Fənn: Məktəb təliminə hazırlıq Qrup: mq2-19 Müəllim


Məktəbə hazırlıq qruplarında uşaqların bilik bacarıq və vərdişlərin dəyişdirilməsi



Yüklə 491,31 Kb.
səhifə6/7
tarix16.05.2022
ölçüsü491,31 Kb.
#58104
1   2   3   4   5   6   7
Məsməliyeva Röya Məktəb təlimi

Məktəbə hazırlıq qruplarında uşaqların bilik bacarıq və vərdişlərin dəyişdirilməsi.

3-6 yaş dövrü uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beyinin düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətləri artır. Əslində beyin o vaxt düzgün inkişaf edir ki, uşaq müsbət (özünü sevilən hiss edir) psixoloji və stimullaşdırıcı (uşağın ətrafında olan böyüklər: ana, tərbiyəçi və b.) mühitdə böyüyür.

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər təhsil uşaqların fiziki, psixoloji, idrakı və sosial inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının qorunması və estetik inkişafında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür və qrup şəraitində böyüklər və yaşıdları ilə hərətərəfli ünsiyyət qurmaq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı əldə edir. Məktəbəqədər müəssisə də öz növbəsində uşağın ətraf aləmlə qarşılıqlı harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmağa qadirdir. Bunların da əsası məktəbəqədər müəssisələrdə qoyulur. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri formalaşır, ətraf aləmin hadisələri, sadə qanunları və qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək bacarığı yaranır.

Uşaqlar fakt və hadisələri müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxartmaq kimi bacarıqlara yiyələnirlər. Uşaq şəxsiyyətinin inkişafı üçün şərait yaradan sosial mühitdə ünsiyyətin rolu böyükdür. Ünsiyyət prosesində maddi və mənəvi dünyanın, təbiət, əşya və sosial aləmin dərk olunması, şəxsiyyətlərarası münasibətlərin inkişafı, emosional və iradi mədəniyyətin təşəkkül tapması baş verir. Ünsiyyət yeni sosial mühitə uyğunlaşmaya imkan yaradır. Ünsiyyət vasitəsilə uşaq özünü ifadə edir, digərlərini başa düşür, cəmiyyətdə öz yerini və vacibliyini dərk etməyiə çalışır. Bunun üçün müvafiq bacarıqların mənimsənilməsi zəruri hesab edilir. Kommunikativ bacarıqlara nail olmaq uşağın sosial davranışını yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə, məlumat verməyə, hisslərini ifadə etməyə, bütövlükdə nitq inkişafına imkan yaradır.

İlkin qazanılan bacarıq və vərdişlər, millimənəvi keyfiyyətlər şəxsiyyətin həyat mövqeyini müəyyənləşdirir. Müasir təhsil modelində məktəbəqədər təhsilə ümumi təhsilin birinci pilləsi, uşaqların məktəb təliminə müvəffəqiyyətlə keçidi üçün bərabər imkanların yaradılmasının əsası kimi baxılır. Bu yaş mərhələsində nəinki bütün uşaqlar üçün ümumi olan xarakter cizgiləri, həm də xüsusi, fərdi psixi və davranış xüsusiyyətlərinin açılmasına və inkişafına nail olunur.

Məktəbəqədər yaş dövründə uşaqlarda hərəkətliliyə tələbat güclənir, operativ hafizə inkişaf edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu, ayrılmazlığı yaranır. Bütün hərəki fəaliyyətlər dərk olunur, dinamik və məqsədyönlü xarakter daşıyır. Fiziki və idraki çalışqanlıq artır. Xarakter, əqli və iradi keyfiyyətlər, motiv formalaşır. Məktəbəqədər təhsil ibtidai məktəbə keçid ərəfəsində (5-6 yaş dövrü) uşağın həm məktəbdə, həm də sonrakı həyatda uğurlar qazanmasında həlledici rol oynayır.

Təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçilər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşaqların müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr və digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəkləyirlər. Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

• Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması

• Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması.



Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçilərin üzərinə düşür. Belə mühitdə tərbiyəçinin rolu uşaqların özünüifadəsini dəstəkləməkdən, arzu olunan davranış və şəxsi keyfiyyətlərin: “niyə?”, “nə üçün?” suallarının verilməsinin, ətrafdakılara qarşı hörmət və qayğının göstərilməsinin, məsuliyyət hissinin təmin olunmasından ibarətdir. Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və diqqətlə yanaşır, onları məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi “sən nə ilə məşğul olmaq istəyərdin?”, “sən nə fikirləşirsən?”, “çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.


Yüklə 491,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin