Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə22/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   18   19   20   21   22   23   24   25   ...   239
Probiotiklər - canlı mikroorqanizm və ya fermentləşmiş məh-
sul olub, insanın sağlamlığına, mikroekoloji statusun normallaşdı-
rılması  sistemini  stimullaşdırmaq  yolu  ilə  müsbət  təsir  göstərir. 
Bunlara  xüsusi  asidofil  çubuqlar,  bifidobakteriya,  termoifil  süd-
turşusu streptokokları, metabolit törədicilər, fermentlər, vitaminlər 
və bioloji aktiv maddələr aiddir ki, bunlar da insanın müxtəlif or-
qan  və  sisteminin  formalaşmasında,  funksiyalaşmasında  mühüm 
rol oynayır. 
Prebiotiklər - insan orqanizminə böyümənin selektiv stimul-
yasiya və ya bağırsağın faydalı mikroflora nümayəndələrinin ak-
tivliyi  vasitəsilə  səmərəli  təsir  göstərir.  Ən  əsas  prebiotiklərdən-


42
 
laktulozanı,  ksiliti,  rafinozanı,  pektini,  inulini,  amin  turşularını, 
üzvi turşuları, doymamış yağ turşularını və digər maddələri gös-
tərmək olar. 
Simbiotiklər - probiotik və prebiotiklərin müştərək kombina-
siyasıdır. 
Funksional  inqredientlərə  həmçinin  üzvi  turşular,  bioflavo-
noidlər, dabbaq maddələri, qlükozidlər və digər birləşmələr aiddir. 
Üzvi turşular (alma, limon, şərab, süd və s.) qida lifləri ilə bir-
gə bağırsaqda çürümə və qıcqırma proseslərinin qarşısını alır. On-
lar həzm sisteminə qıcıqlandırıcı təsir göstərir. Limfanın dğvr et-
məsini yaxşılaşdırır, qan dövranını stimullaşdırır, zərərli maddələ-
rin (ağır metallar, radioaktiv elementlər) kənarlaşmasına köməklik 
edir.  
Üzvi turşular maddələr mübadiləsində iştirak edir, bağırsağın 
hərəkət aktivliyini yaxşılaşdırır. Onlar adətən əlavə turşu yükü ya-
ratmır,  ferenlə  (üzvi  reagent)  oksidləşir,  mikrofloranın  müəyyən 
tərkibdə formalaşmasına, mühitin pH-nı aşağı salmaqla təsir edir, 
mədə şirəsinin orqanizmdə ifraz olunmasını stimullaşdırır. 
Sübut olunmuşdur ki üzvi turşular orqanizmdə nitrozaminlərin 
əmələ gəlməsinə mane olur ki, bu da onkoloji xəstəliklərin yaran-
ma riskinin azalmasına səbəb olur.  
Limon turşusu orqanizm tərəfindən kalsiumun yaxşı mənim-
sənilməsinə, ayrı-ayrı fermentlərin aktivləşməsinə səbəb olur. Li-
mon  və  alma turşuları qanda və  toxuma mayesində mübadilənin 
turş məhsullarının toplanmasına maneçilik törədir. Bu məhsullar 
beyində  cəmləşərək  yorğunluq  əmələ  gətirir.  Benzoy,  salisil  və 
sorbin turşuları antiseptik təsirə malik olurlar. Kəhrəba turşusu hü-
ceyrədaxili tənəffüs prosesini aktivləşdirir, etanolun toksiki təsiri-
ni azaldır, askorbin turşusunun mənimsənilməsini artırır.  
Bioflavonoidlər – (kversetin, rutin, piknoqenol və s.) antiok-
sidant aktivliyinə malikdir ki, bu da fenolların ağır metalların ion-
larını davamlı komplekslərə çevirməsinə, onların katalitik təsirlə-
rinin ləğv olunmasına əsaslanır. Bioflavonoidlər həmçinin antiba-
kterisid, antivirus, immunstimullaşdırıcı, damar genişləndirici tə-
sirlərə malikdir.  


43
 
P vitamini aktivliyinə malik olan flavonoid birləşmələr xüsu-
silə, katexinlər qan damarlarının  divarlarını  möhkəmlədir, kapil-
yarların kövrəkliyinin qarşısını alır. 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin