Hava zərbə dalğası



Yüklə 140,69 Kb.
səhifə10/14
tarix11.12.2022
ölçüsü140,69 Kb.
#73837
1   ...   6   7   8   9   10   11   12   13   14
mm

İlk kömək:

  • zəhərlənənə əleyhqaz geydirilir;

  • zəhərlənən zəhərli zonadan çıxarılır;

  • qismi xüsusi təmizləmə keçirilir;

  • xəstə tibbi məntəqəyə çatdırılır.

Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.


cıqlandırıcı təsirli zəhərləyici maddələr


Bu qrupa xlorpikrin, xlorasetofenon, adamsit, Si-Es, Si-Ar və digər ZM-lər aiddirlər.
Xlorpikrin (PS)
Texniki xlorpikrin azca sarı-qəhveyi rəngli və kəskin iyli mayedir. Qaynama temperaturu 112 0S, donma temperaturası (-64) 0S-dir. Dayanıqlığı kiçikdir, yayda açıq yerdə bir neçə dəqiqə qalır.
Xlorpikrin güclü lakrimatordur (gözün selikli qişasına təsir edən). Dözülməz qatılığı 0,05 mq/l-dir.
Böyük qatılıqda xlorpikrin boğucu təsirə malikdir və ağ ciyərin şişməsinə səbəb olur. Havada qatılığı 0,8 mq/l olduqda 3 dəqiqə ərzində nəfəsalma ölümlə nəticələnir.
Xlorasetofenon (CN) açıq sarı rəngli, meşə gilası iyini verən kristal maddədir. Qaynama temperaturu 247 0S, ərimə temperaturu 52 0S-dir. Uçuculuğu azdır.
Güclü lakrimatordur.
Si-Es (CS) ağ rəngli, az uçucu, bibər iyi verən kristal maddədir. Ərimə temperaturu 95 0S-dir Tüstü halında tətbiq olunur. Kiçik qatılıqda gözlərə və yuxarı nəfəs yollarına qıcıqlandırıcı təsir göstərir, böyük qatılıqda isə dərinin açıq hissələrini yandırır, bəzi hallarda nəfəs və ürək iflici, ölüm baş verir.
Havada 0,002 mq/l qatılığında ilkin əlamətlər görsənir.
Zəhərlənmə əlamətləri: sinədə, gözlərdə güclü acışma və ağrılar, göz yaşı, ağızda, yuxarı nəfəs yollarında ağrılı acışma, öskürmə.

Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin