Fiziki sağlamlıq və vətənpərvərlik gənclərimizin ən böyük amalıdır


tədbirlər Azərbaycan gəncliyinin daha da in-



Yüklə 12,93 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix02.01.2022
ölçüsü12,93 Mb.
#2393
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
tədbirlər Azərbaycan gəncliyinin daha da in-

kişaf etməsinə təkan verir, onların cəmiyyətdə 

təsdiq olunması üçün şərait yaradır. 

Azərbaycan 

xalqı 

gələcəyimiz  olan  gənc 



nəslin  vətənə  məhəbbət, 

elinə  və  obasına  hörmət, 

soykökünə,  öz  ata-ba-

balarının 

ənənələrinə 

sədaqət  ruhunda  tərbiyə 

olunmasına  həmişə  bö-

yük məsuliyyətlə yanaşıb 

və ona həyati əhəmiyyətli 

məsələ  kimi  baxıb.  Bu, 

bir  həqiqətdir  ki,  fizi-

ki  sağlamlıq  insanda 

fədakarlıq,  qəhrəmanlıq 

və 


məğlubedilməzlik 

hissi  yaradır,  apardığı 

mübarizəyə  inam  hissini 

gücləndirir.

Ölkəmizdə  uşaq  və 

gənclərin  fiziki  sağlamlı-

ğına xüsusi diqqət göstərilir. Sözsüz ki, fiziki 

sağlamlıq mənəviyyatın da inkişafına müsbət 

təsir edir. Fiziki sağlamlığın əsas amillərindən 

biri idmandır. İdmanla məşğul olan uşaq və 

ya  gənc  dözümlü,  iradəli  olur.  Azərbaycan 

dövləti gənc nəslin bu cür keyfiyyətlərə ma-

lik olmasında maraqlıdır. Ölkəmizdə uşaq və 

gənclərə yaradılan şərait, inşa edilən müasir 

idman qurğuları məhz gələcəyimiz olan gənc 

nəslin  xoş  sabahı  üçündür.  İstər  Bakıda, 

istərsə  də  bölgələrdə  fəaliyyət  göstərən  id-

man ocaqları ən müasir idman avadanlıqları 

ilə təchiz edilib.

Ölkəmizdə,  uşaq,  yeniyetmə  və  gənclərin 

fiziki  inkişafının  təminatı  məhz  idmanla 

əlaqəlidir.  Xalqımızın  gələcəyi  olan  gənc 

nəslin  fiziki  sağlamlığı  idmana  göstərilən 

yüksək  səviyyəli  qayğı  və  diqqət  sayəsində 

mümkün olmuşdur. Dəfələrlə qeyd etdiyimiz 

kimi,  respublikamızda  uşaq  və  gənclərin  fi-

ziki  sağlamlığının  təmin  edilməsi  üçün  lazı-

mi şərait mövcuddur. İndi Azərbaycanın hər 

bir bölgəsində müasir tələblərə cavab verən 

idman qurğuları fəaliyyət göstərir. Uşaqların 

idmana  cəlb  olunması  kütləvi  xarakter  alıb. 

Minlərlə yeniyetmə və gənc hər gün müxtəlif 

idman növləri ilə məşğul olmaq üçün klubla-

ra  və  idman  bölmələrinə  axışır.  Sevindirici 

haldır ki, respublikamızın bütün bölgələrində 

uşaqların  fiziki  inkişafının  təmin  edilməsi 

üçün şərat yaradılır. Son illər bölgələrdə id-

man  infrastrukturunun  formalaşması  uşaq, 

yeniyetmə və gənclərin sağlamlığının qorun-

masına təkan verən amildir.

Vətən  dünyaya  göz  açdığımız  doğma  el-

oba  sayılır.  Hər  kəs  öz  sevgisi,  məhəbbəti, 

varlığı ilə vətənini öz şəxsiyyətində yaşatma-

lıdır.


Vətənpərvərlik  elə  bir  hissdir  ki,  o,  özü 

üçün  deyil,  eli,  obası,  xalqı  üçün  yaşama-

ğı,  insandan  tələb  edir.  Vətənpərvər  insan 

təkcə soyuq səngərlərdə, döyüş bölgələrində 

xidmət edən insan deyil. Hər bir kəs öz əməyi 

ilə vətənpərvər ola bilər. Bənna külüngü, dip-

lomat siyasəti, alim elmi, yazıçı, şair qələmi, 

tarixçi  üzə  çıxartdığı  həqiqətləri,  analar 

böyütdükləri  övladları,  oğullarımız  mərdliyi, 

qeyrəti, şagirdlərimiz təhsili ilə əsl vətəndaş 

ola  bilərlər.  Azərbaycanın  tarixi  keçmişinə 

bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi 

bacaran hər kəs əsl vətənpərvərdir.

Danılmaz faktdır ki, insanda vətənpərvərlik 

hissi  qəhrəmanlığın  əsasını  qoyan  amillə 

bağlıdır. Azərbaycan şanlı tarixi və əfsanəvi 

qəhrəmanları  ilə  həmişə  fəxr  edir.  Tarixi-

miz həmişə sübut edib ki, Azərbaycan xalqı 

qəhrəman xalqdır. Bu xalq öz vətənini daima 

qorumağa  hazır  olan  mətin  gənclər  yetişdi-

rib.  Erməni  qəsbkarlarına  qarşı  ölüm-dirim 

savaşında  canlarını  düşmən  gülləsinə  sipər 

edən  qəhrəman  övladlarımızın  ibrətamiz 

həyatı,  şəxsi  nümunəsi  apardığımız  hərbi-

vətənpərvərlik  tərbiyəsi  işində  ön  plana 

keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir 

gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin 

təmin  edilməsini  özünün  əsas  vəzifəsi  və 

məqsədi hesab etməlidirlər. Gənclər bilməli 

və  dərk  etməlidir  ki,  Azərbaycan  üçün 

dövlət müstəqilliyi ən böyük hadisədir və bu 

vətənpərvərlik hissinin aşılanması vasitəsilə 

təlqin edilə bilər. Qarabağ problemi hamımız 

üçün ən aktual mövzudur. Ölkəmiz müharibə 

şəraitində  olduğu  üçün  cəmiyyətimizdə 

vətənpərvərlik təbliğatının bir an belə dayan-

dırılmaması çox vacibdir. Bunun üçün təhsil 

müəssisələrində,  mətbuatda,  cəmiyyət  ara-

sında  hərbi-vətənpərvərlik,  ordu,  şəhidlər, 

milli  qəhrəmanlar,  düşmənlərin  mənfur 

niyyətləri  ilə  bağlı  söhbətlər  aparılmalı,  te-

leviziya  və  radiolarda  verilişlər  nümayiş 

etdirilməlidir. Vətənpərvərlik həm də emosio-

nal hissdir. Hər bir insan bütün şəxsi maraqla-

rını vətən yolunda qurban verməyə, vətəninin 

və xalqının marağını daha uca tutmağa hazır 

olmalıdır.

Bu səbəbdən Azərbaycan torpağı adi tor-

paq parçası deyil, bizi yaşadan və yaşamağa 

sövq edən müqəddəs torpaqdır. Həmişə ol-

duğu kimi, bu gün də xalqımızın mərd oğul-

ları vətənin azadlıgı uğrunda  düşmənə qarşı 

igidliklə vuruşmuş, ana torpağı qorumağa ça-

lışmış, nəticədə isə yenidən öz torpagının sa-

hibi olmuşdur. Əlbəttə, onların hər biri öz öv-

ladlıq borcunu yerinə yetirib. Axı müqəddəs 

ana torpağını vətən edən onun vətəndaşıdır. 

Hər  bir  vətəndaş  öz  yurdunu  qorumağa, 

çiçəkləndirməyə borcludur. Xalqımızın neçə-

neçə  qeyrətli  oğulları  bu  şərəfli  vəzifənin 

öhdəsindən  inanılmaz  qəhrəmanlıqla  gəlib. 

Bəziləri  sağlamlığını  itirmiş,  bəziləri  it-

kin  düşmüş,  bəziləri  isə  şəhidlik  zirvəsinə 

yüksəlmişlər. Onların hər biri vətən uğrunda 

canlarını  qurban  verərək  əbədiyətə  qovu-

şublar.  Doğma  torpaq  uğrunda  mübarizəyə 

qalxan  minlərlə  igid  oğullarımız  haqqında 

neçə-neçə əsərlər, kitablar yazılıb, dastanlar 

qoşulub.  Məhz  bunun  nəticəsidir  ki,  torpaq 

uğrunda  həlak  olan  şəhidlərimiz  xalqımızın 

qəlbində daim yaşayır. Lakin onların ruhları 

hələ də narahatdır. Axı, onların canlarından 

keçərək bizə əmanət etdikləri vətən torpağı 

hələ də düşmən əsarəti altındadır.

 


Yüklə 12,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin