Firuddin cəFƏrov hasil fəTƏLİyev


Ərinmiş qida yağlarının funksional xüsusiyyətləri və



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə10/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   6   7   8   9   10   11   12   13   ...   239
C-vitamini (askorbin turşusu) – oksidləşmə reduksiya pro-
seslərində, toxumaların tənəffüsündə, amin turşuları, karbohidrat, 


33
 
yağ  və  xolesterin  mübadiləsində  iştirak  edir.  Kollagen  zülalının 
əmələ gəlməsi üçün vacibdir, çünki o, damar hüceyrələrinin, sü-
mük toxumasının, dərinin əmələ gəlməsində iştirak edir və yaranı 
sağaldır. 
O, böyüməni stimullaşdırır, mərkəzi əsəb sisteminin funksiya-
sına,  endokrin  vəzlərə,  xüsusilə  böyrəküstü  vəzlərə  müsbət  təsir 
edir,  qaraciyərin  funksiyasını  yaxşılaşdırır,  dəmirin  mənimsənil-
məsinə  və  normal  qan  yaratmağa  təsir  edir,  bir  çox  vitaminlərin 
mübadiləsinə,  orqanizmin  neqativ  təsirlərə  (infeksiya,  kimyəvi 
maddələrin intoksikasiyasına, artıq isinməyə, soyumağa, oksigen 
çatışmazlığına qarşı dözümlüyünü artırır. C-vitamini, artıq həzm 
prosesi zamanı yaranan sərbəst radikalların təsirini neytrallaşdırır, 
güclü kanserogen təsirə malik olan nitrat və nitrozaminlərin əmələ 
gəlməsinin qarşısını alır. 
C vitamininin çatışmazlığı yorğunluq riskinin artmasına, əsəb 
və fizioloji pozuntunun yaranmasına (dişlərin tökülməsi, sümük-
lərin kövrəlməsi) və xəstəliklərin (sinqa və s.) əmələ gəlməsinə sə-
bəb olur. Eyni zamanda askorbin turşusunun piylənmənin qarşısını 
almağı barədə də fikirlər mövcuddur. C qrup vitaminləri bir çox 
vacib maddələr mübadiləsi reaksiyalarında: biosintezdə, yağ tur-
şuları və steroidlərin oksidləşməsi və digər çevrilmələrində, azot 
mübadiləsində,  metioninin,  purin  əsaslarının,  timidinin  biosinte-
zində, bir çox mühüm fizioloji birləşmələrin əmələ gəlməsində iş-
tirak edir. 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin