Həbsxana – cəmiyyətin daha çox



Yüklə 1.09 Mb.
Pdf просмотр
səhifə3/11
tarix06.09.2017
ölçüsü1.09 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
onu üç sutkalıq cərimə təcridxanasına saldılar.   
          Zonda  Romanın  hərəkətinə  münasibət  bir  mə-
nalı deyildi. Çoxları bunu sevgi səbəbindən baş ver-
məsinə  inanıb  gülürdülərsə,  bəziləri  özünəqəsdi  sa-
nitarlara edilən haqsızlıqlara görə rəhbərliyə yönələn 
etiraz kimi qiymətləndirirdilər. Sanitar dostları isə öz 
aralarında ona həsəd apararaq: “yarası sağalanadək, 
ən azından bir həftə işləməkdən canı qurtardı”, – de-
yirdilər. 
Daha  bir  gün  keçdi,  Nizamın  xəstəxanada  ke-
çinməsi  xəbəri  gəldi.  Onun  xəstəxanada  ölməsi  mü-
downloaded from KitabYurdu.org

32 
 
əssisə  rəhbərliyini,  xüsusilə  tibb  məntəqəsinin  hə-
kimlərini xeyli xoş hal etdi. “Yaxşı ki, vaxtında gön-
dərdik,  yoxsa  əzabı  üstümüzə  qalacaqdı,”  –  şükür 
edirdilər.  “Elə  adamın  yaşamaqdansa  yaşamamağı 
daha münasibdir,” – əksəriyyət belə hesab edirdi.  
Bütün  sanitarlar  yeddi  gün  qollarına,  boğazla-
rına qara bağlayıb Nizam üçün matəm saxladılar. 
Sanitarların vəziyyəti  həqiqətən məşəqqətli  idi. 
Briqadirindən  savayı  qalanlarının  əllərindən  əski, 
“şvabra”  deyilən  döşəmə  silən,  süpürgə  bütün  gün-
boyu əskik olmurdu. Təmir, abadlıq işlərində vaxtını 
öldürmək üçün briqadir də onlara qoşulub işləyirdi. 
Boş vaxtları demək olar ki, yalnız gecələr olurdu. Rə-
is  onları  müəssisənin  təsərrüfat  işçiləri  kimi  adlarını 
işə  yazıb  əmək  stajı  yazdığını  minnət  edərək  maaş 
əvəzinə hər həftə çay, qənd, siqaret aldırırdı. Və gu-
ya  xərclədiklərindən  əlavə  maaşlarından  artıq  qalan 
məbləğ  də  adlarına  açılmış  hesablarda  toplanırdı. 
Amma sanitarlardan birinin nə vaxtsa mühasibatdan 
pul  aldıqlarını  hələ  kimsə  nə  görmüşdü,  nə  də  eşit-
məmişdi.  Mujiklər  belə  azad  olanda  evə  getmək 
üçün  qanuni  yol  pulunu  almağa  mühasibi  yerində 
tapmırdılar.  
          Sanitarların  halını  ağırlaşdıran  pis  cəhət  o  idi 
ki, onlar ən aşağı təbəqə – kasta olduqları üşün məh-
kum  yoldaşları  tərəfindən  də  yeri  gəldikcə  əzilir  və 
təhqir  edilirdilər.  Həm  paqon  və  həm  də  məhkum-
downloaded from KitabYurdu.org

33 
 
lardan  həmişə  alçaldılma  görmək  sanitarların  çoxu-
sunda mənəvi dəyərlərin, yüksək şəxsi keyfiyyətlərin 
itməsinə,  ətrafındakı  insanlardan  küskünləşməsinə 
gətirib çıxarmışdı. Daim pislik gözləyirmiş kimi incik 
nəzərlərlə  baxır,  canüzücü  vəziyyətlərinin  qurtara-
cağı günün həsrəti ilə yaşayırdılar.  
          “Yandırılanlardan”  digəri  –  Ayaz  da  bu  zona 
ayrı  yerdən,  hətta  xaricdən,  qonşu  ölkənin  cəzaçək-
mə  müəssisəsindən  gətirilmişdi.  Ayaz  yad  ölkədə 
çəkdiyi  cəzasının  yarısını  mujik  kimi  yaşamışdı.  Xa-
siyyətcə ötkəm, bir az da əsəbi idi. Həbsə düşən gün-
dən  cinayət  aləmi  ilə  arası  yox  idi.  Onun  nəzərində 
bu  insanlar  olduqca  qorxulu,  etibarsız,  təhlükəliydi-
lər. O, hansısa bir qrupun asılılığındansa, sərbəst ol-
mağı  xoşlayırdı  və  imkanı  çatdıqca  müstəqil  yaşa-
mağa  can  atırdı.  Pulun  hesabına  oğru  dərəcələri 
alanları qəti görməyə gözü yox idi. 
          Günlərin  birində  pul  gücünə  “obşaklık”  edən 
birisi ilə sözü tən gəlmədi, mübahisəsi düşdü. Xırda 
bir  məsələdən  yaranan  narazılıq  günü-gündən  bö-
yüməyə başladı. Qarşı tərəf üstünə gəldikcə, o da qa-
bağından  yemirdi.  Bu  minvalla  aralarında  baş  verə-
cək dava qaçılmaz idi. Əsəblər gərilib son həddə ça-
tanda Ayaz daha səbr edə bilmədi, özü hücuma keç-
di.  Növbəti  sözləşmə  zamanı  digər  məhkumların 
əhatəsində  özünü  “obşak”  sayanın  sifətinə  gözlənil-
downloaded from KitabYurdu.org

34 
 
mədən kəllə atdı. Bu zərbədən “obşakın” çənəsi qana 
boyandı; bir neçə dişi sındı, dodağı partladı... 
          Ayazın kəllə atması ona baha başa gəldi. Oğru 
dünyası cəzalandırılmaq əmrini verdi. Çox keçmədi, 
gecələrin  birində  “ləkələndirilib”  üzdəniraq  elan 
edildi. Sərt “cəzadan” sonra onun üzdəniraqların sı-
rasına qatılmaqdan ayrı yolu qalmadı. 
          Ayaz Gülbaxta gələn gündən özünü fərqləndir-
məyi bacardı. O, cinayət aləminə olan acığından yal-
nız  paqonluların  ayağı  dəyən  yerlərin  təmizliyini, 
ayaqyolusunu  öhdəsinə  götürdü.  Qalan  işlərdə  işlə-
mədi. Öz sahəsinə məsuliyyətlə yanaşdığından digər 
yerdə  sanitar  işləməyə  ona  heç  kim  məcbur  da  edə 
bilməzdi.  Müəssisənin  idarəsində  işləmək  həm  də 
ona görə xoş idi ki, rəislərlə yaxın münasibətdə olur-
du.  Zabit  və  nəzarətçilərin  hamısı  onu  tanıyır,  hör-
mət edirdilər. Rəhbərliyin fəaliyyəti ilə bağlı çoxları-
nın  bilmədiyi  məlumatları  məhkumlar  arasında  ha-
mıdan əvvəl, o, xəbər tuturdu. Nəinki müavinlər, rə-
is Məhyəddin də yeri gələndə Ayazı coxbilmişliyinə 
görə incitməyə çəkinirdilər.  
          Ötən günlərdə mujiklərdən birinin başına gələn 
gözlənilməz  hadisəni  eşidən  zamanı  da,  Ayaz  oğru 
aləminə  bəslədiyi  nifrətinin  düzgünlüyünə  bir  daha 
əmin oldu. Özlərini “vor” – oğru adlandıran bu kəs-
lər  yetərincə  qorxulu  və  etibarsız  idilər.  İllərlə  həbs-
xanalarda  qazandığın  mövqeyini  bir  günün  içində 
downloaded from KitabYurdu.org

35 
 
heçə döndərə bilərdilər. Necə ki böyük şəhərlərin bi-
rindən  olan,  məhkumların  “əhl”  başçısı  sayılan  İm-
ran  bir  telefon  zəngi  ilə  “yandırılıb”  üzdənirağa  bə-
rabər tutuldu... 
          İmran  dustaqxana  mühitində  təzə  adam  deyil-
di. Bundan əvvəl, o, bir dəfə məhkum olunmuş, iki il 
cəza  çəkdikdən  sonra  vaxtından  tez  azadlığa  bura-
xılmışdı.  Azadlıqda  çox  qərar  tuta  bilməyən  İmran 
səkkiz ay keçməmiş yenidən cinayət törədib həbsxa-
naya  qayıtmışdı.  Bu  dəfə  ona  məhkəmə  köhnə  işin-
dən  iki  dəfə  çox  cəza  müddəti  təyin  etmişdi.  Birinci 
məhkumluğundan  çox  şeylər  öyrəndiyindən  bu  də-
fəki gəlişində ölçülüb biçilmiş hərəkətləri ilə az vaxt 
ərzində  yerliləri  arasında  hörmət  qazanmışdı.  Elə 
ona  görə  də  yerliləri  keçmiş  “əhl”  başçıları  cəza 
müddəti qurtarıb azadlığa gedəndə onun yerinə İm-
ranı seçdilər. 
          Həqiqət bu idi ki, rəis Məhyəddin “qara” zonu 
basqı altında “qırmızıya” cevirsə də oğru dünyasının 
iradəsini zonda tam qıra bilməmişdi. Baxmayaraq ki, 
o, eyni yerdən olan məhkumların birliyinin olmama-
sı üçün onları ayrı-ayrı dəstələrə, yataqxanalara pay-
lamışdı. Qruplaşmanın qarşısını almaqdan  ötrü asu-
də  vaxtlarda  üç  nəfərdən  artıq  toplanmağı  qadağan 
etmişdisə  də,  məhkumlar  öz  niyyətlərindən  əl  çək-
məmişdilər. Ani fürsət düşən kimi gizlin fəaliyyətlə-
rini  davam  etdirir,  qruplaşır,  digər  zonlardakı  oğru 
downloaded from KitabYurdu.org

36 
 
və  avtoritetlərlə  müxtəlif  vasitələrdən  istifadə  et-
məklə  əlaqələr  yaradırdılar.  Lazım  gələndə  isə  işçi-
lərin rüşvət damarını tutmaqda bacarıqlı idilər. 
        Hələ çox illər bundan əvvəl Məhyəddin rəis işlə-
məyə  başlarkən  mərkəzdəki  əməliyyat  şöbəsindən 
təklif etmişdilər ki, əgər istəyərsə zonda idarəetməni 
asanlaşdırmağa  hazır  kadr  –  “obşak”  verə  bilərlər. 
Lakin Məhyəddin onların bu köməyindən imtina et-
mişdi.  Çünki,  birincisi,  o,  müəssisədə  özünü  hakim, 
şəriksiz  lider  hiss  etmək  istəyirdi.  İkincisi  də,  nə 
vaxtsa  yuxarıların  özləri  təşkil  etdikləri  obşakla  ba-
şını ağrıdacağlarından ehtiyatlanmışdı. Bu səbəbdən: 
“mənim ehtiyacım yoxdur”, – demişdi. Bununla belə 
məhkumların “köpünü almaq üçün” əməliyyatçı Bə-
kirə  müəyyən  məsələlərdə  onlarla  razılığa  gəlməyə, 
sabitlik naminə güzəştə getməyə icazə vermişdi. 
          Bəkir də elə bu icazəyə bənd imiş. Dərhal məh-
kumların  içərisindəki  avtoritetlərlə  gizli  söhbətlər 
aparıb  göz  yumacağı  hallara  görə  müəyyən  etdiyi 
“haqqı”  tələb  etmişdi.  Bir  çox  məsələlərdə  qarşılıqlı 
razılaşma  baş  tutmuş,  “alver”  alınmışdı.  Bəkir  çay- 
xanada on nəfərlik stollarda hər bir “əhl”in qrup ha-
lında əyləşib istirahət etməsinə izn vermiş, hər stolun 
da  haqqını  ayın  sonunadək  çatdırılmasını  şərt  qoy-
muşdu. Qanun yol verməsə də, avtoritetlərə bir ədəd 
mobil  telefondan  gününə  on  manat  ödəməklə  gizlin 
istifadəsinə  də  göz  yummuşdu  (Heyf  ki,  bu  yarım-
downloaded from KitabYurdu.org

37 
 
səhralıqda  internet qaydasında deyildi. Puluna min-
nət,  avtoritetlərə  “internet  də  satardı”..).  İmranın 
bədbəxtliyinə  şərait  yaradan  da  həmin  cib  telefonu 
olmuşdu. 
          Həbsdən  qabaq  yaşadığı  şəhərin  qonşu  mikro-
rayonundan  olan  İqbal  zona  gələn  gündən  İmranın 
“əhl”  başçılığını  həzm  edə  bilmirdi.  İqbal  da  onun 
sayaq  əvvəllər  məhkum  olunmuşdu.  Bir-birilərini 
yaxından tanımasalar da, keçmişləri haqqında məlu-
matlı  idilər.  O,  karantindən  baraka  köçən  kimi  həm 
yerliləri,  həm  də  avtoritetlər  arasında  İmranın  “əhl” 
başçısı  sayılmasının  oğru  dünyasının  qaydalarına 
zidd olduğunu bildirdi. İmran bu etirazı sakit qarşı-
ladı:  “Əgər  “əhl”  başçılığını  öz  boynuna  götürmək 
istəyirsənsə,  mən  etiraz  etmirəm,  uşaqlar  razılaşsın, 
sən ol başçı”, – dedi. İqbal isə: “Mən başçılıq istəmi-
rəm, layiqli oğlanın başçılığını istəyirəm”, – cavabını 
vermişdi. 
          Avtoritetlər İmrana göstərdiyi münasibətə görə 
onu  qınayanda,  İqbal  səbəbini  onların  növbəti  top-
lantısında  açıqlayacağını  bildirmişdi.  O,  oğru  dün-
yasının qaydalarını yaxşı bilirdi. Bilirdi ki, kimisə gü-
nahlandıranda  gərək  sübutun  olsun.  Sübutun  olma-
yacağı təqdirdə özün cəzalanacaqsan. 
          İmranın  da  iştirak  etdiyi  avtoritetlərin  növbəti 
gizlin  toplantısında  İqbal,  nəhayət  onunla  bağlı  ira-
dını açıqladı: 
downloaded from KitabYurdu.org

38 
 
            –Mən  sözü  açıq  deyən  adamam.  Bu  adamın 
anası,  bacısı  yaşadığı  məhlədə  pis  ad  çıxarıb,  soraq-
ları Dubaydan, Anadoludan gəlir. Onu  “əhl“ başçısı 
seçməyiniz düzgün hərəkət deyil. 
          Bu sözlərdən İmranın halı dəyişdi: 
          –Vicdanın olsun, mənə, ailəmə böhtan atma... 
          –Böhtan  atmıram.  Ya  illərdir  türmədəsən,  xə-
bərin yoxdur, ya da özünü bilməmiş kimi aparırsan. 
          Ətrafdakılar  əsəbiləşmiş  İmranı  sakitləşdirdi-
lər: 
          –Yaxşı,  sakit  olun,  –  avtoritetlərin  böyüyü  dil-
ləndi, – əgər dediyin  kimidirsə, özün bilirsən də sü-
but  eləməlisən.  Sübut  edə  bilməsən  ağır  cəzalana-
caqsan.  
          –Bilirəm. Sübut edəcəyəm. Belə edək, gəlin hə-
min  məhəllədə  və  yaxud  məhəlləyə  yaxın  ərazidəki 
dostlarımızın bir neçəsinə zəng edək, bir şərtlə ki, te-
lefonun  səsini  hamının  hündürdən  eşitməsi  üçün 
mikrofona  qoyaq.  Soruşaq  ki,  belə  bir  söhbət  var, 
doğrudur, yoxsa yalandır? Desələr ki, yalandır, mən 
sabahdan  gedib  girirəm  sanitarların  barakına,  yox 
doğrudur  desələr  İmranı  cəzalandırırsız.  Zəng  edə-
cəyiniz adamları da özünüz seçin... 
          Razılaşdılar.  Avtoritetlər  İmranın  evi  yerləşən 
ərazidəki dostlarından ikisinə zəng vurub hal-əhval-
dan sonra soruşdular: 
downloaded from KitabYurdu.org

39 
 
          –Sizin  tərəfdə  evi  olan  İmran  adlı  bir  dustaq 
yoldaşımız var. Yəqin tanıyarsan. Hə, deyirlər anası, 
bacısı  son  illər  yollarını  azıblar,  özləri  azmış  başqa 
qadınları da pis yola çəkirlər. Həqiqətdir deyilənlər, 
ya yalan, böhtandır?..    
          –Atam balası, neynirsüz bunu?.. 
          –Lazımdı  ki,  soruşuruq  da,  lazım  olmasa  so-
ruşmazıq ki... 
          –Nə  deyim,  vallah,  od  olmayan  yerdən  tüstü 
çıxmaz.  Gözümlə  görməsəm  də,  mən  də  eştmişəm, 
var elə bir şey... 
          İkinci  zəng  olunan  da  birinci  deyənləri  təkrar-
ladı.  İqbalın  iradı  telefon  danışıqları  ilə  təsdiq  olu-
nanda  İmranın  rəngi  ağarıb  meyidə  döndü.  Başını 
yerə dikib susdu. Doğrudur onu sanitarların barakı-
na göndərməsələr də yataq yerini qapıya yaxın yerə 
dəyişdilər. Onunla salam-kəlamı kəsib, bir daha din-
dirmədilər.  Bax,  cinayət  aləminin  belə  üzüdönüklü-
yünə görə Ayazın onlara nifrəti hədsiz idi... 
                                             * * * 
          Rəis  Məhyəddinin  işində  maaşdankənar  qa-
zandığı  pullar  nə  qədər  çox  olsa  da  axır  vaxtlar  bə-
rəkəti  olmurdu.  Yoxlamalar,  iki  gündən  bir  “hüquq 
müdafiəçisi” adı ilə müəssisəyə gələn qonaqlar, mər-
kəzin tələb etdiyi müxtəlif  ödəmələr, oğlunun, qızı-
nın xərcləri,  üstəlik aylardır yataq xəstəsi olan arva-
dının müalicəsi...        
downloaded from KitabYurdu.org

40 
 
           Əvvəllər  hərdənbir  kefinin  yaxşı  vaxtlarında 
kabinetində  hamıdan  gizlin  narkotikadan  istifadə 
edirdisə,  arvadı  xəstələnəndən  sonra  dərdini  unut-
maq  üçün  azqala  hər  gün  yararlanmağa  başlamışdı. 
Arvadının  sağalmaz  xəstəliyə  düçar  olması  dünyanı 
gözündən  salmış,  bütün  rahatlığını  əlindən  almışdı, 
bilmirdi nə etsin... Hər dəfə bu barədə düşünəndə is-
tehza ilə Bəkirə həsəd aparırdı: “Vallah, səndən ağıl-
lısı  yoxdu.  İkisini  alıb  boşamısan,  hərəsinin  də  iki 
uşağı. Yəqin ki, çaşıb qalmısan nə edəsən – qazancını 
bazdığa  xərcləyəsən,  yoxsa  arvadlarının  tələblərini 
ödəyəsən...” 
          Həyat  yoldaşı  xəstələnən  gündən  fövqəladə 
hal, gücləndirilmiş rejim olmazsa axşama yaxın mü-
əssisəni  müavini  Niyazın  öhdəsinə  buraxıb  evə  get-
məyə  məcbur  olmuşdu.  Hər  dəfə  məhkumlar  qarşı-
sında  özünəməxsus  çıxışlar  edən  Məhyəddin  yoxla-
madan  sonra  getməyini  onlara  belə  izah  etmişdi: 
“Yoldaşım həmişə məni qınayırdı ki, dustaqları mən-
dən  çox  istəyirsən,  evdə  tapılmırsan.  Qısqanclıqdan 
indi  özün  vurub  xəstəliyə,  göstəriş  verib  ki,  evə  tez 
gəl.  Getsəm  də,  narahat  qalıram,  ürəyimi  burda  qo-
yub gedirəm...” 
          Unudulmayan  hərarətli  niqtlərdən  birini  isə 
ötən  bayramların  birində  etmişdi.  Rəis  çıxışına  təb-
riklə  başlamışdı.  Üzünü  məhkum  kütləsinə  tutaraq 
ucadan: “Sizin ananızı, bacınızı”, – deyərək ani fasilə 
downloaded from KitabYurdu.org

41 
 
vermişdi.  Bu  an  ərzində  hamının  əsəbləri  gərilmiş, 
ətrafdakı zabit və nəzarətçilərin ürəkləri döyünmüş-
dü: “nə danışır, ə, bu?”  
          Məhyəddin  ani  fasilədən  sonra  davam  etmiş: 
”...Qadınlar  bayramı  münasibəti  ilə  təbrik  edirəm!” 
Bütün  meydandakılar  dərindən  nəfəslərini  dərmiş, 
rəisin təbrikini alqışlarla qarşılamışdılar.   
          Niyaz gündə cəmisi on saat evində olurdu: ge-
cə  saat  onbirdən  səhər  doqquzadək.  Qalan  on  dörd 
saata  yaxın  zamanı  müəssisədə  keçirərdi.  Öz  təbi-
rincə  desək  qəlbən  xidmətlə  yaşayardı.  İstirahət  və 
bayram  günləri  də  işləyərdi.  Özünü  nümunə  göstə-
rib    ixtiyarındakı  zabitlərdən  də  “xidmətlə  yaşama-
ğı” tələb edərdi.  
          –Zalım  oğlu,  –  Zəfər  Şəriflə  fasilə  vaxtlarında 
dərdləşəndə deyinərdi, – sənin qədər mən də qazan-
saydım gecələr də burda yatardım. Hər şeyin haqqı-
nı  özü  alır,  qalan  işçilərə  dolanmağa  imkan  vermir, 
hələ bir xidmətlə də yaşamağımızı istəyir... 
          –Bir  adam  ki  Allahın  suyunu  dədəsinin  malı 
kimi  sata,  ondan  nə  gözləyəsən,  –  Şərif  onun  deyin-
məyinə  qoşularaq  Niyazın  hər  il  yayın  bürküsündə 
su  qablarını  baraklardan  yığdırmaqla  yanaşı  gün-
düzlər  gələn  suyu  kəsdirib  məhkumların  çayxana-
sında stəkanı on qəpiyə sərin su satdırdığını xatırlat-
dı. Çayxananın gəliri Niyaza aid olduğundan suyun 
pulu da, ona çatırdı. – Yeziddən betərdi. Bu insan ra-
downloaded from KitabYurdu.org

42 
 
hatlığını  evində  yox,  burada  tapır.  Özü  bədbəxtdir 
deyə, istəyir ki, biz də onun tayı olaq... 
          Şərifin sözlərində həqiqət vardı. Niyaz neçə  il-
lər idi evində özünü yad, tənha sayırdı. Onu uşaqla-
rı,  heç  xanımı  da  əvvəlki  tək  sevmirdi.  Müavin  işlə-
yəndən  bəri  evə  yalnız  yatmağa  gəlirdi.  Tamamilə 
özgələşmişdi,  evdəkilər  üçün  gecə  qonağına  dön-
müşdü.  Onların  necə  günlərini  keçirməsindən,  ad 
günlərindən də xəbəri olmazdı. Diqqətsizlikdən, say-
ğısızlıqdan  uşaqları  da,  yoldaşı  da  incimişdilər  on-
dan.  Qarşılıqlı  olaraq  onlar  da  çox  vaxt  Niyaza  əhə-
miyyət verməyib öz bildikləri kimi yaşayırdılar. Heç 
kimə  gediş-gəliş  etmədiyindən  dost-tanış,  qohumlar 
da  soyumuşdu  Niyazdan.  Müəssisədə  özünü  güclü, 
sözü ötən, vacib bir adam saysa da, evə gələndə zə-
ifləşir,  kiçilirdi,  söz  yiyəsi  olmamasını,  evdə  sadəcə 
pul  götürülən  bankomat  olduğunu  anlayırdı.  “Qəri-
bə  insanlardı,  –  ürəyində  ailəsini  qınayırdı,  –  çoxlu 
pul  da  istəyirlər,  üstəlik  diqqət  də...  Sizin  gündəlik 
qayğılarınızla  məşğul  olsam,  bəs  pulu  kim  qazana-
caq? Səkkiz saat işləməklə qazanacağım pul sizi qane 
etməyəcək, axı...” 
          Son günlər  arvadının oğlu haqqında etdiyi xə-
bərdarlıq  qanını  lap  qaraltmışdı.  Özəl  ali  məktəbin 
üçüncü kursunda oxuyan oğlunun marixuanaya alış-
ması bir yana, internetdən tanış olduğu yaşlı bir qa-
dınla  görüşəndən  sonra  bəzən  gecələr  də  “dostum-
downloaded from KitabYurdu.org

43 
 
gildəyəm”  bəhanəsi  ilə  evdə  qalmamağa  da  başla-
mışdı. Əsli-nəsli, kimliyi bilinməyən bu qadının tez-
liklə  oğlunu  cənginə  keçirib,  imtiyazlar  istəməyəcə-
yinə,  ata-anası  ilə  düşmən  etməyəcəyinə  kim  zəma-
nət  verə  bilərdi?  Oğlu  axı,  niyə,  nə  səbəbə  onun  ar-
zularını doğrultmadı, tüfeyli, zay çıxdı?!. 
          İndi  başa  düşmüşdü  ki,  üç  ay  əvvəl  gecələrin 
birində yatmağa hazırlaşarkən oğlu ona niyə belə su-
al vermişdi: 
          –Ata,  nə  üçün  marixuananın  satışına  xaricdə 
icazə verirlər, bizdə yox... 
          –Çünki, biz hər şeyin köpünə girənik. Onu ica-
zə versələr, qalanlarına da iştəhamız artacaq. 
          “Hə,  elədir.  Bu  camaata  azca  şərait  yaratdın, 
boş buraxdın nəzarətdən çıxırlar. Öz oğlum kimi”.., – 
Niyaz  təəssüflə  düşünürdü.  Ciddi  məsələ  olduğun-
dan müəssisədə narkotika məsələsinə xüsusi nəzarəti 
əməliyyatçı  Bəkirə  həvalə  etmişdi.  Zonda  yüzlərlə 
narkotika  istifadəçisi  cəza  çəkirdi.  Onların  min  cür 
ağılagəlməz  yola,  fırıldağa  əl  atıb  narkotika  əldə  et-
məməsi  üçün  Bəkirə  onlara  olduqca  məxfi,  “azarla-
rını  öldürmək”  qədərində  narkotika  satmağa  icazə 
vermişdi. Rəisin və özünün razılığı olan bu “bazara” 
başqa  heç  bir  kəsin  girişməməsi,  sərt  cəzalarla  təcili 
qarşısı alınması Bəkirə tapşırılmışdı.  
          Kənardan narkotik maddələrin zona gətirilmə-
məsi üçün məhkumlarla görüşə gələnlərin əynindəki 
downloaded from KitabYurdu.org

44 
 
paltarları, (şübhə yaranarsa kənar otaqda kişiləri kişi
qadınları  qadın  nəzarətçilər  paltarını  da  soyundu-
rurdular)  gətirdikləri  əşyalar,  ərzaqlar  bircə-bircə 
hərtərəfli  yoxlanılırdı.  Nədəsə,  kimdəsə  mindəbir 
qram  narkotika  tapılsaydı,  dərhal  sənədləşdirilib 
mərkəzə məlumat çatdırılırdı... 
          Görüş  və  sovqatdan  qeyri  zona  uyuşdurucu 
dərmanları və narkotik maddələri bir də işçilər gətirə 
bilərdi.  Əsasən  də  daim  olmasa  da,  hərdənbir  nəşə-
lənməyi  xoşlayan  paqonlulardan  şübhələnərdilər. 
Lakin Bəkir “oğru qaydaları” ilə sübut əldə etməmiş 
səsini  çıxarmazdı.  Nəzarətçidən  və  ya  zabitdən  nar-
kotika  alan  məhkumu  dəqiqləşdirən  kimi  həmin  iş-
çinin  “torbasını”  hazırlayıb  özü  qarışıq  şəhərə  yola 
salardı. 
          Günlərin  bir  günü  Bəkirə  “işləyən”  məhkum-
lardan biri məlumat çatdırır ki, dəstə rəisi Orxan zo-
na narkotika daşıyır. İşini ehtiyatlı gördüyündən hər 
gün yox, kefinə düşəndən düşənə gətirir.  
          Bəkir Orxanın xasiyyətini bilirdi. Bilirdi ki, üs-
tündə tutmasa, onun boynuna heç nə qoymaq müm-
kün  deyil.  Səbrlə  növbəti  dəfə  “mal”  gətirəcəyini 
gözləmək,  məlumat  alan  kimi  yaxalamaq  lazım  idi. 
Bir  neçə  gün  keçdi,  xəbər  gəldi  ki,  Orxan  sabaha 
“mal” gətirməyə söz verib. Səhəri gün Bəkir işçiləri-
nə  Orxanı  nəzarətə  götürməyi,  izləməyi  tapşırdı. 
Otağının  yanında  güdükçü  saxlanıldı.  Amma,  nə-
downloaded from KitabYurdu.org

45 
 
dənsə Orxan təxmin edilən “obyektə” yaxınlaşmırdı. 
Nahar fasiləsində onun çölə çıxıb maşınının qapısını 
açmasını eşitdi. Bəkir düşündü ki, çox güman, o, ma-
şınından narkotikanı götürməyə gedib. İşçilərinə tez 
əmr  verdi:  “Orxan  qayıdıb  müəssisənin  qapısından 
içəri  girən  kimi  harasa  getməyə  imkan  vermədən, 
Niyazın otağına  gətirərsiniz”. Naharını saxlayıb, ağ-
zındakı tikəsini çeynəyə-çeynəyə özü də Niyazın ota-
ğına tələsdi.  
          –Nə  baş  verib,  Bəkir?  –  Niyaz  onun  qəfil  gəli-
şindən təəccübləndi. 
          –İndi  görəcəksiniz.  Demişdim  axı,  sizə  Orxan 
barədə.  İndi  gətirəcəklər,  sizin  yanınızda  “şmon” 
edəcəyəm. 
          Niyaz nəsə demək istəyirdi, qapı döyüldü: 
          –Buyurun...  
          Orxanla  birgə  əməliyyatçı  Tofiq  kabinetə  daxil 
oldular. 
          –Niyaz  müəllim,  siz  çağırmısız  məni?  –  Orxan 
həyəcanla soruşdu. 
          –Mən dəvət etmişəm. Tofiq, sən  çıx çöldə göz-
lə. 
          Tofiq çölə çıxıb qapını örtdü. 
          –Eşidirəm cənab mayor, nə qulluğunuz? 
          –Bax, elə Niyaz müəllim də bilsin. Ədliyyə ka-
pitanı  Mahmudlu  Orxan,  deyin  görüm,  çölə  çıxıb 
downloaded from KitabYurdu.org
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə