“Gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun”


NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏTKARLIQ



Yüklə 461,08 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.04.2017
ölçüsü461,08 Kb.
#15095
1   2   3   4   5   6   7

21

NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏTKARLIQ

Narkomanliq  bütün  dünyada  son  dərəcə  mürəkkəb  ictimai  təlükə  olduğundan,  onun  vurduğu 

ziyanın həcmi də heç bir ölçüyə sığmır. Bu, həm narkomanın şəxsiyyətinin deqradasiyası, müxtəlif 

cinayətlər  törədilməsinə  təkan,  həmdə  cəmiyyətin  maddi-texniki  və  intellektual  potensialının 

aşağı  düşməsi,  genofondun  pisləşməsi,  cəmiyyətdə  cinayətkar  strukturlarının  və  həmçinin 

narkomafiyanın artması və geniçlənməsi deməkdir.

Hesabatın bu hissəsi respublikada narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı möv cud vəziyyətin 

təhlilinə  həsr  olunub.  Bu  bölmə  üçün  əsas  məlumat  mənbəyi  kimi  Azər bay can  Respublikası 

Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mü barizə  Üzrə  Dövlət 

Komissiyasının İşçi Qrupundan, Daxili İşlər Nazirliyinin Baş Nar kot ik lər lə Mübarizə İdarəsindən, 

Milli  Təhlükəsizlik  Nazirliyindən,  Baş  Prokurorluqdan,  Dövlət  Göm rük  Komitəsindən,  Ədliyyə 

Nazirliyindən və Dövlət Sərhəd Xidmətindən alınan məlumatlardan istifadə edilib. 

Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı vəziyyəti təhlil etmək məqsədi ilə son iki il müddətini 

əhatə edən əsas göstəricilər verilmişdir. 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı statistik məlumatların təhlili gös tə rir ki, son iki 

ildə əsasən narkotiklərin qeyri-qanuni dövriyyəsi üzrə bəzi gös tə ri cilərin aşağı düşməsi dinamikası 

müşahidə olunur. Burada ayrı-ayrı narkotiklər üzrə mü sa dirə edilən narkotik vasitələrin həcmini 

göstərmək olar. 

2012-ci il ərzində ölkənin hüquq-mühafizə orqanları tərəfindən 1 ton 371 kq 008,999 qr müxtəlif 

növ  narkotik  vasitələr  və  psixotrop  maddələr  qeyri-qanuni  dövriyyədən  çıxarılmışdır.  Onlardan 

638 kq 456,465 qr həşiş; 109 kq 756,073 qr heroin;  240 kq 421,039 qr tiryək; 312 kq 461,732 qr 

marixuana; 120,432 qr kokain; 89,42 qr metadon; 12 kq 615,1 qr metamfetamin; 7 kq 518 qr həb 

və 49 kq 520,302 qr digər növ narkotik vasitələr dövriyyədən çıxarılmışdır.

Hər il Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən narkotik tər kib li yabanı 

bitkilərin aşkarı və məhv edilməsi üçün iri miqyaslı əməliyyatlar keçirilir. DİN Baş Narkotiklərlə 

Mübarizə  İdarəsindən  alı nan  məlumatlara  əsasən,  2012-ci  ildə  bu  əməliyyatlar  nəticəsində  

hüquq-mühafizə  orqanları  tərəfindən  336  ton  480  kq  çətənə  və  xaş-xaş  kolları  aşkar  edilərək 

məhv edilmişdir. (2011-ci ildə 336 ton 777 kq 301 gr ).

Respublikanın əlverişli coğrafi iqlim şəraiti narkotik tərkibli bitkilərin yetiş di ril mə sinə imkan ver-

ir ki, bu da ölkədəki narkoloji vəziyyəti dərinləşdirir və qeri-qanuni nar ko biz nes üçün «xammal 

bazasının» yaranmasına şərait yaradır. 

Ümumilikdə  2012-ci  ildə  hüquq-mühafizə  orqanları  tərəfindən  narkotiklərin  qeyri-qanuni  dövri-

yyasi ilə bağlı cəmi 2590 cinayət faktı aşkar edilmişdir. (2011-ci ildə 2921 fakt) 


22

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

Əvvəlki  illərdə  olduğu  kimi,  narkotiklərlə  bağlı  cinayətlərin  əsas  hissəsi  onların  qeyri-qa nu ni 

saxlanılması, satışı və becərilməsi ilə bağlıdır. 2012-ci ildə qeydə alınan cinayət fakt la rı nın yarıdan 

çoxu, yəni 1660 fakt narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni sax lanılması ilə 

bağlı (2011-ci ildə 1762 fakt); 780 fakt narkotik va sitələrin və psixotrop maddələrin qeyri-qanuni 

satışı (2011-ci ildə 917 fakt) , 136 fakt narkotik xassəli bitkilərin  qeyri-qanuni kultivasiyası (2-11-ci 

ildə 111 fakt) ilə bağlı olmuş, 14 fakt isə narkotiklərlə bağlı digər cinayətkarliqlara aiddir (2011-ci 

ildə 10 fakt). 

Az

ərbaycan Res  publikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən rəsmi  məlumatlara 



əsasən, 2012-ci il ərzində Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində 

narkotik  vasitələrin  qanunsuz  döv riy yə  si  ilə  əlaqədar  ümumilikdə  90  cinayət  hadisəsi  qeydə 

alınmışdır  ki,  onlardan  50-si  mühafizə  olunan  müəssisələrdə,  40  isə  açıq  tipli  (məntəqə  tipli 

cəzaçəkmə müəssisələrində) qeydə alınmışdır (2011-ci ildə 108 cinayət faktı - onlardan qapalı 

tipli mü  əssisələrdə 54 fakt; açıq tipli müəssisələrdə 48 fakt; xüsusi müəssisələrdə 6 fakt).

Müvafiq dövr ərzində mühafizə olunan cəzaçəkmə müəssisələrində narkotik vasitələrin qanunsuz 

döv riy yə  si ilə əlaqədar 30 fakt üzrə vətəndaşlar, 3 fakt üzrə isə əməkdaşlar tərəfindən narkotik 

vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Ümumilikdə həmin müəssisələrdə saxlanılan narkotik 

vasitələrin  miqdarı 447,721 qr təşkil etmişdir ki, onlardan  137,48 qr heroin, 143,994 qr tiryək, 

108,507  qr  marixuana,  57,74  qr  həşiş  olmuşdur  (2011-ci  ildə  241,947  qr  heroin,  46,697  qr 



23

marixuana, 23,184 qr tiryək, 18,682 qr həşiş, 1,819 qr psixotrop maddə aşkar edilərək qanunsuz 

dövriyyədən çıxarılmışdır).

2012-ci  il  ərzində  Penitensiar  xidmətin  Müalicə  və  İxtisaslaşdırılmış  Müalicə  Müəssisələrində 

1617 nəfər məhkum məhkəmə qərarları əsasında AR CM-nin 93-cü maddəsinə əsasən məcburi 

müalicəyə cəlb edilmiş, 1452 nəfər narkoloji-xəstə məhkumların  isə məcburi müalicənin davam 

etdirilməsi zərurətinin aradan qalxdığı barədə tibbi rəylər verilmişdir. 

Hesabat ili ərzində daha 2 cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsində “sağlamlıq otaqları” 

yaradılmış və onların ümumi sayı 4-ə çatdırılmışdır. Bu otaqlarda İİV/QİÇS yoluxmuş, narkomani-

yadan və sair xəstəliklərdən əziyyət çəkən məhkumlara psixoloji yardım göstərilir, 2012-ci ildə 

393 məhkum bu yardımdan istifadə etmişdir.

Umumilikdə, 2012-ci ilə olan narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə 

görə məhkum olunmuş şəxslərin sayı cəmi 5630 nəfər təşkl edir ki, onlardan da 3243-nə məcburi 

müalicə təyin olunmuşdur  (2011-ci ildə 5785 nəfər, onlardan da 3289 məhkuma məcburi müalicə 

təyin olunmuşdur).

Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən respublikanın 

sərhədlərindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü 

məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə göm rük orqanları tərəfindən 2012-

ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 87 cinayət faktı aşkar olunmuşdur 

(2011-ci ildə 138 fakt) Bu faktlar üzrə 136 kq 876 qr narkotik vasitələr və psixotrop maddələr qeyri-

qanuni dövriyyədən çıxarılmışdır  ki, onlardan 10 kq 540,5 qr tiryək; 102,17 qr marixuana; 107 kq 

513 qr həşiş; 3 kq 869,34 qr heroin; 0,216 qr kokain; 9,42 qr metadon; 12 kq 613,6 qr metamfeta-

min; 2 kq 150 qr fenabarbital; 76,1 qr diazepam: 0,35 qr alprazolam; 0,552 qr klonazepam;  0,1 qr 

dihidromorfin təşkil edir (2011-ci il də 227 kq 565 qr narkotik vasitələr - 100,130 qr kokain, 52,18 

qr marixuana, 6 kq 875 qr metamfetamin və digər narkotik vasitələr). 

Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 103 nəfəri kişi, 7 nəfəri qadın olmaqla ümumilikdə 110 

nəfər məsuliyyətə cəlb olunmuşdur. Onlardan 78 nəfərini Azərbaycan Respublikası vətəndaşları, 

32 nəfərini isə xarici ölkə vətəndaşları təşkil edir (2011-ci ildə 133 nəfəri kişi, 21 nəfəri qadın ol-

maqla, ümumilikdə 154 nəfər).

AR Baş Prokurorluğunun verdiyi məlumatlar əsasında 2012-ci ildə ərazi prokurorluqlarında narko-

tik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 

6 cinayət işinin istintaqı aparılmaqla 1 işin icrasına xitam verilmiş, 1 işin icrası dayandırılmış və 7 

şəxs barəsində 4 iş məhkəməyə göndərilmişdir.

Dövlət  Sərhəd  Xidməti  tərəfindən  2012-ci  il  ərzində  keçirilən  kompleks  tədbitlər  nəticəsində 

ümumilikdə 92 halda 251 kq 233 qram narkotik vasitənin (26,132 kq heroin, 102,712 kq tiryək, 


24

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

108,217 kq həşiş, 6,604 kq marixuana, 0,216 qr kokain, 7,518 kq h.b), onlardan yaşıl sərhəddə 

21  halda  204  kq  999  qr,  sərhəd  nəzarət  məntəqələrində  gömrük  orqanları  əməkdaşlarə  ilə 

birgə  keçirilmiş  tədbirlər  nəticəsində  69  halda  33  kq  234  qr,  dəniz  sərhədində  2  halda  13  kq 

saxlanılmışdır.   

MÜSADİRƏ OLUNAN NARKOTİKLƏR

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən verilən rəsmi məlumatlara əsasən 2012-ci ildə qa-

nunsuz  dövriyyədən  bir  neçə  qrupa  aid  nar  kotik  vasitələr,  psixotrop  maddələr  və  prekursorlar 

çıxarılmışdır. Dövriyyədən çıxarılmış nar  kotik vasitələri bir neçə qrupa aid etmək olar. Bu əsasən 

kannabioidlər və opiatlardır. Kannabioidlər qrupundan olan nar ko  tiklərdən marixuana və həşişin az 

hissəsi Azərbaycanda istehsal olunur. Digər nar  kotik vasitələr və psixotrop maddələr, o cümlədən 

güclü  təsirə  malik  olanlar  yerli  bazara  ya xın  ölkələrdən  və  ya  tranzit  vasitəsilə  Əfqanıstandan 

gətirilir (opiatlar, heroin). 

2012-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz 

dövriyyəsinə qarşı mübarizə ilə bağlı keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 

2636 cinayət faktı qeydə alınmışdır ki, onlardan 817-si narkotik vasitələrin qanunsuz olaraq satışı, 

1694-ü narkotik vasitələrin qanunsuz olaraq saxlanılması, 111-i narkotik xassəli bitkilərin qanun-

suz kultivasiyası, 10-u isə digər cinayətlərlə bağlı olmuşdur. 

MÖVCUD VƏ GƏTİRİLƏN NARKOTİKLƏR

Azərbaycanda doqquz iqlim zolağının olması burada narkotik bitkilərin əksəriyyətinin becərilməsinə 

imkan verir, üstəlik Azərbaycanın dinamik inkişafı dərhal respublikanı yeni narkomarşrutlar üçün 

tranzit region kimi istifadə etmək niyyətində olan mütəşəkkil cinayətkar birliklərin diqqətini özünə 

cəlb edir.

Respublika ərazisində mövcud müəyyən meşə zolağı, dağ ətəyi, vadilər və s. yer lər var ki, orada 

narkotik xassəli bitkilərin yabanı halda bitməsinə hər il rast gəlinir. Yu xa rıd a qeyd olunduğu kimi, 

həmin bitkiləri aşkar edib, məhv etmək məqsədi ilə aidiyyatlı hüquq-mü  hafizə orqanları tərəfindən 

hər il xüsusi əməliyyat tədbirləri aparılır.

Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən alınan mə lu mat lara görə, 

2012-ci ildə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri nəticəsində 336 ton 480 kq 

narkotik xassəli bitkilər aşkar olunub məhv edilmişdir (2011-ci ildə 366 tondan artıq). 

Respublikanın qara bazarında satılan narkotiklərin əksəriyyəti respublika ərazisinə həm sərhəd 

ölkələrdən gətirilir. Xüsusən, bu opioidlər qrupuna aid olan heroin, tiryək, am fe ta min, psixotrop 

maddələr və kokainə aiddir. Respublika ərazisində qanunsuz olaraq az miq darda, yaxud şəxsi 

istehlak üçün həşiş və əsasən kiçik həcmdə yerli ba zar larda satış üçün nəzərdə tutulan kannabioidlər 



25

(marixuana, həşış) istehsal olunur. Bu çox vaxt ciddi mütəşəkkil formada yox, ayrı-ayrı şəxslər 

tərəfindən  həyata  keçirilir.  Qa nun suz  dövriyyə  ilə  bağlı  əsas  problem  həmişəki  kimi  xaricdən 

respublikaya gətirilən nar ko tik lər lə bağlıdır. Bu problem ilk növbədə narkotiklərin şərqdən qərbə 

tranziti baxımından res pub likanın əlverişli cografi mövqedə yerləşməsi ilə bağlıdır. Azərbaycan 

Rusiya,  İran  və  Gür cüstanla  Avropa-Asiya  magistral-nəqliyyat  vasitəsilə  həmsərhəddir  ki,  bu 

da Orta Asiya öl  kə lərindən Qərbi və Mərkəzi Avropa, həmçinin Rusiyanın mərkəzi regionlarına 

narkotiklərin tran ziti üçün çox əlverişli baza yaradır. Beləliklə, sərhəddən keçən narkotiklərin bir 

hissəsinin Azər baycanda qalması qaçılmazdır, bu da narkotik istifadəçilərinin sayının ildən ilə art -

ma sı na səbəb olur.

Həmçinin,  verilən  məlumatlara  əsasən  2012-ci  ildə  respublikada  hər  il  olduğu  kimi  yenə  də 

narkotiklərin  qanunsuz  daşınması,  tranziti,  satışı  və  ümumilikdə  dövriyyəsi  ilə  bağlı  ci na yət 

məsuliyyətinə cəlb olunan əcnəbi vətəndaşlar qeydə alınmışdır. 

2012-ci il ərzində 74 nəfər xarici ölkə vətəndaşları cinayət məsuliyyətinə cəlb edilmiş və onlardan 

ümumi çəkisi 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Onlardan 44 nəfər - 

İran İslam Respublikası; 9 nəfər - Rusiya Federasiyası; 13 nəfər - Gürcüstan; 7 nəfər - Əfqanıstan; 

1 nəfər  - Slovakiya) vətəndaşları olmuşdur.

Yuxarıda təqdim olunan məlumatlar bu gün ölkədə narkotik maddələrin qeyri-qanuni döv riyyəsinə 

dair vəziyyətin qiymətləndirilməsi üçün müəyyən baza sayılır və narkotiklərlə bağlı ci na yət lə r in 

qarşısının alınması istiqamətində gələcək strateji addımların planlaşdırılmasında əsas göstərici 

kimi sayıla bilir.

NARKOTİK MADDƏLƏRİN EKSPERTİZASI

Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə 

Ekspertizası  Mərkəzində  narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının 

ilkin tədqiqatları və ekspertizaları aparılır, ekspertizaların təyini, aparılması və ekspert rəylərinin 

qiymətləndirilməsi  ilə  bağlı  məhkəmə  və  hüquq-mühafizə  orqanlarına  elmi-metodik  köməklik 

göstərilir,  baş  vermiş  cinayətlərin  səbəb  və  şəraiti  öyrənilərək  onların  qarşısının  alınması 

sahəsində kriminoloji tədqiqatlar aparılır,  habelə antinarkotik təbliğat üzrə hüquqi maarifləndirmə 

işləri görülür.

Son  dövrlərdə  ekspertiza  prosesində  elmi-texniki  tərəqqinin  müasir  nailiyyətlərindən  istifadə 

edilməsinə  diqqət  artırılır.  Belə  ki,  Məhkəmə  Ekspertizası  Mərkəzinin  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi məqsədi ilə bu sahədə qabaqcıl beynəlxalq təcrübə daima öyrənilir və inkişaf 

etmiş ölkələrin istehsal etdikləri müasir kriminalistik avadanlıqlar alınır. Məhkəmə ekspertizalarının 

aparılmasına ən yeni texnologiyaların tətbiqi narkotik vasitələrin tədqiqatında da səmərəli istifadə 

olunur.


26

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzindən alınan rəsmi  

məlumatlara əsasən, 2012-ci ildə nar kotik vasitələr, psixotrop maddələr və onların prekursorları 

üzrə 3440 ədəd ekspertiza keçirilmişdir. (2011-ci ildə 3862) Onlarn növü, miqdarı və cəkisi:

M

əhkəmə ekspertizasının 



n

övü


2012-ci il

2011-ci il

F

ərq


%-l

ə

Narkotik vasit



ələrin 

ekspertizas

ı, o cümlədən

Sинтетик хассяли наркотик 

васитяляр вя психотроп 

маддяляр


3440

3862


-422

-10,9


2108

2887


-779

-27,0


Битки мяншяли наркотик 

васитялярin ekspertizas

ı

1332


975

+357


+36,6

NN

N



övü

Miqdar


ı

Çəkisi


1.

marixuana

1024

355 kq 


5077,93 qr

2.

H



əşiş qətranı

154


334 kq 

518,84 qr

3.

чятяня 


(каннабис) bit-

kisi 


üzrə

143


1 ton 544 

kq 815 qr

4.

хаш-хаш биткиси



9

55 kq 


805,5 qr

5.

xa



ş-xaş küləsi

2

10 kq 



119,8 qr

6.

щероин



1810

126 kq 


729,755 qr

7.

тирйяк



197

100 kq 


474,552 qr

8.

metadon



9

102,13 qr

9.

kokain


3

127,833 qr

10.

metamfetamin



11

8 kq 


425,896 qr

27

11.


Prekursorlar 

(kalium perman-

qanat

5

49 kq 



950,577 qr

12.


dig

ər психотроп 

маддяляр (di-

azepam, fena-

barbital, klonaz-

epam)


73

846,95 qr 

(29200 

h

əb və 37 



ampula)

Eyni zamanda, M

ərkəzin Naxçıvan filialında narkotik vasitələrin, psixotrop maddələrin və onların 

prekursorları üzrə 11 ədəd ekspertiza aparılmışdır.

Eyni zamanda , 2012-ci ildə Məhkəmə Ekspertizası Mərkəzində “Narkotik vasitələrin, psixotrop 

mad dələrin və onların prekursorlarının məhkəmə ekspert tədqiqatının elmi-metodiki və prosessu-

al əsasları” mövzusunda elmi-tədqiqat işi aparılmışdır, Tədqiqat nəticəsində narkotik vasitələrin, 

psixotrop maddələrin və onların prekursorlarının ilkin ekspert tədqiqinin texniki vasitələri və me-

todoloji əsasları nəzrdən keçirilmiş, istifadəsi daha səmərəli olan metodlar müəyyən olunmuşdur. 

NARKOTIKLƏRLƏ BAĞLI ÖLÜM HALLARI

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomi-



ya” Birliyinin respublika şəhər və rayon şöbələri üzrə hesabat dövrü ərzində narkotik və psixotrop 

maddələrin aşkar olunması məqsədilə 911 müayinə aparılmışdır. 

Müayinələr zamanı 77 halda narkotik və psixotrop maddələr aşkar edilmiş, onlardan 34 halda 

narkotik və psixotrop maddəlıərin təsirindən ölüm baş vermiş, 37 halda isə narkotik və psixotrop 

maddələr aşkar edilsə də ölümlərin başqa səbəbdən baş verməsi müəyyən edilmişdir.

Bunlardan əlavə 6 halda canlı şəxslərin müayinəsi zamanı narkotik və psixotrop maddələr aşkar 

olunmuşdur. 

NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏTLƏRİN 

PROFİLAKTİKASI

Narkomaniya  və  hüquq  pozuntuları  hallarının  ilkin  profilaktikası  sahəsində  gənclər  ara sında 

mövcüd  problemləri  üzə  çıxarmaq  məqsədi  ilə  2012-ci  ildə  müxtəlif  dövlət  qu rum ları  və  QHT-

lər tərəfindən muəyyən tədqiqat və analitik işlər aparılmışdır. Keçirilmiş təd qiqatlar nəticəsində 

məlum olmuşdur ki, gənclər problemin ciddiliyi haqqında, onları əha tə edən çevrədəki narkomani-


28

NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ

ya və cinayətkarlıqla bağlı neqativ hallar haqqında kifayət qə dər məlumatlıdırlar. Bununla bərabər 

məlumatlılıq sahəsində çoxlu boşluqlar var. Bu boş luqlar özünü aşağıdakı sahələrdə biruzə verir:

 - Narkotiklərin mənfi təsiri ilə bağlı əsas (birbaşa) amillər haqqında gənclər az mə lu mat lıdırlar;

- Gənclərin olduqca az bir qismi narkomaniya, AİDS və s. sağlam həyat tərzi üçün zəruri sa hə lər-

də xüsusi tədbirlərin, layihələrin iştirakçısı olmuşlar. Bu da profilaktik işin zəifliyinin gös tə ricisidir;

- 50%-dən artıq gəncin AİDS haqqında dəqiq təsviri yoxdur. Həyatı əhəmiyyət kəsb edən AİDS 

ötürülməsi və risk faktorları haqqında gənclərin çox az bir hissəsi düzgün məl u mat lara malikdirlər;

-  Gənclərin  cinayətə  cəlb  olunmalarının  bir  səbəbi  də  onların  hüquqi  sənədlər  haqqında  mə-

lumatsızlığıdır;

- Məlumatlılıq mənbəyi kimi dominant rolu KİV və sosial çevrə oynayır. Profilaktik işə ca vabdeh 

təhsil sisteminin, gənclərlə iş aparan qurumların iştirakı bu prosesdə zəif qiy mət lən dirilir.

Nəhayət,  Gənclər  və  İdman  Nazirliyi  tərəfindən  keçirilmiş  sorğuların  nəticələri  nar ko tik lərdən 

istifadə edən gəncləri müəyyən etməsi problemin kəskinliyini vurğulayır.

Ümümilikdə profilaktik işlərin qurulmasında aşagıdakı müəyyən prinsiplər rəh bər tutulmalıdır:

•  Əməkdaşlıq (qurumlar arası, qruplar arası);

•  Peşəkar yanaşma;

•  Gənclərin fəaliyyətə cəlb olunması;

•  Fəaliyyətin davamlılığı (uzunmüddətliliyi);

•  Fərdi yanaşma prinsipi üzərində qurulan profilaktika;

•  Bərabərdən - bərabərə prinsipi;

•  Könüllülüyün inkişafı, həmin hərəkatın yaradılması;

•  Təcrübə mübadiləsi, peşəkar vərdişlərin artırılması;

•  Fəaliyyətin monitorinq və qiymətləndirmə mexanizminin təşkili;

•  Nəzarətsizlik, məktəb və evdən yayınma halları ilə mübarizə sisteminin qurulması;

•  Əyləncə  yerlərində,  kafe,  diskoteka,  və  s.  yerlərdə  gənclərlə  işin  aparıl ma sı,  bu  yerlərdə 

keçirilən layihələrə dəstək.

NARKOTIKLƏRLƏ MÜBARIZƏ SAHƏSINDƏ 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Bildiyimiz  kimi,  Azərbaycan  Respublikası  narkotiklərlə  mübarizədə  beynəlxalq  əməkdaşlığın 

aktuallığını  nəzərə  alaraq,  BMT-nin  1961-ci  il  “Narkotik  vasitələr  haqqında”,  1971-ci  il  “Psixo-

trop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlanın qanunsuz 

dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli konvensiyalarına qoşulmuş, cinayətkarlıq və 

narkotiklərlə  mübarizə  sahəsində  dünyanın  bir  sıra  dövlətləri  ilə  ikitərəfli  və  çoxtərəfli  sazişlər 

bağlamış, memorandumlar imzalamışdır.


29

Narkotik  vasitələrin  qaçaqmalçılığının  transmilli  xarakteri  ona  qarşı  mübarizədə  beynəlxalq 

əməkdaşlığı zəruri edir. Ona görə də respublikanın aidiyyatı dövlət təşkilatları tərəfindən BMT-nin 

Narkotiklər Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, Mərkəzi Asiya Regional 

İnformasiya Əlaqələndirmə Mərkəzi, GUAM və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

DGK tərəfindən Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi və MDB ölkələri Göm-

rük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-mqhafizə Bölmələri Başçıları Komitəsi ilə  əməkdaşlıq 

çərçivəsində saxlanılmış  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 

qanunsuz dövriyyəsi faktlarına dair əlaqəli mütəmadi məlumat mübadiləsi aparılır.

Bundan başqa, DGK narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qa-

nunsuz dövriyyəsinə qarşı effektiv mübarizə aparmaq məqsədilə Müstəqil Dövlətlər Birliyi Göm-

rük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-mühafizə Bölmələri Başçıları Komitəsinin və GUAM-

ın terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə 

mübarizə  üzrə  İşçi  Qrupunun  2012-ci  il  üçün  təşkilati-praktik  tədbirlər  planına  uyğun  olaraq 

GUAM ölkələrində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanun-

suz dövriyyəsinə ilə mübarizə sahəsində “Narkostop-2011” şərti adı altında keçirdiyi beynəlxalq 

əməliyyat tədbirlərində davamlı olaraq iştirak edir.  

BEYNƏLXALQ  İCMAL

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici 

siyasət  həyata  keçirir.  Bu  siyasət Azərbaycan  dövlətçiliyini  müntəzəm  şəkildə  möhkəmləndirib 

inkişaf  etdirməyə  və  milli  mənafeləri  qorumağa  yönəldilmişdir. Azərbaycan  öz  xarici  siyasətini 

beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə 

hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.

Ayrı-ayrı  dövlətlər  səviyyəsində  fərdi  şəkildə  və  ya  beynəlxalq  əməkdaşlıq  çər çi və sin də  bu 

problemə qarşı birgə mübarizə aparılsa da, ildən-ilə dünya üzrə narkomaniyaya dü çar olanların 

sayında artım qeydə alınır. Dünyaya nəzər salsaq görərik ki, bu gün təxminən 208 milyondan artıq 

şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə et mək də dir. Bu isə dünya əhalisinin 

təxminən  4,8  faizi  deməkdir.  Onlardan  26  milyonu  sırf  nar ko man  xəstələrdir.  Marixuana    kimi 

nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxs lər isə daha çoxluq təşkil edir və onların 

sayı 165 milyon nəfərdən artıqdır. Aparılmış araş dırmalar onu deməyə əsas verir ki, son dövrlər 

heroin, opium və tiryəkdən istifadə edən lərin sayı daha çox artmaqdadır. Hazırda narko istehsalçı 

dövlət kimi Əfqanıstan dünya ölkələri arasında «li der li yi» qoruyub saxlayır. 2000-2009-cu illərə 

nəzər salsaq görərik ki, bu illər ərzində həm Əf qa nıs tanda, həm də digər yerlərdə narkotiklərin 

istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada əki lən sahələr 235 min 700 hektar təşkil edirdisə, 

2012-ci ildə bu rəqəm 238 min hektara ça tıb.

 


Yüklə 461,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin