İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Sağalmanın mexanizmləri-Müasir təsəvvürlərə görə sağalma 

çox mürəkkəb proses olub, dərin mexanizmlərə malikdir. İnsan bir 

an  müddətində  xəstəlikdən  sağalmır.  Sağalma  patogenez  və  sano-

genez  ilə  sıx  əlaqədardır.  Nə  qədər  ki,  xəstəliyin  patogenezi  bizə 

yaxşı məlum olarsa bir o qədər də sağalmanı sürətləndirmək olar. 

Sanogenez də sağalma olmayıb, onunla sıx əlaqədardır. Başqa 

sözlə  desək  sanogenez  müdafiəyə  uyğunlaşma  reaksiyalarının 

kompleksindən  ibarət  olub,  pozulmuş  funksiyaların  bərpasına  kö-

mək  edir.  Sanogenezin  məfhumu  ilk  dəfə  professor  Pavlenko  tərə-

findən  irəli  sürülmüşdür.  Bu  məsələyə  Ümumittifaq  konfranslar 

həsr edilmişdir ki, onların bəzisində C. H. Təqdisi iştirak etmişdir. 

Sanogenetik  mexanizmlərin  nə  vəziyyətdə  olmasını  praktik 

həkim həmişə  nəzərə  almalıdır. Məsələn,  yaxşı  cərrah  yalnız sano-

genetik  mexanizmlərin  yüksək  səviyyədə  olması  zamanı  cərrahi 

əməliyyat apara bilər. Yaxşı terapevt yalnız sanogenetik mexanizm-

lərin  yüksək  səviyyədə  olduğu  müddətdə  güclü  təsirli  dərmanlar 

təyin  edə  bilər.  Məsələn,  ürək  əzələsində  ehtiyat  enerji  mənbələri 

azdırsa onun fəaliyyətini artıran digitalis  və  başqa güclü  dərmanlar 

ürəyin fəaliyyətini daha tez sarsıda bilər. 

Sağalmanın gedişi orqanizmin müdafiəyə uyğunlaşma reaksi-

yalarından xeyli asılıdır. Bu reaksiyalar üç yerə ayrılır. 



 

44 


1)  Qəza-müdafiə  reaksiyaları-Bunlar  dərhal  patogen  amilin 

təsirindən  sonra  başlayıb,  lakin  qısa  müddətli  olurlar.  Belə 

reaksiyalar bəzən kortəbii xarakter daşıyırlar. Məsələn, beyinin qan 

ilə  təchizi  çətinləşdikdə  qaraciyər  və  başqa  daxili  orqanlarda  olan 

qan, qan dövranında səfərbərliyə alınır. Həyati mərkəzlərin qan ilə 

təchizini  yaxşılaşdırır.  Lakin  qaraciyərin  elə  bu  qısa  müddətdə  qan 

ilə  təchizi  zəiflədikdə,  həmin  kiritik  vəziyyətdən  çıxandan  sonra 

orada degenerativ dəyişikliklər baş verə bilər. 

2) Nisbətən möhkəm və davamlı müdafiə reaksiyaları -Bunlar 

həm yerli və həm də ümumi xarakter daşıya bilirlər. Bu kimi ümumi 

reaksiyalara  orqanizmin  ehtiyat  imkanlarının  səfərbərliyə  alınması, 

funksiyalar  və  maddələr  mübadiləsinin  güclənməsi,  qoruyucu 

ləngimənin əmələ gəlməsi və s. aiddir. Yerli müdafiə reaksiyalarına 

isə faqositoz, qranulasion halqasının  yaranması,  toxuma inkişafı və 

baryerlərin  güclənməsi,  toksinlərin  neytrallaşması,  regenerasiya  və 

s. göstərmək olar. Ayrı-ayrı konkret hallarda bu müdafiə reaksiyala-

rının  bəzisi  üstünlük  təşkil  edir.  Məsələn,  yaralanmada  regenera-

siya, zəhərlənmədə toksinlərin neytrallaşması və s. 

3) Bu reaksiyalara çox möhkəm və uzun müddət, hətta bütün 

ömür boyu bədəndə qalan müdafiə reaksiyaları  aid  edilir. Bu kimi 

müdafiə  reaksiyalarından  ilk  növbədə  əks  cisimciklərin  əmələ 

gəlməsi  aiddir  ki,  onların  nəticəsində  bütün  ömür  boyu  həmin 

xəstəliyə qarşı  yoluxmazlıq yaranır. Konpensator reaksiyalarına isə 

ürək  qüsurlarından  sol  mədəciyin  hipertrofiyasını  göstərmək  olar. 

Elə  orta  dərəcəli  hipertrofiyanın  nəticəsidir  ki,  çox  zaman  ürək 

qüsuru  olan  şəxs  səksən  il  və  daha  çox  yaşasın,  bu  kimi  həyatı 

əhəmiyyəti olan orqanda belə bir nöqsanın olmasını bilməsin. 

Sağalma iki cür ola bilər. Tam və natamam sağalma. Tam sa-



ğalmada xəstəliyin törətdiyi bütün funksional və morfoloji dəyişik-

liklər  aradan  qaldırılır.  İnsanın  sağalmasından  söhbət  getdikdə  isə 

əmək fəaliyyətinin tam bərpa olunması da nəzərə alınmalıdır. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin