kənd təsərrüfatı bitkiləri üçün zərərverici cücülər;
fitotoksikantlar, defoliantlar, herbisidlər və digər kimyəvi maddələr.
Bakterioloji (bioloji) zədələnmə ocağı Bakterioloji (bioloji) silahın tətbiqi nəticəsində insanların, heyvanların və bitkilərin kütləvi şəkildə sıradan çıxdığı ərazi bakterioloji (bioloji) zədələnmə ocağı (BZO) adlanır.
BZO bakterioloji (bioloji) vəsaitin növü, xəstələnən (məhv olan) insanların, heyvanların və bitkilərin miqdarı, xəstəlik törədən mikrobların zərərverici xassələrini saxlama müddəti ilə xarakterizə olunur.
Yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə karantin, yaxud observasiya təyin edilir.
Çox təhlükəli xəstəliklərin (taun, vəba, sibir yarası, yatalaq və s.) yayılmasında karantin təyin olunur. Karantin rejimi BZO-nun tam təcrid olunmasını nəzərdə tutur. Karantin təyin olunmuş rayonlardan əhalinin çıxmasına, heyvanların, kənd təsərrüfatı məhsullarının, əşyaların və s. çıxarılmasına qadağa qoyulur. Zəhərli əraziyə girmək üçün icazə müvafiq MM rəisinin sərəncamı ilə yalnız MM dəstələrinə, tibbi personala, müəyyən nəqliyyat vasitələrinə verilir. Karantin zonasının xarici sərhəddlərində silahlı mühafizə təşkil edilir.
Karantin zonasında «bölüşdürmə karantini» də tətbiq oluna bilər. Belə rejimdə əhali kiçik qruplara bölünür, onların mənzillərdən kənara çıxmalarına icazə verilmir.
Karantin zonasında xüsusi iş rejimi təyin olunur: tədris müəssisələrinin, bazarların və s. işi dayandırılır. Əhali fərdi mühafizə vasitələri ilə təmin edilir.
Observasiya bakterioloji zədələnmə ocağında epidemiyanın və epizootiyanın qarşısını almaq məqsədilə gücləndirilmiş tibbi nəzarətin həyata keçirilməsidir.