Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə26/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   22   23   24   25   26   27   28   29   ...   239
 


47
 
İKİNCİ FƏSİL 
 
MÜALİCƏVİ-PROFİLAKTİKİ QİDALANMA (MPQ)  
 
2.1. MÜALİCƏVİ-PROFİLAKTİKİ MƏHSULLARIN 
HAZIRLANMA TEXNOLOGIYASI 
MPQ  orqanizmdə  zərərli  maddələrin  toplanmasını  məhdud-
laşdırır, onun müəyyən peşə ilə bağlı zərərlərə qarşı müqavimətini 
artırır.  
Bu və ya digər qida məhsulları zəhərlərin təsirini sürətləndirir 
və  ya  zəiflədir,  onların  orqanizmdən  çıxarılmasını  sürətləndirir, 
onun ümumi dözümünü artırır, ən çox zərər çəkən orqanın vəziy-
yətinə təsirini artırır, əlavə enerji sərfini konpensasiya edir. Buna 
görə də insan orqanzimində baş verən pozulmaların qarşısını al-
maq, peşə ilə bağlı zərərli amillərin təsirini azaltmaq üçün müali-
cəvi-profilaktiki qida məhsulları işlənib hazırlanmalıdır.  
MPQ-da əsas rol zülallara məxsusdur. Kükürdlə zəngin olan 
aminturşular orqanizmdə asan həll olan və orqanizmdən tez kənar 
olunan  birləşmələrin  yaranmasına  səbəb  olur  ki,  bu  da  zəhərli 
maddələri birləşdirmək qabiliyyətinə malikdir. Digər tərəfdən, bə-
zi intoksikasiyalar zamanı (karbon-sulfid, hidrogen-sulfid) rasion-
da zülalı azaltmaq tələb olunur, çünki zəhərin detoksikasiya pro-
sesi pozulur. 
MPQ-da  yağların  rolu  müxtəlifdir.  Tərkibində  yarımdoyma-
mış yağ turşuları və antioksidant təsirli vitaminlər olan yağlar or-
qanizmə  profilaktiki  təsir  göstərir.  Turşumuş  yağlar  isə  əks  təsir 
göstərir. 
Karbohidratların biokimyəvi rolu onun qlükuron turşusu əmə-
lə gətirməsidir. Bu da zəhərli maddələrin və onların metabolitləri-
nin birləşməsinə və orqanizmdən kənar olunmasına səbəb olur. 
Vitaminlər  orqanizmin  bir  çox  kimyəvi  zəhərlərə  qarşı  dö-
zümlüyünü artırır. Askorbin turşusunun, A-vitamininin, B-qrupu 
vitaminlərinin  detoksikasiya  xüsusiyyəti  məlumdur.  E-vitaminin 


48
 
qəribə, təbii antioksidant xüsusiyyətinin olduğu bəllidir. 
MPQ qidalanma rasionu orqanizmə təsir edən peşə amillərin-
dən asılı olaraq tərtib edilir. Bu zaman balanslaşdırılmış qidalan-
manın ümumi prinsiplərinə riayət olunur.  
MPQ-nın işinin xarakterindən asılı olaraq, 7 rasiondan biri tə-
yin  olunur.  Onların  xarakterizəsi  və  tərkibində  olan  məhsulların 
siyahısı 2.1 və 2.2 saylı cədvəllərdə verilmişdir. 
 Cədvəl 2.1  
Müalicə-profilaktiki qida rasionunun xarakterizəsi 
Rasio-
nun  
№ si 
Müalicəvi-profilaktiki 
qidalanmaya səbəb olan zərərli 
amillər 
Vitaminlərlə əlavə 
zənginləşdirilənlər 
1. 
Rentgen şüaları və radioaktiv 
maddələr 
150 mq C vitamini 
2. 
Qeyri-üzvi, konsentrasiyalı 
turşular, qələvi metallar, xlor və 
onun qeyri-üzvi birləşmələri, 
fosgen və s. 
qələvi metallarla, xlorla, sianidlə 
və azot oksidləri ilə işlədikdə - 
2mq A vitamini və 100 mq C 
vitamini; Florla işlədikdə - 2mq A 
və 150 mq C- vitaminləri; 
Fosgenlə işlədikdə - 100 mq C 
vitamini 
3. 
Kimyəvi allergenlər, o cümlədən 
xrom və onun birləşmələri 
2 mq A vitamini, 100 mq C 
vitamini, 15 mq PP -vitamini, 25 
mq U-vita-Mini 
4. 
Qurğuşun və onun qeyri-üzvi 
birləşmələri 
150 mq C - vitamini  
5. 
Xlorlaşdırılmış karbohidrogen-
lər, mərgümüş tellur, selen, 
kremnium və s. birləşmələr 
mərgümüş və tellur birləşmələri 
ilə işlədikdə 150 mq C vitamini, 4 
mq B
1
 vitamini, 450 mq C 
vitamini 
6. 
Benzolun amin-nitrobirləşmələri  
B
1
 və B
2
 vitaminləri 2 mq; B
6
 
vitamini-3mq, PP vitamini 20 mq, 
E vitamini 100 mq. 
7. 
Civə və onun qeyri-üzvi birləş-
mələri tetraetilqurğuşun, brom-
laşmış karbohidrogenlər, kar-
bon-sulfid, tiofos, manqan bir-
ləşmələri, berillium, barium və 
s. 
B
1
-vitamini 4 mq, 
C-vitamini 150 mq 
 


49
 
 Cədvəl 2.2 
Müalicə-profilaktiki məhsulların məsləhət görülən gündəlik 
çeşidi 
 
Məhsullar, q 
Müalicəvi-profilaktiki qida rasionu 
N 1  N2  N3  N4 
N5 
N6 
N7 
Buğda çörəyi 

100  100  100 
100 
75 
100 
Çovdar çörəyi  
100  100  100  100 
100 
75 
100 
Buğda unu 
10 
15 

15 
15 
16 

Kartof unu 







Yarma, makaron 
25 
40  15/0  35 
15 
10/8 
20 
Paxlalılar  
10 






Şəkər 
17 
35 

35 
45 
15 
40 
Ət  
70  150  81  100 
100 
74 
100 
Quş  





37 

Balıq  
20 
25 

25 
50 
40 
35 
Qaraciyər, ürək 
30/0  25/0  40 
20 

20 
25 
Yumurta  
3/4  1/4 

1/3 
1/4 
1/4 

Qatıq  
200  200  156  200 
200 

200 
Süd  
70 




142 

Şor  
40 

71 
80 
110 
40 
35 
Pendir 
10 
25 





Tərəvəz  


274  160 
25 
270 
100 
Xama  
10 

32 

20 
28 
10 
Heyvan piyi 







Heyvani yağlar 
20 
15 
13 
10 
15 
18 
17 
Bitki yağı 

13 
20 

10 
13 
15 
Kartof 
160  100  120  100 
150 
170 
125 
Kələm  
150  150 





Kök  
90 






Göy noxud  

10 





Tomat-püre 







Təzə meyvə 
130 

73  100 

10 

Şirə  





60 

Quş üzümü  







Limon  







Meyvə qurusu (qara gavalı, ərik qurusu, 
mövüc) 







Suxarı  







Duz  







Çay  
0,4  0,5 

0,5 
0,5 
0,1 
0,5 
Mineral su (“Narzan” tipli) 


100-
150 




 


50
 
Bir  sıra  istehsal  sahələrinin  işçiləri  üçün  ancaq  vitamin 
preparatlarının verilməsi (yüksək temperatur və intensiv istilik və 
şüalanmaya  məruz  qalanlar  üçün)  nəzərdə  tutulur:  2  mq  A 
vitamini, 3 mq B
1
 və B
2
, 150 mq C vitamini və 20 mq PP -vitamini 
təyin  edilir;  tütün-tənbəki  və  nikotin  istehsalında  nikotin  tozuna 
məruz  qalanlar  üçün  –  2mq  B
1
-vitamini  və  150  mq  C  -vitamini 
məsləhət görülür.  
MPQ  və  vitaminlərin  verilməsinə  tibbi-sanitar  və  sağlamlıq 
məntəqələrinin işçiləri nəzarət edirlər.  
Mülaicəvi-profilaktiki qidalanma ilə yanaşı toksiki maddələr-
lə  təmasda  olan  fəhlələr  üçün  də  hər  gün  süd  verilməsi  nəzərdə 
tutulur.  
Müalicəvi-profilaktiki qidalanma rasionunun tərtibi müxtəlif 
qida komponentlərinin kimyəvi birləşmələrə detoksikasiyanın ef-
fektli təsirinə və fiziki amillərin zərərli təsirini azaltmaq qabiliy-
yətinə əsaslanır. Zərərli maddələr bu zaman onların təsir mexaniz-
minə görə təsnifləşdirilir. Rasionların profilaktiki istiqamətlənmə-
si  balanslaşdırılmış  qidalanmanın  əsas  konsepsiya  prinsiplərinə 
riayət  olunmadan  təmin  oluna  bilməz.  Buna  görə  də  istənilən 
rasion özünün enerji dəyərinə və kimyəvi tərkibinə görə, bütöv-
lükdə gündəlik qidalanma ilə peşəkar əhali qrupunun ayrı-ayrı qi-
da komponentlərinə təlabatını ödəməlidir.  
Müalicəvi-profilaktiki  qidalanma  rasionlarının  enerji  dəyəri 
gündəlik  təlabatın  təxminən  45%-ni  təşkil  etməlidir.  Müalicəvi-
profilaktiki qidalanmanın rasionunda orta hesabla, zülallar - 60 q, 
yağlar - 50 q, karbohidratlar -160 q, enerji dəyəri isə - 5,86 MC 
(1400 kkal)-dur.  
Pulsuz isti səhər yeməkləri yeyən işçilərə, vitaminlər yeməklə 
birgə  verilir.  Ancaq  vitamin  verilməsi  işi  yeməkxanalarda  təşkil 
olunur. Bu zaman aşağıdakı qaydalara əməl olunmalıdır: 
1.
 
C
,
 B
1
, PP - vitaminləri kristal formada istifadə olunmalıdır. 
Çünki  draj  və  həbb  formasında  onların  həm  qiyməti  baha  olur, 
həm də işçilərin qəbuluna nəzarət də çətinləşir. 
2.
 
Vitaminlərin su məhlulunda hazır xörəyə qatılması məslə-


51
 
hət görülür. Vitamin məhlulu hər gün elə hazırlanır ki, çay qaşı-
ğında (4 ml) lazım olan bir vitaminin və ya hamısının birgə dozası 
olmuş olsun.  
3.
 
Vitamin payı yeməkxanada həkim və ya tibb bacısının nə-
zarəti altında hazırlanmalıdır. Müəyyən dozaya malik olan vitamin 
tozları isti suda ancaq lazım olan təqdirdə həll edilir, çünki, məhlul 
saxlanılarkən  hətta  bir  neçə  saat  ərzində  C  vitamini  parçalanır. 
Məhlulun 50 adam üçün hazırlanması məsləhət görülür.  
4.
 
Əgər  müalicə-profilaktiki  qida  isti  səhər  yeməyi  for-
masında verilirsə, onda vitamin məhlulu çay və ya kofeyə əlavə 
edilir.  Əgər  tək  vitamin  verilməlidirsə,  onda  onların  məhlulu  (1 
çay qaşığı) şorbaya və ya şirin xörəyə tökülür.  
A-vitamini  yağda  həll  edilir  və  isti  xörəklərin  qarnirinə 
(bişmiş səbzəvat) adambaşına 2 mq (və ya 6600 ME) olmaqla qa-
tılır.  Sex  yeməkxanaları  olmayan  zavodlarda  ümumi  zavod  ye-
məkxanaları olur. A-vitamini işçilərin sayı nəzərə alınmaqla yağda 
və ya qarnirdə həll edilir. Bəzi hallarda vitaminlərin həb və ya draj 
formasında verilməsinə icazə verilir. 
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin