləndirənlər yanılırlar.

Yuxarıdakı sualı bir daha təkrar edək: Qlobal toqquşma meydanı kimi niyə məhz Əfqanıstan seçildi?

Burada ilk səbəb kimi tarixdən gələn prosesləri və Əfqanıstanın etnik durumunu göstərmək olar.

Əfqanıstan adlı ölkə indiki sərhədləri çərçivəsində XIX əsr boyu ingilislər tərəfindən yaradılmışdır. 1801-ci ildə Əfqanıstan indiki ərazilərinin cənub-şərqini və indiki Pakistanın cənub-qərbini əhatə edirdi. Rusiyanın Orta Asiya torpaqlarını ələ keçirməsi və Hindistanı hədəf seçməsi İngiltərəni tədbir görməyə və rusların nəzarət etdiyi torpaqlarla ingilislərin nəzarət etdiyi torpaqlar arasında bufer zona (neytral zona) yaratmağa məcbur edirdi. Belə bufer zonalardan biri Əfqanıstan oldu. 1869-cu ildə ingilislər belə bir təkliflə çıxış etdilər və ruslar bu təklifi qəbul etdilər. 1895-ci ildə Rusiya ilə Əfqanıstan arasında indiki sərhədlər müəyyənləşdirildi. O zamandan bəri bu regionda çox dəyişikliklər baş vermişdir. Britaniyanın müstəmləkəsi olan Hindistan ərazisində iki dövlət - Hindistan və Pakistan yaranmış (1947-ci il), Əfqanıstanda daxili çəkismələr ara verməmişdir. Lakin dəyişməyən bir şey qalır: Əfqanıstan Avrasiyadakı orta-coğrafi mövqeyinə görə bufer rolunu itirməmişdir. Məhz bu ərazilərdən istifadə etməklə Avrasiyanın müxtəlif ərazilərinə təsir etmək mümkündür. ABŞ bunu bilir və qiymətləndirir.

Əfqanıstan əhalisinin etnik tərkibinin də həddən artıq müxtəlif olması həmin ölkədən geosiyasi maraqlar üçün istifadəni asanlaşdırır.

İkinci səbəb kimi radikal islamçılıq, daha doğrusu, vəhhabilik çıxış edir. Bu faktor da ABŞ-ın Əfqanıstana gəlişini asanlaşdıran amillərdən biridir. əslində bir sıra ölkələrdə, xüsusi halda, Əfqanıstanda radikal islamçılığı və vəhhabiliyi təşviq etmək ilk növbədə ABŞ-ın işinə yarayır. Heç kimə sirr deyil ki, talibçiləri Əfqanıstanda hakimiyyətə gətirən ABŞ və Pakistan olmuşdur. Əfqanıstanda uzun illərdən bəri hərbi düşərgələr quran «əl-Qaidə» təşkilatı və onun rəhbərliyinin də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığı haqqında fikirlər mövcuddur. Məlumdur ki, talibcilər 1996-cı ildə Əfqanıstanda hərbi yolla siyasi hakimiyyətə gətirilmişdilər. Həmin dovrdə «əl-Qaidə» təşkilatı və onun lideri Usamə Ben Laden Əfqanıstanda məskunlaşmışdı. Hələ 11 sentyabr hadisəsinə qədər, Keniya və Nigeriyadakı ABŞ səfirliklərində partlayışlar törədilməsi, Səudiyyə Ərəbistanında məskunlaşmış ABŞ hərbi bazasının partladılması «əl-Qaidə» və onun rəhbəri Usamə Ben Ladenin adı ilə əlaqələndirilirdi. O da məlum idi ki, ABŞ-ın Pakistan vasitəsilə hakimiyyətə gətirdiyi talibçilər Əfqanıstanda insanlığa və İslama zidd fəaliyyətlə məşğul idilər. Qərbdə yaxşı bilirdilər ki, Avropa bazarının 80 %-i, ABŞ bazarının 35%-i məhz Əfqanıstan heroini ilə təmin olunur. («HBO», 2000, N 32). Bu faktlar məlum olduğu halda nə üçün Əfqanıstana və «əl-Qaidə»yə qarşı antiterror əməliyyatları məhz 11 sentyabr hadisələrindən sonra başlandı? Rusiya Federasiyası Silahlı Qüvvələrinin yüksəkrütbəli bir zabitinin verdiyi məlumata əsasən, 2000-ci ilin yayından MKİ vəhhabi döyüşçüləri üçün yüksəksəviyyəli kadrların hazırlanması proqramına başlamışdı. «Newsweek» jurnalının yazdığına görə, 11 sentyabr hadisələrində günahkar bilinən 19 terrorcudan 5-i məhz bu proqram çərçivəsində aviasiya təlimləri keçmişdi. Hadisədən bir gün sonra, sentyabrın 12-də Federal Təhqiqatlar Bürosunun Usamə Ben Laden üzrə kuratorunun həlak olması da, bütün bu hadisələrin planlı şəkildə təşkil olunduğu haqqında təsəvvürlərə yol açır.

Burada təbii ki, Pakistan amilini də unutmaq olmaz. 1947-ci ildə müstəqilliyini əldə edən Pakistan üçün əsas beynəlxalq problem Kəşmir uğrunda Hindistanla yaranmış problem olsa da, digər baş ağrısı Əfqanıstan olmuşdu. 1979-cu il sovet işğalına qədər Əfqanıstan Pakistanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırırdı. Bunun əsas səbəbi Pakistanın puştunlar yaşayan qərb ərazilərinə Əfqanıstanın iddialı olması idi. 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması Pakistan üçün göydəndüşmə hədiyyə oldu. Pakistan Asiyada kommunizmlə mübarizə plasdarmına çevrildi və bunun əvəzində 80-ci illər ərzində ABŞ-dan üst-üstə 8 mlrd. dollar həcmində maliyyə vəsaiti aldı. Digər tərəfdən, Pakistan 3 milyon əfqana öz ərazisində sığınacaq verməklə, onlardan gələcək üçün istifadə etməyi planlaşdırırdı. Belə də oldu. Məhz bu qaçqınların içərisindən çıxanlardan taliban hərəkatı yaradıldı və bu, Əfqanıstanı Pakistandan daha da asılı vəziyyətə saldı.

Göstərilən faktlar bu nəticəyə gəlməyə əsas verir: radikal islam və vəhhabilik məsələsinin qəsdən təşviq edilməsində məqsəd, ABŞ-ın qlobal rəqiblərini İslam və terror əli ilə vurmaq, «sözə baxmaz müsəlman ölkələri»ni də İslam faktoru ilə cəzalandırmaq və lazımi xaos yaratmaq, qlobal strategiyanı həyata keçirmək istəyindən ibarətdir.

Döyüş meydanı kimi Əfqanıstanın seçilməsinin üçüncü səbəbi bu ölkənin Avrasiyadakı əlverişli geosiyasi mövqeyi ilə bağlıdır. Bu ölkəyə gəlməklə, Avrasiyadakı bütün vacib proseslərə və bütün həmsərhəd ölkələrə nəzarət etmək mümkündür. ABŞ-ın Əfqanıstanda hərbi və siyasi mövcudluğu, ona güclənməkdə olan Çinə (bu ölkə artıq dünya ÜDM-nın 12%-i verir), nüvə silahına malik Hindistana, anti-amerika mövqeyi tutan İrana, nüvə arsenalına malik, soyuq müharibənin varislərindən biri olan Rusiyaya, zəngin təbii ehtiyatlara malik Orta Asiyaya nəzarət etməyə və nəticədə Avrasiyada Amerika əleyhinə gedən inteqrasiya prosesinə mane olmağa imkan verir. Bütün bunları etmək üçün, yəni Əfqanıstana lazım olan vaxtda gəlmək üçün, burada radikal İslamı, vəhhabiliyi təşviq etmək, sonra zəruri xaos yaratmaq lazım idi. Ancaq indi belə bir xaosa ehtiyac yoxdur. Əfqanıstana nəzarəti əldə edən ABŞ indi burada sabitlik istəyir. Bunun ardınca neft layihələri gəlir.

Orta Asiyaya və Qafqaza nəzarət üçün Qafqazdan keçəcək bir boru xətti kifayət etmir və bu, düzgün siyasət olmazdı. Burada Əfqanıstandan və Pakistandan keçərək, Hind okeanına açılacaq ikinci bir neft kəmərinə ehtiyac meydana çıxır. Bu strategiya ABŞ-ın eyni zamanda həm Orta Asiyaya, həm də Qafqaza nəzarət etməsinə şərait yaradır (Məsələyə məntiqlə yanaşanda Azərbaycanın, Gürcüstanın və Türkiyənin də Əfqanıstanda maraqları üzə çıxır. Bu ölkələr bütün Xəzər neftinin onların ərazilərindən keçməsi üçün, Əfqanıstanda sabitlik yaranmasında maraqlı deyillər). Beləliklə, boru kəməri strategiyası ABŞ-ın regiona uzun müddətə gəlməsinə və böyük bir areala nəzarəti ələ keçirməsinə səbəb olur.

Burada Rusiya və İranın mövqeləri də maraq doğurur. Bu ölkələrin strateqləri, ABŞ-ın Əfqanıstan və boru kəməri strategiyasının hansı məqsədlər daşıdığını yaxşı başa düşürlər. Ona görə də, hər vəchlə buna mane olmağa çalışırlar. Avrasiyada geniş ərazini tutan Rusiyanın mövqeyindən çox şeylər asılı olacaq. O, iki tərəfdən birini seçməlidir: ya atlantizmi, ya da kontinentalizmi.

Antiterror əməliyyatları çərçivəsində Orta Asiya respublikalarına ordu yerləşdirən ABŞ, bu ölkələrdə uzun müddət qalmalı olacaq. O, bura qalmaq üçün gəlmişdir. Bu, İslam radikalizmindən qorxan və təhlükəsizliyinə qarantiya istəyən Özbəkistana, ABŞ-a borclu olan Qırğızıstana və Əfqanıstanın müdaxiləsindən çəkinən Tacikistana da sərf edir.

Dünyada qlobal dəyişikliklərin şahidi oluruq. Bu dəyişiklikləri hamı eyni dərəcədə hiss etməsə də, o baş verir. Qlobal ssenarilər əsasında gedən dəyişikliklərin baş verməsi üçün zəruri xaosa ehtiyac var idi. Xaos - 11 sentyabr hadisələri və Əfqanıstanda antiterror əməliyyatı oldu.


Nəticə

Müasir dövrdə dünyadakı geosiyasi reallıqlar o dərəcədə dəyişikliyə uğramışdır ki, baş verən geosiyasi hadisələrin başqa epoxalarda mövcud olmuş üsullarla təhlili mümkün deyil.Bu mənada, geosiyasət elmi dövlətlərin, regionların, bütovlükdə dünyanın inkişaf prinsipləri və proesseslərini araşdırmaq, onların hansı prinsiplər və qanunauyğunluqlar əsasında fəaliyyət göstərdiyini öyrənmək vəzifəsini daşıyır.


Geosiyasətə, eyni zamanda, müasir dünya birliyinin tərəqqisini, həyat fəaliyyətinin əsas prinsipləri və qanunauyğunluqlarını. Qlobal və strateji istiqamətləri öyrənən elm kimi baxmaq lazımdır.
Geosiyasət elmi hazırda intibah dövrünü keçirir.Misal üçün göstərmək olar ki, əvvəlki dönəmlərdə SSRİ-də “coğrafi faktorların rolunun həddən artıq şişirdilməsinə əsaslanan burjuaziya siyasi fikri istiqaməti” kimi dəyərləndirilən geosiyasət elminə bu gün “siyasi və iqtisadi cəhətdən dərk olunmaz bir çox sivilizasiyon prosseslərin izah olunması və açıqlanması”nın əsas və yeganə yolu kimi nəzərdən keçirilir.Geosiyasi problematika analitik mərkəzlərdə yazılan elmi məqalələrin, xüsusi dərc olunan jurnalların əsas müzakirə obyektidir.Siyasi xadimlər, jurnalistlər, tele və radio şərhçilər siyasi leksikonun bir ünsürünə çevrilmiş “geosiyasət” termininə artıq tez-tez müraciət etməyə başlamışlar.
Geosiyasət elminə olan bu cür maraq və bu cür “dəb” tamamilə başa düşüləndir.Çünki hazırkı dövrdə dünyad baş verən dəyişikliklərin dərk edilməsi, siyasi qərarların qəbulu, məhz geosiyasə vəziyyətin, geosiyasi faktorların öyrənilməsindən sonra mümkündür.Geosiyasi yanaşmanı rəhbər tutmadan müasir dünya siyasətində hər hası düşünülmüş və effektiv addımlardan, bu addımların müsbət nəticələrindən söhbət gedə bilməz.


Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin