Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə38/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   34   35   36   37   38   39   40   41   ...   239
Çörəyin mineral dəyəri. Minaral maddələr orqanizmin müba-
dilə prosesində vacib rol oynayır. Çörəkdə xeyli miqdarda kalium, 
fosfor,  maqnezium,  kalsium,  natrium,  xlor,  az  miqdarda  dəmir, 
sink, manqan, mis və s. olur. Mineral maddələrin göstəriciləri 3.6 
saylı cədvəldə verilmişdir.  
Cədvəldəki rəqəmlərdən görünür ki, mineral maddələrin miq-
darı onun hazırlandığı unun növ və sortundan asılıdır. Onların ən 
çox miqdarı sadə üyüdülmədən hazırlanan çörək məmulatlarında 
olur. 
 Cədvəl 3.6 
Çörək məmulatlarında mineral maddələrin miqdarı (mq/100q 
məhsula görə) 
Çörək məmulatlarının adı 
Na 

Ca  Mg 

Ca:P 
Fe 
Kəpəkli çovdar unu çörəyi 
583 
206  38  49 
156 
1:4,1  2,6 
Narın ələnmiş çovdar unu 
çörəyi 
383 
67 
21  19 
87 
1:4,1  2,0 
Kəpəkli buğda unu çörəyi 
575 
185  37  65 
218 
1:5,9  2,8 
II sort buğda unu çörəyi 
479 
175  32  53 
128 
1:4,0  2,4 
I sort buğda unu çörəyi 
488 
127  26  35 
83 
1:3,1  1,6 
Əla sort buğda unu çörəyi 
349 
93 
20  14 
65 
1:3,2  0,9 
 
İnsan orqanizminin mineral maddələrə olan gündəlik tələbatı 
(kalsium-13-20%, fosfor -30-60%, maqnezium – 21- 49% , dəmir 
– 50-70%) əsasən çörəklə ödənilir.  
Bütün sort çörəklərdə kalsium çatışmır, həmçinin kalsium və 
fosforun əlverişsiz nisbəti və fosforun bir hissəsi fitin birləşmələri 


70
 
şəklində olur ki, bu da qidada kalsiumun mənimsənilməsini azal-
dır. 
3.7 saylı cədvəldə bəzi çörək məmulatlarının enerji dəyəri ve-
rilmişdir: 
 
 
 
 
 Cədvəl 3.7 
Çörək məmulatlarının enerji dəyəri 
Məmulatın adı 
Unun sortu 
Nəmlik, %-lə 
Enerji dəyəri 
kkal 
k/coul 
Çovdar çörəyi 
kəpəkli 
47,5 
190 
795 
Çovdar çörəyi 
narın ələnmiş 
42,4 
214 
895 
Buğda çörəyi 
kəpəkli 
44,3 
203 
849 
Buğda çörəyi 
II sort 
41,2 
220 
920 
Buğda çörəyi 
I sort 
39,5 
226 
946 
Buğda çörəyi 
əla sort 
37,8 
233 
975 
Şəhər kökəsi 
I sort 
34,3 
254 
1063 
Yağlı p;2çörək 
I sort 
29,0 
288 
1205 
Yüksək kalorili kökə 
I sort 
23,0 
331 
1385 
Sadə barankilər 
I sort 
17,0 
312 
1305 
Yağlı suxarılar 
əla sort 
8,0 
397 
1661 
 
Cədvəldən göründüyü kimi enerji dəyəri çörəyin yumşaq his-
səsinin nəmliyindən (nəmlik çox olduqca enerji dəyəri aşağı olur) 
və reseptindən asılıdır. Xəmirə şəkər və yağ əlavə edilməsi məmu-
latın enerji dəyərini xeyli yüksəldir. Çörək məmulatının mənum-
sənilməsi  insan  orqanizminin  vəziyyətindən,  çörəyin  yumşaq 
hissələrinin kimyəvi tərkibindən, strukturundan və digər amillər-
dən asılıdır. 
Çörəyin  tərkibində  olan  zülallar  70-85%,  yağlar  92-95%  və 
karbohidratlar 94-98% mənimsənilir.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin