3 / GÜNDƏM
YENİ FİKİR
OKTYABR 2015
N
axçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2015-ci il
iyulun 27-də imzaladığı “Ali və orta
ixtisas təhsili müəssisələrində ixti-
sasların müvafiq təşkilatlara hamiliyə
verilməsi haqqında” Sərəncamına
uyğun olaraq müvafiq nazirlik,
komitə və digər təşkilatlatın
əməkdaşları Naxçıvan Dövlət Uni-
versitetində olur, tələbələrlə
görüşürlər. Sərəncamdan irəli gələn
vəzifələrin icrası ilə bağlı Naxçıvan
Muxtar Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin tədbirlər pla-
nına uyğun olaraq Azərbaycan Res-
publikasının Xalq artistləri Kamran
Quliyev, Rza Xudiyev, Həsən Ağa-
soy Naxçıvan Dövlət Universitetində
olub, ali məktəbin İncəsənət
fakültəsinin “aktyor sənəti” ixtisası
üzrə təhsil alan tələbələrilə görüşüb,
onlara ustad dərsləri keçiblər.
Universitetin
İncəsənət
fakültəsinin dekanı, Azərbaycan
Respublikasının Əməkdar artisti
Mübariz Əsgərov Naxçıvan teatrının
səhnəsində müxtəlif tamaşalarda
çıxışlar edən, onlarla yaddaqalan
və unudulmaz obrazlar yaradan,
həmişə tamaşaçını öz obrazlarının
təbiiliyinə inandıran və surətin daxili
aləmini yüksək sənətkarlıqla ortaya
çıxaran, Naxçıvan ictimaiyyəti ara-
sında nüfuz və böyük tamaşaçı sev-
gisini qazanan tanınmış aktyorların
tələbələrlə görüşünü yüksək
dəyərləndirib.
Universitetdə artıq ənənə halı
alan ustad dərslərinin keçirilməsinin
əhəmiyyətindən bəhs edib, aktyor ol-
maq üçün ilk addımlarını atan
gənclərin belə dərslərdə iştirakının
böyük səmərə verəcəyini vurğulayıb.
Görüşdə Cəlil Məmmədqulu -
zadə adına Naxçıvan Dövlət Musi-
qili Dram Teatrının direktoru,
Azərbaycan Respublikasının Xalq ar-
tisti Rza Xudiyev öz çıxışında
sərəncamdan irəli gələn vəzifələri
nəzərə çatdırıb. Qeyd olunub ki,
tələbələrlə bu cür görüşlərin daimi
keçirilməsi nəzərdə tutulub. Xalq ar-
tistinin sözlərinə görə, ali və orta
ixtisas təhsili müəssisələrində ixti-
sasların müvafiq təşkilatlara hamiliyə
verilməsi öz növbəsində incəsənət
sahəsində bacarıqlı və eyni zaman-
da yaradıcı gənc kadrların da hazır-
lanmasına böyük imkanlar yarada-
caqdır. Natiq həmçinin zəngin və çox
qədim Azərbaycan incəsənətinin
gənclərin əxlaqi-mənəvi tərbiyəsin -
dəki rolundan, ölkəmizdə mədəniy -
yətə, incəsənətə göstərilən yüksək
qayğıdan, sənət adamlarının yaradı-
cılığına verilən qiymətdən danışıb.
Naxçıvan Muxtar Respub -
likası Mədəniyyət və Turizm Na-
zirliyinin Aparatının məsləhətçisi,
Azərbaycan Respublikasının Xalq
artisti Kamran Quliyev “Teatrda ak-
tyor rejissor münasibətləri”, Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili Dram Teatrının
aktyoru, Azərbaycan Respublikası-
nın Xalq artisti Həsən Ağasoy “Ak-
tyorun rol üzərində işi” mövzularında
çıxışlar ediblər. Tanınmış sənət
adamları, həmçinin, universitetdə
teatr və aktyor sənətinin tədrisi üçün
yaradılan şəraitdən məmnunluq ifadə
edib, gənc istedadların üzə çıxarıl-
masında, istiqamətləndirilməsində,
onlara peşəkarlığın sirlərinin
öyrədilməsində əllərindən gələni
əsirgəməyəcəklərini söyləyiblər.
Tələbələrdən Fidan Qasımova,
Səyyad Məmmədov, Mehri Nəbiye -
va, Nurbəniz Niftəliyeva, Məhərrəm
Quliyev və başqaları müxtəlif ob-
razlar ifa edərək, sənət karlardan
dəyərli məsləhətlər alıblar. Tanınmış
aktyorlar da yeni aktyor məktəbinin
inkişaf etdirilməsi və peşəkarlıq
səviyyəsinin artırılması üçün gənc
aktyorlara bir sıra əhəmiyyətli
tövsiyələr veriblər.
Görüş zamanı aktyor və ta-
maşaçı münasibətləri, müasir aktyor
texnikası, kamera önündə aktyorun
işi və digər məsələlər də müzakirə
olunub, tələbələri maraqlandıran su-
allar cavablandırılıb.
Mina Qasımova
Tanınmış sənətkarlar ali təhsil ocağının hamiliyə
götürülmüş ixtisaslarında ustad dərsləri keçiblər
N
axçıvan Dövlət Universitetində
18 oktyabr Dövlət Müstəqilliyi
gününə həsr olunmuş “Heydər Əliyev
və Azərbaycanın dövlət müstəqilliyi”
mövzusunda konfarns keçirilib. Uni-
versitetin elmi işlər üzrə prorektoru,
fi zika üzrə fəlsəfə doktoru, dosent
Mü bariz Nuriyev konfransı giriş sö -
zü ilə açaraq Azərbaycan xalqının
döv lət müstəqilliyinə çoxəsrlik keş -
mə keşli mübarizə nəticəsində nail ol -
du ğunu xatırladıb. Bildirilib ki, 1991-
ci il oktyabrın 18-də Azərbaycan
Res pub likasının Dövlət Müstəqilliyi
haq qında Konstitusiya Aktı qəbul
edilməklə milli müstəqilliyimiz uzun
illərdən sonra yenidən bərpa olun-
muşdur. Ümummilli lider Heydər
Əliyev siyasi anarxiya, vətəndaş
müharibəsi təhlükəsi, iğtişaşların
güc ləndiyi ağır ictimai-siyasi şəraitdə
hakimiyyətə gələrək siyasi sabitlik və
həmrəyliyi bərqərar etmiş, qətiyyətli
daxili və xarici siyasəti, inkişaf stra-
tegiyası ilə dövlət müstəqilliyinin
xilaskarına, qarantına çevrilmişdir.
Mübariz Nuriyev kollektivi bu əla -
mət dar bayram münasibətilə təbrik
edə rək gənc nəslə vətənpərvər ruhda,
yük sək ixtisaslı, intellektli kadr kimi
ye tiş mək, müstəqilliyimizin keşikçi-
si olmaq arzularını çatdırıb.
Konfransda Azərbaycan tarixi
kafedrasının dosenti, tarix üzrə fəlsəfə
doktoru Elçin Zamanov “Müstəqilliyi
əbədiləşdirən lider”, Mühasibat uçotu
və maliyyə kafedrasının müdiri, iq -
ti sad üzrə fəlsəfə doktoru, dosent
Mehdi Bağırov “Azərbaycan iqtisa -
diy yatı müstəqillik illərində”, Azər -
bay can tarixi kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru Xəzər Hü-
seynov “Naxçıvan Muxtar Respub -
li kası müstəqillik illərində” mövzu -
sun da məruzələr ediblər. Məruzələrdə
ümummilli liderin XX əsrin son la rın -
da ölkədə siyasi sabitliyin yara dıl ması,
iq tisadi-siyasi tərəqqiyə nail olunması,
beynəlxalq əlaqələrin inkişafındakı
əvəzsiz rolundan bəhs olunub. Qeyd
olunub ki, Heydər Əliyev hələ res-
publikamız keçmiş Sovet İttifaqının
tərkibində olduğu zaman böyük siyasi
uzaqgörənliklə gələcək müstəqil
Azərbaycan üçün sosial-iqtisadi,
milli-mənəvi, hərbi baza, stimul ha-
zırlamışdır. Azərbaycanın bugünkü in-
kişaf yolu ümummilli lideri Heydər
Əliyevin müəyyən etdiyi siyasi xəttin
ardıcıl davam etdirilməsinin nəticəsi -
dir. Heydər Əliyev müstəqil Azərbay -
can dövlətinin ideya əsaslarını, stra-
teji inkişaf istiqamət lərini müəyyən -
ləş dirmişdir. Azərbaycan iqtisadiyyatı
müstəqillik illərində aparılan iqtisa-
di islahatlar, neft müqavilələrinin
bağlanması, xarici kapital qoyuluşu-
nun artması, tarazlaşdırılmış iqtisadi
siyasət nəticəsində dinamik şəkildə in-
kişaf etmişdir. Ölkənin ən mühüm ge-
ostrateji, geosiyasi zonası olan Nax-
çıvan milli müstəqillik hərəkatının be-
şiyi olmuşdur. Heydər Əliyevin Nax-
çıvan Muxtar Respublikasının Ali
Məclisinə rəhbərliyi dövründə dövlət
atributlarının təsdiqi, SSRİ-nin
tərkibindən çıxmaq haqqında refe-
rendumun keçirilməsi, tarixi “Qars
müqaviləsi”nin yenilənməsi kimi
mühüm siyasi qərarlar qəbul edil-
mişdir. Muxtar respublika bu gün də
ümummilli liderin siyasi dəst-xəttini
rəhbər tutaraq inkişaf etməkdədir. Bu
gün həm siyasi, həm də iqtisadi
cəhətdən
dünyanın
qüdrətli
dövlətlərindən birinə çevrilən
Azərbaycan öz müstəqilliyini bundan
sonra da qoruyub yaşadacaq.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Müstəqilliyi əbədiləşdirən lider
N
axçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2015-ci il
iyulun 27-də imzaladığı “Ali və orta
ixtisas təhsili müəssisələrində ixti-
sasların müvafiq təşkilatlara hamiliyə
verilməsi haqqında” Sərəncamına
uyğun olaraq müvafiq nazirlik,
komitə və digər təşkilatların
əməkdaşları Naxçıvan Dövlət Uni-
versitetində olur, tələbələrlə
görüşürlər. Sərəncamdan irəli gələn
vəzifələrin icrası ilə bağlı Naxçıvan
Muxtar Respublikası Ədliyyə
Nazirliyinin tədbirlər planına uy-
ğun olaraq adı çəkilən nazirliyin
əməkdaşları Naxçıvan Dövlət Uni-
versitetində olub, ali məktəbin Sosial
idarəetmə və Hüquq fakültəsinin
“hüquqşünaslıq”, “dövlət və bələ diy -
yə idarəetməsi” ixtisasları üzrə təhsil
alan tələbələrilə görüşüblər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət
şöbəsinin rəisi, kiçik ədliyyə müşa-
viri Emin Səfərov çıxışında sərən -
cam dan irəli gələn vəzifələri nəzərə
çatdırıb. Nazirliyin Şöbə rəisinin
sözlərinə görə, ali və orta ixtisas
təhsili müəssisələrində ixtisasların
mü vafiq təşkilatlara hamiliyə veril -
məsi hüquq və bələdiyyə sahəsində
də bilikli, həmçinin öz ixtisasına
düzgün yiyələnən gənc kadrların
hazırlanmasına böyük imkanlar ya-
radacaqdır.
“Azərbaycanın tutduğu yol
müstəqil Azərbaycan Respublikası,
demokratik hüquqi cəmiyyət qurmaq
yoludur!”- deyən ümummilli lider,
xalqımızın xilaskarı Heydər Əliyev
digər sahələrdə olduğu kimi, hüquq
sahəsində də islahatlar aparmış,
ölkəmizdə ədliyyə sisteminə hər -
tərəfli diqqət və qayğı göstərmişdir.
Ümummilli liderimizin dövlət
quruculuğu xəttini uğurla davam
etdirən Azərbaycan Respublikası-
nın Prezidenti cənab İlham Əliyev
tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində ədliyyə və məhkəmə
sisteminin müasirləşdirilməsi üzrə
mühüm qərarlar qəbul olunmuşdur.
Ölkə başçısının insan hüquqlarının
etibarlı qorunması, hüquqi xidmətin
yaxşılaşdırılması, ədalət mühakimə -
si nin səmərəliliyinin artırılması
barədə tapşırıqlarının icrası üzrə
görülmüş tədbirlər nəticəsində
Naxçıvanda ədliyyə sistemi öz in-
kişafının yeni, müasir mərhələsinə
qədəm qoymuşdur”- bu fikirləri ça-
lışdığı nazirliyin fəaliyyəti haqqında
tələbələrə geniş məlumat verən
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Məhkəmə Ekspertizası
Mərkəzinin Naxçıvan Filialının rəis
müavini, ədliyyə müşaviri Elman Ab-
basov bildirib.
“Xalqımızın ümummilli lideri
Heydər Əliyevin ikinci dəfə siyasi
hakimiyyətə gəldikdən sonra, ictimai
həyatın bütün sahələrində köklü
islahatlar həyata keçirilmişdir.
İslahat ların ən geniş vüsət aldığı
sahələrdən biri də bələdiyyələrlə
bağlı inkişaf oldu. Bu təsisatın
yarandığı ötən 15 il ərzində ölkənin
hər yerində olduğu kimi, Naxçıvan
Muxtar Respublikasında da bələdiy -
yə lər hərtərəfli qayğı ilə əhatə olu-
nub”- bu fikirləri, Nazirliyin
Bələdiyyələrlə İş Mərkəzinin baş
məsləhətçisi, ədliyyə müşaviri Səttar
Zamanov “Bələdiyyələrin fəaliyyəti -
nə inzibati nəzarət” mövzusundakı çı-
xışı zamanı səsləndirib. Eyni za-
manda vurğulanıb ki, bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata
keçirilməsi qanunvericiliklə Naxçı-
van Muxtar Respublikası Ədliyyə
Nazirliyinə həvalə olunub.
Görüş zamanı hüquq ədəbiy -
ya tı və bələdiyyələrin fəaliyyəti ilə
bağlı 5 adda 40 ədəd kitab hədiyyə
olunub, tələbələri maraqlandıran su-
allara aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin əməkdaşları
Naxçıvan Dövlət Universitetində olub
N
axçıvan Dövlət Universitetində
hər il ənənəvi olaraq I kurs
tələbələri arasında idmanın müxtəlif
növləri üzrə keçirilən seçmə yarış-
larına start verilib. Bu yarışların
keçirilməsində məqsəd, diqqəti
tələbələrin fiziki tərbiyəsinə
yönəltmək və istedadlı tələbələri
universitetdə fəaliyyət göstərən
idman məşğələlərinə cəlb etməkdir.
Yarışı giriş sözü ilə açan universite-
tin rektoru, AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov Azərbaycanın
qədim idman tarixindən, ölkədə id-
manın inkişafına göstərilən diqqət və
qayğıdan danışıb. Seçmə yarışların
tələbələr arasından ən müxtəlif idman
növləri üzrə perspektivli idmançıların
müəyyənləşdirilməsinə, universite-
tin respublika və beynəlxalq miqyaslı
idman yarışlarında uğurla təmsil
olunmasına şərait yaradacağını vur-
ğulayıb. Rektor, yarış iştirakçılarına
uğurlar arzulayıb və ilk olaraq oğ-
lanlar arasında keçirilən voleybol tur-
nirini açıq elan edib.
Tədbirdə velosiped yarışı üzrə mux-
tar respublika birinciliyində müka-
fata layiq görülmüş tələbələr təltif
edilib.
Sonra yarışlara start verilib. Qeyd
edək ki, seçmə yarışlar bir neçə gün
davam edəcək.
Mina Qasımova
Naxçıvan Dövlət Universitetində
seçmə yarışlara start verilib
4 / GÜNDƏM
YENİ FİKİR
OKTYABR 2015
N
axçıvan Dövlət Universitetin də
dünya təhsil sisteminə inteqra-
siya, Boloniya sisteminin tam
tətbiqinə nail olunması üçün təcrübə
mübadiləsi, beynəlxalq əlaqələrin
inkişafı istiqamətində əhəmiyyətli
işlər görülməkdədir. Bu sahədə atı-
lan mühüm addımlardan biri də
müəlllim, tələbə mobilliyidir.
Universitet əməkdaşları beynəlxalq
layihələrdə, simpozium və konfrans -
larda, təkmilləşdirmə kurslarında
iştirak etməklə ali məktəbdə zəngin
təcrübə əldə edir, tədrisin və təlimin
dünya standartlarına uyğun, müasir
səviyyədə qurulmasında fəal iştirak
edirlər. Universitetin İngilis dili və
tərcümə kafedrasının müəllimi, fi-
lologiya üzrə fəlsəfə doktoru
Süsənbər Ağamalıyeva bu günlərdə
Gürcüstanın paytaxtı Tiflis şəhərində
İvane Çavaxişvili adına Tiflis Dövlət
Universitetinin, Şota Rustaveli adı-
na Gürcüstan Ədəbiyyat İnstitutunun
və Gürcü Müqayisəli Ədəbiyyat As-
sosiasiyasının birgə təşkilatçılığı ilə
keçirilən "Ədəbiyyatın müasir
ənənələri" mövzusunda ənənəvi 9-cu
beynəlxalq simpoziumda iştirak edib.
Gürcü ədəbiyyatının klassiki,
görkəmli Akaki Tsereteliyə həsr
olunmuş, 18 ölkədən 120 nüma -
yəndənin iştirak etdiyi beynəlxlaq
simpoziumda Naxçıvan Dövlət Uni-
versitetini uğurla təmsil edən
Süsənbər Ağamalıyeva “Müasir
Amerika nəsrində Heminquey
ənənələri” adlı elmi məruzə ilə
ingiliscə çıxış edib. Məruzəçi ümum-
milli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş Amerika-Azərbaycan
ədəbi-mədəni əlaqələrinə toxunaraq
vurğulayıb ki, bu cür beynəlxalq
simpoziumlarda ədəbiyyatın, mədə -
niy yətin vəzifəsi bütün dünyaya sülh
və sabitlik, xalqlar arasında
mehribanlıq və dostluq aşılamağa
xidmət edir. O, həmçinin ulu öndər,
Heydər Əliyevin "Mən istərdim
Azərbaycan gəncləri Şekspiri ingilis
dilində, Puşkini rus dilində, Nizamini
isə Azərbaycan dilində oxusunlar"
müdrik kəlamını xatırladaraq dahi
şəxsiyyətin müdrik ideyalarının
ölkəmizdə həyata keçirilən düzgün
daxili və xarici siyasət nəticəsində re-
allığa çevrildiyini qeyd edib.
“Bu gün dünyada baş qaldıran
bütün proseslərdə terror, ziddiyyətli
və çaxnaşmalı hadisələr içərisində biz
bütün dünyaya göstərə bilirik ki, 20
faiz torpaqları işğal altında olan
Azərbaycan Avropa mədəniyyətinə,
Amerika ədəbiyyatına və ali bəşəri
dəyərlərə böyük diqqət göstərir və bu
dəyərləri təbliğ edir", - deyə S.Ağa-
malıyeva bildirib.
Məruzədə Azərbaycanın mul-
tikulturalizm ideyaları ilə zəngin bir
tolerant ölkə, xalq olması tədbir iş-
tirakçılarının diqqətinə çatdırlıb:
"Multikulturalizm xalqımızın həyat
tərzidir və biz bu həyat tərzi ilə ge-
dirik. Biz bununla dünya ədəbiy -
yatını, mədəniyyətini öyrənirik və
eyni zamanda bu gün böyük
dəyərlərə sahib olan ölkəmizi dün-
yaya tanıda bilirik. Qeyd etmək
istəyirəm ki, bu gün Azərbaycanda
sabitlik, yüksək iqtisadi inkişaf,
düzgün siyasət vardır. Dahi şəxsiyyət
Heydər Əliyevin siyasətinin uğurla
davamının nəticəsində biz gənclər bu
cür beynəlxalq simpoziumlarda fəal
iştirak edir, həm özümüzü, həm
ölkəmizi tanıdır, həm də dünyanı ta-
nıyırıq. Biz eyni zamanda buradan
bütün dünyaya bir mesaj göndəririk
ki, ədəbiyyatın vəzifəsi tərbiyədir,
mədəniyyətdir, insani xüsusiyyətlər
formalaşdırmaqdır. Azərbaycan xalqı
ziddiyyətlərdən, müharibələrdən,
çaxnaşmalardan kənar yaşayan
mədəni bir xalqdır və multi kultu -
ralizm məkanıdır. Azərbaycan
müxtəlif xalqların və millətlərin
uzun əsrlər boyu birgə yaşayış
mərkəzi olub və biz dünya ilə məhz
bu konteksdə öz əlaqələrimizi
genişləndirmək istə yi rik."
“Ernest Heminquey və “Şərq”
mövzusunda ciddi elmi axtarışlar
aparan filologiya üzrə fəlsəfə doktoru
Süsənbər Ağamalıyeva, məruzəsində
XX əsr Amerika ədəbiyyatının
görkəmli nümayəndəsi Ernest He-
minqueyin yaradıcılığının müasir
Amerika nəsrinin for malaşması və
inkişafına təsir məsələlərinə toxu-
naraq, yazıçının ədəbi irsinin böyük
məktəb rolu oynadığını bildirib. O,
Heminqueyin əsələrindən sitat
gətirərək yazıçının islamafobiyaya,
ksenofobiyaya qarşı olduğunu, xalq-
lar arasında dini, irqi fərqin
qoyulmasını və diskrimi na si yanı
pislədiyini bildirib. O, Ernest
Heminqueyin “Əcəl zəngi” roma -
nında Azərbaycan adını çəkməsindən,
Azərbaycan ədəbiy yatında və
ədəbiyyatşünaslı ğında yazıçıya olan
münasibətdən bəhs edib, onu Şərqlə
bağlayan məsələlərə toxunub. S.Ağa-
malıyeva qeyd edib ki, bütün yara-
dıcılığı boyu müharibə əleyhinə olan
Ernest Heminqueyin əsərləri
müharibə şəraitində olan Azərbay -
canda və onun ayrılmaz parçası - 25
ildir ki, ermənilər tərəfindən bloka-
daya alınmış Naxçıvanda sevilə-
sevilə öyrənilir. Müharibənin yarat-
dığı ağrıları öz tarixində və taleyində
görən bir tədqiqatçı kimi S.Ağa -
malıyeva beləb bir elmi qənaətlə çı-
xış edib ki, Heminqueyin ədəbi və
publisistik irsi bütün dövrlər üçün
aktualdır.
Gənc tədqiqatçı alimin elmi
məruzəsi öz aktuallığ ilə seçilib və
maraqla qarşılanıb. Belə ki,
simpoziuma təqdim edilmiş ən yaxşı
məruzələrdən biri hesab olunaraq,
digər 8 azərbaycanlı almin elmi
məruzəsi ilə yanaşı nəşrə tövsiyə olu-
nan simpozium məqalələri sırasına
daxil edilib, eyni zamanda Təşkilat
Komitəsinin sertifikatına layiq gö-
rülüb.
Naxçıvan Dövlət Universi -
tetinin müəllimi Gürcüstanda
keçiriləcək növbəti elmi konfrans-
larda iştirak etmək üçün dəvət alıb.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri
Gürcüstanda keçirilən beynəlxalq simpoziumda
Naxçıvan Dövlət Universiteti də uğurla təmsil olunub
N
axçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2015-ci il
iyulun 27-də imzaladığı “Ali və
orta ixtisas təhsili müəssisələrində
ixtisasların müvafiq təşkilatlara
hamiliyə verilməsi haqqında”
Sərəncamına uyğun olaraq Naxçıvan
Muxtar Respublikası Səhiyyə Na-
zirliyinin də tədbirlər planı hazır-
lanmışdır. Naxçıvan Muxtar
Respublikası Səhiyyə Nazirliyi
həmin Sərəncamdan irəli gələn
vəzifələrin icrası ilə bağlı Naxçıvan
Dövlət Universitetinin Tibb
fakültəsində hamiliyə götürülmüş ix-
tisaslarında təhsil alan tələbələrlə gö-
rüş keçirib.
Naxçıvan Dövlət Universite -
tinin tədris işləri üzrə prorektoru, fi-
lologiya üzrə fəlsəfə doktoru, dosent
Surə Seyid çıxış edərək, 27 iyul
2015-ci il tarixli sərəncamın mühüm
əhəmiyyətindən danışıb, sərəncam -
dan irəli gələn vəzifələri nəzərə
çatdırıb. Azərbaycanda və onun
ayrılmaz tərkib hissəsi olan MR-da
tibb təhsilinin inkişafına göstərilən
dövlət qayğısından danışıb, univer-
sitetin tibb fakültəsində təhsil alan
tələbələr üçün hər cür şərait yara-
dıldığını bildirib. Prorektor tibbi
kadrlara olan tələbatı ödəmək üçün
1999-cu ildə ali təhsil müəssisəsində
Tibb fakültəsinin yaradıldığını, ən
yeni tibbi avadanlıqlarla təchiz
edilən Universitet Xəstəxanasının
mövcud olduğunu nəzərə çatdırıb.
Natiq, bu Sərəncamın tibb sahəsinə
də böyük töhfələr verəcəyini qeyd
edib.
Naxçıvan Muxtar Respublika -
sı səhiyyə nazirinin müavini Sona
Məmmədova
bildirib
ki,
Sərəncamdan irəli gələn vəzifələrin
icrası muxtar respublika səhiyyəsi
üçün mühüm əhəmiyyət kəsb edir.
Yüksək ixtisaslı həkim kadrlarının
hazırlanması işi Səhiyyə Nazirliyi-
nin qarşısında duran vacib
məsələlərdəndir. Bu gün muxtar
respublikada ali və orta ixtisas
təhsili müəssisələrində tibb təhsili
alanların praktik iş qabiliyyətinə
yiyələnmələri daim diqqətdə saxla-
nılır. Vurğulanıb ki, Naxçıvan MR
Stomatoloji Mərkəzdə Stomatolo-
giya ixtisasında təhsil alan tələbələrə,
protez hazırlamaları üçün alətlər
verilmiş, sərbəst işləmələri üçün
hər cür şərait yaradılmışdır. Qeyd
olunub ki, 27 iyul 2015-ci il tarixli
Sərəncam muxtar respublika
səhiyyəsi üçün çox vacibdir və
muxtar respublikada fəaliyyət
göstərən tibbi kadr potensialına
böyük töhfə verəcəkdir. Səhiyyə
nazirinin müavini səhiyyənin ümu-
mi inkişafına da nəzər salaraq
bildirib ki, səhiyyə sisteminin yeni
dövrün tələblərinə uyğunlaşdırıl -
ması, əhalinin sağlamlığının etibarlı
təminatına imkan verən müasir tibb
infrastrukturunun yaradılması, mux-
tar respublikada uğurla davam
etdirilən genişmiqyaslı quruculuq
işlərinin mühüm tərkib hissəsinə
çevrilib. İnsanların sağlamlığının
yaxşılaşdırılması, əhalinin bütün
təbəqələrinin keyfiyyətli tibbi
xidmətlə təmin edilməsi məqsədilə
muxtar respublikada mühüm işlər
görülür. Bütün bunlarla yanaşı,
həkimlərin peşə vərdişlərinin
artırılması məqsədilə çoxsaylı se-
minarlar, konfranslar keçirilir, tibb
işçiləri Bakı şəhərinə və Türkiyə
Respublikasının müxtəlif klinika
və xəstəxanalarına təkmilləşdirmə
kurslarına göndərilir. Bunların
nəticəsidir ki, muxtar respublikadan
olan həkimlər müstəqil şəkildə
xəstələr üzərində açıq ürək, lapo-
roskopik, TUR, LOR, göz və digər
mürəkkəb cərrahi əməliyyatlar apa-
rırlar. Natiq bildirib ki, ən qiymətli
kapital sayılan insan problemlərinin
həllinə həssaslıqla yanaşmaq,
üzləşdiyi çətinliklərin qısa zaman-
da aradan qaldırılması istiqamətində
həyata keçirilən tədbirlər də məhz bu
inkişafın hesabına mümkün olur.
Sonda bir sıra təkliflər irəli
sürülüb, həmçinin tibb sahəsinə aid,
tələbələri maraqlandıran suallar ca-
vablandırılıb.
Dostları ilə paylaş: