Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə18/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   14   15   16   17   18   19   20   21   ...   181
GÜLXƏTMİ
Gülxətmi əməköməci fəsiləsindən olan çox­illik ot bitkisidir. 1-1,5 m hündürlükdə qol-budaqlı gövdəsi vardır. Azərbay­ca­nın bir çox rayonlarında aptek gülxətminə təsadüf olunur.

Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu parçalandıqda qalaktoza, qlükoza, arabinoza, ramnoza alınır. Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, 2% asparagin, 4% betain, 1,7% yağ, o cümlədən lesitin, fitosterin, 11-16% pek­tin maddəsi və vitaminlər vardır. Çiçəklərində pişikotunun ət­rini xatırladan turşular olan efir yağı vardır. Yarpaqlarında se­likli maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır.

Xalq təbabətində gülxətminin ən çox çiçəklərindən istifadə edilir. Çiçəklərini tam açılan vaxt yığır və kölgəli, quru havalı yerdə qurudurlar. Sonra bu çiçəklərdən çay dəmləyib bir sıra xəstəliklərin müalicəsində – soyuqdəymədə sinəyumşaldıcı kimi, sidik yollarının iltihabını aradan qaldırıcı kimi, eləcə də mədə-bağırsaq xəstəliklərində iltihaba qarşı tətbiq edilir. Gülxətmi çiçəklərindən dəmləmə şəklində bəzi şərbətlərə və milli içkilərə qatılır.
HİL
Hil zəncəfil bitkiləri fəsiləsindən olan çoxillik kardamon bitkisinin yetişməyən meyvəsinin qurudul­masından alınır. Hilin əsas vətəni Hindistan sayılır.

Hil meyvəsi oval formada, uzunluğu 8-40 mm yaşılımtıl, qəhvəyi rəngdə, ağardılmışı isə sarımtıl-ağ rəngdə olub da­xi­lində 9-18 ədəd qırmızımtıl-qonur rəngli, zəif yandırıcı xassəli, xoş ətirli, büzüşmüş xırda toxumu olur. Qurudulmuş meyvənin 20-53%-ni qabıq, 47-80%-ni isə toxumu təşkil edir.

Hilin toxumunun tərkibində faizlə aşağıdakı maddələr vardır: azotlu maddələr – 11-15; efir yağları – 3-5; yağ – 1-2; karbohidratlar – 35-60; o cümlədən, şəkər – 0,5-0,8; nişasta – 30-50; pentozanlar – 4-7; pektin maddələri – 0,5; sellüloza – 11-19; mineral maddələr – 2-10. Hil toxumunda olan efir yağlarının əsasını - terpineol; - limonen, sineol, terpenilasetat təşkil edir. Hil qozasının qabığında efir yağları yox dərəcədə (0,1-0,7%), sellüloza isə çoxdur (28-31%). Üyüdülmüş hil toxumundan unlu şirniyyatda, kulinariyada, kol­basa məmulatları istehsalında istifadə olunur, hil bütöv meyvə halında 10 q kütlədə karton qutularda satışa buraxılır. Nəmliyi 12%-ə, külü 10%-ə qədər, zədəli toxumlar 0,5%-ə qədər olmalıdır.

Hil həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhvali-ruhiyyəni yüksəldir. O eyni zamanda tər iyini aparır, ağız qoxusunu ətirli edir. Hili mədə xəstəliyi, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşı xəstəliyi zamanı işlətmək xüsusi əhəmiyyətə malikdir. Hildən milli şərbətlərin hazırlanmasında istifadə olunur.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin