HeydəR Əliyev I rsini araşdi rma məRKƏZİ xocali 1992 Bakı-2014


■  Azərbaycan Respublikasmm Prezidenti



Yüklə 6,74 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix06.09.2017
ölçüsü6,74 Mb.
#29173
1   2   3   4   5   6   7   8   9   ...   13

■  Azərbaycan Respublikasmm Prezidenti 
İlham Əliyevin Xocalı soyqırımmm 20-ci 
ildönümü ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən -  Bakı şəhəri, 23 fevral 2012- 
ci il.
...Son  iki  əsrdə  erməni  millətçiləri  tarixi  Azər- 
baycan  torpaqları  hesabına  mifik  "Böyük  Ermənis- 
tan"  ideyasmı gerçəkleşdirmək məqsədilə dəfələrlə 
xalqımıza  qarşı  terror,  kütləvi  qırğın,  deportasiya 
və etnik  təmizləmə kimi bəşəri  cinayətlər törətmiş- 
lər.  XX  əsrin  sonunda  dünyanın  gözü  qarşısında 
baş  verən,  qəddarlxğı  və  amansızlığı  ilə  fərqlənən 
Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qan- 
lı  səhifəsi  idi.  Bu  ağır  cinayətə  görə  siyasi-hüquqi 
məsuliyyət  birbaşa  Ermənistanm  о  zamankı  və  in- 
diki  rəhbərliyinin,  Dağlıq  Qarabağdakı  separatçı 
rejimin üzərinə düşür.
Azərbaycan  dövləti  erməni  faşistlərinin  törət- 
diyi  Xocalı  faciəsi  haqqındakı  həqiqətlərin  dünya 
ictimaiyyətinə  çatdırılması  və  beynəlxalq  aləmdə 
soyqırımı  kimi  tanıdılması  istiqamətində  iyirmi  ilə 
yaxındır ki,  məqsədyönlü  və  sistemli  iş  aparır.  Son 
illərdə  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyası 
çərçivəsində  soydaşlarımızı  təmsil  edən  çoxsaylı

vətəndaş  cəm iyyəti  institutları,  gənclər  təşkilatları 
və  diaspor  qu ru m lan  bu  sahədə hakimiyyət  strak- 
turları  ilə  birgə  səm ərəli  fəaliyyət  göstərirlər.  Ar- 
tıq yalan və  saxtakarlıq üzərində  qurulmuş erməni 
təbliğat m aşım nm   iç  üzü  ifşa  olunur  və  dünya  icti- 
m ai  fikri  Xocalı  həqiqətlərini  qəbul  etməyə  başla- 
yır.  İslam   Ə m əkdaşlıq  Təşkilatı  Parlament  İttifaqı 
bu faktı "in san lığ a qarşı törədilmiş kütləvi cinayət" 
hadisəsi  kim i  tanım ış  və  üzv  dövlətləri  həmin  fa- 
ciəyə m üvafiq siyasi-hüquqi qiymət verməyə çağır- 
m ışdır.  Pakistan  və  M eksikanm   parlamentlərində 
bu  qətliam ın  soyqırım ı  aktı  kim i  tamnması barədə 
qətnam ə  qəbul edilm işdir.
A zərbaycan  R espublikası  hazırda  dünya  təh- 
lü kəsizlik sistem ində və beynəlxalq terrorizmə qar- 
şı m übarizədə m ühüm  rol oynayır. Harada baş ver- 
m əsind ən  asılı  olm ayaraq,  biz hər  cür irqi  ayrı-seç- 
kiliyi,  etnik  və  dini  zəm ində  diişmənçiliyi  bütöv- 
lükdə bəşər cəm iyyətinə  qarşı  cinayət hesab edirik. 
D övlətim iz  bundan  sonra  da  Xocalı  soyqırımma, 
A zərbaycan  torpaqlarm m   Ermənistan  tərəfindən 
işğalına obyektiv qiym ət verilməsi  və tarixi-hüquqi 
ədalətin bərpası ü çü n  öz fəaliyyətini davam etdirə- 
cək,  bütü n  siyasi  və  hüquqi  vasitələrlə belə hallara 
qarşı barışm az  m übarizə  aparacaqdır.
Xocalı 
soyqırım ım  
törətməkdə 
düşmənin 
m əqsəd i  A zərbaycan  xalqm ı  sarsıtmaq,  suverenlik 
v ə  ərazi  bütövlüyü  uğrunda  mübarizədən  çəkin- 
d irm ək  və  torpaqlarım ızı  zorla  ələ  keçirmək  olsa 
da,  bu  ağır  faciə  xalqım ızı  daha  da  mətinləşdirmiş, 
qəhrəm an  oğul  və  qızlarım ızı  müqəddəs  Vətən  və
milli  dövlətçiliyimiz naminə qətiyyətli və mütəşək- 
kil mübarizəyə  səfərbər etmişdir.
Bu  ümummilli  hüzn  günündə  bir  daha  Xocalı 
faciəsinin  günahsız  qurbanlarının  əziz  xatirəsini 
ehtiram la  yad  edir,  bütün  şəhidlerimizə  Allahdan 
rəhm ət  diləyirəm.  Sizi  əmin  etmək  istəyirəm  ki, 
Xocalı  soyqırımım həyata  keçirənlər gec-tez  ədalət 
m əhkəm əsi  qarşısında  cavab  verərək  layiqli  cəza- 
larını  alacaq,  şəhidlərimizin  qanı  yerdə  qalmaya- 
caqdır.
■   Azərbaycan Respublikasmm Prezidenti 
İlham Əliyevin  İkinci  Bakı Beynəlxalq 
Humanitar Forumun açılış mərasimində 
nitqindən -  Bakı  şəhəri, 4 oktyabr 2012-ci il
...Hazırda  dünyada  adambaşına  düşən qaçqınla- 
rın  ən  yüksək  sayı  məhz Azərbaycandadır.  Bir  mil- 
yondan  artıq  qaçqın  və  köçkün  soydaşımız  var  ki, 
onlar bu  gün  öz  doğma  torpağına  qayıda  bilmirlər. 
Çünki  Ermənistanın  işğalçı  siyasəti  bu  gün  də  da­
vam  edir.
Xalqım ız  böyük  faciolər yaşadı.  Xocah  soyqırımı 
törədildi,  günahsız  insanlar,  onların  içində  qadın- 
lar,  uşaqlar  vəhşicəsino  qətlə  yetirildi,  dini,  mədəni 
abidələrimiz  ermənilər  torofindən  dağıdıldı.  Yəni, 
həm  xalqımıza,  həm  mədəniyyətimizə  qarşı  soyqı- 
rımı  törədildi.  Bu soyqırımını,  bu  vəhşiliyi  törədən- 
lər hələ  ki,  dünya birliyi  tərəfindən adekvat qınaqla 
üzləşməyiblər...

■   Azərbaycan Respublikasmm Prezidenti 
İlham Əliyevin Quba Soyqırımı Memorial 
Kompleksinin açılışında nitqindən -  Quba 
şəhəri, 18 sentyabr 2013-cü il
...Xocali soyqinm m i  törədənlər bu  gün  Ermənis- 
tan  rəhbərliyində  təmsil  olunan  adamlardir.  Bu  fa­
cia  diinyamn  gözü  qabağında  baş  vermişdir.  Yəni, 
biz  bunu  "erm əni  soyqırım ı"  mifi  kimi  heç bir  əsa- 
sı  olmayan  mifologiya  əsasmda  deyil,  real  faktlar 
əsasında  görürük.  Videomateriallar,  fotoşəkillər, 
canlı  şahidlərin ifadələri -  bütün bunlar  həqiqətdir 
və  reallıqdır.  Ancaq nədənsə  bəziləri bunu  görmək 
istəm ir,  bəziləri  bu  günə  qədər  də  erməniləri  qur- 
ban kimi təqdim etmək istəyirlər.  Əlbəttə ki, bunun 
səbəbi  vardır.  Dünyada  fəaliyyət  göstərən  erməni 
lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və 
rüşvətxor  siyasətçilər  tarixi  tamamilə  təhrif  edərək 
bütün  günahı  Azərbaycanın  üzərinə  qoymağa  ça- 
lışırlar.  Bu  ədalətsizlik  bu  günə  qədər  də  davam 
edir.  Xocalı  soyqırımı  zamam  613  günahsız  insan 
erm ənilər tərəfindən vəhşicesinə qətlə yetirilmişdir. 
Əgər burada  uyuyan  soydaşlarımız  soyuq  silahlar- 
la  və  küt  alətlərlə  öldürülmüşlərsə,  Xocalıda  artıq 
soydaşlarım ız  avtom atlarla,  qumbaralarla  öldürül- 
m üşdür.  Yüzlərlə  insan  itkin  düşmüşdür.  Xocalıda 
erm ənilər  tərəfindən  63  uşaq,  106  qadın  öldürül- 
m üşdür.  Bu,  misli görünməmiş vəhşilikdir.
Bu  gün  Azərbaycan  dövləti  və  Azərbaycanda 
fəaliyyət  göstərən  ictimai  qurumlar,  ilk  növbədə 
H eydər  Əliyev  Fondu  Xocalı  soyqırımmın  dünya- 
da  soyqırım ı  kimi  tanıdılmasmda  çox  böyük  işlər
görür.  Quba  Soyqırımı  Memorial  Kompleksinin 
yaradılmasında  da  Heydər  Əliyev  Fondunun  fəa- 
liyyətini  xüsusilə  vurğulamaq  istəyirəm.  "Xocalıya 
ədalət!"  kampaniyasmm  başlanması  və  uğurla  da­
vam etdirilməsində də Heydər Əliyev Fondu, bizim 
diaspor  təşkilatlarırmz  və  əlbəttə  ki,  Azərbaycan 
dövləti bir  nöqtəyə vurur və  artıq tədricən istədiyi- 
mizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada 
Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu pro­
ses davam etdirilir...
■  Azərbaycan Respublikasmm Prezidenti 
İlham Əliyevin andiçmə mərasimində 
nitqindən -  Bakı  şəhəri,  19 oktyabr 2013-cü 
il.
...Xocalı  soyqınmım  soyqırımı  kimi  dünyada 
tanıtdırmaq  üçün  artıq  gözəl  imkanlar  vardır.  Bir 
neçə ölkə Xocalı soyqırımını  soyqırımı  kimi  tanıyıb. 
Bu  proses  davam etmolidir...

Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı  apa- 
rılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən ar- 
tıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları 
qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilər- 
də erməni tarixçilərinin və ideoloqlarının uydurduğu 
"Böyük Ermənistan" dövləti yaratmaq idi. Öz mənfur 
və  təhlükəli siyasətlərini  gerçəkləşdirmək üçün  onlar 
müxtəlif üsul və vasitələrdən,  tarixin saxtalaşdırılma- 
smdan,  siyasi təxribatlardan istifadə etmiş,  dövlət sə- 
viyyəsində davakar millətçiliyi,  separatizmi və qonşu 
xalqlara  qarşı  təcavüzü  dəstəkləmişlər.  Bu  məqsədlə 
Ermənistanda  və  ayrı-ayrı  xarici  dövlətlərdə  "mil- 
li-mədəni",  dini,  siyasi  və  hətta  terrorçu  təşkilatlar 
qurmuş,  erməni  diasporunun  və  lobbisinin  imkanla- 
rırıı səfərbər etmişlər.
XIX  əsrin birinci  rübündə  Rusiya  və  Iran  arasında 
gedən  müharibələrin  nəticosi  kimi  Azorbaycan  tor- 
paqlarınm ikiyə bölünməsi  ilə Qarabağ  ərazisinə İran 
və  Türkiyədən  ermənilərin  məqsədli  şokildə  kütləvi 
köçürülməsinə  start  verilmiş,  burada  demoqrafik  və- 
ziyyət  süni  surətdə  dəyişdirilmişdir.  1905-ci  ildə  er- 
məni  millətçiləri  tərəfindən  azərbaycanhlara  qarşı  öz 
doğma  yurdlarmda  kütləvi  qırğmlar  törədildi,  yüz- 
lərlə  yaşayış  məntəqəsi  dağıdıldı.  1918-ci  ildə  siyasi 
və  hərbi  rəhbərliyi  əsasən  ermənilərdən  ibarət  Bakı 
Kommunasının himayəsi  ilə  Bakı  quberniyasım  azər- 
baycanlılardan  təmizləmək  məqsədi  güdən  mənfur 
plan həyata keçirildi.  Nəticədə on minlərlə dinc insan 
məhv  edildi,  yaşayış  məntəqələri,  mədəniyyət  abi-
dələri, məscidlər və məktəblər dağıdıldı. Gəncəde, Şa- 
maxıda,  Qubada,  Lənkəranda,  Qarabağda,  Muğanda 
və  Azərbaycanın  digər  yerlərində  də  ermənilər  dinc 
azərbaycanlı əhaliyə divan tutdular.
Azərbaycanlılara qarşı soyqırımı və deportasiya si- 
yasəti  millətlərin  və  xalqların bərabərliyi  şüarmı elan 
etmiş sovet hakimiyyəti dövründə incə və məkrli me- 
todlarla  davam etdirilmiş, Azərbaycana  münasibətdə 
çoxlu  yanlış  və  ədalətsiz  qərarlar  qəbul  edilmişdir. 
20-ci  illərdə  tarixi  Azərbaycan  ərazisi  olan  Zəngəzur 
heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, 
Azərbaycanın  qədim  torpağı  Naxçivan  Vətənimizin 
qalan  hissəsindən  ayrı  sahndı.  Dağlıq  Qarabağda er- 
məni  muxtariyyəti  yaradıldı.  SSRİ  rəhbərliyinin  vol- 
yuntarist qərarı ilə  1948-1953-cü  illərdə ermənilər yüz 
minlərlə  azərbaycanlıların  öz  ata-baba  yurdlarından 
deportasiyasına  nail  oldular  və  faktiki  olaraq  Ermə- 
nistan  Respublikası  ərazisində  monoetnik  respublika 
yaratdılar.
1988-ci  ildən  başlayan  əsassız  Dağlıq  Qarabağ 
münaqişəsi,  Azərbaycan  ərazilərində  tüğyan  edən 
erməni  irticası  və  bu  irticamn  qurbam  olan  günahsız 
Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş 
SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə 
qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən 
ermənilər  azərbaycanlılara  qarşı  soyqırımı  siyasətini 
və  misli  görünməmiş  tarixi  cinayətlərini  bir-birinin 
ardmca həyata keçirməyə müvəffəq oldular. Azərbay- 
can  ərazisinin  20  faizi,  о  cümlədən  Dağlıq  Qarabağ- 
dan kənarda yerləşən daha  7 rayon -  Kəlbəcər,  Laçın, 
Ağdam,  Füzuli, Cəbrayıl,  Qubadlı və Zəngilan  Ermə-

nistan silahlı qüvvələri tərəfindən işğal olundu.  1  mil- 
yondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarmdan 
vəhşicəsinə qovuldu, on minlərlə adam qətlo yetirildi, 
şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskə- 
ni, minlərlə mədəniyyət,  təhsil və səhiyyə müəssisəsi, 
tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sita- 
yiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli 
görünməmiş erməni vandalizminə məruz qaldı.
Münaqişənin  ilk  illərində  Dağlıq  Qarabağın  azər- 
baycanlılar  yaşayan  Kərkicahan,  Meşəli,  Quşçular, 
Qaradağlı,  Ağdaban  və  digər  kəndlərində  erməni  si- 
lahlı quldurlarınxn törətdikləri faciələr, nəhayət, Xoca- 
lı soyqırımı "məzlum və əzabkeş erməni"  vicdanında 
əbədi qara ləkə kimi yaşayacaq tarixi  cinayətlərdir.
Xocalı  faciəsi  XX  əsrdə  "Böyük  Ermənistan"  və 
monoetnik  dövlət  yaratmaq  kimi  şovinist  siyasət 
müəllifləri  olan  ermənilərin  Azərbaycan  xalqmın 
başma  gətirdiyi  ən  dəhşətli  cinayətlərdən  biridir.  İn- 
diyədək  dünya  ictimaiyyəti  və  beynəlxalq  təşkilatlar 
tərəfindən  dərk  olunub  pislənilməməsi  vo  qarşısınm 
alınmasma  cəhd  göstərilməməsi  nəticosində  1905-ci 
ildən  başlayaraq  Azərbaycan  torpaqlarınm  ilhaqmı 
davam  etdirən erməni  qəsbkarları XX  əsrin  sonunda, 
sivilizasiyalı  dünyanın gözünün  qabağında  bütün  in- 
sanlığa silinməz ləkə olan dəhşotli cinayət və vəhşilik 
törətmişlər.
Azərbaycanın  tarixinə  qanlı  hərflərlə  yazılmış 
1992-ci  ilin 26 fevral  gecəsində  erməni  silahlı  dəstələ- 
ri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, 
şəxsi  heyətinin  xeyli  hissəsi  ermənilərdən  ibarət  olan 
366-cı  motoatıcı  alaym  zirehli  texnikasmm  və  hərb-
çilərinin  köməyi  ilə  qədim  Xocalı  şəhərini  yerlə-yek- 
san etmişlər.
Əvvəlcə  Xocalı  toplardan  və  digər  hərbi  texnika- 
dan  şiddətli  atəşə  tutularaq  darmadağın  edilmişdir. 
Şəhər  ərazisində  yanğınlar başlanmışdır.  Sonra  piya- 
da  qüvvələr bir neçə  istiqamətdən  şəhərə  girmiş,  sağ 
qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur.
Həmin  gün  qısa  bir  vaxt  ərzində  erməni  silahlı 
dəstələri  şəhərin  dinc  əhalisindən  613  nəfəri  qəddar- 
casına,  ağır işgəncə verməklə  məhv etmiş,  421  nəfərə 
ağır xəsarət yetirmişlər.
Mühasirədən çıxmağı  bacarmış  dinc  sakinləri yol- 
larda,  meşələrdə  pusqu  quran  erməni  hərbçiləri  xü- 
susi  amansızlıqla  qətlə  yetirmişlər.  Azğınlaşmış  cəl- 
ladlar  insanların başlarmm  dərisini  soymuş,  müxtəlif 
əzalarını  kəsmiş,  körpə  uşaqların  gözlərini  çıxarmış, 
hamilə qadınların qarınlarını yarmış, adamları diri-di- 
ri  torpağa  basdırmış  və  ya  yandırmış,  cəsədlərin  bir 
qismini minalamışlar.
Bu  zaman  1275  nəfər  itkin  düşmüş  və  girov  götü- 
rülmüş,  10  min  əhalisi  olan  şəhər  talan  edilmiş,  tiki- 
lilər dağıdılmış və yandırılmışdır. Onlardan 150 nəfə- 
rinin,  о  cümlədən  68  qadının  və  26  uşağın  taleyi  bu 
gün  də  məlum  deyildir,  Facio  nəticəsində  1000-dən 
artıq  dinc  sakin  müxtəlif  dərəcəli  güllə  yarası  alaraq 
şikəst olmuşdur.  Qətlə yetirilənlərin  106 nəfəri  qadın, 
63  nəfəri  azyaşlı  uşaq,  70  nəfəri  qocalar idi.  487 nəfər 
şikəst  edilmişdir.  Şikəst  olanların  76  nəfəri  yetkinlik 
yaşına çatmamış oğlan və qızlardır.
Bu  hərbi-siyasi  cinayət nəticəsində 8 ailə tamamilə 
məhv edilmiş, 25 uşaq hər iki valideynini,  130 uşaq isə

valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 
nəfəri  xüsusi  qəddarlıq və  amansızhqla  diri-diri yan- 
dxrılmışdır.
Azərbaycan  Respublikasmm  Prezidenti  cənab  il­
ham  Əliyevin  Xocali  soyqırımımn  ildönümü  müna- 
sibətilə  Azərbaycan  xalqına  müraciətində  deyildiyi 
kimi:  "Heç  bir  hərbi  zərurət  olmadan  yüzlərlə  dinc 
sakin  tarixdə  analoqu  olmayan  işgəncələrlə  öldürül- 
dü,  meyitləri  təhqir  olundu.  Uşaqlar,  qadmlar,  qoca- 
lar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə 
Azərbaycan xalqrna qarşı deyil, bütün insanlığa qarşı 
ən  ağır  cinayətlərdən biri  baş  verdi.  Xocalı  faciəsi  öz 
ağırlxğma,  vəhşiliyinə  və  amansızlığxna  görə  bəşəriy- 
yətə  qarşx  törədilmiş  cinayətlər  sırasmda  xüsusi  yer 
tutur."
Təsevvür  etmək  belə  çətindir  ki,  tarixdə  analoqu 
olmayan  belə  qəddarlıq  və  vəhşilik  insan  tərəfindən 
törədilmiş,  XX  əsrin  sonunda,  dünyanın  gözü  qarşı- 
sında baş vermişdir!
Bu  kütləvi  və  amansız  qırğm  aktı  Azərbaycanm 
dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çev- 
rilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azər- 
baycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə 
törədilmiş  qəddar  cinayət  aktıdır.  Erməni  millətçilə- 
ri  Xocalıda  bu  soyqırımı  əməlini  törədorkən  doğma 
torpağını  qəsbkarlara  vermək  istəməyən Azərbaycan 
xalqmı qorxutmaq,  onun mübarizə əzmini  qırmaq və 
məhv etmək niyyəti güdmüşlər.
Xocalı  şəhərinə  hücum  əməliyyatma  366-cı  alayın 
ikinci  taqımmın  komandiri  Seyran Ohanyan,  üçüncü 
taqımmm komandiri Yevgeni Nabokix, birinci taqımı-
nm  qərargah  rəisi  Valeri  Çitçyan  rəhbərlik  etmişlər. 
Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş ma- 
şını və  digər hərbi texnikası  cəlb edilmişdi.  Dinc əha- 
liyə  qarşı  soyqırımı  cinayətlərində  alayın  hərbi  qul- 
luqçularından  Slavik  Arutyunyan,  Andrey  İşxanyan, 
Sergey Beqlaryan,  Movses Akopyan, Qriqori Kisebek- 
yan,  Vaçik  Mirzoyan,  Vaçaqan  Ayriyan,  Aleksandr 
Ayrapetyan  və  başqaları,  erməni  silahlı  birləşmələri- 
nin  üzvlərindən  Karo  Petrosyan,  Seyran  Tumasyan, 
Valerik  Qriqoryan  və  digərləri  fəal  iştirak  etmişlər. 
Dinc  əhaliyə  qəddarcasma  divan  tutanlar  arasında 
Xankəndi  şəhər  daxili  işlər  şöbəsinin  rəisi  işləmiş 
Armo  Abramyanm,  Əsgəran  rayon  daxili  işlər  şöbə- 
sinin  rəisi  işləmiş Mavrik Qukasyanm,  onun müavini 
Şaqen  Barseqyanın,  Dağlıq  Qarabağda  erməni  xalq 
cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi 
şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və 
başqa  şəxslərin də olduğu müəyyən edilmişdir.
Xocalı  soyqırımı  zamanı  mayor  rütbəsində  olan 
S.Ohanyan  indi  general  paqonları  gəzdirir  və  Ermə- 
nistan  Respublikasmm  müdafiə  naziridir.  Cinayətin 
bir  sıra  digər  iştirakçıları  da  Ermənistanm  yaratdığı 
oyuncaq  qurumda  və  Ermənistan  Respublikasmm 
dövlət orqanlarmda  müxtəlif vəzifələr tuturlar.
BMT  Baş  Məclisinin  1946-cı  il  11  dekabr  tarixli  96 
saylı  qətnaməsində  qeyd  olunur  ki,  soyqınmı,  insan 
qruplarının  yaşamaq  hüququnu  tanımamaqla  insan 
mənliyini  təhqir  edir,  bəşəriyyəti  insanlar  tərəfindən 
yaradılan  maddi  və  mənəvi  dayaqlardan  məhrum 
edir.  Belə  bədnam  əməllər  BMT-nin  məqsəd  və  və- 
zifələrinə  tam  ziddir.  BMT  Baş  Məclisinin  9  dekabr

1948-ci  iJ  tarixli 260 sayh  qətnaməsi  ilə  qəbul  edilmiş 
və 1961-ci ildə qüvvəyə minən "Soyqırımı cinayətinin 
qarşısınm  alınması  və  cəzalandırılması  haqqmda" 
Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası  təs- 
bit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh 
və  yaxud  müharibə  dövründə  törədilməsindən  asılı 
olmayaraq,  genosidin beynəlxalq  hüquq  normalarını 
pozan cinayət olduğunu  təsdiq  edərək,  onun  qarşısı- 
nın alınması və səbəbkarlarımn cəzalandırılması üçün 
tədbirlər  görməyi  öhdələrinə  götürmüşlər.  Xocalı 
şəhərində  törədilmiş  müdhiş  cinayətin  xarakteri  və 
miqyası  göstərir  ki,  həmin  konvensiyada  təsbit  olun- 
muş  soyqırımı  cinayətini  təşkil  edən  bütün  əməllər 
tətbiq  olunmuşdur.  Qabaqcadan  planlaşdırılmış  küt- 
ləvi və amansız qırğm aktı həmin ərazidə yaşayan in- 
sanları məhz azərbaycanlı olduqlarma görə tamamilə 
məhv etmək niyyəti ilə törədilmişdir.
Ermənistanm müharibə zamanı davranış normala- 
rını müəyyənləşdirən beynəlxalq hüquq normalanna 
məhel  qoymaması  ilə bağlı  faktlar  yalnız bütün bun- 
larla  məhdudlaşmır.  Beynəlxalq humanitar hüququn 
tələblərinə  əsasən  müharibə  yalnız  silahlı  münaqişə- 
də  olan  tərəflərin  silahlı  qüvvələri  arasında  aparıl- 
malıdır.  Mülki  əhali  döyüşlərdə  iştirak  etməməli  və 
onlarla  hörmətlə  davramlmalıdır.  "Müharibə zamam 
mülki  şəxslərin  müdafiəsinə  dair"  IV  Cenevrə  Kon- 
vensiyasmın  3-cü  maddəsinə  əsasən,  mülki  əhalinin 
həyatma və təhlükəsizliyinə qəsd, о cümlədən onların 
hər  cür  öldürülmesi,  şikəst  edilməsi,  onlarla  qəddar 
davramş,  onlara  əzab  və  işgəncə  verilmesi,  insan  lə- 
yaqətinə  qəsd,  təhqir  və  alçaldıcı  hərəkətlər qadağan
edilir.  Konvensiyanın 33-cü maddəsində qeyd olunur 
ki,  heç bir mülki  şəxs  törətmədiyi hüquq pozuntusu- 
na görə cəzalandırıla bilməz.
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin gö- 
rülməsi,  mülki  əhalini  qorxuya  salmaq,  onlara  qarşı 
terror hərəkətləri,  onların  repressiyaya  məruz  qoyul- 
ması birmənalı qadağan edilir.  Həmin konvensiyanm 
34-cü  maddəsinə  görə  mülki  əhalinin  girov  götürül- 
məsi də qadağandır.  Lakin təkcə Xocalıda mindən ar- 
tıq  insam  girov  götürən  ermənilər  bu  prinsipə  aşkar 
sayğısızlıq  nümayiş  etdirmişlər.  Ermənistan  silahlı 
qüvvələri  bu  hüquq  normalarına  məhəl  qoymamış, 
Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl at- 
mışlar.  "Soyqırımı  cinayətinin  qarşısınm  almması  və 
onun  cəzalandırılması  haqqında"  1948-ci  il  9  dekabr 
tarixli  konvensiyasında  nəzərdə  tutulmuş  soyqırımı 
cinayətinin tərkibi vardır.
Xocalınm zəbt olunması  zamanı  dinc azərbaycanlı 
sakinlərə  qarşı  ağlasığmaz  vəhşilik törədənlər və Ce- 
nevrə  konvensiyasmm,  "İnsan  hüquqları  haqqında 
ümumi  bəyannamənin"  2,  3,  5,  9  və  17-ci  maddələri- 
nin,  "Hərbi  münaqişələr  və  fövqəladə  hallar  zamanı 
qadın  v ə uşaqlann  müdafiəsi  haqqmda"  konvensiya­
nm,  "Soyqırım  cinayətlarinin  qarşısının  alınması  və 
cəzalandırılması  haqqında"  konvensiyanın tələblərini 
kobud  surətdə  pozanlar  indiyədək  cəzalandırılma- 
mışdır. Cəzasızlıq mühiti isə yeni cinayətlər üçün əsas 
yaratmaqdadır.
Ermənistan baş vermiş vəhşiliklərə görə çəkinmir, 
əksinə,  azərbaycanlılara  qarşı  törədilmiş  soyqırıma 
həyasızcasına  haqq  qazandırılır,  bu  faciəni  törədən-

lər  isə  milli  qəhrəman  sayılırlar.  Ermənistanda  açıq 
anti-azərbaycan  siyasəti  yıirüdülür,  yeni Azərbaycan 
torpaqlarmm  işğal  olunması  üçün  dövlət  miqyasın- 
da  ideoloji  əsaslar  yaradılır.  Saxtalaşdırılmış  erməni 
tarixi  gənc  ermənilərin  şovinist  ruhda  böyümələrinə 
zəm in yaratmaq üçün dövlət siyasəti  səviyyəsinə qal- 
dırılır.
Nə  qədər  qəribə  olsa  da,  Xocalı  faciəsi  kimi  real 
soyqırımma  göz  yuman  bəzi  ölkolərin  parlamentləri 
"erm əni  soyqırımı"  əfsanəsini  müzakirə  predmetinə 
çevirmiş, hətta tarixi həqiqətlərə etinasızlıq göstərərək 
bu barədə  ədalətsiz  qərarlar da qəbul etmişlər.  Ermə- 
nistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
sülh yolu ilə nizama salınması  səylərinin  Ermənistan 
tərəfindən  indiyədək  boşa  çıxarılmasınm  səbəblərin- 
dən biri də məhz budur.
Erməni  tarixçiləri  və  siyasətçiləri  guya  erməni  ge- 
nosidi olan 1915-ci il hadisələrini ildon-ilə şişirtmək və 
təbliğ  etməklə,  əslində  əsrin  əvvəlindən  həyata  keçi- 
rilən  azərbaycanlıların  kütləvi  qırğınmı  unutdurma- 
ğa,  dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.
Azərbaycan  torpaqları  isə həlo  də  işğal  altındadır, 
erm əni  cəlladlar  öz  tamahkar  moqsədlərinə  çatmaq 
üçün  günahsız  insanları  amansızcasma  qətlə  yetir- 
mişlər.  Xocalı  faciəsinin  beynəlxalq  birlik  tərəfindən 
insanlığa  qarşı  cinayət  və  soyqırımı  aktı  kimi  tanın- 
m asm a nail olmaq hər bir azərbaycanlının vəzifəsidir. 
Bu cirıayət bir daha təkrarlanmamalıdır.
Azərbaycan xalqmm ümummilli lideri Heydər Əli- 
yevin  bu  hadisə  ilə  bağlı  dediyi  kimi:  "Xocalı  soyqı- 
rımı  XX  əsrin  ən  böyük  insan  faciələrindən  biridir.
Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu 
insan qırğmmın Yer kürəsinin hər hansı bir guşəsində 
baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı 
həqiqətləri  dünya  ictimaiyyətinə  hərtərəfli  çatdırıl- 
malı  və  humanizm  ideallarına  sədaqət  nümayiş  et- 
dirən  bütün  insanlarm  bu  faciəyə  öz  qəti,  birmənah 
mövqelərini bildirmələri üçün  ciddi və  məqsədyönlü 
iş aparılmalıdır".
Qeyd etmək yerinə düşər ki, məhz ümummilli lider 
Heydər Əliyevin  1993-cü  ilin  iyununda  xalqın təkidli 
tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli 
faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi 
qiymətin  verilməsi  mümkün  olmuşdur.  Umummilli 
liderin  təşəbbüsü  ilə  Milli  Məclis  1994-cü  il  fevralın 
24-də  "Xocalı  soyqırımı  günü  haqqında"  qərar  qəbul 
etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günah- 
karlar təfsilatı ilə açıqlanmışdır.
Azərbaycan Respublikasmm  Prezidenti Ilham ƏIi- 
yevin "Xocalı soyqırımınm 20-ci  ildönümü haqqında" 
sərəncamında  qeyd  olunduğu  kimi:  "Azərbaycanlıla- 
ra  qarşı  erməni  şovinist  dairəlorinin  XIX-XX  əsrlordo 
mərhələ-mərhəlo həyata  keçirdiyi  etnik təmizləmə si- 
yasətinin  tərkib  hissəsi  olan  Xocalı  soyqırımı  haqqın- 
da  həqiqətlər  dünya  ictimaiyyətinə,  xarid  ölkəlorin 
parlamentlərinə  çatdırılmalı,  Azərbaycan  xalqının 
və  ümumən  insanlığın  əleyhinə  yönəldilmiş  bu  son 
dərəcə  ağır  hərbi  dnayət  beynəlxalq  miqyasda  öz 
hüquqi-siyasi qiymətini almalıdır".
Bu  baxımdan  Heydər  Əliyev  Fondunun  şübhəsiz 
ki, müstəsna rolu var.  Heydər Əliyev Fondu dalbadal 
bir  neçə  ildir  ki,  dünyanın  70  ölkəsində  Xocalı  fadə-

sinə  həsr  edilmiş  tədbirlər  keçirir.  Fond  konfranslar, 
xatirə  gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, 
DVD-disklər buraxır, filmlər çəkir.
Heydər  Əliyev  Fondunun  vitse-prezidenti,  Rusi- 
ya  Azərbaycanlıları  Gənclər  Təşkilatımn  sədri  Leyla 
xanım  Əliyevamn  təşəbbüsü  ilə  keçirilən  "Xocalıya 
ədalət"  beynəlxalq kampaniyası  ildən-ilə  geniş  vüsət 
alır.  Kampaniya  çərçivəsində bütün  dünyada  yüzlər- 
lə  aksiya  keçirilmişdir.  Avropa  İttifaqmın  üzvü  olan 
dövlətlərin  demək  olar  ki,  hamısında,  MDB,  Asiya, 
Cənubi  və  Şimali  Amerika  olkələrində  konfranslar, 
seminarlar, piketlər keçirilir. Bu kampaniya sayəsində 
bir  sıra  beynəlxalq  forumlar  Xocalı  faciəsini  tammış- 
lar. Fondun və İƏT Gənclər Forumunun təşəbbüsü ilə 
31  ölkənin  deputatları Xocalı  faciəsini  insanlığa  qarşı 
cinayət kimi tanımışlar. Dünyanm 20 ölkəsində aparı- 
cı universitetlərdə  gənclərin fleşmobları keçirilir.  Bu- 
nunla bərabər,  kampaniyanın yeni mərhələsi -  dövlet 
və hökumət başçılarma, ATƏT-in Minsk qrupuna, AŞ- 
PA-ya,  BMT  Baş  Katibliyinə,  dünya  parlamentlərinə 
və  beynəlxalq  təşkilatlara  ünvanlanmış,  bu  faciəni 
soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq 
tələbi  irəli  sürülən  petisiya  və  müraciətlər  yayılması 
mərhələsi başlanmışdır.
Xocalı  faciəsi  haqqında  həqiqətlərin  dünya  ic- 
tim aiyyətinə  çatdırılması  və  hadisənin  dünya  icti- 
m aiyyəti  tərəfindən  hüquqi-siyasi  və  mənəvi  qiy- 
m ətləndirilm əsinə  nail  olmağa  yönəlmiş  "Xocalıya 
ədalət"  beynəlxalq  məlumat  və  təşviqat  kampani- 
yası  hazırda  dünyanm  bir  çox  ölkəsində  yüzlərlə 
könüllü  tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan dövləti  erməni  şovinist millətçilərinin 
azərbaycanlılara  qarşı  törətdiyi  cinayətlər,  о  cümlə- 
dən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ic- 
timaiyyətinə çatdırılması,  onun  soyqınmı kimi tanm- 
ması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət 
olduğunu  çox  yaxşı  başa  düşür.  İslam  Əməkdaşhq 
Təşkilatmın Xocalı soyqmmı ilə bağh qəbul etdiyi xü- 
susi  qətnamə  beynəlxalq  təşkilatlar  tərəfindən  Xoca- 
lı  faciəsini  "İnsanlığa  qarşı  cinayət"  kimi  tanıyan  ilk 
sənəddir.  51  ölkənin  qəbul  etdiyi  qətnamədə  Xocalı 
faciəsinə  "erməni  silahlı  qüvvələri  tərəfindən  dinc 
əhalinin kütləvi qətliamı"  və "insanlığa qarşı cinayət" 
kimi qiymət verilmişdir.
Hazırda  Pakistan,  Meksika,  Çexiya,  Kolumbiya, 
Bosniya  və  Herseqovina  parlamentləri  Xocalı  faciəsi- 
ni  soyqırımı  və  Azərbaycana  qarşı  cinayət  aktı  kimi 
tamyıblar.  Bundan  əlavə,  ABŞ-ın  bir  sıra  ştatları  bu 
soyqırımını  tanınıb.
Azərbaycan  ermoni  millotçilorindon  forqli  olaraq, 
bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi vo başqa 
dividendlor  qazanmaq  məqsədi  güdmür.  Məqsədi- 
miz  tarixi  ədalətin  bərpasına  nail  olmaq,  cinayətkar- 
ları  ifşa  etmək  və  onları  dünya  ictimaiyyətinin  mü- 
hakiməsinə  verməkdir.  Ona  görə  də  erməni  şovinist 
millətçilərinin  regionda  həyata  keçirdikləri  etnik  se- 
paratizmin,  başqa  xalqlara  qarşı  nifrət və  terror ideo- 
logiyasının  dünya  üçün  təhlükəsi  açılıb  göstərilməli- 
dir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında 
bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Yüklə 6,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin