Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə26/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   22   23   24   25   26   27   28   29   ...   181
Südün pasterizasiyası. Süd iki məqsədlə pasterizasiya edilir: bi­rin­cisi, süddə olan müxtəlif xəstəlik törədən mikrobların zərər­sizləşdirilməsi, ikincisi, südün saxlanılma müddətinin artırılması üçün.

Mikrobları məhv etmək üçün sənaye üsulunda südü 63–65°C temperaturda 30 dəqiqə, 74–76°C temperaturda 30 saniyə, 85–87°C temperaturda 5 saniyə pasterizə edirlər. Bəzən südün saxlanıl­ma müddətini 10–30 gün uzatmaq məq­sədilə onu 135–150°C temperaturda 2–4 saniyə sterili­zasiya edirlər.

Ev şəraitində südün pasterizasiyası onun qaynadılmasına əsaslanır. Təzə sağılmış südü qaynayana qədər qızdırmaqla pasterizasiya edir və yalnız bundan sonra onu müxtəlif məq­sədlər üçün istifadə edirlər. Lakin, mağazalardan alınmış pasterizə və ya sterilizə edilmiş südləri əlavə olaraq evdə paste­rizə etməyə ehtiyac yoxdur. Çünki artıq həmin süd, satışa verilməzdən qabaq zavod şəraitində pasterizə edilib butulkalara və ya paketlərə qablaşdırılır. Əgər siz mağa­zadan alınan pasterizə edilmiş süddən qatıq və ya kəsmik hazırlamaq istəsəniz, həmin südü mayalama temperaturuna qədər (38–40°C) qızdırsanız, kifayətdir.

Pasterizasiya və sterilizasiyanın təsirindən süddə askor­bin turşusu (C vitamini) bir qədər azalır. Südü saxladıqda da bu vitamin tədricən azalmağa başlayır. Bəzən zavod şərai­tində satışa buraxılacaq südü C vitamini ilə zənginləşdirirlər. Südün vitaminləri (C, A, B1, B12, D və E) mis və saxsı qab­lar­da qızdırılmış süddə, alüminium və nikelli qablara nis­bətən daha çox parçalanır. Emallı qablarda südü qızdırdıqda dibinə yapışıb yanır. Buna görə də südü qızdırmaq və ya qaynatmaq üçün alüminium və ya nikelli qablardan istifadə etmək məsləhətdir (16, 31).



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin