Firuddin cəFƏrov hasil fəTƏLİyev


PEKTİNLİ İÇKİLƏRİN VƏ SOUSLARIN



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə31/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   27   28   29   30   31   32   33   34   ...   239
2.6. PEKTİNLİ İÇKİLƏRİN VƏ SOUSLARIN 
TEXNOLOGİYASI 
Tərkibində təminatlı pektin olan içkilərin və sousların resept-
ləri işlənmişdir. Onun profilaktiki qidalanma rasionuna daxil edil-
məsi pektinin gündəlik istifadə dozasının nizamlanmasına imkan 
verir. 
Xörəklərin  hazırlanması  üçün  çuğundur  pektinindən  istifadə 
edilir ki,  onun da tərkibində  sərbəst  karboksil  qrupunun miqdarı 
11,1%, birləşmiş karboksil qrupu 7,5%, preparatın təmizliyi-75% 
təşkil edir.  
Profilaktiki içkilərin resepti şaftalı, heyva və alma püresindən 
istifadə edilməklə işlənmişdir.  
İçkilərin  hazırlanması  üçün  pektin  səpilərək  dozalaşdırılmış 
və intensiv qarışdırılmaqla suya yeridilmişdir. Qarışığa şəkər əlavə 
edilərək qarışdırılmış və meyvə püresi ilə limon turşusu əlavə edil-
mişdir. İçkilər 80
0
C-dək isidilmiş və sonra 7-14
0
C temperaturadək 
soyudulmuşdur. İçkilər krem rəngli, təzə meyvə iyinə malik olmuş 
və pektinin əlavə edilməsi onun dadını dəyişməmişdir.  
Müxtəlif reseptlərlə hazırlanmış içkilər özündə həll olan 10-


63
 
11,6% quru maddəyə və 0,3% turşuluğa malik olur ki, bu da yaxşı 
istehlak  xüsusiyyətini  təmin  edir.  Pektinin  miqdarı  0,4%,  enerji 
dəyəri 100 q içkidə 38-45kkal-dır.  
Sousların reseptlərini pektin əlavə etməklə hazırlayarkən əv-
vəlcədən pektinin müxtəlif temperaturda və müxtəlif mühitlərdə: 
suda, sirkə turşusu məhlulunda, ət-sümük bulyonunda və bitki ya-
ğında,  daha  doğrusu  sousların  ən  çox  hazırlandığı  sulu  mühitdə 
şişmə vaxtı müəyyən edilmişdir. 
Bu rejimlər pektin sousa yeridildikdə məsləhət görülür. Pektin 
bu mühitə nazik şirnaqla əlavə edilməli və fasiləsiz qarışdırılmalı-
dır.  


64
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin