Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


I qrup.  1. Günəbaxanın niyə belə adlandığını izah edin və şəklini çəkin. 2. Ayabaxan bitkisi varsa, o nə zaman açılır? II qrup



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə19/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   16   17   18   19   20   21   22   23   24

I qrup
1. Günəbaxanın niyə belə adlandığını izah edin və şəklini çəkin.
2. Ayabaxan bitkisi varsa, o nə zaman açılır?
II qrup
1. Günəbaxanın faydası haqqında nə bilirsiniz?
2. Ayabaxan bitkisi varsa, onun faydası nə ola bilər?
III qrup
1. Günəbaxan və sünbülü müqayisə edin. Onların oxşar və 
fərqli cəhəti nədir?
2. Ayabaxan bitkisi varsa, onun toxumları necə ola bilər?
IV qrup
1. Günəbaxan və qızılgülü müqayisə edin. Onların oxşar və  
fərqli cəhəti nədir?
2. Ayabaxan bitkisi varsa, onu necə təsəvvür edirsiniz? 
Şəklini çəkin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 139-cu səhifəsindəki “Günəbaxan” və “Ayabaxan” mətnləri oxu -
nur, janrına görə onların fərqi aydınlaşdırılır.  1-4-cü tapşırıqlar yerinə yetirilir. 
4-cü tapşırıq. “Gün” – ad, “baxan” – hərəkət bildirən sözdür.
Nəticə:
Günəbaxan faydalı bitkidir. “Ayabaxan” adlı bitki yoxdur.  
Tətbiqetmə. 
Şagirdlər tanıdıqları çiçəklərin, bitkilərin xüsusiyyətləri haqqında bildiklərini
danışırlar.
Ev tapşırığı:
– Günəbaxanın şəklini çəkib onun haqqında daha çox məlumat toplayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Topladığı məlumatlar əsasında danışır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsəyərək şüurlu oxuduğunu nümayiş
etdirir.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeirlə nəsri  fərqləndirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad və hərəkət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
159
Çap üçün deyil

Dərs 73. İPƏKQURDU (4 saat)
Motivasiya.
Parçanın bir neçə növü nümayiş etdirilir. Suallar verilir:
– Kim bu parçaların növünü bilir? (İpək, yun, kətan, çit)
– Parçalar nədən toxunur? (Sapdan) 
Tədqiqat sualı:
– Sapı nədən əyirirlər?
Fərziyyələr dinlənilir. Daha sonra dərslikdəki mətn oxunub təhlil olunur. 
Qeyd. Yalnız tut yarpağı yeyən tırtıllar xeyirlidir. Palıd, qoz yarpağı yeyən tırtıllar
çox ziyanlıdır. Zəhərli olduğuna görə onları quşlar da yemir. Ona görə belə həşəratları
məhv etmək çətin olur.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Dərsliyin 140-cı səhifəsindəki
1-2-ci tapşırıqlar yerinə yetirilir. 
1-ci tapşırıq. Nöqtələrin yerinə tut yarpağı, barama, sap, kəpənək, ipək sözləri əlavə olu -
nur.
2-ci tapşırıq. Qoyundan yun qırxılır, pambıq qozasından pambıq alınır, ipəkqurdu  barama
hörür. Bunların hər üçündən – yundan, pambıqdan, baramadan sap alınır. Yun sapdan yun
parça, pambıq sapdan pambıq parça, baramadan alınan sapdan ipək parça toxunur. Bu
parçalardan paltar tikilir. 
Yazı. Mətndən ipəkqurdu tırtılının kəpənəyə çevrildiyi hissəni dəftərinizə köçürün.
İş dəftərinin 99-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etmək, onları qorumaq lazımdır.
DİL QAYDALARI
Motivasiya.
Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. İnsanın arzusu, böyüyə hörmət, topu
tutmaq, alma bağı ifadələri səslənir.
Tədqiqat sualı:
– Sözlərdən alınmış ifadələr həmin sözlərdən nə ilə fərqlənir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sol və sağ sütunlardakı sözləri düzgün birləşdirməklə söz birləşmələri yaradın.
şəhər
otaq
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Öyrəndiyi və müşahidə etdiyi məlumatlara
əsaslanaraq tapşırıqları həll edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, düzgün oxuyur. Mətndəki  əsas
məlumatları seçməklə şüurlu oxuduğunu
nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“O” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndə müəyyən olunmuş hissəni üzündən
köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
İpəkqurdu haqqında aldığı məlumatlara
əsaslanaraq esse yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Söz birləşmələrini söz və cümlələrdən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VI bölmə
160
Çap üçün deyil

sinif
küçə
hündür
xortum
əlaçı
rəng
paltar
şagird
fil
bina
II qrupTərkibində əlamət bildirən söz olan söz birləşmələrini seçib yazın.  
Sözlər: xörəyin ətri, misilsiz gözəl, enli küçə, kitabın vərəqləri, saatın əqrəbləri,
çoxundan ağıllı, hədsiz tənbəl.
III qrup. Tərkibində yalnız ad bildirən sözlər olan söz birləşmələrini seçib yazın.
Sözlər: yaxşı oxumaq, məktəbin həyəti, xörəyin dadı, gözəl görünmək, dostumun
dostu, otaqların biri, gözümün işığı, qapını açmaq, güllərin ətri, evləri yığışdırmaq.
IV qrup. Söz birləşmələrini seçin. 
Sözlər: ağac, ağacın yarpağı, qızın saçları, günəbaxan, həqiqətən gözəl, qızların
üçü, səliqəli yazmaq, kitab, dənizin suyu, balıqqulağı.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Nəzəri hissə oxunaraq izah olunur. 4-5-ci tapşırıqlar yerinə yetirilir. 
Yazı. Mətndən “ipəkqurdu” sözü ilə bağlı olan söz birləşməsi tapılır və cümlə içərisində
işlədilir. 
Nəticə:
Söz birləşməsi sözlə müqayisədə daha konkret məna bildirir.
Tətbiqetmə. 
İş dəftərinin 99-cu səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Hüsnxət. “O” hərfi. İş dəftəri, səh. 100.
Ev tapşırığı:
– İpəkqurdunun xeyri haqqında kiçik esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 74. HÖRÜMÇƏKLƏR (4 saat)
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini söy -
ləyir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə mü -
qayisə edərək araşdırdığı məlumatları nəql
edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümlələri söz və söz birləşmələrindən
fərqləndirir. Söz birləşmələrini müəyyən
edərək cümlədə işlədir.
4.1.7. Tələb olunan məqsəd  və intonasi -
yaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır.  
Sözlərdən cümlə qurur.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
161
Çap üçün deyil

Motivasiya.
Tədqiqat sualı:
– “?” işarəsi altında gizlənən nədir?
Tədqiqatın aparılması. 
Dərsliyin 142-ci səhifəsindəki mətn oxunur, təhlil olunur. 
Müəllim– Sadalanan həşəratların adlarını uyğun şəkildə yazaraq krossvordu həll edin.
(1. Hörümçək, 2. Kəpənək, 3. Qarışqa, 4. Əqrəb, 5. Arı, 6. Parabüzən, 7. Bit)
Məlumat mübadiləsi və müzakirənin təşkili.  
Dərsliklə iş. 1-3-cü tapşırıqlar yerinə ye-
tirilir.
Dinləmə. Sual– İpəkqurdu və hörümçək haqqında nə bilirik?
İpəkqurdu və hörumçəyin fərqli və oxşar cəhətlərinə dair Venn diaqramı qurun.
İş dəftərinin 101-ci səhifəsindəki “İpəkqurdu və hörümçək” mətni oxunur.   
Suallar:
– Hörümçək və ipəkqurdunun hansı oxşar xüsusiyyətləri var?
– Hörümçək sonuncu cümləsi ilə nə demək istəyirdi?
Nəticə:
Həşəratlar, adətən, altıayaqlı olur. Bəzi həşəratlar var ki, onların ayaqlarının sayı
çoxdur. Bu həşəratlara səkkizayaqlı hörümçəkləri aid etmək olar. Hörümçəklərin həm təbiətə,
həm də insanlara xeyri vardır.
Tətbiqetmə. 
İş dəftərinin 99-cu səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. 
DİL QAYDALARI 
Motivasiya.
Dərsliyin 143-cü səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.  Verilmiş sözlərdən
“Hörümçəyin səkkiz ayağı olur” cümləsi düzəldilir.
8 ayağı var
həşəratdır
zəhərli növləri var
tor qurur
?
H
Ə
Ş
Ə
R
A
T
İpəkqurdu
Hörümçək
Dərslərin planlaşdırılması
VI bölmə
162
Çap üçün deyil

Tədqiqat sualı:
– Cümlə sözdən və söz birləşməsindən nə ilə fərqlənir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Cümlələri seçin. Onları necə fərqləndirdiniz?
Ağac. Onun yuvası. Qaranquş yuva qurmuşdu. Yoldaşın köməyi. Dağlara yağış
yağır. Güclü yağış. Körpü. Yolun kənarı. Atam odun yardı. Sabah. Oğlan taxtanı
kəsdi. Şəkil. Qapının zəngi.
II qrup. Sözlərdən cümlə düzəldin. 
1) qoşmaz, ağılsıza, baş, adam, ağıllı.
2) gəlir, təmiz, ətri, işdən, gül.
3) əyilməz, igid, düşmənə, oğul.
4) olar, az, günün, ömrü, yaman.
5) qəlb, söz, sındırar, acı.
III qrup. “Yaz fəslində təbiət” mövzusunda şəkil verilir. Şəklə əsasən cümlələr qurun.
Cümlələrdəki sözlərin sayına fikir verin.
IV qrup. 2, 3, 4, 5 sözdən ibarət cümlələr qurun.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur. Dərsliklə iş. Dərsliyin 143-cü səhifəsindəki nəzəri hissə oxunur, izah olu -
nur. 5-8-ci tapşırıqlar yerinə yetirilir. 
5-ci tapşırıq. Sonuncu misra cümlə deyil.
6-cı tapşırıq. Hörümçəklər telləri ilə hərəkət edirlər. Bəzi hörümçəklərdə güclü zəhər olur.
Hörümçəklər yumurta qoymaqla çoxalırlar.
8-ci tapşırıq. Azərbaycanın paytaxtı, Bakı şəhəri, bilik yarışması, əlaçı şagirdlər, kompüter
otağı, ikinci mərtəbə – verilən cümlələrdəki söz birləşmələridir. 
Nəticə:
Cümlə bitmiş fikir ifadə edir.
Tətbiqetmə. 
İş dəftərinin 102-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə
yetirilir.
Yazı. İmla mətni:
Ev tapşırığı:
– “Hörümçəklər” mətnindən söz birləşmələrini seçin və onları cümlədə işlədin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 75. QIZIL NƏDİR (2 saat)
QARĞA VƏ QOZ (43 söz)
Qarğa dimdiyində qoz havaya qalxdı. Oğurladığı qozu bir qayanın üstünə atdı
ki, qırılsın, ləpələrini yesin. Qoz qırılmadı, qayaların arasında itdi.
Yazda həmin qoz cücərdi. Bir neçə ildən sonra böyük ağac oldu. Amma heç kəs
başa düşmədi ki, bu qayalıqda qoz ağacını kim əkib.
Məzmun standartları 
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Mətndə rast gəldiyi yeni söz və ifadələrin
mənasını izah edir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeirin məzmununu öz sözləri ilə yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümlə şəklində ifadə olunan şeir misralarını
müəyyən edir.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
163
Çap üçün deyil

Motivasiya.
Müəllim– “Qızıl” sözünün mənasını izah edin. 
– Bəs aşağıdakı ifadələrdə “qızıl” sözü hansı mənalarda işlənib?
(qızıl üzük, qızıl payız, qızıl əllər, qızıl balıq)
Tədqiqat sualı.
Müəllim metal adları (alüminium, polad, gümüş, qızıl və s.) sadalayır və
suallarla şagirdlərə müraciət edir:
– Bu metallardan hansı daha qiymətli hesab olunur? (qızıl)
– Onların hansı sarı rəngdədir? (qızıl)
– Bu söz nə bildirir: ad, əlamət, yoxsa hərəkət? (ad)
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
Şagirdlər qruplara bölünüb aşağıdakı ifadələrin mənasını araşdırırlar:
I qrup.
Ağ qızıl
II qrup. Qızıl xasiyyətli insan
III qrup. Qızıl torpaq
IV qrup. Qara qızıl
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Dərslikdən şeir oxunur, təhlil olunur. 
Dərsliyin 144-cü səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Hər iki cümlədə qızıl sözü məcazi mənada işlənib. Birincidə yarpağın rəngi,
ikincidə torpağın çox məhsul verməsi, onun altında qızıl kimi qiymətli sərvətlərin olması
mənalarını bildirir. 
2-ci tapşırıq. Əkinçi çöldə işləyir, məhsul əkir, toplayır, ailəsini dolandırır. Balıqçı isə göldən
balıq tutub satır, ailəsini dolandırır. Ona görə də əkinçi “qızıl çöldədir”, balıqçı “qızıl göldədir”
deyir. 
3-cü tapşırıq. “Qara qızıl” – neftə, “ağ qızıl” – pambığa işarədir.
4-cü tapşırıq. Gözəl xasiyyəti olan insana qızıl xasiyyətli insan deyirlər.
5-ci tapşırıq. “Qızıl üzük” ifadəsində “qızıl” sözü üzüyün hazırlandığı metal mənasında
işlənib. “Qızıl ürək” ifadəsində isə “qızıl” sözü hər hansı insanın böyük, humanist qəlbə, ürəyə
malik olduğuna işarədir.
Dil qaydalarıSual– Şeirin hansı bəndindəki misraların hər biri cümlədir?
Yazı. Şeiri əzbərləyin və məzmununu nəsrə çevirərək dəftərlərinizə yazın.
Nəticə:
Bəzi sözlərin bir deyil, bir neçə mənası olur.
Tətbiqetmə. 
“Dəmir” sözünü “qapı”, “bilək”, “iradə” sözləri ilə işlədərək cümlələr qurun
və hər bir cümlədə bu sözün mənasını izah edin.
Ev tapşırığı:
– Dərsliyin 144-cü səhifəsindəki 6-cı tapşırıq yerinə yetirilir.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VI bölmə
164
Çap üçün deyil

Dərs 76. ÇAYIN GİLEYİ (2 saat)
Motivasiya.
Suallar: – Su mənbələri deyəndə nə başa düşürsünüz? (Çay, göl, bulaq,
dəniz, okean) Yayda onların suyu niyə azalır? (Buxarlanır)
Tədqiqat sualı:
– Niyə təbiətdə su mənbələri (çay, göl və s.) tükənmir? 
Tədqiqatın aparılması.
Dərsliklə iş. “Çayın gileyi” mətni (dərslik, səh. 145) oxunur,
təhlil olunur.  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Suallar– Çay nədən gileylənirdi? O, haqlı
idimi? (1-ci tapşırıq)
– Sizcə, gölün cavabından sonra çay özü üçün hansı nəticəyə gəldi?
– Təbiətdə suyun dövranı nəyə xidmət edir?
– Yağışın əhəmiyyəti haqqında nə bilirsiniz?
– Azərbaycanda olan hansı çayları və gölləri tanıyırsınız? (Kür, Araz, Tərtərçay, Girdi-
mançay, Göygöl, Maralgöl, Ağ göl və s.) Kür çayı axıb hara tökülür? (Kür çayı Xəzər dənizinə
tökülür.) (2-ci tapşırıq)  
Tapşırıq: Verilmiş sözlərin aid olduğu məna qrupunu müəyyən edin:
Çay, göl, dəniz – (su hövzələri)
Yağış, qar, dolu – (yağıntı)
Dinləmə. Müəllim suyun dövranını təcrübə ilə də nümayiş etdirə bilər. Kiçik qabdakı su
spirt lampası ilə qızdırılır. Üzərindəki şüşədə damcılar əmələ gəlir və yenidən qaba tökülür.
Şagirdlər gördüklərini izah edirlər. 
GÜLLÜ VƏ DAMCI
Bir dəfə möhkəm yağış yağırdı. Güllü pəncərənin qabağında durub yağışın
yağmasına tamaşa edirdi. Bu vaxt pəncərənin qabağına yağış damcısı düşdü.
Damcı Güllünü görüb dedi: 
– Mən bu qızı tanıyıram. 
Güllü soruşdu: 
– Sən məni haradan tanıyırsan?
– Bir dəfə anan çaydan məni vedrə ilə doldurub evə gətirdi. Samovara töküb
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Dinlədiyi fikrin mahiyyətini aydınlaşdırmaq
məqsədi ilə sual verir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə
ümumiləşdirərək araşdırdığı məlumatları
nəql edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəllimin köməyi ilə müəyyənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Əldə etdiyi məlumatlar əsasında esse yazır.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
165
Çap üçün deyil

qaynatdı. Fincana süzüb sənin qabağına qoydu. Çay soyusun deyə sən fincanı
pəncərənin qarşısına qoyub oynamağa getdin və çayı unutdun. Sən gələndə
mən artıq çayın içində yox idim.
Sual: –  Bəs damla harada idi?
Qruplarla iş. Şagirdlər yağışın əhəmiyyəti ilə bağlı öz fikirlərini iş vərəqlərində qeyd
edirlər.
I qrup. Əgər yağış yağmasa, nə baş verəcək?
II qrup. İsti yay günü idi. Aysel kiçik vedrə ilə su gətirirdi. O yıxıldı və vedrədəki su yerə
dağıldı. Aysel evə getdi. Bir neçə saatdan sonra yenə həyətə düşdü. O, suyu
töküldüyü yerdə görmədi. Sual: – Sizcə, nə baş vermişdi? Su yox olurmu?
III qrup. Yağışın az, çox az yağdığı, quraqlığın olduğu ili tez-tez yağış yağan illə mü qa -
yisə edin. Bu müqayisədə təbiətdə hansı fərqi görürsünüz?
IV qrup. Gözəl təbiət mənzərəsi olan şəkil verilir. Hər yan qızılı rəngə boyanıb.
Ağaclarda meyvələr var. Asta-asta yağış yağır. Sual: – Burada hansı fəsil təsvir 
olunub? 
Nəticə:
Yağış yağmasa, su dövranı pozular. Təbiətdə su daim dövr edir. Ona görə də Yer
üzündə su tükənmir.
Tətbiqetmə.
İş dəftərinin 103-104-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə
yetirilir.
Dil qaydaları. Suallar: – Mətnin sonuncu abzasında neçə cümlə var? Hər cümlədə neçə
söz var?
İş dəftərinin 103-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– Təbiətdə suyun dövranı haqqında kiçik esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 77. QARIŞQALAR (6 saat)
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrə münasibət bildirərək
əsaslandırır. 
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə
ümumiləşdirərək araşdırdığı məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ö” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Əldə etdiyi məlumatlar əsasında esse yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümlə quraraq onu digər nitq vahidlərindən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VI bölmə
166
Çap üçün deyil

1-ci MƏTN. FİL VƏ QARIŞQA
Motivasiya. 
Müəllim: – Göydə uçan təyyarə böyük görünür, yoxsa yaxından gördüyünüz
təyyarə? Səbəbini açıqlayın.
Tədqiqat sualı:
– Nə zaman eyni cisimlər müxtəlif ölçüdə görünür?
Tədqiqatın aparılması.
Mətn (dərslik, səh. 146) oxu nur, təhlil edilir. Qruplarla iş. Şa -
gird lər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər. 
I qrup. Göydəki ay böyükdür, yoxsa yaşadığın bina? 
II qrup. Yarpağın uçması ilə quşun uçması arasında nə fərq var?
III qrup. Doğrudanmı, qarışqa yerə enənə qədər fil böyümüşdü?
IV qrup. Qarışqa göydən baxanda nəyə görə fil ona balaca görünürdü?
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Nəticə:
Eyni cisimlər yaxından böyük, uzaqdan kiçik görünür.
Tətbiqetmə. 
Şagirdlərə iki şəkil çəkmək tapşırılır: 1) qayıqda üzən uşaqlar, 2) çimərlikdə
əylənən uşaqlar və uzaqda üzən qayıq. Şəkillərdə uşaq və qayıq təsvirlərinin ölçü nisbəti
müqayisə olunur.
Dil qaydaları. “Fil və qarışqa” mətnində neçə cümlə olduğu araşdırılır. Dərsliyin 146-cı
səhifəsindəki 4-5-ci tapşırıqlar yerinə yetirilir. Cümlələri yazarkən birinci sözün böyük hərflə
yazılmasına diqqət yetirilir.  
Yazı. İfadə mətni:
2-ci MƏTN. QARIŞQALAR NİYƏ AZMIR

Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin