İ. A. Axundov


M. S. Abdullayevin əsərlərində



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   2   3   4   5   6   7   8   9   ...   17
Xəstəliyin  öyrənilməsinə  gəldikdə  isə  tibb  elmi  elə  yarandığı 

ilk  günlərdən  bunu  qarşısına  məqsəd  qoymuşdur.  Ona  görə  də  bu 

haqda məlumat çoxdur. Lakin hələ bir çox məsələlər burada da təd-

qiqat  tələb  edir.  Məlum  olduğu  kimi  xəstəliyin  öyrənilməsinə  həsr 

olunan iki məfhum vardır. Patos və nozos. C. H. Təqdisi öz əsərlə-

rində  bunların  fərqini  aydınlaşdıraraq  qeyd  edirdi  ki,  patologiya 

xəstəliyin  donmuş  müəyyən  bir  vəziyyətdə  öyrənilməsi  ilə  məşğul 

olur.  Hərçənd  ki,  patologiyanın  özündə  də  müəyyən  inkişaf  vardır. 

Nozologiya isə xəstəlik haqqında daha geniş bir məfhum olub, onu 

dinamikada  öyrənir.  Beləliklə,  nozologiya  xəstəlik  haqqında  daha 

ətraflı bir elmi sahədir. Bütün bu məsələlər haqqında geniş məlumat 

onun “Ümumi nozologiya” adlı əsərinin əlyazmasında vardır. 

C.  H.  Təqdisinin  bu  əsərində  müəyyən  terminoloji  məsələ-

lərdə  qətiləşdirilir.  Məsələn,  göstərilir  ki,  patoloji  reaksiya  hər  bir 

patogen amilə qarşı orqanizmin cavab reaksiyasıdır. Patoloji proses 

isə struktur və funksional dəyişikliklərin kombinasiyasına deyilir ki, 

bu kombinasiya ilə xəstəliyin xarakteri haqqında fikir söyləmək çox 

zaman  mümkün  olmur.  Hər  bir  xəstəlikdə  çoxlu  patoloji-proseslər 

ola bilər. Patoloji prosesin xəstəliyə keçməsində, kəmiyyət dəyişik-

lərinin  keyfiyyətə  keçməsinə  böyük  yer  verir.  Məsələn,  bir  dənə 

frunkulun  olması  prosesdir,  lakin  frunkulyoz  xəstəlik  sayılır. 

Patoloji  vəziyyət  isə  xəstəliyin  nəticəsində  baş  verib,  uzun  müddət 

davam  edə  bilər.  Əlverişli  şərait  olduqda  isə  patoloji  vəziyyət  pa-

toloji prosesə, sonra xəstəliyə keçməsi mümkündür. 

O,  əsərlərində  xəstəlikdən  əvvəlki  dövrün  öyrənilməsinə 

böyük əhəmiyyət verirdi. Bu dövrdə orqanizmin müdafiəyə uyğun-

laşma  reaksiyaları  zəiflədikdə  xəstəliyin  baş  verməsinə  əlverişli 

şərait yaranır. Ona görə də bu dövrü vaxtında təyin edib, ona qarşı 

lazımi  tədbirlər  gördükdə  çox  zaman  xəstəliyin  qarşısını  almaq 

mümkün olur. Xəstəlikdən əvvəlki və sonrakı dövrlər bir çox xəstə-




 

26 


liklər  də  vardır.  Astmadan  qabaqkı  dövr,  infarktdan  əvvəlki  vəziy-

yət,  şişdən  qabaqkı  dövr,  şokdan  və  stressdən  əvvəl  və  xəstəliklər-

dən sonrakı dövrlərin öyrənilməsi haqqında C. H. Təqdisinin əsərlə-

rində müəyyən məlumatlara rast gəlmək olar. 

Ümumiyyətlə o, tədqiqatlarında patoloji proseslər və xəstəlik-

lərin  dinamikasının  öyrənilməsinə  çox  böyük  yer  verir.  Kəmiyyət-

lərin toplanaraq yeni keyfiyyətə keçməsi burada əsas sayılır. Göstə-

rilir  ki,  insan  birdən-birə  şəkərli  diabet,  hipertoniya  və  s.  xəstəlik-

lərə  xəstələnmir.  İnsan  orqanizmində  müəyyən  amillərin  təsirindən 

tədricən şəkərin miqdarı artmağa başlayır və ya arterial təzyiq yük-

səlir. Bu kimi kəmiyyət  dəyişiklikləri toplanaraq birdən sıçrayış ilə 

yeni  keyfiyyətə  keçir,  yəni  sağlam  insan  xəstələnir.  Elə  xəstəliyin 

özünün gedişində də daima kəmiyyət dəyişiklikləri toplanaraq yeni 

keyfiyyətlərə keçirlər. 

Ümumi nozologiyanın  əlifbasını təşkil edən etiologiya, pato-

genez və müalicənin ümumi məsələlərinin əsas hissələri də     C. H. 

Təqdisinin  tədqiqatlarından  kənarda  qalmırdı.  O  öz  əsərlərində  de-

terminizm  prinsipini  əsas  tutaraq  qeyd  edirdi  ki,  xəstəliyin  əmələ 

gəlməsində  səbəb  mütləq  zəruri,  lakin  kafi  deyil,  yəni  şəraitin  də 

burada müəyyən rolu vardır. Şərait müxtəlif ola bilər, bəziləri xəstə-

liyin əmələ gəlməsini asanlaşdırır. Bununla bərabər xəstəliyin qarşı-

sını alan şərait də az deyildir. 

Səbəb ayrı-ayrılıqda götürülən bir məfhum olmayıb o, həmişə 

mürəkkəb bir prosesdir.  C. H. Təqdisi səbəbin çox fərdi olmasına 

böyük  əhəmiyyət    verərək  yazır  ki,  bir  şəxsə  patogen  olan  səbəb 

başqası üçün neytral və hətta xeyirli də ola bilər. 

Ümumi patogenezi də dərindən təhlil edərək patogenezin baş-

lıca  zəncirini  orqanizmin  müdafiə  və  uyğunlaşma  reaksiyalarında 

görürdü. Onun belə bir maraqlı fikri diqqəti cəlb edir ki, infeksion 

xəstəliklərdə  səbəb  (mikroblar)  orqanizmdə  daima  var.  Şok  və  bir 

sıra  digər  patoloji  proseslərdə  səbəb  (travma)  qısa  müddətli  təsir 

edərək  xəstəliyin  sonrakı  inkişafı  səbəbin  özü  yox,  onun  törətdiyi 

nəticənin  hesabına  olur.  Allergik  xəstəliklərdə  allergenlər  yalnız 

onlara  qarşı  sensibilizasiya  olduğu  halda  xəstəlik  törədə  bilirlər. 




 

27 


Bəzi  zəif  patogen  amillər  (göbələklər)  yalnız  orqanizmin  müqavi-

məti  zəiflədikdə  xəstəlik  əmələ  gətirirlər.  Orqanizmin  müqaviməti 

zəiflədikdə  (cərrahi  əməliyyatdan  sonra)  hətta  bağırsaqların  xeyirli 

mikrobları da patogen təsir göstərə bilərlər. 

Səbəb ilə nəticənin əlaqələsi pozulduqda orqanizmdə qüsurlu 

dövran yaranır. Bu zaman səbəb ilə nəticə yerlərini dəyişərək yeni 

əlavə səbəb və nəticə yaradırlar. Nozologiyanın ümumi məsələlərini 

yaxşı  bilən  həkim  heç  bir  zaman  xəstədə  qüsurlu  dövranların  baş 

verməsinə imkan verməz. 

Müalicənin  ümumi  məsələlərinə  gəldikdə  isə  belə  bir  tarixi 

fakt  diqqəti  cəlb  edir  ki,  hələ  “Avesta”da  dərman  ilə,  bıçaq  ilə  və 

söz  ilə  müalicə  metodları  qeyd  edilmişdir.  Hal-hazırda  müalicənin 

növlərinə gəldikdə etiotrop (səbəbə qarşı), patogenetik, simptomatik 

və bir sıra müalicə növlərinin olmasına işarə edilir. Bunların sırası-

na isə etiotrop müalicənin daha radikal olması göstərilir. 

C.  H.  Təqdisi  öz  əsərlərində  profilaktikanın  iki  növünü  qeyd 

edir.  Birincili  və  ikincili  profilaktika.  Birincili  profilaktikanın  əsas 

məqsədi  patogen  amillərin  orqanizmə  təsirinin  qarşısını  almaqdan 

ibarətdir.  İkincili  profilaktika  isə  xəstəliklərin  resedivlərinə  mane 

olmaq, risk amillərinin qarşısını almaq və s. ibarətdir. 

O, həm də xəstəliklərin təsnifatına böyük yer verirdi. Bu məsə-

ləyə  tarixi  yanaşaraq  Əbu  Nəsr  Fərabinin  ümumiyyətlə  elmlər  haq-

qında  verdiyi  təsnifatı  xüsusi  qeyd  edir.  Xəstəliklərin  təsnifatından 

danışdıqda bu məsələ alimlərin diqqətini çoxdan cəlb etmişdir. Hələ 

lap  qədim  zamanlardan  qızdırma  ilə  gedən  xəstəliklər,  yolxucu 

xəstəliklər  və  orqanların  xəstəlikləri  olması  məlum  idi.  XIX  əsrdə 

mikroskopun  kəşfi  ilə  əlaqədar  xəstəliklərin  amilləri,  mikroblar 

tapıldıqdan  sonra  xəstəliklərin  təsnifatının  əsasında  etioloji  amillər 

götürüldü.  Elə  buradan  da  nozoloji  vahidlər  ortaya  çıxdı.  Lakin 

sonrakı  tədqiqatlar  göstərdi  ki,  amillərin  bədən  də  olması  hələ  xəs-

təlik  demək  deyildir.  Bir  sıra  xəstəliklərdə  səbəb  ilə  bərabər  pato-

genezində  rolu olduqca böyükdür.  Elə  buna  görə  xəstəliklərin təsni-

fatına  yeni  qruplar  əlavə  edilir.  Məsələn,  şoklar,  allergik  xəstəliklər 

və s. hansılarda ki, patogenezin rolu heç də səbəbdən az deyildir. 



 

28 


Hətta  son  zamanlar  bir  başlıca  nişanəyə  görə  xəstəliyin  yeni 

qrupları təyin edilir. Məsələn, kollagen liflərin fibrinoid zədələnməsi 

olan  xəstəliklərə  kollagenozlar  deyirlər.  Lap  son  dövrlərdə  adapta-

siya, mədəniyyət və s. bu kimi xəstəliklərində olması göstərilmişdir. 

C. H. Təqdisi xəstəliklərin təsnifatında polietioloji xəstəliklər 

qrupuna  müəyyən  yer  verirdi.    Belə  xəstəliklərə  şişlər  aid  edilir. 

Məlum  olduğu  kimi  şişlərin  əmələ  gəlməsində  mexaniki  qıcıq, 

fiziki  amillər,  kimyəvi  konserogen  maddələr,  somatik  nəzəriyyə, 

virus  nəzəriyyəsi  və  s.  müəyyən  yer  verilir.  Bunların  nəticəsini 

analiz  edərək  o  göstərir  ki,  bu  amillərin  hamısının  müəyyən  dərə-

cədə şişlərin yaranmasında rolu vardır. Şişin başlanğıcında bu amil-

lərdən  biri  əsas  rol  oynayır.  Sonra  o  biri  amillərdə  işə  qarışa  bilər. 

Elə  ona  görə  də  polietioloji  xəstəliklərin  olmasını  hələlik  mümkün 

hesab  etmək  olar.  Beləliklə,  gələcəkdə  məsələ  daha  dərindən 

öyrənildikdə elə bu xəstəliklərində əsas səbəbi aydınlaşdırılacaqdır. 

Xəstəliklərin  təsnifatının  əhəmiyyətinə  gəldikdə  ilk  növbədə 

göstərmək  lazımdır  ki,  bütün  elmlər  təsnifata  möhtacdırlar.  Tibb 

elmi  üçün  təsnifatın  daha  böyük  əhəmiyyəti  vardır.  Ona  görə  ki, 

xəstəliklərin  sayı  olduqca  çoxdur  və  daima  artır.  Bunların  ümumi 

oxşar cəhətlərinə əsasən müəyyən qruplar təyin edilir və hər qrupun 

xüsusiyyətləri üzərində ayrılıqda dayanılır. 

Lakin  əfsus  ki,  hələ  indiyə  qədər  xəstəliklərin  ümumi  qəbul 

edilmiş  bir  təsnifatı  yoxdur.  Hər  ölkənin  özünəməxsus  xəstəliklər 

təsnifatı mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının da təsnifatı 

vardır.  Lakin  bu  təsnifatların  heç  biri  bütün  xəstəlikləri  əhatə  edə 

bilməyib və praktik tibbin tələbatını tamamilə ödəyə bilmir. Xəstə-

liklərin təsnifatının təkmilləşdirilməsi üzərində çalışmaq zəruridir. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin