Firuddin cəFƏrov hasil fəTƏLİyev


 MÜALICƏVI-PROFILAKTIKI QIDALANMA



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə28/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   24   25   26   27   28   29   30   31   ...   239
2.3. MÜALICƏVI-PROFILAKTIKI QIDALANMA 
XÖRƏKLƏRININ SAXLANMA MÜDDƏTI VƏ 
REALIZƏSI 
Çıxdaş üzrə (pis malların çıxdaş edilməsi) komissiyanın ica-
zəsindən sonra müalicəvi-profilaktiki qidalanma xörəkləri realizə 
oluna  bilər.  Şorba  və  isti  xörəklər  paylanana  qədər  marmitdə 
(hermetik qapaqlı qab) 2-3 saatdan artıq olmamaqla saxlanmalıdır. 
Hazır məhsulun normadan artıq saxlanmasına xüsusi hallarda ica-
zə verilir. Hazır məhsulun məcburi saxlanması  zamanı, o, hazır-
landığı müddətdən 3 saatdan artıq vaxt keçməmək şərtilə soyudul-
malıdır.  Saxlanma  +8
0
C-dən  artıq  olmayan  temperaturda  və  12 


56
 
saatdan artıq olmamaq şərtilə aparılır. Qalan qidanın miqdarı jur-
nalda qeyd olunur. Təkrar paylanma zamanı bu xörəklər diqqətlə 
yoxlanmalıdır.  Normal  orqanoleptik  göstəricilərə  malik  olan  xö-
rəklər təkrar isti ilə işlənməyə məruz qalır. Sulu xörəklər qaynadı-
lır, ət və balıq xörəkləri isə qızardılır. Bu xörəklərin realizə müd-
dəti 1 saatdan artıq deyil. Bir gün əvvəlki qidanın qalıqlarını təzə 
qida ilə qarışdırmaq qəti qadağandır.  
Tərəvəz  xörəklərinin  xüsusilə  isti  xörəklərin  saxlanma  müd-
dətindən nəinki onların dad keyfiyyətləri, həmçinin vitamin dəyəri 
də  asılıdır.  Məsələn,  təzə  kələmdən  hazırlanan  isti  xörəklərdə  3 
saatdan sonra C vitamini 20%, 6 saatdan sonra isə 6% qalır. Ona 
görə də isti tərəvəz xörəklərinin saxlanma müddəti şorbalar üçün 
isti və qarnirlər üçün isə 75
0
C temperaturda 2-3 saatdan artıq ol-
mamalıdır.  
Təkrar isinmə zamanı dad xeyli pisləşir və C vitamini tama-
milə parçalanır. Ona görə də bu xörəklərin hazırlanması müalicə-
vi-profilaktiki  qida  rasionuna  uyğunlaşdırılmalıdır.  Təzə  tərəvəz 
salatları işçilərə verilən ərəfədə hazırlanmalıdır.  
Müalicəvi-profilaktiki qidalanmada səhər yeməkləri və ya na-
harın  gigiyenik  qiymətləndirilməsi  zamanı  tibb  məntəqələrinin 
tibb işçiləri tərəfindən Tibb Elmləri Akademisayının tövsiyəsi əsa-
sında  hazırlanmış  xörəklərin  uyğunluğu  yoxlanılmalıdır.  Nadir 
hallarda bu və ya digər qida məhsullarının əvəz olunmasına ancaq 
dəyişmə norması daxilində icazə verilir. 
Müalicəvi  profilaktiki  qidalanma  məhsullarının  keyfiyyətinə 
və onların buraxılma qaydalarına cavabdehliyi istehsal müdiri və 
aşbaz daşıyır. 
Bu zaman ictimai iaşə müəssisəi müəyyən miqdarda müalicə-
vi-profilaktiki qidalanmanı ayrı-ayrı rasiona görə hazırlamaq üçün 
aldıqları sifarişləri hər iş növbəsinin təyin edilmiş vaxtına uyğun 
hazırlamalıdır. 
 
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin