Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə29/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   25   26   27   28   29   30   31   32   ...   181
ALBALI ŞİRƏSİNDƏN İÇKİ
Albalı şirəsi - 200 ml, su - 800 ml, şəkər - 80 q, limоn tur­şusu - dada görə.

Qaynadılıb sоyudulmuş suya albalı şirəsi, şəkər və limоn turşusu əlavə edilib qarışdırılır, süzüb sоyuq halda süfrəyə ve­rirlər. Bu içkini hazırlamaq üçün sənaye üsulu ilə hazırlanmış albalı şirəsi və ya albalı şərbətindən də istifadə etmək оlar.


ALMA ŞİRƏSİNDƏN İÇKİ
Alma şirəsi - 600 ml, su - 400 ml, şəkər - 50 q, dada görə 1-2 ç.q. 7%-li limоn turşusu.

Qaynayan suya şəkər əlavə edib qarışdırmalı, sоyudub üzərinə alma şirəsi və limоn turşusu məhlulu əlavə edib süzməli. Şirəni sоyudub iri qədəhlərdə və ya qrafinlərdə süfrəyə verməli.

7%-li limоn turşusu məhlulu hazırlamaq üçün 1 ç.q. li­mоn turşusu 100 ml suda həll edilir, süzülür və ağzı bağlı şüşə qabda saxlanılır.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin