Hüseynov Mövlud


DAĞNANƏSİ Dağnanəsi dodaqçiçəklilər fəsiləsindən olan birillik ot bit­kisidir



Yüklə 2,07 Mb.
səhifə17/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   13   14   15   16   17   18   19   20   ...   181
DAĞNANƏSİ
Dağnanəsi dodaqçiçəklilər fəsiləsindən olan birillik ot bit­kisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir.

Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd­viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər­kibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol, karvakrol, pinen vardır. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir.

Dağnanə­sin­dən likör-araq sənayesində, spirtsiz içkilərin hazırlanmasında, ətriyyat və təbabətdə istifadə olunur.
DARÇIN
Darçın dəfnə fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq­dan ibarətdir.

Darçının xoş ətri və nisbətən tünd tamı, tərki­bin­dəki darçın aldehidinin (C9H8O) olması ilə izah edilir ki, bu al­dehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, efir yağlarında 4-10% evgenol, - pinen, kariofilen, fellan­­dren və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növün­dən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 4 növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton və Maloy darçını. Bunlardan Çin və Seylon darçını yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız Seylon və Çin darçını gətirilir.

Darçın iki müxtəliflikdə satışa buraxılır: boruşəkilli darçın qabığı və üyüdülmüş darçın tozu.

Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.

Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.

Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə olunur. Darçınlı çay və ayrıca darçın dəmləməsindən xalq arasında istifadə olunur.

Darçın iştahanı artırır, bağırsaqların yüksək peristal­ti­kasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və bağır­saqlardakı ağrıları sakitləşdirir.

Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin