Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 420,61 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix04.01.2017
ölçüsü420,61 Kb.
#4430
1   2   3

1.  

Açılış dövrü 

Bu dövrdə tutma adlanan müntəzəm yığılmalar baş verir. Tutmaların qüvvəsi və tezliyi getdikcə artır. Uşaqlığın boynu tədricən açılır. 

Körpənizi “azadlığa” buraxmaq üçün boyun hissəsi getdikcə nazikləşir, uşalıq dəliyi açılır. Üşaqlıq əzələləri tədricən uşaqlıq dibinə 

doğru “sürünür”, orada dölü xaricə itələyə biləcək güclü əzələ duyunu əmələ gətirir.  

 


Ibrahimova B. 

46 


02/02/2002 

Bu dövrdə qadınları bir sual narahat edir: doğuş başlayıb, yoxsa yox? Bu sualı cavablandırmaq üçün tutmaların davam etmə müddətini 

və bu tutmaların arasındakı vaxt intervalını ölçmək lazımdır. Əgər bu vaxt göstəriciləri getdikcə azalırsa, əmin ola bilərsiniz: doğuş 

başlayıb! Doğuşun başlanmasını göstərən digər əlamətlər barəsində daha sonra danışacağıq. 

 

Beləliklə, doğuş tutmalarının gücü və tezliyi artır bu I dövrün aktiv fazasıdır. Bundan sonra keçid dövrü başlayacaq. Bu qısa müddətli 



keçid dövründə tutmaların tezliyi artır gücü isə eyni dərəcədə qalır. Keçid dövrünün sonunda uşaqlıq dəliyi tam açılacaq. 

 

Təxminən, aktiv faza ilə keçid dövrü arasında, Siz doğum evinə gəlməlisiniz. 



 

2. 

Dölün qovulma dövrü 

Amerikalılar bu dövrü itələmə dövrü adlandırır. Bu daha yaxşı səslənir.  

 

Qadınların əksəriyyəti bu dövrü xoşlayırlar. Bu zaman uşaqlıq dəliyi tam açılmışdır, əzələ platforması durmadan dölü xaricə itələyir və 



gücvermə başlayır. Gücvermə - uşaqlığa dölün Tanrının yaratdığı İşıqlı Dünyaya gəlməsində kömək edən qarın divarı və çanaq dibinin 

əzələlərinin yığılması deməkdir. Qadın bu dövrdə dərk edir ki, “Doğüş” adlı tamaşanın əsas qəhrəmanı məhz, odur.  

 

Əgər ağrısızlaşdarma aparılmayıbsa, Siz gücvremənin nə dərəcədə əmryanə və keçilməz olduğunu hiss edəcəksiniz. Əgər 



ağrısızlaşdırma aparılıbsa, gücerməni hiss etməyə də bilərsiniz. Naraht olmayın, nə zaman güc vermək lazın olduğunu Sizə deyəcəklər. 

 

Bu dövr körpənin dünyaya gəlməsi ilə nəticələnir. 



 

3. 

Cift dövrü 

Körpə doğlduqdan bir qədər sonra yenidən gücvermə hissi yaranacaq. Bu – ciftin doğulmasıdır (plasenta və döl qişaları). 

 

Amerikalı qadınların bu dövrdə yeni doğulmuş körpələri (onların qarnı üstündə uzanan) ilə o qədər başları qarışır ki, bu dövrü 



unudurlar. Doğuş zalında körpənin döşə qoyulması, körpə ilə yaxın əlaqə çox müsbət enerci yaradır. Belə kontakt üçün çox bahalı 

cihazlarla təmin olunmuş doğuş zalları olmalıdır, belə təminat bizim respublikamızda çox az doğum evlərində var. Ona görə Siz 

körpənizi görmək, onu döşünüzə qoymaq üçün, amerikalı qadınlardan fərqli olaraq, bir qədər gözləməli olacaqsınız. Amma kefinizi 

pozmayın, irəlidə körpənizlə ünsiyyətdə olmaq üçün çoxlu vaxtınız olacaq. 

 


Ibrahimova B. 

47 


02/02/2002 

GƏLƏCƏK UŞAQ 

Körpə böyüməkdə davam edir. Çəkisi 2 kq-dan bir qədər artıq, boyu – 42,5 sm-dir. 

 

Plasenta hormonları süd ifrazını aktivləşdiririr. Dölün dölyanı sulara ifraz etdiyi sutkalıq sidiyin miqdarı yarım litrdir! Bol-bol “Pampers 



Baby Dry” almaq vaxtıdır – endirimlər varsa, lap yaxşı! 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dölün ayrı – ayrı sistemlərinin “cilalanma” prosesi davam edir. 

 

Ibrahimova B. 

48 


02/02/2002 

Otuz beşinci həftə. 

 

Qadın. 

Hamiləliyiniz davam edir. Bu dövrdə yuxunun pozulması yarana bilər və bu təəccüblü deyil. Hər 45 – 60 dəqiqədən bir sidiyə getmək 

üçün yataqdan duran hər bir kəs yuxusunun pozulmasından şikayət edə bilər. Bundan başqa, beldə olan ağrılar da yuxunuzun 

pozulmasına səbəb ola bilər. Belə bir fikir var ki, bu yolla təbiət hamilə qadınları “gələcək yuxusuz gecələrə hazırlayır”. Körpəniz üçün, 

tezliklə baş verəcək doğuş üçün də narahatsınz. Bu izsiz keçə bilməz. 

 

Bunu aradan qaldırmaq üçün yatmazdan əvvəl az maye qəbul edin və yatağa uzanmadan qabaq çanaq nahiyyəsi ilə fırladıcı hərəkətlər 



edin, gün ərzində özünüzü ağır fiziki işlə yormayın. O zaman, sağlam yuxu əldə etmək şansınız arta bilər. 

 

Biliklər bazanıza hamillik və doğuş haqqında son informasiyanı yerləşdirin: 



 

doğuşun induksiyası; 



 

epidural anesteziya; 



 

epiziotomiya; 



 

mamalıq qırmaqları; 



 

Kesar kəsiyi. 



 

 

GƏLƏCƏK UŞAQ 

 

Dölün çəkisi – 2 kq 200 q. 

 

Dölün çəkisi bu dövrdə müxtəlif ola bilər. Bu variantların hər biri norma ola bilər. Bundan sonra körpə hər həftə 220 q artacaq. Dölün 



uzunluğu – 45 sm. 

 

Artıq bütün orqanlar mövcuddur və funksiya yerinə yetirir, buna baxmayaraq, onların “cilalanması” hələ də davam edir (sinir və sidik – 



cinsiyyət sistemi). 

 


Ibrahimova B. 

49 


02/02/2002 

 

 

 

Bundan sonra hər gün həkiminizlə görüşəcəksiniz. 

 

Otuz altıncı həftə. 

 

Qadın. 

Bundan sonra hər gün həkiminizlə görüşəcəksiniz.  

 

Əksər döllər bu həftədə artıq uşaqlıqda başı aşağı olmaqla yerləşir. Bir hissəsi isə (orta hesabla 100-dən 4-ü) sağrı nahiyyəsi aşağı 



olmaqla yerləşir. Bu, sağrı və ya çanaq gəlişi adlanır. Belə olan hallarda mama – ginekoloq ananı xəbərdar edir və bildirir ki. doğuş 

zamanı çətinliklər yarana bilər. Belə qadınlara Kesar kəsiyi təklif olunur. 

Doğuşdan əvvəl dölün vəziyyətini dəyişməyin bir neçə üsulu var. İndi bu üsulları tətbiq etməyin tam vaxtıdır. 

 

I üsul – “Əmin etmə” 



 

Bu üsul, “qeyri-elmi” olmasına baxmayaraq, çox vaxt müsbət nəticələr verir. Bu üsulun məğzi aşağıdakından ibarətdir: bu üsulu bacaran 

mütəxəssis əllərini hamilə qadının qarninin üzərinə qoyaraq, sanki körpəni əmin edir ki, onun əllərinin hərəkət etdiyi istiqamətdə 

hərəkət etsə, hər şey yaxşı olacaq. Burada əsas məsələ uşaqlıq əzələlərinin və ganın ön divarının əzələlərinin müqavimət 

göstərməməsidir. 

 

II üsul – “Məcbur etmə” 



 

Bu adın mənasında zorakılıq hiss edilməsinə baxmayaraq, qorxulu heç bir şey yoxdur. Sadəcə olaraq, hamilə qadın həftədə iki dəfə 

olmaqla, ayaqlarını divara dayayır, bel nahiyyəsinə döşəkcə qoyur və bir müddət belə vəziyyətdə uzanır. Döl özünü diskomfortda hiss 

etdiyi üçün bəzən vəziyyətini 180º dəyişir. 

 

 III üsul – Refleksoterapiya 

 


Ibrahimova B. 

50 


02/02/2002 

Yovşandan hazırlanmış xüsusi siqaret vasitəsi ilə uşaqlıq funksiyalarına nəzarət edən akupunktur (bioloci aktiv) nöqtəsini dağlamaqla 

dölü dönməyə məcbur etmək olar. Bu üsul ənənvi şərq təbabətindən götürülmüşdür. 

 

IV üsul – xarici mama döndərişi. 



 

Bu üsuldan ancaq stasionarda istifadə edirlər. Əvvəlcə, ultrasonoqrafik müayinə vasitəsi ilə dölün vəziyyəti müəyyən olunur. Sonra 

vaxtından əvvəl doğuş tutmalarının yaranmasının qarşısını almaq üçün dərman maddəsi yeridilir. Döndərməni həkim yerinə yetirir. O, 

dölü çanaq boşluğundan qaldırır və paralel olaraq, baş və sağrı nahiyyəsinə ehtiyyatla təzyiq edir. Əgər bu manipulyasiya zamanı ciddi 

ağırlaşmalar yaranarsa, dərhal Kesar kəsiyi aparılır.  

 

Bütün halların demək olar ki, 50 %-də müsbət nəticə əldə edilir. Lakin nəticə vermədikdə, ruhdan düşməyinə dəyməz. Hər il minlərlə 



uşaq sağrı gəlişi ilə doğulur və bu hal heç də ağırlaşmalara səbəb olmur.  

 

GƏLƏCƏK UŞAQ 

Körpə böyüməkdə davam edir. Çəkisi 2kq 400 q-dır, uzunluği 45 sm. 

Bu dövrdə uşağın cəkisi müxtəlif ola bilər. Adətən həkim hamilə qadının qarnını müayinə edir, bəzi ölçmələr aparır və xüsusi düsturla 

körpənin təqribi çəkisini hesablayır. Bəzən bu rəqəm real rəqəmlə eyni olur.  

 

 

 

 

 

 

 

 

 

 

 

 


Ibrahimova B. 

51 


02/02/2002 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hamiləliyiniz “tam inkişaf etmiş” həddinə çatmışdır. 

 

Otuz yeddinci həftə 

 

Qadın. 

Hamiləliyiniz “tam inkişaf etmiş” həddinə çatmışdır. Əgər bu dövrdə doğuş fəaliyyəti başlayarsa, həkimlər onu dayandırmayacaq.  

 

Yatacağınız doğum evi haqqında mümkün qədər ətraflı məlumat almağa çalışın, xüsusilə həyat yoldaşınızın və ya yaxın qohumun 



doğuşda iştirak etmə imkanı barədə. Lakin bu məsələni hələlik bir kənara qoyaq və bir qədər təbii qidlanma haqqında danışaq. 

 

Xarici ölkələrdə yaşayan “hamiləlik üzrə mütəxəssislərdən” fərqli olaraq, bizim hamilə qadınlarımızın əksəriyyəti bilir ki, ana südü ilə 



qidalanma həm təbii, həm də xeyrlidir. Təbii qidalanmanın üstünlüyü lap cüzi olsa belə, o yenə süni qidalanmadan xeyrlidir. Qısaca 

olaraq yadınıza salmaq istəyirik: təbii qidalanmada olan uşaqlar infeksion xəstəliklərlə daha az xəstələnir, belə uşaqlarda allergiya daha 

az təsadüf olunur, qəfil ölüm halı belə uşaqlarda daha az olur, dişlərin düzülüşü daha düzgün olur, gələcək də isə təbii qidalanmada 


Ibrahimova B. 

52 


02/02/2002 

olan uşaqların intellekt səviyyəsi daha yüksək olur! Körpəsini döşlə əmizdirən ana isə öz nöbəsində yuksək müsbət emosional enerci 

alır. Tədqiqatlar göstərmişdir ki, döşlə əmizdirən qadınlar döş vəzilərinin xərçəngi xəstəliyinə daha az məruz qalır. 

 

Hazırda ticarət nöqtələrində istənilən növ süni qidalanma qarışıqlarını əldə etmək olar. Onlardan bir çoxu yüksək texnologiya üzrə 



hazırlanmışdır və tərkibinə görə mümkün qədər ana südünə yaxınlaşdırılmışdır. Qeyd eymək lazımdır ki, bu məhsullar inək südü və ya 

soya südü əsasında hazırlanır. Ulu Tanrı inək südünü insan körpələri üçün deyil, danalar üçün yaratmışdır. Bəziləri buna qarşı çıxaraq, 

bildirə bilərlər ki, əvvəllər də körpələr inək südü ilə yedizdirilirdi və bunun mənfi nəticələri heç vaxt narahatlıq yaratmırdı. Bu sözə nə 

cavab vermək olar? Bəşəriyyətin təbabət və bioloci bilikləri və baxışları getdikcə dəyişir, zənginləşir. Dünən məsələnin düzgün sayılan 

həlli bu gün tamam başqa bir yolla həll oluna bilər. Ona görə, gəlin diskussiyanı bir tərəfə qoyaraq. Ulu Tanrının müdrikliyinə sığınaqı. 

Onun məsləti ilə qadın orqanizmində körpə üçün ideal qida – ana südü yaranır, onun məslətini isə sual altına qoymaq olmaz! Odur ki, 

imkan dairəsində körpənizi ana südü ilə qidalandırın. 

 

Əgər hər hansı bir səbəbdən təbii qidalanma mümkün deyilsə, o zaman tətbiq etdiyiniz süni qidalanma çox ciddi seçilməlidir. Bu 



məsələdə hər bir xırda detala diqqət yetirmək lazımdır – qarışığın tərkibi, onların hazırlanma texnologiyası, körpənin yedizdirilmə 

qaydası və s. Bu halda, həkim – pediatorun iştirakı (hətta uşaq diyetoloqunun iştirakı) vacibdir.  



 

GƏLƏCƏK UŞAQ 

 

Döl tənəffüs hərəkətləri edir. Nəfəsalma zamanı dölyanı sular ağciyərlərə daxil olur, nəfəsvermə zamanı isə ağciyərlərdən xarıc olur. 

Bəzən körpəni hıçqırıq narahat edir. 

 

Döl Sizin daxilinizdə hərəkət edərkən keçirdiyiniz hissləri yadda saxlamağa çalışın. Tezlikləz Siz bu hisslər üçün darıxacaqsınız. 



 

Daha bir məsələni – qohumların doğuş palatasında olmasını müzakirə etmək lazımdır... 

 

Otuz səkkizinci həftə 

 

Qadın. 

 

Ibrahimova B. 

53 


02/02/2002 

Ola bilsinki, bəzən qarından ayaqlara doğru istiqamətdə elektrik cərəyanının keçməsini hiss edə bilərsiniz. Bu deməkdir ki, döl tədricən 

daha da dərinə, çanağın dibinə yerləşir və sinir kötüklətinə təzyiq edir.  

 

Doğuş prosesinin öyrənilməsinə kifayət qədər vaxt sərf etmişik. Daha bir məsələni – qohumların doğuş palatasında olmasını müzakirə 



etmək lazımdır.  

 

Xarici ölkələrdə bu demək olar ki, hər yerdə tətbiq olunurş. Həyat yoldaşı doğuşdan əvvəlki palatada daim hamilə qadının yanında olur. 



Sözü ilə, baxışı ilə ona dəstək verir. Ağıllı və bu cəhətdın savadlı atalar isə hətta ən məsuliyyətli anlarda – dölün xarıcə qovulmasında 

belə iştirak edirlər, isitqac və buz qoyurlar, massac edirlər, doğulan körpəni qəbul edirlər, öz əlləri ilə göbək ciyəsini bağlayır və kəsirlər. 

Yeri gəlmişkən, demək lazımdır ki, göbək ciyəsinin kəsilməsi heç də ağrılı deyil, çünki, göbək ciyəsində ağrı hissini keçirən sinir ucları 

yoxdur (saçlarda olduğu kimi: heç bəbərxanada ağrıdan bağıran insan görmüsünüzmü?). Odur ki, nə ana nə də uşaq onun kəsilməsini 

hiss etmirlər.  

 

Digər ölkələrdə atanın doğuşda iştirak etməsi, onun istəyi və buna hzırlıq dərəcəsindən asılıdır. Hər bir kişi belə səhnəyə tamaşa etmək 



üçün lazım olan soyuqqanlılığa malik deyil. Ona görə, əgər kimsə sona qədər Sizin yanınızda olmağa cürət etmirsə, bunda təəccübblü 

heç bir şey yoxdur. Əgər o, doguşdan əvvəlki palatada bir müddət Sizinlə olubsa, xoş sözlərlə və baxışlarla təsəlli verməyə və dəstək 

olmağa çalışıbsa, inan ki, bunu bur qəhrəmanlıq hesab temək olar.  

 

Uşaqların doğuşda iştirak etməsi də ayrıca məsələdir. Bəzi valideynlər və mütəxəssislər diskomfort hissi yaranmayan uşaqların doğuşda 



iştirak etməsini çox faydalı hesab edirlər. Təbii ki, bu məsələ əvvəlcədən müzakirə edilməlidir və uşaqlar xüsusi məşğələlər 

keçməlidirlər.  

 

Bizdə bu məsələyə münasibət respublikamısda fəaliyyət göstərən doğum evlərinin fəaliyyət xüsusiyyətlərindən asılıdır. Hər halda bunu 



həkiminizlə müzakirə edin. Əmin olun ki, həyat yoldaşınəız bu prosesdə iştirak etməyə hazırdır. 

 

GƏLƏCƏK UŞAQ 

Körpə gün ərzində orta hesabla 28-30 q çəki yığır. Aktiv olaraq. uşaqlıqdan kənar həyata hazırlaşır.  

Yeri gəlmişkən, körpəni necə adlandıracaqsınız? Əgər bu barədə hələ düşünməmisinizsə, tələsin! 

 


Ibrahimova B. 

54 


02/02/2002 

 

Başlanmaqda olan doğuşun əlamətlərini müzakirə edək. 



 

Otuz doqquzuncu həftə. 

 

Qadın. 

Orqanizminizdə baş verən dəyişiklikləri artıq düzgün qiymətləndirməyi bacarırsınız. Başlanmaqda olan doğuşun əlamətlərini müzakirə 

edək. 

Döl get-gedə daha dərinə, çanağın dibinə yerləşir. Uşaqlığın dibi aşağı enir. Sizin tənəffüsünüz də asanlaşır. Əgər bu birinci hamiləlik 



deyilsə, hazır olun! Doğuş “burnunuzun ucundadır”. Uşaqlığın boynu yumşalmağa başlayır. Çox vaxt həkimlər bu dövrdə uşaqlıq 

boynunu barmaqla yoxlayırlar, lakin, uşaqlıq boynunun “yetişmə” dərəcəsi doğuş tarixinin təyin edilməsində o qədər də dəqiq məlumat 

vermir. 

Doğuşa lap az qalan günlərdə aşağıdakı əlamətləri aşkar edə bilərsiniz: 

 

cinsi yollardan qanlı ifrazat; 



 

cinsi yollardan selik tıxacının çıxması, şəkinin bir qədər azalması; 



 

nəcisin durulaşması; 



 

iştahanın artması; 



 

“yuva qurma” instinkti (sakit, kimsəsiz bir yerə çəkilmək istəyi şəklində davranış forması) 



 

Lakin bu əlamətlər də doğuşun vaxtını dəqiq göstərməkdə çətinlik çəkir.  

 

Möhkəm olun! Hər şey bitməkdədir! 



 

 

GƏLƏCƏK UŞAQ 

İlk nəcis - mekonium doğulduqdan sonra ilk sutkada xaric olur. Bu, yaxmaşəkilli tünd rəngli maddə, qətranı xatırladır. Döllərin 3/1 – də 

mekonium doğuşdan əvvəl dölyanı sulara ifraz olunur. Bu adətən, hamiləliyin sonuncu dövrlərində yaranan oksigen çatmamazlığı 

zamanı baş verir. Dölyanı sularla mekonium ağciyərlərə daxil ola bilər. Buna görə narahat olmayın. Əgər Sizin dölyanı sularınızda 

mekonium tapılarsa, Sizin körpənizin bronxları lavac adlanan xüsusi üsulla təmizlənəcək və ağırlaşmaların qarşısı alınacaq. 



Document Outline

  • Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq

Yüklə 420,61 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin