Geyim hiSSƏLƏRİNDƏ İSTİ-NƏM ƏMƏLİyyatlarinin yeriNƏ yetiRİLMƏ prosesiNİn xüsusiYYƏTLƏRİNİn analiZİ


İsti-nəmləndirmə əməliyyatının istilikdəyişmə hadisəsi baxımından mahiyyəti



Yüklə 0,98 Mb.
səhifə3/8
tarix21.04.2017
ölçüsü0,98 Mb.
#15043
1   2   3   4   5   6   7   8

2.2 İsti-nəmləndirmə əməliyyatının istilikdəyişmə hadisəsi baxımından mahiyyəti

Yüksək elastiki deformasiyalar dözümsüz olurlar. Zaman kecdikcə liflər tamamilə öz əvvəlki vəziyyətlərini bərpa edirlər. Müəyyən zaman ərzində gərginliklərin itməsi prosesi relaksasiya adlanır. Bu proses mürəkkəb fiziki qanunlara tabe olur və müəyyən vaxt müddəti ilə fərqlənir. Bütün tikiş məmulatları, nə qeder yaxşı ütülənsələrdə,presslənsə də, istifadə prosesində tədricən öz gözəl zahiri görünüşünü itirirlər. Bu zaman həmin məmulatların təkrarən nəm istilk emalı prosesindən keçirilməsi tələb edilır. Yun nə sintetik liflərdən hazırlanan parcalar məsələn lafsanlar verilmiş formalarini yaxşı saxlayirlar , pambıqdan, kətandan, viskozdan hazırlanan parcalar verilmiş formanı daha pis saxlayirlar. Relaksasiya prosesinin intensivliyi nəm istilik prosesinin kecirilmə şəraitindən asılıdır. . Əvvəlcə relaksasiya prosesi intensiv olur, amma zamanla zəifləyir .Relaksasiya prosesi qaçılmazdır, amma onun intensivliyini bir sira şərtlərə riayət edərək azaltmaq olar:



  • Bütün presslənən parcalarin liflərinin eyni vaxtda şüşəyəbənzər haldan yüksək elastik hala kecməsini təmin edilməsi

  • Pressdə fiksə edilmiş halda olan yarimafabrikatlarin tez soyudulmasi və nəm istilik emal proseslərinin sonuncu mərhələlərində artiq rütubətin silinməsi

  • Nəm istilik emalı zamanı baglamalar və detallarin damci ilə nəmlənməsinə yol verilməməli,bu zaman istilik “körpüləri “ yaranir və emal olunan detalların hissələrinin fiziki hallarında əhəmiyyətlı dərəcədə fərq müşahidə edilir.

Müasir istilikkütləsinin köcürülməsi nəzəriyyəsi baximindan nəm istilik emalı prosesinın fiziki mahiyyəti ondan ibarətdirki, yarımfabrikat paketinin qalınlığı vasitəsilə əlaqə zonasında temperaturının, rütubətin və artıq təzyiqin kompleks təsiri nəticəsində istilik (Qw) axını keçir,rejimlərin düzgün secilməsi şərti ilə emal edilən paketin lazımlı dərəcədə qızdırması təmin edilir. Bu istilik axınının intensivliyi parcanın və basqının yuxarı balışinin ilk temperaturlar fərqindən həmçinin paketin məmulatlarinin fiziki istilik xarakteristikalarından asılıdır.

Nəm istilik emalı prosesi vaxtı sıxma və ütüləmə emalı şəraitində yarımfabrikat paketinin qalınlığı görə istilik yalnız konduktiv formada ötürülür.



Şəkil. 2.12 İsti-nəm istilik emalında istiliknəmötürülməsi proresinin nümayişi


Burada isti-nəmləndirmə əməliyyatını aşağıdakı bərabərliklə göstərə bilərik:


QW = ± Q=ВП ± QВП ± QИЗБ,
Burada: QW – ümumi maye axınının sıxlığı, kq/m2 saat;
QТВП = δ · am · γo · dt/dx –istinəmkeçirilməsi hesabına ümumi axının tərkib

hissəsidir ki, harada ki, köçürmə potensialı temperatur dəyişməsidir.



γo quru bədənin xüsusi çəkisidir, kq/m3;

δ – istilik qradiyenti əmsalıdır 1/qrad.
QВП = am · γo · du/dx nəmkeçirmə hesabına ötürülən ümumi axının tərkib hissəsidir,harada ki, köçürmə potensialı paketin hər layında müxtəlif maye konsentrasiyasıdır.
QИЗБ = ар · γo · dp/dx müxtəlif təzyiq hesabına ötürülən ümumi axının tərkib hissəsidir,(1000 S və yuxarı temperaturda hərəkətverici qüvvə kimi baxılır)

а istilikkeçirmə əmsalıdır, m2/saat;

2.3. İsti-nəm emalı prosesinin mərhələləri

Nəm istilik emalının birinci mərhələsi – buxara vermə

(materialın deformasiyaya hazırlığı)
Emal edilən materialın formalanması prosesinin sadələşdirilməsi üçün- onu plastikləşdirmək, yəni polimeri şüşəyəbənzər haldan- yüksək elastik hala köçürmək lazimdır.Toxuculuq materiallarının qızdırılmasının xüsusiyyəti ondan ibarətdir ki , kolloid-məsaməli maddələrin lifləri öz-özlüyündə yaxşı istilik izolyatorlarıdir. Nəmlik-İstilik emalı zamani qizma prosesini cətinləşdirən səbəb sapların lifləri arasında hava boşluqlarının olmasıdır

Beləliklə, tikiş məmulatlarının nəm-istilik emalında intensifikasiyası prosesi o zaman mümkün olur ki, emal edilən parcanin bütün həcm üzrə liflərinin eyni zamanda sürətli qızdırilsin. Bu halda ən yaxşı nəticələr buxar hava mühitində yaranır.

Buxar işlək mühitinin alınmasının iki variantı mümkündür:

1.Qabaqcadan buxar generatorlarında, mərkəzləşdirilmış qazanxanaların və ya TES vanna otaqlarında yaranan işci mühit.

2.Nəmlik istilik emalı prosesində avadanlığın işci orqanının qızdırılmış səthinin ütüləyicinin və yarimfabrikatın nəmlənmiş səthi ilə təmasda olan zaman yaranan işci mühit

Buxar mühitində parca liflərinin materiala təsiri qizdirilma mexanizmində böyük fərq yaradir.

Yarımfabrikat üzərində,səthində buxarın bərabər paylanması bir necə faktordan asılıdır:

Nəmləndirmə üsulundan,yarımfabrikat paketın təməl səthindən,parcanını susaxlama qabiliyyətindən,işci orqanın səthinin növündənvə sairə.

Toxunma materialların tez qızması ücün təkcə buxar deyil ,həm də böyük tezliyə malik sahədən və qızmış qazdan istifadə olunmalıdı.Lakin Nəmlik-istilik emalı avadanlıqlarında ən genış istifadə olunan buxardır.Cünki ,su ekoloji cəhətdən təhlükəsizdır,ücüzdür,həm də hər zaman mövcuddur.Məmulatın formalaşdırma prosesinə hazırlıq mərhələsində,onun fiziki xüsusiyyətləri elə dəyişdirilməlidirki,qısa müddət ərzində, cüzı xərclərlərlə kifayət qədər geniş formalaşdırılacaq sahə alınsın.
İNE emalının ikinci stadiyası- materialın deformasiyası ,qurudulma .
Materialın deformasiyası,ona İNE əməliiyatları zamanı avadanlıqların işçi orqanları tərəfindən mexaniki təsirin nəticəsidir. Mexaniki təsir məmulatın formalaşamasına hazırlıq mərhələsi ilə ya birləşir,ya da ardınca gəlir. Deformasiyanın fiksasiyasının ən yaxşı nəticəsi, formalaşmanın hazırlıq mərhələsindən sonra gəlməsi zamanı təmin edilir. Birləşmə ütüləmədən sonra presləmə əməliyyatı ardıcıllığı zamanı tətbiq edilir.

Materialın deformasiyasının son həddi temperatur 105.....1100 baş verir. Parç anın qızma temperaturu 1100S qədər yüksəldikdə ,deformasiya prosesi zəifləyir və 2-5%-i ötmür.

İNE əməliyyatlsrında elektrikbuxarlı və buxarlı presslərdə emal olunan paketin hər qatında eyni dərəcədə lazımi temperatura nail olunur ki, bu da paketin hər layının eyni həcmdə deformasiya olunmasına zəmanət verir.

Materialın deformasiya mərhələsində quruma əməliyyatı və buxarın paketdən xaric olunması eyni zamanda baş verir. Əgər İNE əməliyyatından sonra məmulatı uzun müddət nəm halında saxladıqda liflərin şüşəyəbənzər liflərə keçməsi zamanı uzanır,bu da İNE əməliyyatı zamanı nail olunmuş effektin pisləşməsinə gətirib çıxarır.

Deformasiyanın dincəlmə xarakterli olmasını nəzərə alsaq, materiala güc tətbiqini dayandırmadan, onu qurutmaq və onun nəmtutmasını tarazlıq halına gətirmək lazımdır. Bunun üçün materialı liflərin istilikdayanaqlılığı temperaturu keçməmək şərti ilə qızdırmaq lazımdır.

Kimyəvi bağlı rütubət- tekstil polimerlərlə sıx bağlı nəmlikdir.O isti-nəmlənidrmə əməliyyatı zamanı istilik təsiri nəticəsində materialdan xaric olmur və əməliyyata təsir göstərmir.

Fizki-kimyəvi bağlı rütubət mono və polimolekulyar qatlarda saxlanılır.

Fiziki-mexaniki bağlı rütubət mikro,makrokapillyarların nəmliyi və islanmadır. İslanma nəmliyi xarici səthdə səthin gərginliyini gücü hesabına saxlanılır.

Nəmliyin bu növü plastifikator sayılmır, ancaq paketin bütün həcmi boyu isidilmə əməliyytaını tezləşdirir

Nəmlənmiş material quruma obyekti olaraq mütləq quru maddədən və nəmlikdən ibarətdir.

M= Mqur +Mnəm

Burada : M nəmlənmiş materialın ümumi çəkisi,kq

Mnəm - rütubətun çəkisi ,kq

Mqur – xüsusi mütləq rütubətin,çəkisi,kq

Materialın nəmlik tutumu mütləq və nisbi rütubətlə xarakterizə olunur.

Mütləq rütubət W nəmliyin çəkisinin mütləq qyru materiala olan nisbəti ilə təyin olunur.


W = М qur. / М qur. х 100 = М - М qur. / М qur. х 100, %.

U = М nəm / М qur. = М - М qur. / Мqur., nəmlik, kq / quru material, kq


İstilik qurudulması çox mürəkkəb istilik fizki əməliyyatıdır ki, burada qanunauyğunluq istilikkeçirilməsi adı altında baş verən bir sıra fiziki hadisələrin baş verməsidir. Burada əsas aşağıdakılardır:

  1. ətraf mühitlə material səthi arasında baş verən istilik dəyişməsi və istiliyin materialın daxilinə keçməsi hadisəsidir

  2. materialın səthindən nəmliyin ətraf mühitə buxarlanması və ya nəmötürmə

v) nəmliyin materialın daxilinə yerləşməsi və ya nəmkeçirmə Quruma dövrü üç mərhələyə ayrılır. (şəkil 3.1):

1 – başlanğıc mərhələ;

2 – sabit quruma sürətinin mərhələsi;


dW / dτ = const = N (% /с) –sabit quruma sürəti dövründəki sürət

τ = f (Wbaş., Wson., quruma prosesinin parametrləri ,parçanın texniki xarakteristikası);
3 – quruma sürətinin enmə mərhələsi
dW / dτ = f (N) quruma sürətinin enmə dövründəki sürət

dW / dτ = f (N), dW / dτ/ N = ψ qurumanın nisbi sürəti.

.



Başlanğıç dövrü I dövrü II dövrü

Şəkil 2.13 Quruma əyrisi

Təmaslı quruma zamanı onun quruma müddəti istilik avadanlığının işçi orqanının temperaturundan asılıdır.

Quruma əyrisinin başlanğıcı İNE-nın birinci mərhələsinə uyğun gəlir. İkinci dövrdə materialın temperaturu və quruma sürəti demək olar ki, sabit qalır. Buna görə bu dövrü akademik A.V.Lıkov metrialın temperaturunun sabit dövrü adlandırıb.

Nəmlik xaric edildikdən sonra quruma sürəti azalır və tədricən materialın temperaturu artır. Bu etapda əvvəl materialın səthindən nəmlik buxarlanır,sonra isə buxarlanma kəskinləşir. Birinci materialdan fiziki-mexaniki formalı bağlılıq,sonra isə fiziki-mexaniki formalı bağlılıq xaric olunur.

Üçüncü etapda istilik axınının sürətlənməsi materialın səthinin temperaturunun artmasına və xarab olmasına gətirib çıxarır.

Ən geniş yayılmış təmaslı qurumadır ki, burada sorucu vakuum sistemi ilə sovrulma və ya ətraf mühitə xaric olmada əsas müsbət rolu istilikdaşıyıcılar və plastifikatorlar təşkil edir.

Quruma materialdan isti havanın və buxarlanmanın materialdan sovrulması ilə həyata keçirilir. Bu mühitdə nəm tutumu minimum olmalıdır. İşçi mühitin vakuum-sorucu ilə sovrulması və geyim paketi quruma prosesinin sürətləndirir.




İNE – nın üçüncü stadiyasi – deformasiyanın qeydə alınamsı
İNE əməliyyatları zamanı material eyni zamanda həm nəmliyin,həm də temperaturun təsirini təcrübədən keçirir. Alınmış deformasiyanı saxlamaq üçün materialdan nəmliyi xaric etmək,eyni zamanda İNE avadanlqılarında temperaturu şüşələnmə temperaturdan da aşağı salmaq lazımdır. Əgər materialda nəmlik qalsa, polimerin makromolekulları ilkin vəziyyətinə qayıdır. Əgər materialın temperaturu aşağı salınmasa ,onda hər bir mexaniki təsir formanın təhrifinə və əldə olunmuş texnoloji effektin itirilməsinə gətirib çıxarar.

Deformasiyanın tam müəyyən ,qeyd olunması üçün parçanın həcmindən qalı nəmliyi xaric etmək vacibdir.

İsti nəmləndirmə əmliyyatının texnoloji effektliyinin stabililiyini saxlamaq üçün müxtəlif üsullarla təmin etmək olar. Ən sadə üsul presin yastıqlarının açılmasından sonra, onu aşağı yastıqlardan çıxartmayaraq məmulata 5 dəq ərzində soyumasının vacibliyidir. Bu vaxt məmulatın soyuması və ondan nəmliyin xaric olunması üçün kifayətdir. Yaxşı nəticələr əldə etmək üçün məcburi sorucu-vakuumlardan istifadə olunmasıdır,hansı ki, materialdan nəmliyin xaric olunması ilə yanaşı ətraf atmosferində soyumasını həyata keçirir. Bu prosesi ventilyatorların köməyi ilə də həyata keçirmək olar,lakin bu məcburi sorucular qədər effektli olmur.


3.İSTİ NƏM EMALININ PARAMETRLƏRİ
İsti –nəm emalı parametrlərini müəyyən etmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:


  1. İsti nəm emalının lazımi texnoloji effektinə nail olmaq və uzun meddət saxlamaq

  2. Parçanın fiziki-mexaniki xassələrini saxlamaq

  3. İsti –nəm emalı üçün avadanlıqlardan maksimal istifadə

  4. əmək məhsuldarlığını artırmaq

  5. məhsulun emalı zamanı əmək çətinliyinin aşağı salınması

O liflərin yumşalma temperaturu və parçalanma temperaturu ilə müəyyən edilir.(əlavə 1/3)/

3.1.İSTİ NƏM EMALININ AVADANLIQLARI

Məmulatın hazırlanması dövründə yarımfabrikatların isti-nəmləndirmə emalına uğradılması mühüm yer tutur.


İsti-nəm emalı prosesinin avadanlıqları aşağıdakılardır:

1)ütülər,ütü stolları,ütüləmə qurğuları

2)universal və xüsusi preslər

3)əyici funksiyalı preslər

4)buxarlı hava manekeni, isti-nəm emalının yekunlaşdırıcı press qurğuları

5)kalandrlar

6)plise edici maşınlar

7)buxargeneratorları və göndəricilər

8)istilikqeydedici kameralar.

Yarım-fabrikatların və geyimlərib isti-nəmləndirmə emalı əməliyyatı ayrıca,əməliyyatlararası və son olmaqla qruplara ayrılır. Hal-hazırda qızdırıcı elıektrik və buxar ütülərdən istifadə edilir.

Qadın paltarlarının,kişi alt paltarları və köynəklərinin,pambıq parçaların emalı U-4A ütüləri işlədilıir.Ütünün çəkisi 4 kq-dır.

Ağır pambıq və kostyumluq yun parçaların emalı üçün çəkisi 6 kq olan U-6A ütüləri işlədilir. Bu ütülər 10№ li Kuybışev Mexaniki Zavodunun istehsalıdır. Ütünün alt hissəsi onun işçi orqanı hesab edilir və çuqundan hazırlanır.Çünki çuqun az paslanır.Ütüləyən hissə hamarlanır və cilalanıb parıldadılır. Bu ona görə edilir ki, ütü ilə parça arasındakı sürtünmə azalsın,yoxsa ütü ilə işləmək çətinləşir.

Yuxarıda göstərdiyimiz ütülər temperaturu 1100S-dən 2400S-dək dəyişməyə imkan verir. Bunun üçün ütülər temperatur tənzimləyicisi ilə təmin olunmuşdur. Ütünün qızdıırlması TEN-boruşəkilli elektrik qızdırıcısı elementlərlə yerinə yetirilir. Güvü 1kVt qızma temperaturu 220oS-dir. Bu element ütünün alt hissəsindəki oyuğa yerləşdirilir.

Polad boruya eıeltrik siqnalı yerləşdirilir. Spiral ilə boru arasındadkı boş.luq maqnezium oksidi ilə doldurulur. Boruşəkilli elektrik qızdırıcısı elementin iki hissəsi arasındakı çökəklikdə temperatur tənzimləyicisi bərkidilir. İNE-nin üst hissəsinə odadavamlı araqatı səpilir. Elə etmək lazımdır ki, spiral çökəklikdə bir-birinə qarışmasın və istilik ütünün əaəsn alt hissəsinə verilsin. Araqatı elə bunun üçün istifadə olunur. İstiliyin tənzimlənməsi üçün ütünün daxilində istilik tənzimləyicisi yerləşdirilir ki, bu da ütünün temperaturunu müəyyən yüksəkliyə çatdıqda avtomatik olaraq elektrik cərəyanının ötürülməsini dayandırır.




c28a4beb
Şək 3.1 UTP-2EP ütüsü və istilik tənzimləyicisi

UTP ütüləri. UTP ütüləri Rostov- Don Zavodunda buraxılıb,qadın və uşaq paltaralrında,kişi və uşaq köynəklərində əməliyyatlararası və son isti-nəmləndirmə emalının aparılması üçün nəzərdə tutulmuşdur.

Ütülər iki modifikasiyada buraxılır: 1)UTP-2EP ütüsü ütüləmə stollu olub,buxarla təmin olunur; 2) UTP-1,5E ütüsü də tikiş müəssisələri üçün nəzərdə tutulub,buxarla işləyir.

Ütülərin çəkisi 2-1,5 kq,qızdırıcının gücü 1kVt,qızdırıcının temperaturu 1000 S-dən 2000S-dək nizamlanır,ütünün qızdırılma vaxtı 10 dəqiqədən çox olmur.

UTP-2EP ütüsü 2-altlığından (şək 3.1,a) altlıq çuqundan hazırlanır,1-korpusundan və 3-tutacağından ibarətdir.3-tutacağı buxar kəməri qolundan və elektrik şnurundan ibarətdir.3-tutacağının yan hissəsində 4-klavişi yerləşdirilmiş 2-altlığında olan deşiklər vasitəsi ilə buxar verir. 3-tutacağının daxili səthində bölgülü 5-diski yerləşir ki, buda ütünün 2-altlığının qızma temperaturunu göstərir.

Ütünün temperaturunu nizamlamaq üçün 9-bimetal lövhəsindən ibarətistilik qızdırıcısı tətbiq olunur (şək 3. 1b). Ütü altlığının güclənməsi üçün iki elektrik keçirici 6,7-kontaktları ilə 5-diski və onun 10mili bərkidilmişdir. 9-bimetal lövhəsi ikilaylı eyni cinsli metallardan ibarət olub, qızmanın genişlənməsi üçün müxtəlif xətti əmsalalra malik olur. 9-bimetal lövhə müəyyən olunmuş temperatura qədər qızdıqdan sonra yuxarı əyilməyə başlayıb və 8-kontaktına sıxır.

6,7-elektrik keçirici kontaktı aralanır,elektirk cərəyanı kəsilir,ütü soyumağa başlayır.Müəyyən olunmuş temperatura qədər 9-bimetal lövhəsi əvvəlki vəziyyətə qayıdır və 6, 7- kontaktı bağlanır. Bu səbəbdən də 9-bimetal lövhə 8-kontaktı yerləşəndə ütünün qızma temperaturu çoxalır.



P-3 pulverizatoru.

P-3 puliverizatoru isti-nəmləndirmə emalı prosesində tikiş məmulatalrının nəmləndirilməsi üçün müəyyən olunmuşdur. ),Qorki adına Yüngül Maşınqayırma Zavodu tərəfindən buraxılıb çəkisi 0,18 kq-dır.



e93a0258

Şəkil 3.2 P- 3pulverizatoru

Pulverizator şlanqın köməyi ilə 0,2 mPa işçi təzyiqli su ötürücü mənbəyinə qoşulmuşdur. Su 4- korpusunun örtüyünə daxil olur. 3- lingini sıxdıqda 5-klapanı

qalxır və su mail kanalla 5-klapanının sonuna,oradan fısqırıb dərəcələnmiş gözlüklə məmulata səpələnir.2-qaykası ilə 3-linginin sııxlmasının güclənməsi ilə 1-yayının qüvvəsi dəyişir. Pulverizator işləmədikdə işçidən sağa stolun tutqacında yerləşdirilir.

(şək 3. 2.)
CS-392 və CS-395/2 ütüləri.

CS-392 və CS-395/2 ütüləri 3 və 5 kq olur. Geyimlər ütün altlığında yerləşdirilmiş deşiklərdən buxarla nəmlədirilir.

CS-395/2 ütüləri tikiş müəssisələrində xeyli geniş yayılmışdır. 10-daxili çuğunlu ütüləri boşluqlu olan11- mərkəzi mənbəyindən boru kəməri ilə buxar alır. 12-boru kəməri daxili boşluqdan mayeni aparır. 9-pərçim 10-ütüsünün korpusuna iki 80 boltları ilə bərkidilib, buda öz növbəsində 7-tutacağına bərkidilmişdir. 7-tutacağının soldan qabaq hissəyə yaxın 4-düyməsi yerləşir ki, bu da 2- klapanının açılmasına xidmət edir, nəmləndirmə ütünün altlığındakı yeddi deşikdən buraxılan buxar hesabına olur. 4-düyməsinin lingi 5-qaykası ilə oxa bərkidilmişdir. Bu ox 6-vinti ilə 1- məhdudlaşdırıcısına bərkidilmişdir, boşalmış 2-klapanının qabağa məhdudlaşmış hərəkəti olur.

e93a0258

Şəkil 3.3 CS 395/2 ütüsü


3-yayı 4 düyməsinin kingini saat əqrəbi istiqamətində döndərir. İşçi sağ əlinin baş barmağı ilə 4-düyməsini basmaqla buxarlanmanı yerinə yetirir.2-klapanı isə yerini qabağa dəyişir. 3-qaykası ilə 2-klapanının geri qaytarılması yerinə yetirilir. 13-vintli tıxacı kondensatın novu üçündür.

CS-392 və CS-395/2 ütüləri tikiş müəssisələrində xüsusi buxarlı ütü stollarında quraşdırılır.

Preslər,onlara tətbiq olunan ötürücülərə görə aşağıdakılara ayrılır: elktomexaniki,hidravlik və pnevmatik. Təyinatına görə bütün preslər iki yastıqdan yuxarı və aşağıdan ibarət olur.

Məsələn , presləmədən sonra yığma hissələrin dayaq hissələrinin buxarlanması, tikişlərin ütülənməsi, lasın aradan qaldırılması üçün preslər əlavə buxar ütüləri ilə təchiz olunur. Ütü stolları üçün komplektləşdirmənin modul prinsipi xarakterikdir.

Böyük tikiş müəssisələri xarici avadanlıqlarla təchiz olunmuşdur ki, hansı ki, dairəvi və horizontal düzxətli yerləşdirilmiş aşağı yastıqlı şaquli preslərlə təmin olunur.

Burada preslərin və ütülərin işçi orqanlarının isidilməsi buxarla və qarışıq olur. Həmçinin ütüləmə səthləri və yuxarı yastıqlar istilik əlektrik qızdırıcıları ilə,stolun səthi və aşağı yastıqlar isə buxarla qızdırılır.

Qurudulma və vakuumla sabitləşmə aşağı işçi orqanlar vasitəsilə həyata keçirilir. İşlənmiş texniki buxar emal zonasının üstündə quraşdırılmış ventilyatorlar vəya sorucu qurğular hesabına təmizlənir.

Pres ötürücüləri əsasən pnevmatik olur. Presin işçi zonası ,xidmət zonasından şəffaf istilikqoruyucu ekranla ayrılır. Preslərin konstruksiyası presləmə əməliyyatı zamanı, yuxarı yastıqların şaqulıi hərəkətini təmin edir ki, bu da aşağı yastıqlarda yarımfabrikatların hərəkətini,dönməsini istisna edir və emalın keyfiyyətini yüksəldir. Preslərin və ütüləyici qurğuların çoxu mikroprosessorlu idarəetmə sistemləri ilə təchiz olunub.



APP – ağır pnevmatik pres. Bu presdən tikiş müəssisələrində geniş istifadə olunur. Pres sıxılmış hava ilə işlədilir. Presləmə qüvvəsi 49kN. Palto,kostyum və s. emalı üçün istifadə olunur. Sahəsi- 0,7m2. Materialın səthi əl ilə nəmnləndirilir.Presin yastıqlarının gücünün artırılması ilə olur.Yuxarı yastığın qızdıırlma temperaturu istilik nizamlayıcısı vasitəsilə müəyyənləşdirilir. Bu presdən axırıncı isti-nəmləndirmə emalı əməliyyatı üçün istifadə olunur.

OPP presi. Bu presdən əməliyyat arası və axırıncı əməliyyat olaraq məmulatın isti -nəmləndirmə emalı uğradılması üçün istifadə olunur.Orta pnevmatik tipli presdir. Presləmə qüvvəsi 19.5 kN,yuxarı yastığın qızma temperaturu 100-2000S,aşağı yastığın isə 100-1200S-dir.presləmə müddəti 5-20 saniyəyə qədərdir.Presə sıxılmış hava kompressor sexindən verilir.
UHP-2,UPP-2 presləri.

UHP-2- universal hidravlik,UPP-2-universal pnevmatik presləridir. Presin maksimal gücü- 20kN.Üst yastığın qızma temperaturu 1000S-dən 2000S-dək,alt yastığın isə 1000S-dən 1100S-dək nizamlanır. Avtomatik dövretmə müddəti 0-dan 90 saniyəyə qədərdir.(şəkil 3.4)

Preslər birlikdə mərkəzləşmiş buxarvakuum mənbəyinə qoşulmuş,UPP_2-universal pnevmatik presi mərkəzləşmiş pnevmatik mənbəyə qoşulmuşdur. Preslə əl ilə,ayaqla,həmçinin avtomatik idarə olunur.Buna görə üst yastığın vasitəsilə əlavə buxarlanma,vakuum sistemi əlavə qoşulması,presləmənin davamlığının artırılması,əlavə buxarlanmanı almaq olar. UHP-2 presi 3 açarı ilə işə salınır.

CS-311 AK.CS-313 presləri.

CS-311 AK və CS-313 presləri elektromexaniki ötürücülü,proqramla idarə olunan preslərə aiddir.Onların arasındakı yeganə fərq ondadır ki, CS-311 AK presi mərkəzləşmiş mənbədən, CS-313 presi isə fərdi buxar generatoru ilə buxarlandırılır.

Bu preslər kostyumluq,paltoluq materiallardan məmulatlarda və yarımfabrikatlarda əməliyyatlararası və son isti-nəmləndirmə emalında tətbiq olunub,gücü isə 20kN-a qədər artırılır.



9413b49c
Şəkil 3.4 UHP-2 Presi

Presləmənin,nəmləndirmənin,sorulmanın müddəti 0-40 saniyəyə qədər nizamlanır.Üst yastığın qızdırılma temperaturu 800S-dən 2500S-yə qədər nizamlanır.

Pres hərəkətli üst yastıqdan,qızdırıcı buxarlı hərəkətsiz alt yastıqdan ibarət olur.(şək 3.5)

CS-311 AK və CS-313 presləri müxtəlif isti-nəmləndirmə emalı əməliyyatlarının yerinə yetirilməsi üçün ütüləmə yastıqlarının dəsti göndərilmişdir.

Şəkil 3.6-da bir-birindən nəinki formalarına görə,həmçinin istilik daşıyıcılarının qızdırıcılarının gücünün müxtəlifliyinə görə fərqlənən yastıqların əsas növləri göstərilmişdir.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin