HeydəR ƏLİyev ndu-nun rektoru, amea-nın müxbir



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix31.01.2017
ölçüsü2,5 Mb.
#6980
1   2   3   4

Mina Qasımova

NDU-nun Mətbuat

şöbəsinin əməkdaşı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin NDU-nun

Tibb fakültəsində hamiliyə götürülmüş ixtisaslarda təhsil alan

tələbələrlə görüşü 

N

axçıvan  Muxtar  Respublikası



Ali Məclisi Sədrinin 2015-ci il

iyulun  27-də  imzaladığı  “Ali  və

orta ixtisas təhsili müəssisələrində ix-

tisasların müvafiq təşkilatlara hami -

liyə  verilməsi  haqqında”  Sərənca -

mına uyğun olaraq Naxçıvan Mux-

tar Respublikası Gənclər və İdman

Nazirliyinin,    həmçinin  Naxçıvan

Muxtar Respublikasının Səfərbərlik

və  Hərbi  Xidmətə  Çağırış  üzrə

Dövlət Xidmətinin də tədbirlər pla-

nı hazırlanıb. Sərəncamdan irəli gə -

lən vəzifələrin icrası ilə bağlı həmin

təşkilatların əməkdaşları  Naxçıvan

Dövlət Universitetinin bədən tərbiy -

yəsi  və  idman,  fiziki  tərbiyə  və

çağırışaqədərki hazırlıq müəllimliyi

ixtisasları üzrə təhsil alan tələbələrlə

görüş keçiriblər.

Naxçıvan Muxtar Respub li ka -

sı Gənclər və İdman Nazirliyi Apara -

tı nın rəhbəri Canməmməd Canməm -

mədov çıxışında sərəncamdan irəli

gələn vəzifələri nəzərə çatdırıb. Na-

tiq, hamiliyə götürülmüş ixtisaslar

üzrə təhsil alan tələbələrin pedaqo-

ji kadr kimi formalaşması, təcrübə -

lərinin artırılması məqsədilə onların

idman  məşqlərinə,  kütləvi  idman

yarışlarına cəlb olunması, Naxçıvan

Muxtar Respublikasına dəvət olun-

muş idman mütəxəssislərinin müxtə -

lif idman növlərində tələbə lərin ix-

tisaslarına uyğun keçirilən seminar-

larda  onların  iştirakının  ön  plana

çəkilməsi və digər bu kimi görüləcək

işlər barədə tələbələrə məlumat ve-

rib. Aparat rəhbəri, ölkəmizdə, eləcə

də muxtar respublikamızda uğurla

həyata  keçirilən  dövlət  gənclər

siyasəti və bu sahədə görülən ardıcıl

tədbirlər barədə danışıb. Bildirilib ki,

bu  gün  muxtar  respublikamızda

gənclərin  asudə  vaxtının  səmərəli

təşkili, intellektual inkişafının təmin

edilməsi,  onların  gələcəyin  əsl

vətəndaşı kimi yetişdirilməsi üçün

hər cür şərait yaradılıb. 

Görüşdə  Naxçıvan  Muxtar

Respublikasının Səfərbərlik və Hərbi

Xidmətə  Çağırış  üzrə  Dövlət

Xidmətinin əməkdaşı, mayor Məftun

Xəlilovun “Çağırışaqədər yaş həd -

din də olan vətəndaşların Azərbaycan

Respublikasının Silahlı qüvvələrində

və Azərbaycan Respublikasının qa -

nun  vericiliyinə uyğun olaraq yaradıl -

mış başqa silahlı birləşmələrdə müd -

dətli həqiqi hərbi xidmətə hazırlan-

ması, eyni zamanda Vətəndaş ların

qeydiyyatının təşkili və aparılması”,

Naxçıvan  Muxtar  Respublika sının

Səfərbərlik və Hərbi Xidmətə Çağırış

üzrə  Dövlət  Xidmətinin    digər

əməkdaşı  kapitan  Vüsal  Əliyevin

“Azərbaycan  Respublikasında

çağırışaqədər  yaş  həddində  olan

vətəndaşların çağırışaqədərki hazır-

lığı, ilkin hərbi qeydiyyata alınma-

sı,  eyni  zamanda  Azərbaycan

Respub  likası 

vətəndaşlarının

müddətli həqiqi hərbi xidmətə çağ-

rılması”  mövzularında  çıxışları

dinlənilib.

Mina Qasımova

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan

tələbələrlə görüşlər davam etdirilir


5 / GÜNDƏM                                                                                  

YENİ FİKİR

OKTYABR 2015

Ü

füq boyu göz işlədikcə gö zəl -



liyinə  daldığın  başın  üzə rin -

dəki aydın səma, ciyərdolusu içinə

çəkdiyin, bir ovuc sarı sünbül, ya da

bir bənövşə, kəklikotu ətri ilə səni

bihuş edən hava, dirilik suyu buz bu-

laqlar, qışı da, yayı da zir və  si ağaran,

yazda ətəyi al-əlvan dağlar, yaşıl ya-

maclar… Bir sözlə “Cənnət” dediyin

Və tən  eləcə  evinin  kan darından

qədəm basdığın torpaqdan başlayır.

Yoğrulduğumuz torpaqdan, gömülə -

cəyimiz torpaq dan. Vətən bugünkü

vari da tımız,  gələcəyə  daşıdığımız

miras dır, əmanətdir. Bir də qan töküb,

can verib haqqa qovuşub, haqqına

qovuşdura bilmə diyimiz şəhidlərin

nigaran  ruhlarıdır  Vətən!  Üzü

Füzulidən  bu  yana  dil lərdə  dastan

olan, qurbətdə çəkilən həsrətin adıdır

Vətən! Nə acı ki, taleyi mi zə, qis mə -

ti mizə qürbətdə Vətən həsrəti ilə ya -

na şı Vətəndə vətən sizlik əzabı da ya -

zı  lıbmış. Vətə nin dən olmaq sən de -

mə hələ dərdin yarısı imiş. Vay odur

ki, Vətənin səndən ola. Gözun baxa-

baxa, ürəyin yana-yana əlindən gedə.

Bu təəssüratlar əlimə yenicə

aldığım, Naxçıvan Dövlət Univer -

sitetinin əməkdaşları – Azərbay can

tarixi kafedrasının müdiri, Azərbay -

can  Respublikasının  Əməkdar

müəllimi,  tarix  elmləri  doktoru,

AMEA-nın  müxbir  üzvü  Zəhmət

Şahverdiyev və Pedaqoji fakültənin

müəllimi Rövşən Asifoğlunun birgə

yazdığı “Mənalı ömrün səhifələri”

adlı  kitabı  və rəqləyərkən  məndə

yarandı. Dərələyəzsiz dərələyəzlilərin

bu kitabı “Vətən” və “Vətən sevgi-

si”,  “yurd  həsrəti”  məfhumlarının

doğru-dürüst yozumudur, zənnimcə.

İlk olaraq müəlliflər dünya gö zündə

ermənilərə  olan  lənət  dam ğa sı  ilə

“Siz busunuz, bunu özü nüz də etiraf

etmisiniz, Şərqin, Avropanın tarixi

şəxsiyyətləri, ən görkəmli simaları da

yazıb” deyə onları ifşa edir, bugünkü

gəncliyi “Bil ki, düşmənin kimdir!”

deyə ayıq salırlar.  “Rövşən Asifoğ -

lu nun ürəyindən keçənlər”i, “Dərə -

lə yəz mahalı” adlı II fəsli oxuduqda

“Bayatı  cəkib  ağı  demək  nənə -

lərimizə,  analarımıza  gəlib.  Kişi

ağısı, kişi ağrısı nə yaman olurmuş,

Allah!  İllah  da  ki,  yurd  itki sindən

söhbət gedə!” harayı qopdu içimdən.

Kitab vaxtilə Atropatena nın ərazisi,

indi isə nə aci ki, ermə ni tapdağında

olan,  Şərur-Dərələ yəz  tarixi  vila -

yətinin dağlıq hissəsi Dərələyəz ma -

ha lının əzəli Azər bay can torpağı ol -

du ğunu  təsdiq ləyən  qiymətli  elmi

fakt larla  zən gin dir.  Vərəqlədikcə

Də    rə ləyəzin  tarixi,  ərazisi,  təbiət

abi dələri, in san ları ilə baş-başa, nə -

fəs-nəfəsə qalır, heç vaxt görmədiyin

bir torpağın havasını du yur san.

Vətəni Vətən edən bir də onun

qeyrətli övladları, dəyərli, yanarlı zi-

yalılarıdır. Kitabın əsas qəhrəmanı –

Vətən adını ucaldan, əsl vətəndaş, adı

yurd yeri ilə qoşa çəkilən tanınmış

alim, təcrübəli pedaqoq, nəcib insan

Nazir Əsə dovdur. Qarşımızda mənalı

bir ömür səhifələnir… Onun dogma

yurdda  keçirdiyi  xoşbəxt  uşaqlıq,

Dərələyəz mahalında o zaman ye -

ganə  məktəb  olan,  müəlliflərin  də

yazdığı kimi, ətraf bölgələr üçün  də

universitet rolunu oynayan Qo vuşaq

kənd  orta  internat  məktəbi nin

kollektivi və yetirmələri bir vətən -

daşın, alimin, ziyalının çıx dığı mü -

hitdən  soraq  verir.  Azər baycan

Dövlət  Pedaqoji  Universi te tində

Tarix  fakültəsinin  dekan  müavini

və  digər  vəzifələrdə  çalış maqla

məhsuldar  elmi-pedaqoji  fəaliyyət

göstərən  bir  alimin  yüksək  əxlaqi

keyfiyyətləri, mənə viyyatı ilə tanış

oluruq.  Alim  dost ları,  həmkarları,

doğmaları – ADPU-nun Tarix fakül -

təsinin dekan müavini Habil Həsə -

nov,  universitetin  dosentlərindən

Səmayə Mustafayeva, Vurğun Məm -

mədov, filologiya üzrə fəlsəfə dok-

toru, şair-publisist, Azərbaycan Jur -

na list lər Birliyinin üzvü Alı Səfolu

və digərlərinin xatirələri vasitəsilə

Nazir  müəllimin  acılı-şrinli  həyat

yolu  canlanır  qarşımızda.  Kitab

Nazir Əsədovu ilk növbədə vətən -

pərvər, ürəyi Vətən sevgisi ilə alışıb

yanan bir ziyalı kimi oxcuya tanıdır.

Onun  təsəvvüründəki  “Və tən  sev-

gisi”  anlayışı  gənc  nəsil  üçün

örnəkdir: “Vətən sevgisi insanın qa-

nına, canına, mənəviy ya tı na hopan,

ürəkləri titrədən, özün dən asılı ol-

mayaraq  ondan  danı şan da  səni

yerindən oynadan, sənə həmişə hər

yerdə həyəcan gətirən bir duyum və

hissdir. Bu hiss mə nim dünyamda o

qədər yüksək bir bir yerdədir ki, onu

duymaq hər insana nəsib olmaz və

hər bir insan da o hissi anlamaz…

Vətəni  sevmək  böyük  bir  əxlaqi

dəyər dir”.  Nazir  müəllimin  Vətən

sevgisi  doğma  təbiətin  ecazkar,

füsunkar gözəlliklərinə bağ lılığından

irəli gəlirdi. Həm də bu bir “yurd ax-

tarışı” idi. İtiyi itmiş adamlar kmi hər

təbiət gözəl liyin də bir yurdabənzərlik

tapmaqla ovunmaq idi.

Təzada bax ki, bir zamanlar –

1983-cü ildə “Azərbaycan, Gür cüs -

tan  və  Ermənistan  respublikaları

arasında əməkdaşlıq” mövzusunda

dissertasiya  müdafiə  edən  tarixçi

alim  qalan  sonrakı  ömrünü  yurd

həsrəti, mənfur düşmən ləri mi zin ağ

yalan və böhtanlarına tutarlı cavab

verməklə keçirir. Kitabı səhifələdikcə

aydın görünür ki, dost, qonşu deyib

bağrımıza basdığımız azğın, mənfur

ermənilərin  xəyanəti,  qondarma

“xalqlar dostluğu” ideologiyasının

çürüklüyü, astar üzünün ortaya çıx-

ması Nazir müəllimi elə yurd itkisi

qədər nə qədər dərindən sarsıdıb.

Yeni nəşr mərhum ziyalımızın

65 illiyinə qədirbilən dost payı ol-

maqla  yanaşı  Nazir  Əsədovun

Dərələyəz haqqında kitab yazmaq,

onun tarixini, təbiətini, özünə məx -

susluğunu sevdirmək istəyi ilə bağ lı

yarımçıq arzularını gerçək ləş  dirmək

baxımından da qiymət li dir. Yeri gəl -

mişkən, Azərbaycan elmi ictimaiy -

yətinə yaxşı tanış olan, dəyərli elmi

tədqiqatların müəllifi, hörmətli pro-

fessorumuz Zəhmət Şahverdiyevlə

yanaşı  di gər  müəllif,  ixtisasca  hu -

manitar sahənin adamı olmayan, 11

kitabın və metodik vəsa itin müəllifi

Röv şən  Asifoğlunun  da  kitabın

araya-ərsəyə gəlməsindəki zəhmətini,

pa yını xüsusi qeyd etmək istəyər dim.

Kitab müəlliflərin Dərə ləyəz lə bağ-

lı ilk deyil, növbəti müştə rək yara-

dıcılıqlarının bəhrəsidir.

Etiraf edim ki, “Mənalı öm rün

sə hifələri”  istər  əzəli  Azərbay can

torpağı Dərələyəzi, istərsə də Nazir

Əsə dov şəxsiyyətini, onun elmi-pe -

da qoji fəaliy yətini qismən işıqlandı -

rıb. Aydınlıq gətirməli çox məqamlar,

müəyyən  natamamlıqlar  var.  An-

caq kitabı sevdirəcək ən önəmli cə -

hət sə mimiyyətlə, yanar lılıqla, Və tə -

nə məhəb bətlə yazılmasıdır. Əsərin

qəh rəmanı, tarixçi alim, də yərli zi-

yalı Nazır Əsədovun həyat qa yəsi, ki-

tabın  ana  məramı  budur:  “Vətənə

sevgi Allaha imandan yaranıb”! Bu

imanın  işı ğın da  yetişən  nəsil  nə

vaxtsa  ulu  babalarının  halal

torpaqlarına yiyə çıxmağı baca ra caq,

“Vətənə  gəldim,  imana  gəldim!”

deyəcək.


Mehriban Sultan

NDU-nun Mətbuat şöbəsinin müdiri

Vətəndə Vətən həsrəti

A

MEA-nın vitse-prezidenti, aka-



demik İsa Həbibbəylinin “Nuh-

çıxandan –Naxçıvana” kitabı “Elm

və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabda  Azərbaycanın  ən  qədim

elm, təhsil və mədəniyyət mərkəz -

lərindən biri olan Naxçıvanın qədim

tarixi inkişaf yoluna, müasir dövrdəki

yüksəlişinə,  ədəbi-elmi  və  mədəni

mühitinə, görkəmli şəxsiyyətlərinin

həyat və yaradıcılığına həsr edilmiş

tədqiqatlar oxuculara təqdim olunur.

Kitabın “Dövlətçilik işığında”

bölməsində akademik İsa Həbibbəyli

görkəmli dövlət xadimi, ümummil-

li lider Heydər Əliyevin Naxçıvan-

dan  başlayan  Azərbaycanın  xilas

yoluna  işıq  salınır.  “Azərbaycanın

qurtuluş zərurəti və Heydər Əliyevin

böyük  xilaskarlıq  missiyası”

məqaləsində görkəmli dövlət xadi-

minin  xilaskar  kimi  Azərbaycan

miqyasında, o cümlədən Naxçıvan

Muxtar Respublikasında həyata ke-

çirdiyi tarixi xidmət nümunəsi olan

böyük hərəkatın geniş elmi təqdimatı

verilib. Eyni zamanda, kitabda ölkə

Prezidenti İlham Əliyevin respubli-

kamızda  regionların  inkişaf

etdirilməsi proqramı əsasında Nax-

çıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  Vasif  Talıbovun

böyük səyləri ilə Naxçıvanda apa-

rılmış  geniş  quruculuq  işlərindən

və  yeniləşmə  proseslərindən  də

ətraflı bəhs olunur.

“Nuhçıxan-Nuhdaban”  və

“Azərbaycan  tarixində  Naxçıvan”

bölmələrindəki  məqalələrdə  5

minillik tarixə malik olan Naxçıvan

diyarında ilkin şəhərsalma mədəniy -

yəti, arxeoloji tədqiqatların nəticə -

sində  ortaya  çıxan  zəngin  tarixi-

mədəni irs, Naxçıvan sözünün eti-

mologiyası və s. kimi məsələlərdən

geniş bəhs edilir. “Gəmiqaya dün-

yası: Sivilizasiya prosesləri və Nax-

çıvan”, “Naxçıvan Duzdağı: tarix və

müsirlik” adlı məqalələrdə ilk dəfə

olaraq  Dünya  tufanı  və  Nuh

peyğəmbərlə  əlaqədar  ciddi  elmi

məsələlərə  işıq  salınır,  aydınlıq

gətirilir.

“Cəhalət  dərdinin  dərmanı:

maarifçilik” bölməsində XIX əsrin

sonu  və  XX  əsrin  əvvəllərində

Azərbaycanda realist-demokratik və

ədəbi-maarifçi  hərəkatın  görkəmli

rəhbərlərindən biri olan Cəlil Məm -

mədquluzadə və onun Məhəmməd

Tağı  Sidqi,  Eynəli  bəy  Sultanov,

Mirzə Cəlil Şürbi, Mirzə Əbülqasım

Sultanov,  Məmmədqulubəy  Kən -

gərli,  Paşa  ağa  Sultanov,  Xəlil

Sadıqov,  Ələkbər  Məmmədxanov,

Tağı  bəy  Səfiyev,  Əliməmməd

Xəlilov, Məmməd bəy Qazıyev və

başqaları kimi maarifçi müasirlərinin

çoxcəhətli fəaliyyəti zəngin arxiv ma-

terialları və nadir sənədlər əsasında

oxuculara təqdim olunur.

Akademik  İsa  Həbibbəyli

“Naxçıvan ədəbi mühiti” bölməsində

Azərbaycan ədəbiyyatının çoxəsrlik

inkişafında Naxçıvandan çıxmış ta-

nınmış  yazıçıların  xidmətlərindən,

muxtar respublikadakı müasir ədəbi

proseslərdən bəhs edir. “Azərbaycan

elmində  Naxçıvan”  bölməsi  isə

qədim dövrlərdən bu günə qədərki

Naxçıvanın elmə bəxş etdiyi töhfələri

və İsa Həbibbəylinin müasirləri olan

elm adamları haqqındakı tədqiqatları

əhatə  edir,  Azərbaycan  elminin

Naxçıvan məktəbi haqqında aydın və

geniş təsəvvür yaradır.

“Ulu qüvvət: mədəniyyət” –

Azərbaycan  teatrının  Naxçıvan

məktəbinin və təsviri sənətdə Nax-

çıvan torpağının yetirmələrinin in-

kişaf yoluna, özünəməxsusluqlarına

işıq salır. “Koroğlu” operası Nax çı -

van səhnəsində” məqaləsi Naxçıvan

Muxtar Respublikasında mədəniy -

yətin  yüksək  inkişafını  göz  önünə

gətirir.

“Əfsanələr diyarı” bölməsində

İsa  Həbibbəylinin  şifahi  xalq

ədəbiyyatı  haqqında  tədqiqatları,

Naxçıvanda  yaranan  folklor

örnəklərinə  dair  araşdırmaları  ilə

tanış olmaq olar. “Basatın Təpəgözü

öldürdüyü  boy”da  Naxçıvan”

məqaləsində  Naxçıvandakı  Dədə

Qorqud  toponimləri  barədə  geniş

məlumat verilir.

“Poeziya  və  mahnı”  bölmə -

sində Naxçıvana həsr edilmiş şeirlər

və mahnılar yer alır.

“Nuhçıxandan – Naxçıvana”

kitabı Azərbaycanın ayrılmaz tərkib

hissəsi olan Naxçıvanın elmi-ədəbi

salnaməsidir.  Kitabda  tarixilik  və

müasirlik  işığında  Naxçıvanda

çoxəsrlik  inkişaf  və  yeni  ədəbi-

mədəni  proseslər  elmi  baxımdan

geniş  şəkildə  təhlil  edilib

ümumiləşdirilir.

Filologiya üzrə fəlsəfə dokto-

ru Ağahüseyn Şükürovun “Akade -

mik  İsa  Həbibbəyli  haqqında  bir

neçə  söz,  yaxud  böyük  ömrün

tezisləri” məqaləsi tanınmış alim və

elm  təşkilatçısının  çoxcəhətli  elmi

fəaliyyətinə bir “Baxış”dır.

Yeni  nəşrin  elmi  redaktoru

Humanitar Elmlər Bölməsinin aka-

demik-katibi,  akademik  Teymur

Kərimlidir.



www.science.gov.az

“Nuhçıxandan –Naxçıvana” kitabı çapdan çıxıb

N

axçıvan Dövlət Universitetində



“Məmməd Araz: Bu da belə bir

ömürdü”  mövzusunda  elmi  kon-

frans keçirilib.

Tədbirdə müstəqil Azərbaycan

dövlətçiliyi tarixində ilk dəfə “İstiqlal

şairi” adını almış qələm sahiblərindən

Xalq şairi Məmməd Arazın həyat yo-

lundan,  yaradıcılığından  ətraflı

söhbət açılıb.

Konfransı  giriş  sözü  ilə  ali

təhsil ocağının rektoru, AMEA-nın

müxbir  üzvü  Saleh  Məhərrəmov

açaraq, milli poeziyamızın görkəmli

nümayəndəsi Məmməd Arazın həyat

və  yaradıcılığından  danışıb.  Alim

qeyd  edib  ki,  Məmməd  Arazın

şəxsiyyətini, yaradıcılığını xalqımız

həmişə  yüksək  qiymətləndirib.

Məmməd Araz xalqın, vətənin hər

daşını, qayasını necə ürəklə sevirdisə,

xalq da onun poeziyasını, şeirlərini

həmin böyük məhəbbətlə sevir.

“XX əsr Azərbaycan ədəbiy -

yatı  nümayəndələrindən  bəlkə  də,

tək-tək şairlərdən biridir ki, Məmməd

Arazın yaradıcılığında Vətən sevgi-

si bütövdür və onun yaradıcılığında

digər bütün şeirlər o sevginin tərkib

hissəsidir”  bu fikirləri tarix-filolo-

giya fakültəsinin dekanı, filologiya

üzrə  fəlsəfə  doktoru,  dosent  İman

Cəfərov  “Məm məd Araz  poeziya -

sında Vətən” mövzusundakı məruzə -

sində səsləndirib.

Azərbaycan dilçiliyi kafedra-

sının baş müəllimi Mədət Səfərov

“Məmməd  Araz  lirikası”  adlı

məruzəsində bildirib ki, 50 ildən artıq

bədii yaradıcılıqla məşğul olan şairin

əsərləri ona geniş oxucu rəğbəti qa-

zandırıb.  Müxtəlif  janrlı  əsərlərin,

şeirlərin  müəllifi  olan  Məmməd

Arazın zəngin  lirikası mövzu rənga -

rəngliyi ilə də seçilir. 

“Məmməd Araz Azərbaycan

poeziyasına yeni üslub və düşüncə,

monumental bir tarix gətirib. ”- bu

fikirləri elmi konfransda tarix üzrə

fəlsəfə  doktoru,  dosent    Sevinc

Abbasova “Məmməd Araz yaradı-

cılığında  “Tarix”  mövzusundakı

məruzəsində səsləndirib.

Sonra Tarix-filologiya fakültə -

si nin  tələbələri,  şairin  şeirlərindən

nümunələr səsləndiriblər. 

Mina Qasımova

Məmməd Araz: Bu da belə bir

ömürdü 

N

axçıvan Dövlət Universite -



tinin “Təsviri incəsənət” ka -

fed rasının  baş  müəllimi  Məm -

mədova  Ləman  Aslan  qızının

Amerika  Birləşmiş  Ştatlarının

Kaliforniya  ştatında  fəaliyyət

göstərən “Intellectual and moral

values  of  the  modern  society”

jur nalında “XVII əsrin görkəmli

ustadı Nikola Pussenin yaradıcı-

lıq inkişafının prinsiplərinin ümu -

mi nəticələri haqqında” adlı məqa -

ləsi dərc olunmuşdur. Bu Ləman

Məmmədovanın  jurnalda  dərc

olunan  sayca  3-cü  mə qaləsidir.

L.Məmmədova xaricdə keçirilən

müxtəlif beynəlxalq konfranslar-

da, Naxçıvan Muxtar Respublika -

sında təşkil olunmuş sərgilərdə də

fəal iştirak etmişdir. 

Ləman  Məmmədovanın

mü əl lifi olduğu 25 elmi məqalənin

10-u  xaricdə  dərc  olunmuş -

dur.Qeyd edək ki, 2012-ci ilin yan-

var ayında Krasnoyarsk şəhərində

keçirilən “XXI əsrin elm yaradı-

cılığı”  adlı  V  Bey nəlxalq  elmi-

prak tik kon fransda “İncəsənətdə

üslub və bədii cərəyanlar” möv zu -

sun da  təqdim  etdiyi  məruzəyə

görə  müəllif Diplomla təltif olun-

muşdur.

Əməkdaşımızın 

uğurları


Redaktor:

Şəhla Şirəliyeva

shshahla36@gmail.com

Qeydiyyat №330

Sifariş № 

Tiraj 300

Ünvan: AZ 7012, 

Naxçıvan şəhəri, 

Universitet şəhərciyi

Telefonlar:

544-08-61 (13-60)

yenifikir.ndu@gmail.com

Dizayner: 

Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-Poliqrafiya

Birliyində ofset üsulu ilə çap

olunmuşdur.

6/ SƏRBƏST                             

YENİ FİKİR

OKTYABR 2015

H

azırda  mobil  telefonlardan



istifadə gündəlik həyat norma-

sına çevrilib. Həyatımızın ayrılmaz

parçasına  çevrilən  bu  mükəmməl

ixtiranın müəllifi amerikalı alim Mar-

tin Kuperdir.

Qısa avtobioqrafiyası

M.Kuper  1928-ci  il,  26  de-

kabr tarixində Çikaqoda (ABŞ) Uk-

raynadan  mühacirət  etmiş  yəhudi

ailəsində dünyaya gəlib. O, 1950-ci

ildə İllinoys Texnologiya İnstitutunu

mühəndis-elektrotexnik ixtisası üzrə

bitirib.  Martin ABŞ-ın Hərbi-Dəniz

Qüvvələrində    zabit  kimi  xidmət

edib. Koreya müharibəsindən sonra

Martin  teletaypın  yaradılması

üzərində iş həyata keçirən  “Western

Electric” şirkətində işə düzəlir. Lakin

1954-cü ildən “Motorola” şirkətində

işləməyə başlayır. Bu zaman Kuper

təhsil almağa davam edirdi. O, İlli-

noys Texnologiya İnstitutunda elek-

trotexnika üzrə magistr dərəcəsinə la-

yiq görülür və şirkətdə çalışmaqla ya-

naşı,  pedaqoji  fəaliyyətlə  məşğul

olur.

Kuper  “Motorola” şirkətində



avtomobil  radiotelefon  şəbəkəsinin

təkmilləşdirilməsi ilə məşğul olurdu.

Bu vasitə tamamilə böyük və narahat

olmasına baxmayaraq çox məşhur idi

və bu məşhurluq sürətlə artmaqda da-

vam  edirdi.  1970-ci  illərin

əvvəllərində  Kuper avtomobil tele-

foniyası üçün məsuliyyətli bölmənin

rəhbəri postunu tutdu.

Mobil rabitənin yaradılma-

sına stimul verən ideya

Qeyd edək ki, radiotelefon ide-

yası  “AT&T  Bell  Labs”  şirkətində

hələ 1946-cı ildə meydana çıxmışdı.

O zaman bu firma dünyada ilk ra-

diotelefon  xidmətini  yaratdı:  bu,

telefonun və radioötürücünün hibri-

di idi - maşında qurulmuş  radios-

tansiyanın köməyi ilə ATS-də siqnalı

vermək və adi telefon zəngini etmək

mümkün  idi.  Radiotelefona  zəng

daha    mürəkkəb  yolla  olurdu:

abunəçiyə telefon stansiyasına zəng

vurmaq və maşında qurulmuş telefon

nömrəsini bildirmək lazım idi. Ra-

diotelefonların  imkanları  məhdud

idi:  maneələr  və  radiostansiyanın

kiçik hərəkət radiusu problem yara-

dırdı.

1960-cı  illərin  başlanğıcına



qədər şirkətlər mobil rabitənin yara-

dılması  sahəsində  araşdırmalar

keçirməkdən  imtina  edirdi.  Onlar

hesab edirdilər ki,  prinsip etibarilə,

yığcam mobil telefon aparatı yarat-

maq  mümkün  deyil.  Həmçinin

“AT&T” təcrübəsi onları dayandırırdı.

Belə  ki,  şirkət  1947-ci  ildə  “yol

xidməti”  sistemini  yaratdı  –  o,  ra-

diotelefonları Nyu-York və Boston

arasında 

daim 


səfər 

edən


biznesmenlərə  və  sürücülərə  təklif

etdi.  Beş  il  işdən  sonra  bu  xidmət

müştərilərin çatışmazlığına görə bağ-

landı.


Lakin təxminən on il “AT&T

Bell Labs” və  “Motorola” paralel ola-

raq mobil rabitənin yaradılması üzrə

tədqiqat aparırdılar. Nəticədə, “Mo-

torola”  Martin  Kuperin  sayəsində

uğur  qazanmağı  bacardı  və  qalib

gəldi.


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin