FəSİl kursun predmeti. Sosial sahəLƏr və onlarin iNKİŞafi amiLLƏRİ



Yüklə 101,5 Kb.
səhifə1/4
tarix18.01.2022
ölçüsü101,5 Kb.
#51380
  1   2   3   4
Sosial mühazirə 1-45


FƏSİL 1. KURSUN PREDMETİ. SOSİAL SAHƏLƏR VƏ ONLARIN İNKİŞAFI AMİLLƏRİ
§1. “Sosial sahələrin iqtisadiyyatı” kursunun predmeti, məqsəd və vəzifələri

§2. “Sosial sahələrin iqtisadiyyatı” fənninin funksi­ya­ları və tədqiqat metodları

§3. Sosial infrastruktur və onun iqtisadi əhəmiyyəti

§4. Sosial sahələrin dinamikasını müəyyən edən amillər


§1. “Sosial sahələrin iqtisadiyyatı” kursunun predmeti, məqsəd və vəzifələri
Sosial sfera öz əhəmiyyətinə və əhatə dairəsinə görə cə­miy­yətin in­ki­şa­fın­da mühüm yerlərdən birini tutur. Sosial sfe­ranın inkişafına nail olmadan, iqtisadiyyatın, ümumi an­lam­da isə cəmiyyətin davamlı inkişafına nail olmaq müm­kün deyil. Belə ki, cəmiyyətin, eləcə də sosial sferanın in­ki­şa­fı ilə iqtisadiyyatın inkişafı arasında birbaşa asılılıq var­dır. Məhz bu asılılıq cəmiyyət üzvləri arasındakı sosial və iq­tisadi münasibətləri təcəssüm etdirir. Bu mü­na­sibətlərin forması isə sosial sferaya daxil olan sahələrin inkişaf sə­viy­yə­sinə uyğun olur. Bu baxımdan sosial sferanın inkişafı xü­su­si əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, cəmiyyət – iqtisadi, siyasi, hüquqi, mədəni-əxlaqi və s. münasibətlərin tənzimlənməsi funk­si­ya­sı­nı həyata keçirən sosial institutların vəhdətdə olan so­sial sis­temidir. Cəmiyyət və sosial sistem anlayışlarını müəy­yən dərəcədə eyniləşdirmək olar. Belə ki, iqtisadi ədə­biyyatlarda so­sial sistem insanlar arasında davamlı əlaqə və mü­na­si­bət­lər kimi şərh edilir. İnsanlar bir-biri ilə davamlı əlaqə və mü­na­sibətlər qurmaqla öz tələbatlarını ödəməyə çalışırlar. De­mə­li, sosial sistem insanların maddi və mənəvi tələbatlarını ödə­mək üçün davamlılığı, bütövlüyü, özü­nü­in­kişafı, möv­cud sosial norma və dəyərləri, onların qar­şı­lıq­lı fəaliyyətini və bağlılığını təmin edir. Yəni sosial sistemin və ya cə­miy­yə­tin inkişafı insanların birgə fəaliyyəti nə­ti­cə­sin­də müm­kün­dür. Beləliklə, sosial sahələrin inkişafı və sə­mə­rəli fəaliyyəti cə­miyyətin inkişafını təmin edir. Cə­miy­yə­tin inkişafı isə so­sial münasibətlərdən, başqa sözlə, onlara xid­mət göstərən sa­hələrin, yəni sosial sferanın inkişaf sə­viy­yə­sindən asılıdır. So­sial münasibətlər – insanların həyatı, yaşayışı və inkişafı ilə bağlı olan münasibətlərin məc­mu­su­dur.



Beləliklə, sosial sfera anlayışını təhsil, səhiyyə, mə­də­niy­yət, turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı və s. sahələrin məcmusu kimi başa düşmək olar. Sosial sfe­ra - əha­linin sosial müdafiəsi və əhaliyə göstərilən xidmətdə zə­ma­nətli sosial mi­ni­mum­ların işlənilməsi və reallaşmasının kom­pleks inkişafına xidmət edir. Sosial sfe­ra de­­dikdə in­sa­nın sosial tələbatlarının ödənilməsinə xidmət edən, onun hə­ya­tının tək­rar is­teh­salını təmin edən fəaliyyət sahəsi başa dü­şülür. Onun struktur elementlərinə sosial infrastruktur sa­hə­ləri, sosial və məişət xidməti sahələri, sosial sferanın idarəetmə or­qan­la­rı və tənzimləmə mexanizmi, həmçinin, əhalinin istehlak davranışı mexanizmi daxildir.

Cəmiyyətin sosial sferası sosial proses subyektlərinin durmadan təkrar istehsalı zə­rurətindən doğan obyektiv təlabatın yaratdığı, cəmiyyətə məxsus bütöv və daim də­yiş­məkdə olan bir altsistemdir. Başqa sözlə, bu, insanın öz həyatını təkrar istehsal edən fəaliyyət sahəsidir, cəmiyyətin sosial funksiyasını həyata keçirən fazasıdır. Bu­ra­da insanın sosial və vətəndaş hüquqları reallaşır. Onun fəaliyyət göstərməsi ob­yek­tiv qanunlarla müəyyənləşdirilir və sosial idarəçiliyin müəyyən prinsiplərinə əsas­lanır.

Sosial sfera əşya, prosessual, ideya və insani cəhətli zə­ru­ri komponentlər dəstinə malikdir. Bu struktur vahidlərinin qarşılıqlı əlaqəsi, bu sistemə xas olan keyfiyyət xü­su­siy­yət­lə­ri­ni yaradır.

Beləliklə, sosial sahələrin iqtisadiyyatı fən­ninin obyektini bu sferanın strukturuna daxil olan böl­mə­lər, fəaliyyət göstərən müəssisə və təşkilatlar, predmetini isə bu sahələrdə baş verən hadisə və proseslər, bu zaman ya­ra­nan münasıbətlər təşkil edir.

Sosial sahələrin iqtisadiyyatı elm, təhsil, mədəniyyət və in­­cəsənət, səhiyyə, turizm, sosial təminat, mənzil-kom­mu­nal təsərrüfatı və digər sa­hə­lərdə yaranan iqtisadi mü­na­si­bətlər sis­­temini tədqiq edir. Bu münasibətlərin səmərəliliyi isə so­sial rifahın təmin olunması prosesində əmələ gəlir.

Sosial sferaya daxil olan sahələrin ümumi, oxşar cə­hət­lə­ri var­dır.

Əvvəla, sosial sferaya daxil olan sahələri xa­rak­te­ri­zə edən göstəricilərlə həyat səviyyəsini səciyyələndirən əsas gös­təricilər eyniyyət təşkil edir.

İkincisi, sosial sferaya daxil olan sahələr əsa­sən xidmət sahələrini əhatə edir.

Üçüncüsü, so­sial sferaya daxil olan sahələr məcmu halda maddi və mə­nə­vi dəyər yaradaraq, insan potensialının inkişafında əhə­miy­yətli rol oynayır.

Bunlardan başqa, sosial sferaya daxil olan sahələr öl­kə­nin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasının zə­ru­ri tər­kib hissələri kimi çıxış edir. Sosial sferada meydana çı­xan təh­lü­kə birbaşa və dolayısı ilə milli iqtisadiyyata təsir edir. De­mə­li, milli iqtisadiyyatın təhlükəsizliyi sosial sfe­ra­nın təhlü­kə­siz­li­yindən asılıdır. Sözsüz ki, sosial təh­lü­kə­siz­li­yin təmin edilməsi üçün, iqtisadi mühitlə yanaşı, sosial mü­hit də yaradılmalıdır. Əks təqdirdə iqtisadi inkişafın da­ya­nıq­lığı qeyri-mümkün olar və sonda ölkə iqtisadiyyatı ciddi təh­lükə ilə qarşılaşa bilər. Burada sosial mühit dedikdə - in­sa­nı əhatə edən ictimai, maddi və mənəvi şərait, onun möv­cud­luğu və fəaliyyətinin məcmusu başa düşülür. Əlbəttə bu­ra­da sosial mühit dar mənada işlədilir və bilavasitə insan hə­ya­tı ilə bağlı olan sahə və qrupların fəaliyyəti, onların in­ki­şa­fı­na yaradılan şərait kimi şərh olunur. Unutmaq lazım deyil ki, cəmiyyətdə baş verən bütün hadisələr (təbii hadisələr is­tis­na olmaqla) məhz insanın əməyinin, biliyinin, bacarığının, dün­yagörüşünün, mədəniyyətinin və s. nəticəsi olaraq mey­da­na çıxır. Bu bilik, bacarıq, dünyagörüşü isə sosial sferaya da­xil olan xidmət (elm, təhsil, mədəniyyət, səhiyyə və s.) sa­hə­lərində formalaşır və inkişaf edir.



Yüklə 101,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin