"golden star" balm



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
tarix06.03.2017
ölçüsü9,35 Kb.
#10392

 

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 



(xəstələr üçün) 

 

 

"QIZIL ULDUZ" BALZAMI     duru balzam 

"GOLDEN STAR" BALM 

 

 

Tərkibi 



Təsiredici maddələr: 100 ml balzamın tərkibində 28 q kristal mentol, 8,88 q kamfora, 22,9 q nanə yağı, 0,1 q 

evkalipt yağı, 0,46 q mixək yağı, 0,38 q darçın yağı vardır. 



Köməkçi maddələr: duru parafin.  

 

Təsviri 

Qəhvəyi-qırmızı rəngli, efir yağlarının spesifik iyinə malik şəffaf maye. 

 

АТС kodu: R05X 

 

Farmakoloji xüsusiyyətləri 

Preparat yerli qıcıqlandırıcı, yayındırıcı, antiseptik təsirə malikdir. 



 

İstifadəsinə göstərişlər 

Qrip, başağrısı, soyuqdəymə  xəstəlikləri, zökəm, həşəratların sancmaları zamanı kompleks müalicədə 

simptomatik vasitə kimi istifadə olunur. 

 

Əks göstərişlər 

- Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük. 

- Dəri xəstəlikləri və preparat çəkilən yerlərdə dərinin tamlığının pozulması. 

- 2 yaşa qədər uşaqlar, dərinin irinli xəstəlikləri. 

 

Xüsusi göstərişlər 

Göz və burunun selikli qişalarına düşməsindən çəkinmək lazımdır. 

 

İstifadə qaydası və dozası 

Preparat nazik layla dərinin ağrıyan hissələrinə  çəkilir və sürtülür (baş  ağrısı zamanı - gicgaha və boyun 

nahiyəsinə; soyuqdəymə  xəstəlikləri zamanı kürək və sinə nahiyəsinə; zökəm olduqda - burun qanadları 

uzərinə). Həşəratların sancması zamanı balzam sancma olan yerə sürtülür. 

 

Əlavə təsirləri 

Allergik reaksiyaların  əmələ  gəlməsi mümkündür, о halda preparatdan istifadə dayandırılmalıdır. Balzamın 

qalıqları dəri üzərindən sabun və ilıq su ilə yuyulmalıdır. 

 

Buraxılış forması 

Xaricə istifadə üçün  5 ml balzam, yivli plastik qapaqlı  şüşə flakonlarda. Bir flakon içlik vərəqə ilə birlikdə 

karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

15-25°C temperaturda, quru və qaranlıq yerdə saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

5 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

İstehsalçı 



“Danafa Farmasyutikal" SC, Vyetnam. 

 

Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin