H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova


(1) genlərin ekspressiyası üçün mühüm olan  «ev təsərrüfatı» genləri;   (2)



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix26.12.2016
ölçüsü363,31 Kb.
#3424
1   2   3   4   5   6   7   8   9   ...   17
(1) genlərin ekspressiyası üçün mühüm olan 

«ev təsərrüfatı» genləri;  



(2) ATF-azadan asılı proteazanın subvahidinin 

və NADH-dehidrogenaza kompleksinin polipeptid-

lərinin genləri;   

(3) fotosintetik aparatın tərkibinə daxil olan 

polipeptidlərin genləri; 



(4) müxtəlif orqanizmlərdə sayına və  tərkib 

hissəsinə görə variasiya edən hipotetik zülalların 

genləri (ORF-genlər). 

Lakin plastid genomunun rolunu azaltmadan 

qeyd etmək lazımdır ki, plastid təyinatlı zülalların  



Əliyeva və b.  

48 


mütləq əksəriyyəti (ən azı, 95%-i) nuvə genomunda 

kodlaşdırılır, sitoplazmada sintez olunur və sonra 

bu orqanellaya daşınır. Ali bitkilərin nüvə genom-

ları oxunduqdan sonra aparılmış  təcrübi və  nəzəri 

araşdırmaların nəticələrinə əsasən, nüvədə müxtəlif 

metabolik proseslərlə bağlı plastid (və ya bundan 

sonra sinonim termin kimi işlədilən xloroplast) 

təyinatlı bir neçə min gen kodlaşdırılır, ancaq bu 

genlərin tam və  dəqiq siyahısı bu gün məlum 

deyildir (Martin et al., 1998, 2002).  Digər tərəfdən, 

məlumdur ki, yetkin plastidlərin  ən yaxşı öyrənil-

miş  və hazırda da intensiv surətdə  tədqiq olunan 

forması olan xloroplastlardan «verilən» siqnallar da 

nüvə genlərinin ekspressiyasının tənzimlənməsində 

müəyyən rol oynayırlar (Pfannschmidt, 2003).  

Məlumdur ki, istənilən genin ekspressiyasının 

ilkin mərhələsi transkripsiyadır. Transkripsiyanın 

inisiasiyası və tənzimlənməsi əsasən gendən əvvəl-

də (5‘-nahiyyədə) yerləşən, tərkibində çoxsaylı  və 

müxtəlif


 

tənzimləyici elementlər (TE) olan promo-

tor rayonu və həmin TE-lərlə birləşən tənzimləyici 

zülal faktorları vasitəsi ilə həyata  keçirilir. O cüm-

lədən, proksimal promotorda, yəni genin kodlaş-

dıran hissəsinə (KH) daha yaxın nahiyyədə yerləşən 

müəyyən DNT ardıcıllıqları müvafiq RNT poli-

meraza (zülal kodlaşdıran eukariot genləri üçün 

RNT polimeraza II) vasitəsi ilə transkripsiyanın 

start saytını (TSS) müəyyən edirlər.  

Hazırda RNT polimeraza II (Pol II) vasitəsi ilə 

transkripsiya olunan zülal kodlaşdıran genlərin pro-

motorlarının quruluş baxımından 2 əsas sinfi 

məlumdur: (1) tərkibində genin başlanğıcından təx-

minən 20-45 nukleotid cütü (nc) əvvəldə yerləşən 

və TATA-boks adlanan element olan TATA pro-

motorlar; (2) qeyd olunan nahiyyədə TATA-boks 

olmayan qeyri-TATA promotorlar. Ədəbiyyatdan 

məlumdur ki, bəzi sinif genlərin (məsələn, ümumi 

təyinatlı «ev təsərrüfatı genləri»nin) transkripsiyası 

məhz qeyri-TATA promotorlardan inisiasiya olunur

 

(Novina, Roy, 1996; Pedersen et al., 1999; Smale, 



1997; Lemon, Tjian, 2000; Smale, 2001; Ohler at 

al, 2002; Zhao et al., 2003).  

Son illərdə  ədəbiyyatda verilən məlumatlara 

əsasən, xloroplast təyinatlı genlər  əsasən qeyri-

TATA promotorlarla səciyyələnirlər (Nakamura et 

al., 2002). Qeyd olunan  işdə nüvədə kodlaşan foto-

sistem I genlərinin promotorlarının arxitekturası, 

model gen kimi, tütünün psaDb genində tədqiq olun-

muşdur. Müəyyən edilmişdir ki, bu genin promotor 

nahiyyəsində TATA-box mövcud deyildir. Bunun 

əvəzinə bu gendə transkripsiyaının start saytını əhatə 

edən, primidinlərlə  zəngin və «Initiator (İnr)» 

adlanan element əsas rol oynayır. 232 bitki geninin 

promotorun tipi baxımından analizi çox maraqlı fakt 

aşkar etmişdir: fotosintetik genlərdə qeyri-TATA 

promotorlar mütləq üstünlük təşkil edirlər. 

Yuxarıda deyilənləri  əsas götürməklə, bu işin 

əsas məqsədi bir sıra ali bitkilərin  xloroplast  təyi-

natlı zülal kodlaşdıran (XTZK) nüvə genlərinin 

müəyyənləşdirilməsi, həmçinin kəsəkotu və düyünün 

XTZK nüvə genlərinin potensial promotorlarının 

hansı sinfə (TATA yaxud qeyri-TATA) mənsub 

olması baxımından müqayisəli analizi olmuşdur.   

    



Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin