HeydəR Əliyev irsini araşdirma məRKƏzi xocali 1992 Bakı 2014


Opera və Balet Teatrı, 21 sentyabr 1997-ci il



Yüklə 11,35 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix07.09.2017
ölçüsü11,35 Mb.
#29223
1   2   3   4   5   6   7   8   9   ...   14

Opera və Balet Teatrı, 21 sentyabr 1997-ci il

www.aliyevheritage.org
XOCALI - 1992
20
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının altıncı 
ildönümü ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən – Bakı şəhəri, 23 fevral 1998-ci il
...Azərbaycan  xalqına  qarşı  yönəldilmiş  Xocalı 
soyqırımı  ağlasığmaz  qəddarlığı  və  qeyri-insani  cəza 
üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlı-
ğa qarşı tarixi bir cinayətdir...
...Bir  qrup  erməni  millətçi-separatçı  qüvvələrin 
1988-ci  ildə  Dağlıq  Qarabağda  başladığı  avantürist 
hərəkat təkcə Xocalı soyqırımına deyil, eyni zamanda 
Azərbaycan və erməni xalqları arasında on ildən ar-
tıq davam edən qanlı münaqişəyə, Qafqaz bölgəsində 
etnik konfliktlərə və digər ağır nəticələrə gətirib çıxar-
mışdır. İndi beynəlxalq ictimaiyyət separatist hərəkət-
lərin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün 
böyük təhlükə olduğunu anlayır və buna qarşı ciddi 
etiraz səsini qaldırır. Hazırda beynəlxalq və regional 
tədbirlərdə  bu  hərəkətlər  pislənir  və  müvafiq  siya-
si-hüquqi qiymətini alır...
...Nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də 
beynəlxalq aləmdə öz qiymətini alacağı və günahkar-
ların gec-tez öz layiqli cəzalarına çatacağı labüddür...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin 1 iyun - Uşaqları 
Beynəlxalq Müdafiə günü münasibətilə 
çıxışından – 1 iyun 1998-ci il
...Ermənistan-Azərbaycan  münaqişəsinin  başlan-
yan qaçqınların 400 mini uşaqlardır. Bu, dəhşətli bir 
mənzərədir...

www.aliyevheritage.org
21
XOCALI - 1992
 

Azərbaycan Respublikasının Prezidenti, 
Silahlı Qüvvələrin Ali Baş Komandanı 
Heydər Əliyevin Xocalının düşməndən 
müdafiəsində iştirak etmiş, şəhid olmuş milli 
qəhrəmanların, döyüşçülərin valideynlərinə, 
ailə üzvlərinə və fərqlənənlərə “Qızıl 
Ulduz” medalları, “Azərbaycan Bayrağı” 
ordenlərinin təqdim edilmə mərasimində 
nitqindən – 26 fevral 1999-cu il
...XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına 
qarşı dəfələrlə təcavüz edilibdir, soyqırımı törədilibdir. 
Onlardan ən dəhşətlisi Xocalı faciəsi, soyqırımıdır...
ması,  Ermənistanın  Azərbaycana  təcavüz  etməsi  ilə 
əlaqədar döyüşlər gedibdir, insanlarımız həlak olub-
dur,  şəhid  olubdur,  qurbanlar  vermişik.  Təəssüf  ki, 
hələ  böyüməmiş,  dünyanı  görə  bilməmiş  uşaqlar  da 
həlak olublar, bu faciənin qurbanları olublar. Uşaqlar 
1990-cı  il  20  yanvar  faciəsinin  də  qurbanları  olublar. 
Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş 
Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar 
qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir, cə-
miyyətimizin,  həyatımızın  yaralı  yerləridir  və  bütün 
bu  döyüşlər,  münaqişə,  Ermənistanın  torpaqlarımızı 
işğal etməsi nəticəsində əhalimizin böyük bir qismi ye-
rindən-yurdundan didərgin düşmüşdür, onların əksə-
riyyəti çadırlarda yaşayır və bizim körpələr, uşaqlar, 
balalarımız artıq bir neçə ildir ki, çadırlarda yaşamaq 
məcburiyyətindədirlər.  Onlar  çadırda  yaşayırlar,  ça-
dırda böyüyürlər, çadırda təhsil alırlar. Bizim həyatı-
mızın bu cür narahatedici, sıxıntılı cəhətləri də vardır...

www.aliyevheritage.org
XOCALI - 1992
22
...O  müdhiş  fevral  gecəsi  Ermənistan  silahlı  qüv-
vələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi 
və iştirakı ilə, Azərbaycanın gözəl bir diyarı olan Xo-
calının  sakinlərinə  qarşı  dəhşətli  soyqırımı  etmişlər. 
Böyük,  misli  görünməmiş  vəhşiliklə  həyata  keçirilən 
bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. 
Dinc, silahsız xocalılara bir gecənin içində böyük zər-
bələr vurulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xo-
calılı qadın, kişi, yaşlı, gənc, körpə, uşaq həlak olmuş-
dur. Yüzlərlə xocalılı yaralanmış, xəsarət almış, şikəst 
olmuşdur. Yüzlərlə insan əsir düşmüşdür...
...Bu  faciə  Azərbaycan  xalqına  qarşı  Ermənis-
tan-Azərbaycan  müharibəsi  dövründə  vurulmuş  ən 
ağır  zərbədir.  Xocalılar  bu  faciəni  mərdliklə,  qəhrə-
manlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəh-
rəmancasına  müdafiə  edənlər  həlak  olmuşlar,  şəhid 
olmuşlar.  Vəhşi  ermənilər  tərəfindən  açılan  atəşlərin 
nəticəsində Xocalı ərazisi qana bulaşmışdır... 
...Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xo-
calılara ağır bir mənəvi zərbə olmuşdur. Ancaq xoca-
lıların iradəsi sınmamış, insanlar qəhrəmanlıqla, mərd-
liklə şəhid olmuşlar. Xocalılar bu ağır faciəni mərdliklə 
yaşamışlar...
...Xocalı  faciəsi  təkcə  xocalıların  yox,  bütün  Azər-
baycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün 
bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm 
günüdür. Mən bütün həlak olanlara bir daha Allahdan 
rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına 
başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşı-
mız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, 
Azərbaycan xalqının matəmidir...

www.aliyevheritage.org
23
XOCALI - 1992
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin 31 mart - Azərbaycanlıların 
Soyqırımı günü münasibətilə Azərbaycan 
xalqına müraciətindən – Bakı şəhəri, 29 mart 
2000-ci il
...1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının 
yaxından köməyi ilə erməni hərbi birləşmələri müa-
sir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər. 
Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və 
dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan 
edildi.  Bu  misilsiz  vandalizm  və  soyqırımı  aktların-
dan məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əz-
mini qırmaq idi...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının 
ildönümü  ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən – 24 fevral 2001-ci il
...1992-ci il fevralın 26-da ən müasir silahlar və tex-
nika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələ-
ri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə 
iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan 
etdilər, yüzlərlə günahsız mülki əhaliyə - qadınlara, 
qocalara, uşaqlara amansızcasına divan tutdular. Xü-
susi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı 
əhalisinə  deyil,  bütövlükdə  insanlığa  qarşı  misli  gö-
rünməmiş cinayət idi. Əsrin əvvəllərindən başlayaraq 
təcavüzkar erməni millətçiləri tərəfindən azərbaycan-
lılara  qarşı  dəfələrlə  soyqırımı  aksiyaları  törədilmiş-
dir.  Amma  Xocalı  soyqırımı  bunların  ən  dəhşətlisi 
olmuşdur...

www.aliyevheritage.org
XOCALI - 1992
24
...Xocalı soyqırımının qurbanlarının xatirəsini yad 
edərkən  onların  qarşısında  hər  birimizin  vicdan  və 
vətəndaşlıq  borcu  haqqında  düşünürük.  Bu  borcu 
ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğ-
runda öz həyatlarını qurban verdikləri idealları yaşat-
maq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun 
sərhədlərinin  toxunulmazlığını,  ərazi  bütövlüyünü 
təmin etməkdir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Avropa Şurası Parlament 
Assambleyasının sədri Lord Rassel Constonla 
görüşdə söhbətindən – 15 sentyabr 2001-ci il
...1988-ci  ildən  indiyə  qədər  Ermənistan-Azər-
baycan münasibətlərində baş vermiş hadisələr - in-
sanların qətlə yetirilməsi, Xocalı faciəsi, yaxud işğal 
olunmuş torpaqlarda kütləvi formada aparılan etnik 
təmizləmə, - yenə də deyirəm, bunun nəticəsində in-
sanların qətlə yetirilməsi, - bunların özü də terrorun 
bir formasıdır...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının onuncu 
ildönümü ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən – 25 fevral 2002-ci il
...Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə er-
məni şovinist-millətçiləri tərəfindən azərbay-canlıla-
ra qarşı müntəzəm olaraq həyata keçirilən etnik tə-
mizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı 
səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərə-
findən himayə olunan bu mənfur siyasət çar Rusiyası 
və Sovet hakimiyyəti dövründə ardıcıl davam etdi-

www.aliyevheritage.org
25
XOCALI - 1992
rilmiş,  SSRİ-nin  süqutundan  sonra  xalqımızın  doğ-
ma  torpaqlarından  qovulması,  qaçqın  və  köçkünə 
çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur. 
Təcavüzkar  erməni  millətçilərinin  və  sərsəm  “Bö-
yük Ermənistan” ideoloqlarının etnik təmizləmə və 
soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki mil-
yon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss 
etmişdir...
...Öz  miqyasına  və  dəhşətlərinə  görə  dünya  ta-
rixində analoqu az olan Xocalı soyqırımını törətmək-
də  erməni  şovinistləri  və  ideoloqları  uzağa  gedən 
məqsəd  güdürdülər.  Məqsəd  Dağlıq  Qarabağı  və 
digər  Azərbaycan  torpaqlarını  ələ  keçirmək,  xalqı-
mızın müstəqillik və ərazi bütövlüyü uğrunda mü-
barizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz 
niyyətlərinə  çata  bilmədi.  Doğrudur,  faciə  bütün 
Azərbaycanı  sarsıtmış,  Xocalı  sakinlərinə  sağalmaz 
yaralar,  mənəvi  zərbələr  vurmuşdur.  Lakin  xocalı-
lar hətta amansız soyqırım günündə də özlərini əsl 
qəhrəman  kimi  aparmış,  erməni-sovet  hərbi  birləş-
mələrinə  qarşı  qeyri-bərabər  döyüşdə  igidliklə  vu-
ruşmuş,  düşmən  qarşısında  əyilməmiş,  xalqımızın 
qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar...
...Bu  gün  Azərbaycan  hökuməti  və  xalqı  qarşı-
sında  Xocalı  soyqırımı  və  bütövlükdə  ermənilərin 
Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında 
həqiqətləri  olduğu  kimi,  bütün  miqyası  və  dəhşət-
ləri  ilə  dünya  dövlətlərinə,  parlamentlərinə,  geniş 
ictimaiyyətə  çatdırmaq,  bütün  bunların  əsl  soyqırı-
mı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. 
Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətən-

www.aliyevheritage.org
XOCALI - 1992
26
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Azərbaycanın yəhudi 
icmasına müraciətindən – Prezident sarayı, 
8 aprel 2002-ci il
...Son  on  dörd  ildə  Ermənistanın  Azərbaycana 
hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən de-
portasiya  və  soyqırımı  siyasəti,  misli  görünməmiş 
Xocalı müsibəti XX əsrdə dünyanın ən böyük milli 
fəlakətlərindəndir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının 
ildönümü ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən – Bakı şəhəri, 25 fevral 2003-
cü il
...Xocalı faciəsi iki yüz ildən çox müddətdə da-
vakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı 
aparılan  etnik  təmizləmə  və  soyqırımı  siyasətinin 
qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, 
xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düş-
mənçilik  heç  zaman  dayanmamış,  gah  açıq  qarşı-
durma və qanlı toqquşmalar şəklini almış, gah da 
dövrün  tələblərinə  uyğun  ideoloji  forma  ilə  pər-
dələnmişdir...
...15  il  əvvəl  təcavüzkar  erməni  şovinistlərinin 
daşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, fa-
ciənin  əsl  beynəlxalq  hüquqi-siyasi  qiymət  alması, 
onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının 
layiqincə cəzalandırılması bütövlükdə insanlığa qar-
şı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlan-
maması üçün mühüm şərtdir...

www.aliyevheritage.org
27
XOCALI - 1992
irəli  sürdükləri  ərazi  iddiaları  azərbaycanlıların 
qədim torpaqlarından kütləvi deportasiyasına, çox-
saylı terror aktlarına və tammiqyaslı amansız mü-
haribəyə  səbəb  oldu.  Nəticədə  on  minlərlə  insan 
həlak  oldu,  əlil  vəziyyətinə  düşdü,  yüz  minlərlə 
soydaşımız  qaçqın  və  məcburi  köçkünə  çevrildi. 
Dağlıq  Qarabağ  və  onun  ətrafında  olan  7  rayonu-
muz  erməni  hərbi  birləşmələri  tərəfindən  işğal 
edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı 
şəhərinin misli görünməmiş qəddarlıqla məhv edil-
məsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi 
birləşmələri 366-cı sovet alayı ilə birlikdə qadınlara, 
uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı 
xüsusi  vəhşiliklə  qətlə  yetirdi,  onları  hərb  tarixin-
də  analoqu  olmayan  işgəncə  verməklə  öldürdü, 
təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşili-
yinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığı-
na görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə 
kimi qalacaqdır...
...Xocalı soyqırımını törətməkdə erməni şovinist-
lərinin məqsədi xalqımızı qorxutmaq, vahimə için-
də saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal 
faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən 
öz  məkrli  niyyətlərinə  çata  bilmədi.  Xocalı  müda-
fiəçiləri  təpədən  dırnağa  qədər  müasir  silahlarla 
təchiz  olunmuş  düşmən  qarşısında  özünü  itirmə-
di,  əyilmədi,  qəhrəmanlıq  və  rəşadət  nümunələri 
göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vu-
ruşaraq,  əsl  fədakarlıq  və  vətənpərvərlik  nümayiş 
etdirdilər...

www.aliyevheritage.org
XOCALI - 1992
28
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin 31 mart Azərbaycanlıların 
Soyqırımı Günü münasibəti ilə Azərbaycan 
xalqına müraciətindən – Bakı şəhəri, 27 mart 
2003-cü il
...1992-ci  ilin  fevralında  törədilmiş  Xocalı  faciə-
si isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və 
amansızlığına görə misli görünməmiş genosid aktı 
kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilə-
rinin  və  onların  ideoloqlarının  xalqımıza  qarşı  ci-
nayətlərinin tam olmayan siyahısı belədir: Yüzillər 
boyu  davam  edən  bu  şovinist  və  davakar  siyasət 
nəticəsində  əzəli  Azərbaycan  torpaqları  təcavüz-
kar qonşular tərəfindən qəsb olunmuş, on minlər-
lə  soydaşımız  vəhşicəsinə  öldürülmüş,  minlərlə 
maddi və mənəvi mədəniyyət abidələri vandallıqla 
dağıdılmışdır.  Keçən  dövrdə  mütəmadi  olaraq  er-
məni xalqının geniş dairələri azərbaycanlılara qarşı 
nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda 
“türk-azərbaycanlı” düşmən obrazı yaradılmış, bu 
məqsədə xidmət edən “mədəni-milli cəmiyyətlər”, 
terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Azərbaycanın yəhudi 
icmasına məktubundan – Bakı şəhəri, 27 
aprel 2003-cü il
...Azərbaycan  xalqı  da  öz  tarixi  boyu  dəfələrlə 
belə  milli  müsibətlərlə  üzləşməli  olmuşdur.  Xü-
susən  1988-ci  ildən  başlayan  növbəti  erməni  hər-
bi  təcavüzü  nəticəsində  xalqımızın  məruz  qaldığı 

www.aliyevheritage.org
29
XOCALI - 1992
soyqırımı  və  deportasiya,  kütləvi  qətl  və  qırğın-
lar, zəbt olunmuş torpaqlarımızda dəhşətli erməni 
vandalizmi,  nəhayət  Xocalı  müsibəti  kimi  ağır  ci-
nayətlər dünyanın gözü qarşısında baş vermiş, la-
kin təəssüf ki, hələ də beynəlxalq birlik tərəfindən 
hüquqi-siyasi qiymətini almamışdır...

www.aliyevheritage.org
XOCALI - 1992
30
Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyev Xocalı soyqırımı haqqında
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Xocalı soyqırımının 
ildönümü ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən – Bakı şəhəri, 24 fevral     
2004-cü il
...1992-ci  il  fevralın  26-da  xalqımız  öz  taleyinin 
ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün 
qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləş-
mələri tərəfindən yer üzündən silindi. Heç bir hərbi 
zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu 
olmayan  işgəncələrlə  öldürüldü,  meyitləri  təhqir 
olundu.  Uşaqlar,  qadınlar,  qocalar,  bütöv  ailələr 
məhv  edildi.  XX  əsrin  sonunda  təkcə  Azərbaycan 
xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır ci-
nayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, 
vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı 
törədilmiş cinayətlər sırasında xüsusi yer tutur...
...Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz 
ildən artıq müddətdə davakar erməni millətçilərinin 
Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və et-
nik təmizləmə siyasətinin tərkib hissəsi idi...
...Xocalı  faciəsi  öz  qəddarlığına,  kütləviliyinə  və 
törədilən  cinayətlərin  ağırlığına  görə  bəşəriyyətə 
qarşı ağır cinayətlər sırasına daxil olmuşdur...
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Xocalı soyqırımının 15-ci 
ildönümü münasibətilə Azərbaycan xalqına 

www.aliyevheritage.org
31
XOCALI - 1992
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Dünya Azərbaycan və 
Türk Diaspor Təşkilatları Rəhbərlərinin I 
forumunun təntənəli açılış mərasimindəki 
nitqindən – Bakı şəhəri, 9 mart 2007-ci il
...Xocalı  soyqırımını  törədən  vəhşilər  bizi  soyqı-
...1992-ci  il  fevralın  26-da  qədim  Azərbaycan 
şəhəri  Xocalı  erməni  hərbi  birləşmələri  tərəfindən 
vəhşicəsinə  dağıdıldı,  onun  müdafiəçilərinə  və  sa-
kinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin 
görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadın-
lar, qocalar, bütöv ailələr məhv edildi, onların meyit-
ləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü 
qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz 
amansızlığına və qəddarlığına görə təkcə Azərbay-
can  xalqına  qarşı  deyil,  bütövlükdə  bəşəriyyətə  və 
insanlığa qarşı törədilmiş cinayət idi...
...Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi 
davakar erməni millətçilərinin yüzilliklər boyu türk 
və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və 
etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi...
...Xocalı  qırğınını  törətməklə  erməni  millətçilə-
ri  hiyləgər  siyasi  və  taktiki  məqsədlər  güdürdülər. 
Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq, 
onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa 
məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətlə-
ri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və 
ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə 
və qəhrəmanlıq nümunəsi göstərdi...
müraciətindən – Bakı şəhəri, 23 fevral 2007-ci il

www.aliyevheritage.org
XOCALI - 1992
32
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin 31 Mart Azərbaycanlıların 
Soyqırımı Günü münasibətilə Azərbaycan 
xalqına müraciətindən – Bakı şəhəri, 29 mart 
2007-ci il
...1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələri-
nin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi 
kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soy-
daşlarımızın  Ermənistan  Respublikası  ərazisindəki 
ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci 
ildən  başlayaraq  Dağlıq  Qarabağı  Azərbaycandan 
qoparmaq  məqsədi  güdən  genişmiqyaslı  müharibə 
və onun bu gün də davam edən acı nəticələri, 1992-ci 
ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millət-
çilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata 
keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Türk Dövlət və 
Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və 
Əməkdaşlıq Qurultayında  nitqindən – 17 
noyabr 2007-ci il
...Ermənilər  həmişə  türklərə,  azərbaycanlılara 
qarşı  soyqırımı  siyasəti  aparmışlar.  Keçmiş  tarixdə 
də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı 
soyqırımı  bunun  bariz  nümunəsidir.  Günahsız  in-
sanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqı-
rım deyil, bəs nədir?..
rımda ittiham edirlər və bəzi hallarda onların yalan 
təbliğatı uğurlar gətirir...

www.aliyevheritage.org
33
XOCALI - 1992
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Polşaya rəsmi səfərinə dair 
birgə mətbuat konfransında bəyanatından 
– 26 fevral 2008-ci il
...1992-ci il fevralın 26-da Ermənistanın Azərbayca-
na qarşı etnik təmizləmə siyasəti aparması qeydə alın-
mışdır. Məhz o gün Azərbaycan şəhəri Xocalı Ermə-
nistanın təcavüzünə məruz qalmışdır və azərbaycan-
lılara  qarşı  soyqırımı  törədilmişdir.  O  gecə  600-dən 
çox dinc insan qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 
106-sı isə qadın olmuşdur. Bu, çox böyük cinayətdir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin 31 mart Azərbaycanlıların 
Soyqırımı Günü münasibətilə Azərbaycan 
xalqına müraciətindən – Bakı şəhəri, 29 mart 
2008-ci il
...1992-ci ilin fevralında erməni hərbi birləşmələri-
nin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və aman-
sızlığına görə misli görünməmiş soyqırımı aktı, insan-
lığın tarixində qara ləkə kimi qalacaqdır...
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Azərbaycanın yəhudi 
icmasına müraciətindən – Bakı şəhəri, 20 
aprel 2009-cu il
...Son iyirmi ildə Ermənistanın Azərbaycana hərbi 
təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş deporta-
siya və etnik təmizləmə siyasəti, kütləvi qətl və terror 
aksiyaları, nəhayət Xocalıda azərbaycanlıların dəşhət-
li qətliamı zəmanəmizin acı gerçəkliyidir...

www.aliyevheritage.org
Yüklə 11,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin