Г. И. Али-заде, А. Р. Джалилова, Х. Х. Магеррамова, И. И. Алиев



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11345
1   2   3   4   5   6   7

ЛИТЕРАТУРЫ 

 

1.

 



М.И. Будыко. «Современные проблемы 

экологии» М.:1994г. 

 

 

 



 

 


Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



31 

2.

 



Е.С.Шершнев, В.Г.Ларионов, П.Ю.Кур-

кин.  Масштабы,  структура  и  проблемы 

утилизации  городских  мусорных  сва-

лок. «Экология и промышленность Рос-

сии», 1999, №02. 

3.

 



А.П. Акимова. «Экология» М.,2001. 

4.

 



 В.И.  Коробкин,  Л.В.  Передельский. 

«Экология», Издат-тво «Феникс», 2001 

5.

 

Н.Рогожина. В поисках ответов на эко-



логический вызов. «Мировая экономика 

и  международные  отношения»,  1999, 

№9 

6.

 



Э.Д.Казьянова.  Ущерб  от  загрязнения 

окружающей среды. Доклад. Астрахань, 

2003 

7.

 



М.А.Голубец.  Актуальные  вопросы 

экологии. К,1982 

8.

 

Цыганков  А.П.,  Сенин  В.Н.  Цикличес-



кие процессы в химической технологии. 

Основы  безотходных  производств.  М.: 

Химия, 1988. 

9.

 



Патент  Азербайджанской  Республики 

i20100061  от  14.07.2010  г.  Обезврежи-

вание  и  утилизация  твердых  бытовых 

отходов. 

10.

 

Патент  Азербайджанской  Республики 



i20100060  от  14.07.2010  г.  Обезвре-

живание  и  утилизация  твердых  быто-

вых отходов. 

11.


 

Патент  Азербайджанской  Республики 

i20150041  от  13.07.2015г.  Способ 

обезвреживания  и  утилизации  твер-

дых бытовых отходов.  

12.


 

Алосманов  М.С.  Физико-химические 

исследования  и  разработка  техноло-

гии  фосфорных  удобрений  с  исполь-

зованием  промышленных  отходов  и 

природных  ресурсов  Закавказья.  Дис-

сертация на соискание ученой степени 

доктора технических наук. Баку, 1988 

13.

 

А.Г. Балабушевич, Н.А. Дубяга. Пере-



работка  отходов  промышленности  и 

сельского  хозяйства.  «Экология  и 

промышленность России»,1998,№2 

 

 



С.А.Максимова 

  

Азербайджанский Государственный 

Экономический  Университет Баку 

 

Эффективная технология переработки 



твердых бытовых и промышленных 

отходов с целью охраны окружающей 

среды 

 

В статье исследуются методы вторич-

ного  использования  образующихся  про-

мышленных  отходов.  Предлагается  ис-

пользование  шлама,  образующегося  по-

сле очистки сточных вод и отработанной  

азотной  кислоты.  В  статье  представлена 

технологическая  схема  комплексного  ис-

пользования образующихся в республике 

отходов, в том числе и твердых бытовых 

отходов,  способствующая  охране    окру-

жающей среды. 

 

S.A. Maksimova 

 

Azerbaijan state university of economics 

UNEC Baku 

 

The new cost-effective tecnology 



processing of solid municipal and 

industrial waste in order to protect  

the environment 

 

 

In this paper methods of recycling indus-



trial  waste  produced.  It  is  proposed  to  use 

the  sludge  formed  after  wastewater  and  ni-

tric  acid  waste.  The  article  presents  a  flow 

chart  a  more  comprehensive  use  of  waste 

produced in the country, including municipal 

solid  waste.  This  ensures  the  main  goal  of 

scientific  research:  protecting  the  environ-

ment. 


  

Отзыв дал на статью  доцент кафедры 

"Охрана и экономика окружающей сре-

ды" Азербайджанского Государственно-

го Экономического Университета  

к.с-х.н. Мамедов А.С. 

Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



32 

 

UOT 528.8(15)     

 

Ġ.H. HÜSEYNOV, M.Ġ. ġAHBAZOVA, M.N. MURADOV, E.A. BAYRAMOVA 

 

(MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu) 

 

BÖYÜK QAFQAZIN CƏNUB YAMACLARINDA BITKI ÖRTÜYÜNÜN TƏSNIFATI 

 

Bitkilər  torpaqlardakı  üzvi  maddənin 

mənbəyi  olub,  onun  rütubət  rejimində,  tor-

paqda  gedən  mikrobioloji  proseslərin  xüsu-

siyyət və gedişində, mineral maddələrin top-

lanmasında, torpagın şorlaşmasında və mün-

bitliyinin  əmələ  gəlməsində  mühüm  rol  oy-

nayır. 


Azərbaycanda  7  bitki  törəməsi  yaşı  mü-

əyyənləşdirmişdir  ki,  bunların  da  altında 

müxtəlif torpaqlar əmələ gəlir.Bunlar: meşə, 

səhra  və  yarımsəhra,  şoran  bitkləri,  meşəsiz 

dag bitkiləri, alp və subalp bitkiləri, qumluq 

bitkiləri və  nəhayət, su və çay ətrafı bitkilə-

rindən ibarətdir. 

Böyük Qafqaz dağlarından axan çayların 

aşagı  hissələrində  ensiz  bir  zolaq  şəklində 

tuqay meşələri yayılmışdır. Bu meşələrdə ağ-

yarpaq  söyüd,  palıd,  yemişan,  cır  tut,  alma, 

armud və başqa agaclar vardır.  

Palıd  və  vələs  ağacları  meşə  qurşagının 

orta və aşagı hissələrində olur. Ağcaqayın ən 

çox Böyük Qafqaz dağlarının cənub yamac-

ları  üçün  daha  xarakterikidir.  Cənub  yamac 

üzrə  yüksəyə  qalxdıqca,  fiziki-cografi  amil-

lərin,  iqlimin,  torpaq-bitki  örtüyünün  və  s. 

dəyişməsi, habelə bir-birinə olan təsirləri nə-

ticəsində burada şaquli istiqamətdə aşagıdakı 

təbii qurşaqlar yaranmışdır: 

1)

 



dağ  meşələri  zonası  (500-700m-dən 

2000 - 2200 metrə kimi); 

a) aşagı dag meşələri qurşagı;  

b) orta dağ meşələri qurşağı;   

v) seyrək meşəli yüksək dağlıq qurşağı:  

2)  subalp  çəmənlikləri  qurşağı  (2200  -2400 

metrdən2600 metrə kimi); 

3) alp çəmənlikləri və yüksək qayaliqlar qur-

şağı  (2400-2600  metrdən  3100-3200m 

kimi); 


4) Subnival və nival sahə (3200 m-dən yuxa-

rı) . 


 

Dağ meşə zonasının əsas ağacları: yuxarı 

hissədə vələs  ilə fıstıq, aşağı  hissədə  isə  ye-

mişan, əzgil, zoğal, alça, cır alma, fındıq, də-

mirqaya  ilə  səciyyələndirilir.  Bəzi  yerlərdə 

isə  şabalıd  ağaclarından  ibarət  xırda  meşə 

sahələri  mövcuddur.  Orta  və  seyrək  meşəli 

qurşaqlarda  isə  əsasən  fıstıq  meşələri  üstün-

lük təşkil edir. 

 

Subalp  çəmənliklərində  yem  ehtiyatı 



olan  taxıl,  paxlalı  bitkilər  mövcuddur.  Orta 

və  seyrək  meşəli  qurşaqlarda  isə  əsasən  fıs-

tıq  meşələri  üstünlük  təşkil  edir.  Subalp  çə-

mənliklərində yem ehtiyatı olan taxıl, paxlalı 

bitkilər  mövcuddur.  Subalp  hissədəki  çə-

mənliklərin  sahələri  biçənək  üçün  istifadə 

edilir. Alp çəmənlikləri qurşağının çox gözəl 

mənzərəli  ―alp  xalıları‖  çəmənlikləri  möv-

cuddur.  Alp  ―xalılarını‖nın  hündürlüyü  1-4 

sm arasında olur. Bəzi bitki növləri 7-10 sm-

ə qalxır. Burada daşlıq və qayalıq bitkiləri də 

çox yayılmışdır. Yüksək dağ zirvələrinə qalx-

dıqca,  alp  bitki  örtükləri  seyrəkləşir.  Cənub 

yamacın  Alazan  və  Əyriçay  sahilləri  tuqay 

meşələri  ilə  örtülmüşdür.  Çay  kənarı  boyu 

isə  söyüdlük  və  qovaq  ağaclarından  ibarət-

dir.  Meşəaltı  pöhrəliyində,  adətən,  iri  kollar 

və alçaq boylu ağaclar inkişaf etmişdir. Bun-

lardan qarağac, ağ tut, xirnik, böyürtkən, cır 

üzüm  və  başqalarını  göstərmək  olar.  Meşə-

lərin bəzi hissələrində çoxlu ilanlar vardır. 

 

Düzənlik  meşələri  qurşağında  qızılağac, 



yalanqoz,  qarağac,  palıd,  göyüş,  cökə  ağac-

ları yayılmışdır. 

 

Aşağı dağ meşələri qurşağının əlamətdar 



cəhəti  aşağı  hissələrində  seyrək  və  xırda 

ağaclı  olmasıdır.  Bu  meşələrin  aşağı  hissə-

sində  palıd  vardır.  Yuxarı  hissədə  buna  və-

ləs,  daha  yuxarıda  isə  fıstıq  qarışır.  Aşağı 

meşə  qurşağı  özünün  müxtəlif  növlü  pöh-

rəliyinin – yemişan, əzgil,  zoğal, alça,cır al-

ma, fındıq və  s. olması ilə səciyəvidir. Aşa-

ğı dağ meşələri içərisində bəzi yerdə şabalıd 

ağaclarından ibarət xırda meşə sahələri möv-

cuddur.  Burada  olan  kiçik  tarlalarda  (meşə-

siz  sahələrdə)  dənli  bitkilər  və  tütün  əkilir. 


Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



33 

Cədvəl 1-də bitkilərin yayılması barədə mü-

fəssəl məlumat almaq olar.                                                                                               

Cədvəl 1 

S/s 


Meşə 

təsərrüfatı 

Başlıca ağac növləri 

Digər   


ağac növ-

ləri, ha 

Meşə altında 

qalan sahələr, 

ha 

Hər bir çay üzrə 



meşəliklər (%-

lə) 


Fısdıq, 

ha 


Vələs, 

ha 


Palıd, 

ha 


Cəmi, 

ha 


1. 

Oğuz 


14150 

3807 


11443 

29400 


2503 

31903 


37,6 % 

2. 


Balakən 

14486 


9366 

1322 


25174 

5256 


30430 

27,9 % 


3. 

Zakatala 

19932 

10159 


8562 

38653 


5827 

44480 


29,0 

4. 


Qax 

7314 


3565 

10010 


20889 

8107 


28996 

29,3 


5. 

Qəbələ 


15558 

8583 


8714 

32855 


12623 

45478 


23,02 

6. 


Şəki 

14175 


10349 

5512 


30036 

6724 


36760 

28,2 


z. 

Cəmi 


85615 

45829 


45563 

177007 


41040 

218047 


28,3 

 

Hal-hazırda  palıd  43,8%,  fıstıq  83,7%, 



vələs ≈46% ərazini  tutur. Ümumilikdə meşə 

örüklü  sahə  -218047  ha,  qoruqlarda  isə 

30438  ha-dır.  Region  ərazisinin  ümumi  sa-

həsinin  28%  -i  meşəlikdir.  XIX  əsrin  sonu 

isə  76,9%  olmuşdur.  Dinamik  dəyişiklik  ar-

dıcıl davam edir.  

Alp  bitki  örtüyü  xeyli  müxtəlif  olmaqla 

nəmli alp çəmənlərindən, sıx çimli çəmənlə-

rindən və alp xalılarından ibarətdir. Dağların 

qayalı, daşli və çınqıllı yerlərində seyrək bi-

tki formasiyaları -yerə möhkəm yapışan bit-

kilər,  kəkotu  və  zınqırov  fasiləsinə  rast  gə-

linir. 

Cənub yamaclarda (Zaqatala rayonu əra-



zisində) meşələrin  yuxarı təbii sərhədi dəniz 

sətindən  orta  hesabla  2300-2400m  kimi 

olmalıdır. Dəniz sətindən 2600m  yüksəklik-

lərdə  subalp  bitkiləri  tipik  alp  bitkiləri  ilə 

əvəz olunur.  

Alp bitkiləri şirəli və bəzəkli olurlar: on-

lar  çim  əmələ  gətirərək,  cox  xırda  torpağa 

yapışmış halda olurlar ki, bunlara da alp xa-

laları deyilir.  

Supalp bitkilərinin 80-85%-ni yem bitki-

ləri təşkil edir. 

Müasir  dövrün  kosmik  tədqiqatları  Yeri 

müşahidə  etməklə  bərabər,  onun  bitki,  tor-

paq örtüyünü, kənd təsərrüfatı sahələrinin və-

ziyyəti ilə bağlı  məsələləri də öyrənir. Azər-

baycanın  tərtib  edilmiş  bitki  xəritəsindən 

(şəkil  1)  görünür  ki,  tədqiqat  ərazisində  26 

növ bitki formasiyaları müəyyən edilmişdir.  

 

 

 


Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



34 

Şəkil 1. Azərbaycanın bitki xəritəsi. 

Kosmosdan  çəkilən  şəkillərin  üstünlüyü 

ondan ibatətdir ki, çəkilən təsvirlərdə torpaq 

və  bitki  örtüyü  obyektiv  ümumiləşdirməyə 

malik  olur.  Böyük  Qafqazın  dağlıq  ərazi-

sində  yerləşən  enli  yarpaqlı  meşələrin  dəniz 

səviyyəsindən  600-1800m  hündürlükdə  ol-

ması  şəkillərdə  öz  əksini  tapmışdır.  Bu  ya-

maclarda  əsasən  fıstıq,  palıd,  Gürcü  palıdı, 

vələs,  şabalıd,  qovaq  meşələri  üstünlük 

təşkil edir. Ərazidə 30 min hektar sahəni isə 

bitki  örtüyü  təşkil  edir.  Bu  bitki  örtüyünün 

tərkibindən səhra və yarımsəhra bitkt örtüyü, 

yovşanlı  efemerli,  gəngiz  və  qarağan  bitki 

formasiyası  geniş  yayılmışdır.  Şorangəli 

bitki formasiyasına Acınohur ərazisində tez-

tez rast gəlmək olar. 

 

Ədəbiyyat 

 

1. http://azerbaijan.az/_Geography/_Planting 



 

И.Г. Гусейнов, М.И. Шахбазова,  

М. Н. Мурадов, Э.А. Байрамова 

 

Обзор ростительного покрова южного 

склонa Большого Кавказа 

 

Резюме 

 

Растения  являются  истоком  органи-

ческой веществ  в земли и играет важней-

ший роль  в его режиме сырости, в харак-

теристике  микробиологических  процес-

сов происходяших земле, концентрирова-

нии  минеральных  веществ,  появлении 

плодородности  земли.  Современные  кос-

мические  исследования  с  наблюдениям 

Земли изучает его ростительный, земель-

ный  покров,  вопросы  связанные  положе-

нием  сельскохозяйственных  участков.В 

работе  проведено  обзор  ростительного 

покрова южного склонa Большого Кавка-

за. 

 

Ġ.H.Huseynov, M.Ġ.Shahbazova, 



M.NMuradov, E.A.Bayramova 

 

Review plants cover south slope  

of the Great Caucasus 

 

SUMMARY 

 

 

Plants  are  the  source  of  the  organic 



substances  in  the  ground  and  plays  an  im-

portant  roll  in  its  moisture  regime,  in  the 

characterisation  of  microbiological  proces-

ses  growing  earth,  concentration  of  mineral 

substances,  the  appearance  of  fertility  soil. 

Modern  space  research  together  with  Earth 

Observation  studies  it  plants,  soil  cover, 

questions  related  condition  of  agricultural 

plots.In  the  paper  reviewed  plants  cover 

south slope of the Great Caucasus.  



 

Məqaləyə MAKA-nın əməkdaşı  

t.e.n. M. Məmmədov rəy vermişdir. 

 

UOT 621.039:001.89               



 

R.T. QULIYEVA 

1

,  A.O. RÜSTƏMOVA 

1

,  A.F. MƏMMƏDOVA 

2

, V.B. ƏLIYEVA

3

 

 

 

1

MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu

2

Təbii Ehtiyatların 

Kosmik Tədqiqi İmstitutu, 

3

Elmi -Tədqiqat Aerokosmik İnformatika İnstitutu 

 

ELEMENTAR ZƏRRƏCĠKLƏRĠN  QARġILIQLI TƏSĠRI 

 

Maddə  quruluşunun  öyrənilməsi  zamanı 

məlum  olmuşdur,  ki  atomlar  proton  və  ney-

tronlardan  təşkil  olunmuşdur.Bunu  təyin  et-

mək elə də çətin olmamışdır - zərrəciyi lazı-

mi enerjiyə çatdırdıqda  onlar öz ―tərkib his-

sələrinə‖  parçalanmışdılar.Lakin  proton  və 

neytronlarla  bunu  etmək  mümkün  olmamış-

dır.Onların  bölünməz  zərrəcik  olmamasına  

baxmayaraq  heç  bir  güclü  qarşılıqlı  təsirdə 

―hissələrinə‖  ayırmaq  mümkün  olmamışdır. 

Buna  görə  də  protonların  daxilini  müşahidə 

edib  onların  quruluş  və  formasını  görmək 

üçün  müxtəlif  üsullar  fikirləşməyə  fiziklərə 

onilliklər  lazım  olmuşdur.Hazırda  protonun 


Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



35 

struktrunun öyrənilməsi-elementar zərəciklər 

fizikasının aktiv sahələrindən biridir. 

Hadronların  tərkib  hissələrinin  öyrənil-

məsi  sahəsində  ən  iri,  inqilabi  və  sonralar 

aydın olduğu kimi, ən həlledici addım 1964-

cu  ildə  Amerika  alimləri  M.Gell-Mann  və 

C.Sveyq  tərəfindən  atılmışdır.  Onların  ide-

yasına əsasən, butun hadronlar cəmi uç yeni, 

indiyə  qədər  məlum  olmayan  qeyri-adi  zər-

rəcikdən  və  onların  antilərindən  qurulmuş-

lar. Bu qeyri-adi fundametal obyektləri Gell-

Mann  ―kvark‖lar,  C.Sveyq  isə  ―tuz‖lar  ad-

landırmışdı.  Sonralar  Gell-Mannın  qoyduğu 

ad  yaşamışdır.  Həmin  kvarklar  latın  əlifba-

sının  u,  d  və  s  həriflərilə  (ingiliscə,  uyğun 

olaraq,  ―yuxarı‖,  ―aşağı‖  və  ―qəribə‖  məna-

larını verən up, down və strange sozlərinin 

ilk  həriflərilə)  işarə  edilir.  Sonralar  elmə 

daha uç növ kvark daxil edilmişdir: -kvark, 



- kvark və -kvark [ingiliscə charm-füsun-

kar,  beauty  (yaxud  bottom)  –  gozəl  (yaxud 

alt),  truth  (yaxud  top)-  əsil  (yaxud  ust) 

sozlərindən].  Kvarkların  novlərini  cox  vaxt 



kvarkın  rayihələri  adlandırırlar.  Cədvəl  1-

də  kvarkların  xarakteristikaları  göstərilmiş-

dir.  

Cədvəl 1. 



 

 

Beləliklə,  hadronların  kvark  quruluşu 



kəşf  olunduqdan  sonra  məlum  olmuşdur  ki, 

kvarkların bir neçə növü olur və onlardan bir 

çox  müxtəlif  növ  zərrəciklər  konstruksiya 

oluna bilər. Buna görə də bir-birinin ardınca 

yeni  hadronların  tapılması  artıq  heç  kəsi 

təəccübləndirmir. Hadronların kütləsi heç də 

kvarkların  kütlələri  cəmindən  ibarət  deyil. 

Kvarkların  öz  kütləsi-yalnız  iki  faiz  proton-

ların kütləsindən asılıdır, bütün qalan ağırlıq 

isə  kvarkları  birlikdə  saxlayan  qüvvə  sahəsi 

hesabına meydana gəlir.  

Protonların  daxilində  enerji  sanki  ayrı-

ayrı  kompakt  sahələrdə  konsentrə  olunmuş-

dur ki, bunları da məhşur fizik  Riçard Feyn-

man  tərəfindən  parton  adlandırmaq  təklif 

olunmuşdur. 

Yüklü partonlar-kvarklar, neytral parton-

lar  isə  qlüonlardır.  Təcrübələr  göstərmişdir 

ki, enerjinin yarısı kvarklarda, yarısı isə qlü-

onlarda cəmlənir. 

Partonları  ən  yaxşı  halda  elektronlarla 

toqquşmada  öyrənmək  əlverişlidir.  Məsələ 

onadadır  ki,  protonlardan  fərqli  olaraq  elek-

tronlar  güclü  qarşılıqlı  təsirlərdə  iştirak  et-

mirlər və onun protonla toqquşması çox sadə 

görünür-  elektron çox qısa müddətdə  virtual 

foton  şüalandırır,  yüklü  partonlara  bölünür 

və  sonunda  böyük  sayda  zərrəciklər  yaradır 

(şəkil 1).    

 

 



 

Şəkil 1. Protonun elektronla toqquşması. 

 

Demək  olar  ki,  elektron,    protonun  ayrı-

ayrı hissələrə qısa müddətə də olsa bölünmə-

sində  böyük  rol  oynayır.Sürətləndiricidə  be-

lə  proseslərin  başvermə  tezliyini  bilməklə 

protonun  daxilindəki  partonların  sayını  və 

yükünü  təyin  etmək  olar.  Lakin  elementar 

zərrəciklərin  tərkibi,  əgər  onlar  işıq  sürətinə 

yaxın  sürətlə  hərəkət  edirlərsə,  nisbi  anla-

yışdır. 


Bəs  təcrübədə  protonlar  nə  vaxt  toqqu-

şur? 


Güclü  LHC (Large Hadron Collider-güc-

lü adron sürətləndiricisi) maşını milyardlarla 

protonların  digər  milyardlarla  protonla  toq-

quşmasını təmin edir və bu toqquşmanı sür-

ətləndirir.Bu  işin  əsas  məqsədi  təbiəti  başa 

düşmək  üçün  olan  əsas  suallara  cavab  ver-

məkdir. Bəs protonlar toqquşanda nə baş ve-


Ekologiya və su təsərrüfatı  jurnalı, №4, sentyabr, 2016- cı il 

 

 



36 

rir?  Proton  mürəkkəb  zərrəcikdir,  o  qlüon 

sahəsi  ilə  bir-birilə  bağlanmış  3  kvarkdan 

ibarətdir(+2/3 elektrik yüklü iki  u-kvarkdan 

və  –1/3  yüklü  bir  d-kvarkdan  ).Əgər  proton 

işıq  sürətinə  yaxın  sürətlə  hərəkətdədirsə,  o 

zaman  qlüon  sahəsi  sadəcə  bağlayıcı  qüvvə 

olmur  və  kvarklarla  birlikdə  hərəkət  edən  -

qlüon-zərrəciklər seli kimi maddiləşir.Hesab 

etmək  olar  ki,  tez  uçan  proton  bir-birinə 

qarışmış  qlüon,  kvark,  antikvark  ―duma-

nından‖  ibarətdir.  İki  proton  qarşı-qarşıya 

toqquşduqda o demək deyil ki, hər bir parton 

qarşıdakı  protonun  daxilindəki  nə  iləsə 

toqquşur.Adətən daha sadə hal baş verir: bir 

protondan bir kvark digər qarşıdakı protonun 

nəyi  iləsə  toqquşur,  digər  partonlar  isə  yan 

keçirlər. 

Bir qayda olaraq, partona zərbə eninə de-

yil,  uzununa  baş  verir.  Nəticədə,  əsasən, 

hadronlar  böyük  uzununa,  kiçik  eninə  im-

pulsla yaranırlar. Buna görə də tipik  proton-

proton  toqquşması  təxminən  şəkil  2-dəki 

kimi görünür. 



 

 

Şəkil 2. Hadronlar çoxluğunun 

yaranmasının prosesi sxematik təsviri. 

 

Böyük  enerjilərlə  proton  toqquşanda,  toq-



quşduqda  yeni  yaranan  hissəciklər  orjinal 

toqquşan  hissələrdən  daha  ağır  olur  və  bu 

E=mc

2

 əsasında olur. Toqquşmaya daxil edi-



lən  bütün  enerji  kütlə  ilə  əvəz  oluna  bilər. 

Beləliklə, proton-proton toqquşmasında ener-

ji  və  momentin  saxlanması  kimi  əsas  prin-

siplərə  riayət  olunmaqla  ―hər  şey‖  ola  bilər 

(şəkil 3). 

 

 



 

Şəkil 3.  Protonla-protonun 

 toqquşmasının təsviri. 

 

Guclu  qarşılıqlı  təsirin  elementar  aktı-rəngli 

kvarkın qlüon buraxması və udmasıdır (şəkil 

4). Rəngli qluonu buraxdıqda və ya udduqda 

kvark  oz  (şəkil  4)  rəngini  dəyişir,  rayihəsi 

isə əvvəlki kimi qalır. 

 

 

 

Şəkil 4.Kvarkın qlüon buraxması  

və udmasının sxematik təsviri. 

 

Biz  qısaca  da  olsa  elementar  zərrəciklə-



rin qarşılıqlı təsir mexanizmi ilə tanış olduq.  


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin