Fiziki sağlamlıq və vətənpərvərlik gənclərimizin ən böyük amalıdır



Yüklə 12,93 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix02.01.2022
ölçüsü12,93 Mb.
#2393
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Mənsur ƏLƏKBƏRLİ, 

Qabil ABDULLAYEV

Fotolar Cənnətalı Çingizindir

“Məzun Günü”


http://www.amu.edu.az

12 iyul  2016-cı il

6

B



u günlərdə Azərbaycan 

Tibb Universitetinin bü-

tün fakültələrini 1966-cı ildə 

bitirmiş məzunların görüşü 

keçirilmişdir. Azərbaycanın 

pay 

taxtı Bakı şəhərindən

onun müxtəlif rayonlarından, 

həm çi nin  uzaq  Almaniyadan, 

İsraildən, Gürcüstandan gəlmiş 

qəlbləri tələbə ruhlu, məzun 

həvəsli, görkəmləri-müdriklik 

çalarlı, ağsaqqallı-ağbirçəkli 

“Gənclər” bu görüşü obraz-

lı şəkildə rəmzi məna daşıyan 

“Qızıl görüş” adlandırdılar. 

Çünki bu, onların “Alma ma-

ter” adlandırdıqları, müqəddəs 

elm və təhsil ocağı sandıqları 

Azərbaycan Tibb Universitetini 

bitirmələrinin 50  illik yubiley 

görüşü idi. 

Tədbirin  əsas  təşkilatçılarından 

o

lan Azərbaycan Tibb Universiteti-



nin istehsalat təcrübəsi üzrə dekanı, 

III  cərrahi  xəstəliklər  kafedrasının 

dosenti  Şəfa  Əliyevin  və  ATU-nun 

stomatologiya  fakültəsinin  dekanı, 

ortopedik  stomatologiya  kafedra-

sının professoru  Zöhrab Qarayevin 

internetdə  yaydıqları elana əsasən, 

bu  dəfəki  tədbirə  28  nəfər  təşrif 

buyurmuşdu.  Onların  sıralarında 

müalicə-profilaktika,  pediatriya, 

sto  matologiya,  tibbi-profilaktika 

və  əczaçılıq  fakültələrini  bitirmiş 

məzunlar var idi.

Çıxış  edənlərdən  hər  biri  Azər-

baycan  Tibb  Universitetinin  rekto-

ru,  professor  Gəray  Gəraybəyliyə 

tədbirin  iştirakçılarına  göndərdiyi 

səmimi təbriklərinə və razılıq ifadə-

lərinə görə təşəkkür etdilər.  

Görüş  iştirakçılarını  maraqlan-

dıran  ən  əsas  mövzulardan  biri 

tələbəlik  illərinə  qayıtmaqdan,    o 

illəri  xatirələrlə  yada  salmaq-

dan  ibarət  oldu.  Onlar  bu  xatirə-

lərdən  ayrıla  bilmir,  onun  gözəl-

liklərini,  özəlliklərini,  həzinlik  və 

səmimiliklərini  böyük  məhəbbət 

hissilə  yad  edirdilər.  Fərdi  olaraq 

çıxışlarda  Azərbaycan  Respubli-

kasının  indiki  yüksəlişindən,  ölkə 

Prezidenti  cənab  İlham  Əliyevin 

gördüyü  cahanşümul  işlərdən, 

1966-cı  il  Bakısı  ilə  2016-cı  il  Ba-

kısının  dinamik  müqayisəsindən 

danışdılar,  həmçinin  erməni  van-

dalları  tərəfindən  işğal  olunmuş 

Azərbaycan  torpaqlarının  gec-tez 

azad ediləcəyindən də geniş söhbət 

açdılar.

Tədbir  iştirakçıları  təbii  qanuna-

uyğunluqlar, fəlsəfi meyarlar, Allah 

rizası  ilə  sıraları  “seyrəldənlərin”  - 

ülvi  duyğularla  əbədiyyətə  qovu-

şan  məzunların  xatirəsini  sükutla 

yad etdilər, Allahdan onlara rəhmət 

dilədilər,  onlar  haqqında  ürəklərdə 

iz buraxan, könüllərdə qərar tutan 

işıqlı xatirələr söylədilər.

Sonra nəzərə çatdırıldı ki, bu gün 

burada  ATU-nun  stomatologiya 

fakültəsinin dekanı, ortopedik sto-

matologiya kafedrasının professoru 

Zöhrab Qarayev, ATU-nun istehsa-

lat təcrübəsi üzrə dekanı, III cərrahi 

xəstəliklər  kafedrasının  dosenti, 

əməkdar müəllim Şəfa Əliyev, ATU-

nun Elmi-Tədqiqat Mərkəzinin şöbə 

müdiri,  professor  Ramiz  Axundov, 

ATU-nun  ağciyər  xəstəlikləri  ka-

fedrasında dosent vəzifəsini yerinə 

yetirmiş, postsovet dövründə isə 20 

ildən artıq bir müddətdə Türkiyədə 

universitet müəllimi vəzifəsində ça-

lışan  Suliddin  Həmidov,  ATU-nun 

Ailə və sağlamlıq kafedrasının mü-

diri,  dosent  Mustafa  Salihov,  Milli 

Onkologiya  Mərkəzinin  professo-

ru Əflatun Kərimov, ET Tibbi Bərpa 

İnstitutunun  professoru,  əməkdar 

həkim Fərxəndə Balakişiyeva, Nax-

çıvan  Dövlət  Universitetinin  tibb 

fakültəsinin  müəllimi  Vəli  Əliyev, 

Bakıda aptek müdiri vəzifəsində ça-

lışan Əfqan Cəfərov, stomatoloqlar-

dan - Namiq Qasımov (Gəncə), Tarix 

Şərəfxanov  (İmişli),  Eldar  İsmayılov 

(Laçın-Sumqayıt),  Həsənağa  Hü-

seynov (Cəlilabad), tibbi-profilakti-

ka  fakültəsi  məzunlarından  doktor 

Qalamirzə (Beyləqan), əczaçılardan–

Zakir Quliyev (Bakı), Cəfail Şəkərov 

(Şəmkir), Məhəmməd Məhəmmədov 

(Yardımlı), Akif Abbasquliyev (Bakı), 

bu sətirlərin müəllifi Mübariz Allah-

verdiyev,  həmçinin  digər  məzunlar 

çıxışlar edib, səmimi ürək sözlərini 

söylədilər. Suliddin Həmidovun in-

sanları  imana-dinə  səsləyən  müd-

rik  çıxışından,  Vəli  Əliyevin  eyni 

müdrikliklə  onun  məfkurə  və  me-

yarlarına  dəstək  olan,  eləcə  də  11 

ayın  sultanı  müqəddəs  Ramazan 

ayının  özəlliklərinə  həsr  olunmuş 

nitqindən  sonra,  Suliddin  müəllim 

özünün yenicə çap etdirdiyi şeirlər 

kitabını  məzun  dostlarına  hədiyyə 

etdi.

Xatirələrdə qeyd edildi ki, onların 



bu  ali  tibb  təhsili  ocağına  ilk  dəfə 

qədəm  qoyduqları  vaxtdan  55  ilə 

yaxın bir müddət keçir.

1960-1961  və  1961-1962-ci  təd-

ris illərinin tələbə qəbulunda Azər-

baycan  Dövlət  Tibb  İnstitutuna 

əməkdar  elm  xadimi,  professor 

Bahadur Eyvazovun, 1964-cü ildən 

etibarən və buraxılış ilində isə pro-

fessor  Xamis  Həsənovun  rəhbərlik 

etdikləri yada salındı və onların da 

əziz xatirələri ehtiramla yad  edildi. 

İndiki Azərbaycan Tibb Universite-

tini 1966-cı ildə bitirən məzunların 

“Buraxılış Gecəsi”nin keçirilməsində  

o vaxtlar ATU-nun Tələbə Həmkarlar 

Təşkilatının  sədri  vəzifəsində  çalı-

şan,  tələbəlik  illərindən  müstəsna 

təşkilatçılıq 

bacarığı 

nümayiş 

etdirən  və  hazırda  insan  anatomi-

yası kafedrasının müdiri vəzifəsində 

çalışan,  Rusiya  Elmlər  Akademiya-

sının akademiki, əməkdar elm xadi-

mi, tibb elmləri doktoru, professor 

fəxri  adlarına  və  elmi  dərəcələrinə 

layiq  görülən,  tələbəlik  illərində 

bizimlə  bir  yataqxanada  qalıb  ha-

mının  qayğısını  çəkən    Vaqif  Şad-

linskinin  böyük  xidmətləri  olmuş-

du.  Məhz  tələbələrin  lideri  Vaqif 

Şadlinskinin  təşkilatçılıq  bacarığı 

sayəsində ATU-nun 1966-cı il bu-

raxılışı  Müslüm  Maqomayev  adına 

Azərbaycan Dövlət Filarmoniyasının 

yay  salonunda  keçirilmiş,  o  döv-

rün  populyar  estrada  müğənnisi, 

ATU-nun  məzunu  Flora  Kərimova 

konsert  proqramı  ilə  çıxışa  dəvət 

olunmuşdu. Özü tələbə fəallarından 

olmaqla,  o  illərin  bütün  fakültə  və 

kurslarında  təhsil  alan  tələbələrin 

hər  birini  yaxından  tanıyan  Vaqif 

Şadlinskinin  o  dövrün  qarşıya  çı-

xan  bütün  çətinliklərini  məharətlə 

dəf  edərək,  1966-cı  il  buraxılışını 

yüksək səviyyədə təşkil etməsi indi 

də tələbə dostlarının yaddaşındadır 

və onlar onun tələbələrə cari həyat 

şəraitində  də  göstərdiyi  xeyirxah 

münasibətlərini bütün incəlikləri və 

gerçəklikləri ilə xatırladılar,  tələbə 

dostları  Vaqif  müəllimə öz səmimi 

salamlarını,  xoş  ürək  sözlərini 

yetirdilər.

  Elə  bu  məqamda  da  ATU-nun 

1966-cı  il  “Buraxılış  Gecəsi”ndə 

tələbələr  adından  çıxış  etmək 

tədris işləri üzrə prorektor Maqsud 

Əlizadənin  seçimi  ilə  iki  tələbəyə 

həvalə  edildiyi  qeyd  olundu.  On-

lardan  birinin  hazırda  ATU-nun  

nevrologiya  və  tibbi-genetika  ka-

fedrasının  professoru  vəzifəsində 

çalışan    Zakir  Əliyevin,  digərinin 

isə  bu  sətirlərin  müəllifinin  olması  

görüş  iştirakçıları    tərəfindən    xoş  

xatirə kimi yada  salındı, Filarmoni-

yanın izdihmlı yay salonu bir daha 

məmnunluqla xatırlandı. 

Yubiley iştirakçıları təhsil illərində 

birbaşa mühazirələrini dinlədikləri, 

təcrübə  məşğələlə rin  də  iştirak 

etdikləri  görkəmli  elm  xadimləri 

-  akademiklərdən  Mustafa  bəy 

Topçubaşovun,  Cahangir  Abdul-

layevin,  Zülfüqar  Məmmədovun, 

Cəlil    Hüseynovun,  Elmlər  Akade-

miyasının  müxbir  üzvləri  -  pro-

fessorlardan  Fuad  Əfəndiyevin, 

Ümnisə Musabəylinin, Aqil Əliyevin, 

əməkdar  elm  xadimləri  -  pro-

fessorlardan  Kamil  Balakişiye-

vin,  Böyükbəy  Mahmudbəyovun, 

Məmmədəmin  Əfəndiyevin,  Adil 

Nəcəfovun,  Gülbala  Qurbano-

vun,  Savalan  Ocaqverdizadənin, 

Məhərrəm  Mustafayevin,  Tağı  Pa-

şayevin,  Qüdrət  Səlimxanovun, 

Tağı  Tağızadənin,  İbrahim  Top-

çubaşovun,  M.Əbiyevin,  Gürşad 

Hüseynovun,  Zəhra  Salayevanın, 

Törə Qədirovanın, Saleh Salixovun, 

Əhməd    Abbasquliyevin,  Gülağa 

Hacıyevin,  Qurban  Bayramovun, 

Aslan Tahirovun, Həsən İsazadənin, 

Faiq Əfəndiyevin, İsrafil Dəmirovun, 

Məhbubə  Mahmudbəyovanın,  Tu-

ran  Mehdiyevanın,  Dursun  Hü-

seynovun,  Əliağa  Əhmədovun, 

Nəriman 


Əliyevin, 

Əbülfəz 


Məmmədovun, İsmayıl Səmədovun, 

Yadigar  müəllimin,  o  dövrdə  ATU-

nun    tədris  işləri  üzrə  prorekto-

ru  vəzifəsində  çalışan  Maqsud 

Əlizadənin, eləcə  də dosentlərdən 

Ləzifə Əliyevanın, Səlim Həsənovun, 

Bikəxanım Əlizadənin, fizika fənnini 

tədris  edən  Teymur  müəllimin, 

Həsən Xudaverdiyevin, tarixçi Həsən 

müəllimin,  siyasi-iqtisadçı  Polad 

müəllimin,  Qulam  Tarıverdiyevin, 

Əhməd Həsənzadənin, mikrobioloq 

Validə  xanımın  və  digərlərinin  də 

xatirələrini ehtiramla yad etdilər.

Ümumiyyətlə, statistik məlumatlara 

görə  1966-cı  ildə  ATU-nu  489 

məzun  bitirmişdir.  Onlardan  340 

nəfəri  azərbaycanlı,  149  nəfəri  isə 

başqa  xalqların  nümayəndələri  ol-

muşdur. O dövrdə yalnız ümumi bir 

müalicə-profilaktika  fakültəsi, pe-

diatriya,  sanitariya-gigiyena,  sto-

matologiya  və  əczaçılıq  fakültələri 

fəaliyyət  göstərirdi  və  1966-cı 

ildə  ATU-nun  müalicə-profilaktika 

fakültəsini 192 nəfər (52 nəfəri baş-

qa xalqların nümayəndələri), pedi-

atriya fakültəsini 89 nəfər (32 nəfəri 

başqa  xalqların  nümayəndələri), 

stomatologiya  fakültəsini  76  nəfər 

(10  nəfəri  Türkmənistan  Respub-

likasının,  15  nəfəri  isə  digər  xalq-

ların  nümayəndələri),  sanitariya 

–  gigiyena  fakültəsini  53  nəfər  (8 

nəfəri  Türkmənistan  Respubli-

kasının,  16  nəfəri  isə  digər  xalq-

ların  nümayəndələri),  əczaçılıq 

fakültəsini 79 nəfər (48 nəfəri əyani, 

31 nəfəri qiyabi şöbə - onlardan da 

8 nəfəri Türkmənistan Respublika-

sının, 15 nəfəri isə başqa xalqların 

nümayəndələri) bitirmişdir.

Sonra  1965-1966-cı  tədris  ilinin 

buraxılış  dövlət  imtahanları,  im-

tahan  komissiyalarının  sədrləri  və 

üzvləri,  ATİ-ni  fərqlənmə  diplomu 

ilə bitirənlər xatırlandı.

Sonda  məzunların  bir  qru-

pu  xatirə  şəkli  çəkdirdilər  və  5 

ildən  sonra  məzunluğun  55  illik 

yubileyində  yenidən  görüşməyi 

biri-birilərinə  arzu  edərək  ay-

rıldılar.  Ayrıldılar  –  yenidən 

görüşmək  üçün.  Ayrıldılar  –  İn-

şallah  növbəti  görüşlərə,  o 

cümlədən  “Brilyant  Görüş”ə  ha-

zırlıq üçün...


Yüklə 12,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin