Fizika fakültəsinin dekanı



Yüklə 250,5 Kb.
tarix06.03.2017
ölçüsü250,5 Kb.
#10429


BAKI DÖVLƏT UNİVERSİTETİ

Fizika fakültəsi

«Maddə quruluşu» kafedrası


«TƏSDİQ EDİRƏM»

Fizika fakültəsinin dekanı


__________prof.M.Ə.RAMAZANOV

«Maddə quruluşu» kafedrasının

2012-ci il üçün yerinə yetirdikləri

elmi tədqiqat işlərinin
H E S A B A T I

«Maddə quruluşu» kafedrasının müdiri

­­ _________________ prof. E.Ə.Məsimov


BAKI-2012

1. GİRİŞ. Hesabat dövrü ərzində kafedranın əməkdaşları maddə quruluşunun nəzəri və təcrübi tədqiqi ilə məşğul olmuşlar. Əsas iki istiqamətdə – bioloji sistemlər fizikası və nüvə fizikası istiqamətində elmi-tədqiqat işləri aparılmışdır.

Kafedranın əməkdaşlarının rəhbərliyi ilə istilik fizikası və molekulyar fizika, polimerlər fizikası, nəzəri və riyazi fizika ixtisasları üzrə aspirant və dissertantlar elmi-tədqiqat işləri aparmışlar. Bioloji sistemlərin fizikası ixtisası üzrə magistratura fəaliyyət göstərmişdir. Hesabat ilində 1 kitab, 31 elmi iş çap olunmuşdur.

Kafedranın əməkdaşlaından prof. Məsimov E.Ə. və Əbdülvahabova S.Q. Müdafiə Şurasının üzvü, Əbdülvahabova S.Q. Az.MEA-nın nəzdində “Nüvə Tədqiqatları” üzrə Elmi Şuranın üzvü və fakültənin müdafiə şurasının nəzdində Elmi seminarın sədri, prof. Məmmədov M.Ş. isə fakültə Tədris-Metodik Şuranın sədridir. Bundan başqa prof. Məsimov E.Ə., prof Əbdülvahabova S.Q., və f.e.d. T.O.Bağırov fizika fakültəsinin Elmi Şurasının üzvləridir.

Hesabat müddətində dekstran-PEQ-su ikifazalı sistemlərinin hal diaqramları müxtəlif temperaturlarda və PEQ-in müxtəlif molekulyar kütlələri üçün tədqiq olunmuşdur Polietilenqlikolun müxtəlif fraksiyası ilə dekstranın əmələ gətirdiyi ikifazalı sistemlərin tədqiqi zamanı məlum olmuşdur ki, verilmiş temperaturda polimerin molekul kütləsinin artması ilə binodal əyrilərinin həm formaca dəyişməsi, həm də binodalların koordinat başlanğıcına doğru sürüşməsi müşahidə edilir. Alınan nəticələrə əsasən demək olar ki, PEQ-in molekulyar kütləsi artdıqda və temperatur azaldıqda fazaəmələgəlmə prosesi faza əmələ gətirən komponentlərin məhluldakı konsentrasiyasının daha kiçik qiymətlərində baş verir. Göstərilmişdir ki, hər iki halda fazalara ayrılma prosesi sistemin əsas hissəsini təşkil edən suyun strukturunun bu və ya digər istiqamətdə dəyişilməsi ilə izah edilir.

Na2SO4 və K2SO4 duzlarının PEQ-in sulu məhlullarının strukturuna təsiri tədqiq edilmişdir. PEQ-su-duz-sistemləri üçün duzların müxtəlif konsentrasiyalarında , K və  parametrlərinin və axmanın aktivləşmə parametrlərinin (H, G, S) qiymətləri hesablanmışdır.
İlk dəfə olaraq yeni ikifazalı polietilenqlikol-limon turşusunun natrium duzu-su sisteminin (PEQ- C6H5O7Na3-H2O) binodal əyriləri qurulmuş, birləşdirici xətlərin bucaq əmsalları təyin edilmişdir. Həmçinin fazaəmələgəlmə prosesinə polimerin molekul kütləsinin təsirinə baxılmışdır. Alınan nəticələrə əsasən demək olar ki, istər polimer-polimer-su, istərsə də polimer-duz-su sistemlərində faza əmələ gətirən komponentlər özlərinə məxsus iki müxtəlif su strukturları yaradır və həmin su strukturları komponentlərin böyük konsentrasiyalarında ayrı-ayrı fazalarda cəmlənərək ikifazalı sistem yaradırlar.

Hesabat ilində ikinci mövzu üzrə nuklonların kvark quruluşu, yəni adronların kvark kisəciklərindən ibarət olması nəzərə al;naraq ötürülən momentin sıfırdan fərqli qiymətlərində formfaktorun nuklonların quruluşundan asılı olması faktı SU(3) yaxınlaşmasında tədqiq edilmişdir. Bu yaxınlaşmada bütün 3 kvarkın kütlələrinin bərabər olması, izotopik invariantlığın ödənilməsi üçün isə proton və neytronların kütlələrinin eyni olması qəbul edilmişdir. Nuklonların kvark quruluşlarının nəzərə alınması təcrübə ilə Qlauber nəzəriyyəsinə əsasən alınan nətıcələr arasındakı fərqlərın müəyyən qədər aradan qaldırılmasına gətirir.



Orta nüvələr üçün elektromaqnit təbiətli uzuna-təsir qarşılıqlı təsirini nəzərə almaqla neytronların nüvələrlə qarşılıqlı təsir effektiv kəsiklərinin nüvənin optik modelinə əsasən qiymətləndirilməsi müzakirə olunur. Bir neçə orta nüvələr üçün müəyyən edilmişdir ki, neytronların nüvələrlə nüvə qarşılıqlı təsirinə elektromaqnit təbiətli qarşılıqlı təsir əlavə etməklə neytronların enerjisinin kilovolt oblastında effektiv kəsik üçün təsvir məqsədəuyğun alınır.
2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ. Kafedrada 3 professor, 6 dosent, 1 baş müəllim (0,5 şt.), 1 müəllim (0,5 şt.) fəaliyyət göstərir.




A.S.A. adı

Təvəllüd

Vəzifəsi

Elmi adı

Elmi dər.

1.

Məsimov E.Ə.

1941

Kaf.müd, prof.

professor

f.r.e.d

2.

Məmmədov M.Ş.

1934

professor

professor

f.r.e.n.

3

Əbdülvahabova S.Q.

1947

professor

professor

f.r.e.d.

4.

Abdullayev X.Ş.

1936

dosent

dosent

f.r.e.n.

5.

Prudko V.V.

1940

dosent

dosent

f.r.e.n.

6.

Barxalova N.Ş.

1946

dosent

dosent

f.r.e.n.

7.

İbrahimov N.Ə.

1942

dosent

dosent

f.r.e.n.

8

Bağırov T.O.

1960

dosent

dosent

f.e.d.

9.

Bayramova T.O.

1961

dosent

dosent

f.r.e.n.

10.

Həsənov A.Ə.

1959

baş müəl.- 0,5 şt.




f.r.e.n.

11

Əhmədov N.F.

1971

müəllim – 0,5 şt.




f.r.e.n

12.

Paşayev O.M.

1940

laborat. müdiri

-

-

13.

Bağırov R.M.

1956

mühəndis

-

f.r.e.n.

14.

Həsənov N.H.

1964

mühəndis

-

f.r.e.n.

15.

Əhmədova S.M.

1955

baş laborant

-

-

16.

Musayeva S.M.

1945

baş laborant

-

-

17.

Nəsirova B.C.

1964

baş laborant

-

-

18.

Ağamalıyeva L.A.

1978

baş laborant

-

f.r.e.n.

19.

Turabova G.Ə.

1965

baş laborant

-

-

20.

Bağırova H.Ş.

1962

laborant

-

-


3. KAFEDRALARDA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASİYASI VƏ YERİNƏ YETİRİLMƏSİ.
MÖVZU-1: Biopolimerlərin sulu məhlulları və bir sıra xarici amillərin onların fiziki-kimyəvi xassələrinə təsiri.
Rəhbər: prof. E.Ə.Məsimov
İŞ 1.1: Yeni polimer-su ikifazalı sistemlərinin hal diaqramlarının tədqiqi və tətbiq imkanlarının araş­dırılması.

Mərhələ 1: PEQ-lə üzvi turşuların duzlarının sulu qarışığında alınmış ikifazalı sistemlərin hal diaqramlarının qurulması
İcraçılar: prof. E.Ə.Məsimov,

dos. T.O.Bağırov,

dos. N.Ə. İbrahimov
Hesabat müddətində dekstran-PEQ-su ikifazalı sistemlərinin hal diaqramları müxtəlif temperaturlarda və PEQ-in müxtəlif molekulyar kütlələri üçün tədqiq olunmuşdur Polietilenqlikolun müxtəlif fraksiyası ilə dekstranın əmələ gətirdiyi ikifazalı sistemlərin tədqiqi zamanı məlum olmuşdur ki, verilmiş temperaturda polimerin molekul kütləsinin artması ilə binodal əyrilərinin həm formaca dəyişməsi, həm də binodalların koordinat başlanğıcına doğru sürüşməsi müşahidə edilir. Alınan nəticələrə əsasən demək olar ki, PEQ-in molekulyar kütləsi artdıqda və temperatur azaldıqda fazaəmələgəlmə prosesi faza əmələ gətirən komponentlərin məhluldakı konsentrasiyasının daha kiçik qiymətlərində baş verir. Göstərilmişdir ki, hər iki halda fazalara ayrılma prosesi sistemin əsas hissəsini təşkil edən suyun strukturunun bu və ya digər istiqamətdə dəyişilməsi ilə izah edilir.

Eyni zamanda polimer məhlulları üçün Flori-Xaqqins nəzəriyyəsini tətbiq edərək dekstran-PVPD-su, dekstran-PEQ-su və PEQ-C4O6H4Na2-H2O ikifazalı sistemlərinin binodallarının termodinamik analizi nəticəsində sistemin komponentləri arasındakı qarşılıqlı təsir parametrləri hesablanmışdır. Qarşılıqlı təsir parametrləri üçün bu metodla alınmış qiymətlər ədəbiyyatdakı digər metodlarla alınmış qiymətlərə uyğun gəldiyindən təsdiq olunur ki, qeyri polyar həlledicilər üçün verilmiş Flori-Xaqqins nəzəriyyəsini polimer-su sistemlərinə də tətbiq etmək olar. Alınmış nəticələr həm də təsdiq edir ki, istər polimer-polimer-su və istərsə də polimer-elektrolit ikifazalı sistemlərində fazalara ayrılma mexanizmini izah etmək üçün suyun həlledici rola malik olmasını qəbul etmək lazımdır.

Hesabat ilində ur xəstəliyi (qalxanvarı vəzin şişi) olan pasientlərdən götürülmüş nümunələr PEQ-C4O6H4Na2-H2O ikifazalı sistemində paylanma metodu ilə tədqiq olunmuş və göstərilmişdir ki, bu metoddan həmin xəstəliyin qeyd olunması məqsədi ilə istifadə oluna bilər.
İŞ 1.2: Çoxkomponentli Aqaroza (aqar) + PEQ+ su + müxtəlif əlavələr sistem­lərində geləmələgəlmə pro­sesinin tədqiqi

Mərhələ 1: Çoxkomponentli Aqaroza (aqar) + PEQ + su sistem­lərində geləmələgəlmə pro­sesinin tədqiqi



İcraçılar: E.Ə.Məsimov

dos. V.V.Prudko,


prof. M.Ş.Məmmədov
İşdə Na2SO4 və K2SO4 duzlarının PEQ-in sulu məhlullarının strukturuna təsiri tədqiq edilmişdir. PEQ-su-duz-sistemləri üçün duzların müxtəlif konsentrasiyalarında , K və  parametrlərinin və axmanın aktivləşmə parametrlərinin (H, G, S) qiymətləri hesablanmışdır.
Hesabat müddətində Polietilenqlikolun həm duru, həm də qatı sulu məhlulları və duzlu suda məhlulları tədqiq edilmişdir. Bu məhlullarda müxtəlif kalium və natrium sulfat duzlarının makromolekulu xarakterizə edən parametrlərə (Mark-Kun tənliyindəki k və  parametrlərinə) və məhlulun termodinamik parametrlərinə (axının aktivləşmə sərbəst enerjisinə G, entalpiyasına və entropiyasına) təsirlərinə baxılmışdır. Alınan nəticələr göstərir ki, tədqiq olunan duzlar PEQ-in sulu mhluluna stabilləşdirici təsir göstərirlər, həlledicinin keyfiyyətini artırırlar.
İŞ 1.3: PEQ-DUZ-su sistemlərinin struktur temperaturu

metodu ilə tədqiqi

I Mərhələ: Qeyri-üzvi duz-su sistemlərinin struktur

temperaturu metodu ilə tədqiqi




İcraçılar: prof. E.Ə.Məsimov, 0,5 şt.baş m. A.Ə.Həsənov


İlk dəfə olaraq yeni ikifazalı polietilenqlikol-limon turşusunun natrium duzu-su sisteminin (PEQ-C6H5O7Na3-H2O) binodal əyriləri qurulmuş, birləşdirici xətlərin bucaq əmsalları təyin edilmişdir. Həmçinin fazaəmələgəlmə prosesinə polimerin molekul kütləsinin təsirinə baxılmışdır. Alınan nəticələrə əsasən demək olar ki, istər polimer-polimer-su, istərsə də polimer-duz-su sistemlərində faza əmələ gətirən komponentlər özlərinə məxsus iki müxtəlif su strukturları yaradır və həmin su strukturları komponentlərin böyük konsentrasiyalarında ayrı-ayrı fazalarda cəmlənərək ikifazalı sistem yaradırlar.


Hesabat dövründə yeni ikifazali polietilenqlikol - limon turşusunun natrium duzu - su (PEQ- C6H5O7Na3-H2O) ikifazalı sistemdə fazaəmələgəlmə prosesinə polimerin molekul kütləsinin təsirinə baxılmışdır. Bu məqsədlə həmin sistemlərin binodal əyriləri qurulmuş, birləşdirici xətlərin bucaq əmsalları təyin edilmişdir. Molekul kütləsinin dəyişməsilə birləşdirici xəttin bucaq əmsalı mütləq qiymətcə aşağıdakı şəkildə dəyişir;
PEQ(1500) - (-1,33)

PEQ(3000) - (-1,459)

PEQ(4000) - (-1,582)

PEQ(6000) - (-1,732)

PEQ(20 000)- (-2,79)

Müəyyən edilmişdir ki, PEQ-in molekul kütləsi artdıqca fazalara ayrılma komponentlərin konsentrasiyalarının daha kiçik qiymətlərində baş verir. Bu nəticəni onunla izah etmək olar ki, polimerin molekul kütləsi artdıqca makromolekulun ölçüsü böyüdüyündən onun hidrat təbəqəsindəki su molekullarının sayı artır və sistemdə sərbəst su molekullarının sayı azalır və bu zaman həllolma çətinləşir, əmələ gəlmiş iki müxtəlif strukturlu suyun bir-birində həllolması qeyri-mümkün olur və fazalara ayrılma komponentlərin daha kiçik konsentrasiyalarında baş verir. Başqa sözlə, istər polimer-polimer-su, istərsə də polimer-duz-su sistemlərində faza əmələ gətirən komponentlər özlərinə məxsus iki müxtəlif su strukturları yaradır və həmin su strukturları komponentlərin böyük konsentrasiyalarında ayrı-ayrı fazalarda cəmlənərək ikifazalı sistem yaradırlar.




İŞ 1.4: Polimerlərin qarışığında plastifikatorların yaranması

qanunauyğunlu­ğuna reoloji xassələrin təsiri.
I mərhələ: Plastifikatorlaşma zamanı polimerlərin şüşələş­mə və axma

temperaturunun dəyişməsi.
İcraçılar: prof. Məsimov E.Ə., 0,5 şt müəl. N.F.Əhmədov

Dekstran-PEQ-su ikifazalı sistemlərinin hal diaqramları müxtəlif temperaturlarda və PEQ-in müxtəlif molekulyar kütlələri üçün tədqiq olunmuşdur. Alınan nəticələrə əsasən demək olar ki, polietilenqlikolun molekulyar kütləsi artdıqca fazaəmələgəlmə prosesi faza əmələ gətirən komponentlərin məhluldakı konsentrasiyasının daha kiçik qiymətlərində baş verir. Göstərilmişdir ki, hər iki halda fazalara ayrılma prosesi sistemin əsas hissəsini təşkil edən suyun strukturunun bu və ya digər istiqamətdə dəyişilməsi ilə izah edilir.


MÖVZU-2: Adronların nüvə və nuklonlarla toqquşması nəticəsində yaranan proses­lərin tədqiqi.
Rəhbər: prof. S.Q.Əbdülvahabova
İŞ 2.1: Yüksək enerjilərdə adronların adronlardan və nüvələrdən səpilməsinin və yaranan ikincili zərrəcik­lərin tədqiqi
I mərhələ: Adronların kvark quruluşunu nəzərə alaraq adronların yüngül nüvələr­dən səpilməsi zamanı ikincili zərrəciklərin yaran­masının effektiv kəsiyinin hesablan­ması.
İcraçılar: prof.S.Q.Əbdülvahabova,

baş müəl.N.Ş.Barxalova,

müəl.T.O.Bayramova
İşdə nuklonların kvark quruluşu, yəni adronların kvark kisəciklərindən ibarət olması nəzərə al;naraq ötürülən momentin sıfırdan fərqli qiymətlərində formfaktorun nuklonların quruluşundan asılı olması faktı SU(3) yaxınlaşmasında tədqiq edilmişdir. Bu yaxınlaşmada bütün 3 kvarkın kütlələrinin bərabər olması, izotopik invariantlığın ödənilməsi üçün isə proton və neytronların kütlələrinin eyni olması qəbul edilmişdir. Nuklonların kvark quruluşlarının nəzərə alınması təcrübə ilə Qlauber nəzəriyyəsinə əsasən alınan nətıcələr arasındakı fərqlərın müəyyən qədər aradan qaldırılmasına gətirir.

Elementar zərrəciklərin qarşılıqlı təsirlərinin kvark modelində adronların adronlardan yüksək enerjilərdə və ötürülən impulsun kiçik qiymətlərində difraksiya səpilməsi adronların formfaktorlarını nəzərə alınması ilə tədqiq edilmişdir. Tədqiqat zamanı unitarlıq şərti nəzərə alınaraq enerjinin funksiyası olan elastiki səpilmənin amplitudunun analitiklik xassəsinə diqqət yetirilmiş və analitiklik oblastının genişlənməsinə baxılmışdır. Səpilmənin amplitudunun analitik xassələrinin öyrənilməsi səpilmənin aksiomatık tədqiqinin nəticələrini sadə fiziki məna verməyə imkan verir. Proton-proton və proton-antiproton elastiki səpilmələrinin differensial kəsiklərinin kvark modeli ilə müqayəsəsi proton-proton səpilməsi zamanı amplitud yalnız bir difraksiya maksimumuna, proton-antiproton səpilməsi zamanı isə bir neçə difraksiya maksimumuna malik olur.

Nüvə klaster modelində, yəni nuklonlartın kvark kisəciklərindən ibarət olma modelində nüvəyə kvark dəyişənlərindən antisimmetrik asılı olan kisəciklərdən ibarət olması fərz edilir. Kvarklara bir-birlərindən asılı olmayan sistem kimi baxılaraq, sistemin tam dalğa funksiyası hər bir kvarkın dalğa funksiyalarının hasili kimi götürülmüşdür. Nuklon-nuklon səpilməsində qarşılıqlı təsir mezonlar vasitəsilə baş verir ki, bu mezonlar da kvark-antikvarkdan ibarət olur.

Kvark kisəciyinin fəza koordinatlarından asılı olan funksiyası kvarkların eyni bir səviyyədə yerləşməklərindən asılı olaraq simmetrik olacaqdır. SU(3) yaxınlaşmasında ossilyator kvark kisəsi modelində adronun fəza funksiyası aşağıdakı kimi verilir:


,
haradakı и R – uyğun olaraq kvarkların və kütlə mərkəzinin koordinatlarıdır

.

Kütlə mərkəzinin nəzərə alınması ötürülən impulsun kiçik qiymətlərində konkret proseslərə baxmağa imkan verir. Nuklonların kvark quruluşlarının nəzərə alınması təcrübə ilə Qlauber nəzəriyyəsinə əsasən alınan nətıcələr arasındakı fərqlərın müəyyən qədər aradan qaldırılmasına gətirir. Müəyyən edilmişdir ki, yüksək enerjilərdə effektiv kəsiyin ötürülən impulsun qiymətindən eksponensial asılı olur.



İŞ 2.2. Uzağa-təsir elektro­maqnit qarşılıqlı təsirini nəzərə almaqla orta və ağır nüvələr üçün nüvənin optik-kaskad modelinə görə neytron ef­fek­­tiv kəsiklərinin qiymət­ləndirilməsi.
I mərhələ: Bi və Mo elementləri üçün neytron effektiv kəsiklərinin uzağa təsir effektini nəzərə almaq­la nüvə optik-kaskad mo­delinə görə tədqiq edilməsi.
İcraçı: dosent X.Ş.Abdullayev
Orta nüvələr üçün elektromaqnit təbiətli uzuna-təsir qarşılıqlı təsirini nəzərə almaqla neytronların nüvələrlə qarşılıqlı təsir effektiv kəsiklərinin nüvənin optik modelinə əsasən qiymətləndirilməsi müzakirə olunur. Bir neçə orta nüvələr üçün müəyyən edilmişdir ki, neytronların nüvələrlə nüvə qarşılıqlı təsirinə elektromaqnit təbiətli qarşılıqlı təsir əlavə etməklə neytronların enerjisinin kilovolt oblastında effektiv kəsik üçün təsvir məqsədəuyğun alınır.
Hesabat müdətində orta kütləli nüvələr üçün (Bi və Mo) neytronların enerjisinin 0,5 KeV – 14 MeV intervalında nüvənin ümumi qəbul edilmiş optik potensialı şəklindən istifadə etməklə və uzunatəsir elektromaqnit təbiətli qarşılıqlı təsir daxil etməklə neytronların nüvələrdən elastiki səpilmə eksperimental nəticələrindən istifadə etməklə müxtəlif effektiv kəsiklərin qiymətləndirilməsi müzakirə edilmişdir. Ümumi optik potensiala əlavə olunan elektromaqnit təbiətli uzunatəsir potensialı aşağıdakı şəkildə daxil edilmişdir.

Müəyyən edilmişdir ki, araşdırılan nüvələr üçün neytronların enerjisinin 1-3 MeV oblastında neytron üçün 0,71040sm2 polyarizasiya əmsalı daxil etdikdə alınan nəticələr əsasdı şəkildə məqsədəuyğun alınır.


4. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI.





Mövzunun adı

Jurnalın adı, tarixi,№-si, səhifəsi

Müəlliflər


Dərsliklər

Nüvə fizikasından praktikum


Dərs vəsaiti, Texniki Universitetin Nəş­riy­yatı, 184s., yeni nəşr, 2012.

Х.Ш.Абдуллаев



Məqalələr


1

Вискозиметрическое исследование водно-солевых растворов ПЭГ

Bakı Universitetinin Xəbərləri, N3, 2012, s.108-114

Э.А.Масимов, В.В.Прудько,

С.М.Мусаева,

Б.Д.Насирова,

С.М.Ахмедова



2

Рефрактометрическое исследование гидратации ионов в водных растворах некоторых солей калия

AR Təhsil Nazirliyi, AMEA, Gəncə Dövlət Universiteti, konfrans materialları, 11-14 декаbr, 2012, s.52-54


Məsimov E.Ə.,

Abbasov H.F.



3

Bir sıra kalium duzlarının sulu məhlullarında ionların hidatasiya ədədlərinin refraktometrik təyini

J of Qafqaz, N 34, 2012, s. 8-11.


Məsimov E.Ə.,

Abbasov H.F.



4

Polietilenqlikolun sulu məhlullarında makromolekulların xarakterik parametrlərinin refraktometrik təyini

BDU-nun Fizika İnstitutu “Fizikanın müasir problemləri”, VI Respublika konfransı, dekabr 2012, s.188-192


Məsimov E.Ə.,

Abbasov H.F.,



Ibrahimov N.Ə., Sultanova X.B.



5

Aqar gelinin reoloji xassələrinin idarə olunması mümkünlüyü haqqında,

BDU Xəbərləri, 2012, №1, с.106-118


E.Ə. Məsimov,

A.R. İmaməliyev



6

Aqar gelinin işiqburaxma spektrinə geyri üzvi əlavələrin təsiri

BDU-nun Fizika İnstitutu “Fizikanın müasir problemləri”, VI Respublika konfransı, dekabr 2012, s.198-200

E.Ə. Məsimov,

A.R. İmaməliyev, E.S.Mustafayev



7

Su-buxar fazalarinin tarazliq xətti boyinca suyun özlü axininin aktivləşmə parametrləri

Bakı Universitetinin Xəbərləri, fizika-riyaziyyat elmləri seriyası, 2012, № 2, s.140-144.

Məsimov E.Ə.,

Həsənov H.Ş.,

Paşayev B.G.,

Əhmədova R.Ş.



8

Su-PEQ (4000)-KOH sistemlərinin struktur xüsusiyyətləri.

AMEA, Fizika, CİLD, №, 2012, s.10-14

Məsimov E.Ə.,

Həsənov H.Ş.,

Paşayev B.G.,

Musayeva S.İ.



9

Изучение структуры водных растворов ацетатной кислоты

AR Təhsil Nazirliyi, AMEA, Gəncə Dövlət Universiteti, konfrans materialları, 11-14 декаbr, 2012, s.75-81

Məsimov E.Ə.,

Həsənov H.Ş.,

Paşayev B.G.,

Musayeva S.İ.



10

CH3COOH, NaCl, H2O-dan ibarət iki və üç komponentli sistemlərin səth xassələri

haqqinda


BDU-nun xəbərləri Fizika –Riyaziyyat elmləri seriyası N 2 2012 səh 83-88


E.Ə.Məsimov, K.M.Budaqov, Q.M.Bayramov, Ş.Ş.Ələkbərov


11

Polietilenqlükol(300)- NaCl - H2O-sistemində səthi gərilmənin tədqiqi.

Journal of Qafqaz University. Phisics. Number. 34. 2012. s.

Məsimov E.Ə.,

Budaqov K.M.,

Bayramov Q.M.,

Ələkbərov Ş.Ş.




12

Dekstran (60000)-H2O-PEQ(3000) sisteminin səthi gərilməsi.

Journal of Qafqaz University. Phisics. Number. 34. 2012. s.


E.Ə.Məsimov, K.M.Budaqov, Q.M.Bayramov, T.O.Bağırov.

13

İkifazalı PEQ-C6-H5O7Na3-H2O sistemində fazaəmələgəlmə prosesinə polimerin molekul kütləsinin təsiri

“Journal of Qafqaz University” jurnalı, 2011,

N-32, s.37-39.



E.Ə.Məsimov, T.O.Bağırov, A.Ə.Həsənov, X.T.Həsənova, S.Y.Ocaqverdiyeva, Z.M.Əhmədova

14

Dekstran-polietilenqlikol-su ikifazali sisteminin hal diaqramina polimerin molekulyar kütləsinin və temperaturun

BDU Fizika Probltmləri ETİ-nin “Opto-nano elektronika və kondensə olunmuş sistem­lər” konfransı, 14-15 dekabr 2012, s.185-189.

E.Ə.Məsimov, Z.M.Əhmədova,

N.F. Əhmədov, T.O.Bağırov.

15

İkifazalı su-polimer sistemlərinin paylanması metodları

Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektiv inkişaf. Elmi-praktiki konfransın materialları. 13-14 dekabr 2012. Gəncə, s.44-46.

E.Ə.Məsimov, T.O.Bağırov.

16

Рефрактометрическое исследование гидратации ионов в водных растворах некоторых солей калия

Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektiv inkişaf. Elmi-praktiki konfransın materialları. 13-14 dekabr 2012. Gəncə, s.52-56.

Э.А.Масимов

Х.Ф.Аббасов

17

Quark model and processes of nucleons interaction


BDU xəbərləri fizika-riyaziyyat elmləri seriyası 2, 2012. səh 96-100


S.G.Abdulvahabova,

N.Sh.Barkhalova

T.O.Bayramova

18

Coherent and incoherent scattering of hadrons on nuclei

“Journal of Qafqaz University” jurnalı, 2011,

N-32, s.51-55.



S.G.Abdulvahabova

19

Collective nuclei states in terms of a SU(6) model

“Journal of Qafqaz University” jurnalı, 2012,

N-34, s.


S.G.Abdulvahabova


Respublikada çap olunmuş tezislər:


20

About connection betweeen structures of water in phases of two phases system dextran-PEG-water and introductions of components

“Fizikanın aktual problemləri” VII Respublika Elmi Konfransının materialları. Bakı, 26 noyabr 2012, s.105

Masimov E.A.,

Bagirov T.O.,

Mamedov M.Sh.

Akhmedov N.F. Ojagverdieva S.Y.

21

О спектре гамма-излучения инициируемого нейтронами в воздухе.

“Fizikanın aktual problemləri” VII Respublika Elmi Konfransının materialları. Bakı, 26 noyabr 2012, s.114

Абдуллаев Х.Ш.

Мамедов М.Ш.

Ибрагимов Н.А.

22

Polimer duz və su sistemlərində səthi gərilmənin öyrənilməsi

BDU-nun Kimyanın aktual problemləri 6-cı Respublika konfransı. 2012, səh.9.

Q. M. Bayramov,

K. M. Budaqov,



M. Ş.Məmmədov.

XARİCDƏ ÇAP OLUNMUŞ MƏQALƏLƏR:

23

Рефрактометрическое определение числа гидратации ионов в разбавленных водных растворах сульфата магния

Россия. ЖУРНАЛ ФИЗИ­ЧЕС­КОЙ ХИМИИ, том 86, №3, с.470-472, 2012.

Э.А.Масимов

Х.Ф.Аббасов



24.

Refractometry Determination of the Hydration Number of Ions in Diluted Aqueous Solutions of Magnesium Sulfate

ISSN 0036-0244, Russian Journal of Phusical Chemistry A, 2012, Vol.86, No3, pp.399-401. Pleiades Publishing, Ltd., 2012

E.A.Masimov

Kh.F.Abbasov



XARİCDƏ ÇAP OLUNMUŞ TEZİSLƏR:


25

"Рефрактометрическое определение числа гидратации ионов в водных растворах некоторых солей калия"

VII-я Международная на­учная конференция "Ки­не­тика и механизм крис­таллизации.Кристаллиза­ция и материалы нового поколения", Тезисы докладов, Ivanovo, 25-28 сентября 2012, с.72

Масимов Э. А.,

Аббасов Х.Ф.



26

Рефрактометрическое оп­ределение характерис­ти­ческих параметров мак­ро­молекул в водных раство­рах полиэтиленгликоля

IV Съезд Биофизиков, Тезисы докладов, Нижний Новгород, 20-26 августа 2012, III c. 153.


Масимов Э.А.,

Аббасов Х.Ф.



27

Применения метода распределения в водных полимерных двухфазных системах для регистрации патологии

IV Съезд Биофизиков, Тезисы докладов, Нижний Новгород, 20-26 августа 2012, III c. 64


Э.А.Масимов,

Т.О.Багиров,

С.Я.Оджагвердиев

Р.Ш.Ахмедова


28

Влияние щелочей на спектр пропускания агарового геля

VII Международная научная конференция "Кинетика и механизм кристаллизации. Кристаллизация и материалы нового поколения", Иваново, 25-28 сентября 2012г, с.213

Масимов Э.А., Имамалиев А.Р.

29

O структурных изменениях в водных растворах полиэтиленгликоля.

VII Международная научная конференция «Кинетика и механизм кристаллизации. Иваново, Россия 25-28 сентября 2012, с.145-146.

Масимов Э.А.,

Гасанов Г.Ш.,

Пашаев Б.Г.,

Мусаева С.И.




Beynəlxalq konfranslarda çap olunmuş tezislər:


30

Vibrational states as a representations of a su(6) group

The V international conference perspectives of peaceful use of nuclear energy. November 21-23, 2012, Baku, Azerbaijan. p.66

S.G.Abdulvahabova

N.Sh.Barkhalova

T.O.Bayramova

31

CCBA expression for the two-nucleon reactions

The V international conference perspectives of peaceful use of nuclear energy. November 21-23, 2012, Baku, Azerbaijan. p.65

S.G.Abdulvahabova

I.G.Afandiyeva,

R.A.Ahmedov



5. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN ELMİ TƏDQİQAT İŞLƏRİ (Cədvəl 15):

5.1. Respublikadaxili qrantlar
Prof. E.Ə.Məsimov Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişaf Fondunun EİF-2011-1(3)-82/32/1-M-34 saylı qrant layihəsində iştirak edir.

Cədvəl 15

Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri

(2012-ci il)



Layihənin adı

Layihənin rəhbəri

Donor təşkilat

Layihənin

müddəti


Layihənin

dəyəri


1.

Verilmiş reoloji xassələrə malik polisaxarid gellərinin alınmasının fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması

İmaməliyev Abbas

Rəhim oğlu



Elmin İnkişafı Fondu

2 il

01.10.2010 –

31.09.2012


34.000 AZN



6. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR
AMEA-nın Fizika institutu, Radiasiya problemləri institutu, Neft-kimya prosesləri institutu və Kimya problemləri institutu ilə elmi əməkdaşlıq edir.

AMEA-nın mühüm nəticələrinə təkliflər verilir.

Prof. Əbdülvahabova S.Q. AMEA-nın “Nüvə tədqiqatları” üzrə Elmi Şuranın üzvüdür.
7. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ

MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏR.


7.1. Elmi-texniki əməkdaşlıq
Kafedranın əməkdaşları MDB ölkələri, ABŞ, Türkiyə, Rusiya və digər xarici ölkələrin elm mərkəzləri ilə sıx əlaqə saxlayır, elmi konfranslarda iştirak edir.
7.2. Beynəlxalq konfranslarda, konqreslərdə simpoziumlarda iştirak.
Prof. E.Ə.Məsimov Soçi şəhərində Rusiya Təbiətşünaslıq Akademiyasının payız sessiyasının (27 sentyabr – 1 oktyabr 2012) “Təbabətdə fundamental tədqiqatlar” V Beynəlxalq Konfransında iştirak etmiş və Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir .

Xaricdə çap olunmuş məqalə və tezislərin siyahısı:

  1. Э.А.Масимов, Х.Ф.Аббасов. Рефрактометрическое определение числа гидратации ионов в разбавленных водных растворах сульфата магния. Россия. ЖУРНАЛ ФИЗИ­ЧЕС­КОЙ ХИМИИ, том 86, №3, с.470-472, 2012.

  2. E.A.Masimov, Kh.F.Abbasov. Refractometry Determination of the Hydration Number of Ions in Diluted Aqueous Solutions of Magnesium Sulfate. ISSN 0036-0244, Russian Journal of Phusical Chemistry A, 2012, Vol.86, No3, pp.399-401. Pleiades Publishing, Ltd., 2012.

  3. Масимов Э. А., Аббасов Х.Ф. "Рефрактометрическое определение числа гидратации ионов в водных растворах некоторых солей калия". VII-я Международная научная конференция "Кинетика и механизм кристаллизации. Кристаллизация и материалы нового поколения", Тезисы докладов, Ivanovo, 25-28 сентября 2012, с.72.

  4. Масимов Э. А., Аббасов Х.Ф. Рефрактометрическое определение характеристических параметров макромолекул в водных растворах полиэтиленгликоля. IV Съезд Биофизиков, Тезисы докладов, Нижний Новгород, 20-26 августа 2012, III c. 153.

5. Э.А.Масимов,Т.О.Багиров, С.Я.Оджагвердиев, Р.Ш.Ахмедова. Применения метода распределения в водных полимерных двухфазных системах для регистрации патологии. IV Съезд Биофизиков, Тезисы докладов, Нижний Новгород, 20-26 августа 2012, III c. 64.

6. Масимов Э.А., Имамалиев А.Р. Влияние щелочей на спектр пропускания агарового геля. VII Международная научная конференция "Кинетика и механизм кристаллизации. Кристаллизация и материалы нового поколения", Иваново, 25-28 сентября 2012г, с.213.

7. Масимов Э.А., Гасанов Г.Ш., Пашаев Б.Г., Мусаева С.И. O структурных изменениях в водных растворах полиэтиленгликоля. VII Международная научная конференция «Кинетика и механизм кристаллизации. Иваново, Россия 25-28 сентября 2012, с.145-146.

8. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ.
8.3. İstehsalatda tətbiq üçün hazır olan işlər haqqında məlumat. Elmi-tədqiqat işlərinin səmərəliliyi.
Sağlam insanların və qanda patoloji dəyişiklərlə müşayət olunan pasiyentlərin qanının və müxtəlif toxuma ekstratlarının ikifazalı sistemlərdə paylanma əmsallarının kəskin fərqlənməsinə əsaslanaraq, ikifazalı sistemlərdə maddələrin qeyri-bərabər paylanması metodundan tibbi diaqnostikada istifadə oluna bilər.

9. PATENT VƏ İNFORMASİYA İŞLƏRİ

yoxdur
10. DÖVLƏT PROQRAMLARININ İCRASI:



10.1 “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”-nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” -na uyğun olaraq BDU -nun Fizika fakültəsinin Elmi Şurasında təsdiq olunmuş elmi istiqamət - “Makromolekullarda və onların sulu məhlullarında qarşılıqlı təsir və struktur prosesləri” istiqaməti üzrə elmi-tədqiqat işləri aparılmışdır.
11. KAFEDRADA KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN, SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASI.

Kafedrada «Bioloji sistemlərdə struktur və quruluş problemləri» adlı seminar hər həftənin IV günü saat 1000-da keçirilir.


12. KAFEDRADA ELMİ VƏ ELMİ-PEDAQOJİ KADRLARIN HAZIRLANMASI.
Kafedranın əməkdaşlarının rəhbərliyi ilə istilik fizikası və molekulyar fizika, polimerlər fizikası, nəzəri və riyazi fizika ixtisasları üzrə aspirant və dissertantlar elmi-tədqiqat işləri aparırlar. Bioloji sistemlərin fizikası ixtisası üzrə magistratura fəaliyyət göstərir. Prof. E.Ə.Məsimovun rəhbərliyi ilə kafedranın dissertantı S.İ.Musayeva «Bir sıra üzvi və qeyri-üzvi duzların polietilenqlikolun (PEQ) müxtəlif fraksiyalarının sulu məhlullarının strukturuna təsirinin tədqiqi» mövzusu ilə namizədlik dissertasiyası üzərində işləyir.

12 dekabr 2012-ci il tarixdə prof. E.Ə.Məsimovun rəhbərliyi ilə kafedranın dissertantı «Azəraeronaviqasiya» müəsisəsinin əməkdaşı Ç.R.Fərəcovun «Nanoölçülü dəmir oksidləri/su/polietilenqlikol əsaslı sistemlərin elektron maqnit rezonansı və işığın dinamik səpilməsi metodları ilə tədqiqi» (01.04.14-İstilik fizikası və molekulyar fizika) mövzusunda fizika elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə günü təyin olumuşdur.

Kafedranın dosenti V.V.Prudko doktorluq dissertasiyası üzərində işini başa çatdırır.

13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ DİSSERTASİYA ŞURALARIN FƏALİYYƏTİ
12 dekabr 2012-ci il tarixdə prof. E.Ə.Məsimovun rəhbərliyi ilə kafedranın dissertantı «Azəraeronaviqasiya» müəsisəsinin əməkdaşı Ç.R.Fərəcovun «Nanoölçülü dəmir oksidləri/su/polietilenqlikol əsaslı sistemlərin elektron maqnit rezonansı və işığın dinamik səpilməsi metodları ilə tədqiqi» (01.04.14-İstilik fizikası və molekulyar fizika) mövzusunda fizika elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etmişdir. Kafedranın professorları E.Məsimov, S.Əbdülvahabova Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvləridir. S.Əbdülvahabova həmçinin D.02.012 Dissertasiya Şurasının Seminarının sədridir.
14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRANTLARIN) ELMİ-TƏDQİQAT İŞLƏRİ (konfransda iştirakı)
19 may 2012-ci il tarixdə magistrantların və gənc tədqiqatçıların «Fizika və astronomiya problemləri» respublika elmi konfransında kafedranın aspirant və magistrləri aşağıdakı məruzələrlə çıxış etmişlər.


  1. Şirvanskaya S.Y. İkifazalı polimer-su sistemində paylanma metodu (s.5).

  2. Abilova A.A. Влияние концентрации агара на спектр пропускания агарового геля (səh. 76)

  3. Mustafayev E.S. Aqar gelinin buraxma spektrinə qeyri-üzvi duzların təsiri (səh. 77).

  4. Atoqoy A.C. pH и его роль в живых организмах.

  5. Sultanova X.B. Polietilenqlikolun sulu məhlullarında makromolekulların bir sıra xarakterik parametrlərinin refraktometrik tədqiqi. (səh. 79).

  6. Məmmədova N.R. Su-karbamid sistemlərində özlü axınının aktivləşmə parametrləri (səh. 80).

  7. Şirinov N.Z. Polimer-su ikifazalı sistemlər canlı orqanizmdə gedən proseslərin moleli kimi. (səh. 81).

  8. Rəhimova G.Ə. Su-PEQ (1500)-KOH sisteminin elektrikkeçiriciliyinin tədqiqi (səh. 82).

  9. Əliyeva Y.H. Влияние щелочей на спектр пропускания агарового геля (səh. 83).



15. 2013-cü ildə hansı avadanlıqların alınmasına ehtiyac duyulur (adı, alınacaq avadanlıqların sayı, təxmini qiyməti, manatla).
Cədvəl 16

Elmi avadanlıqlar haqqında məlumat

(2012-ci il)


N

Elmi cihazların yaş xarakteristikası

2012-ci ildə alınmış yeni avadanlıqların sayı

Yeni elmi avadanlıqlara tələbat

(2013-2014-cü illərdə)



5 ilə qədər

6-10 il

10 ildən artıq

Avadanlıqların adı

Bir avadanlığın qyməti

Alınacaq avadanlıq-ların sayı

Yekun qiymət




1

2

3

4

5

6

7

8

1










-

Spektrofotometr SolidSpec-3700 UV-VIS-NIR, SHİMADZU firması,

28.000

1

28.000

2










-

Diferensial skanedici kalorimetr, DSC-10, SHİMADZU firması

9182

1

9182

3










-

LSR metr

9600

1

9600

4










-

Reometr – Bohlin CS- 10

11.120

1

11.120

5










-

Dilüter MICROLAB 503A , HAMİLTON firması

2000

1

2000

6










-

pH-metr: MP-120

448

1

448

7










-

Analitik tərəzi

1938

1

1938


16. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR.
Dekstran-PEQ-su ikifazalı sistemlərinin hal diaqramları müxtəlif temperaturlarda və PEQ-in müxtəlif molekulyar kütlələri üçün tədqiq olunmuş və göstərilmişdir ki, PEQ-in molekulyar kütləsi artdıqda və temperatur azaldıqda fazaəmələgəlmə prosesi faza əmələ gətirən komponentlərin məhluldakı konsentrasiyasının daha kiçik qiymətlərində baş verir.

Üzvi turşuların Na duzunun polietilenqlikolla sulu qarışığında alınmış yeni ikifazalı sistemlərin hal diaqramları tədqiq olunmuşdur. PEQ-C4O6H4Na2-su ikifazalı sistemində paylanma metodu vasitəsilə qalxanabənzər vəzin müxtəlif dərəcəli xəstəliyinə tutulmuş pasiyentlərin xəstə toxumalarının paylanmasına baxılmışdır və göstərilmişdir ki, polimer-duz-su ikifazalı sistemində paylanma metodundan qalxanabənzər vəzin xəstəliyinin ilkin diaqnostikası məqsədi ilə istifadə etmək olar.


Təkliflər:
1. Tibbi müəssisələr üçün bioloji hissəciklərin (hüceyrə hissəcikləri, qan və s.) ayrılması üçün yüksək ayırma qabiliyyətinə malik polimer-su ikifazalı sistemlərin hazırlanması.

2. Suda həllolan birləşmələrin suyun strukturuna strukturlaşdırıcı və ya dağıdıcı təsirlərinin ekspress aşkarlanması.

3. Radiasiyaya məruz qalmış şəxsin qanında baş vermiş dəyişikliklərin ikifazalı su-polimer sistemlərində paylanma metodu ilə müəyyənləşdirilməsi.

4. Fiziki-kimyəvi xassələrinin (elastikliyinin, plastikliyinin, möhkəmliyinin və s.) əvvəlcədən proqnozlaşdırılan gellərin hazırlanması. Bu növ funksiyalarını qismən və ya tamamilə itirmiş qığırdaqların hazırlanmasında istifadə olunur.

5. Dərman maddələrinin uzunmüddətli saxlanılması üçün müəyyən xassələrə malik gellərdən istifadə olunması.

6. Hazırlanmış çoxfazalı sistemlərdən ekspress tibbi diaqnostikadan istifadə olunması. Bu sağlam insanların və qanda patoloji dəyişiklərlə müşayət olunan xəstələrin qanının və müxtəlif toxuma ekstratlarının ikifazalı sistemlərdə paylanma əmsallarının kəskin dəyişməsinə əsaslanır.



7. Neftçıxarma sənayesində çıxarılan neftin məhsuldarlığını (çıxışını) artırmaq üçün quyulara böyük təzyiqlə vurulacaq müxtəlif hidrofobluğa malik polimerlərin sulu məhlullarının hazırlanması.


Yüklə 250,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin