Fənn: Məktəb təliminə hazırlıq Qrup: mq2-19 Müəllim


Məktəb təliminə psixoloji hazırlığın onun fərdi xüsusiyyətlərindən asılılığı



Yüklə 491,31 Kb.
səhifə4/7
tarix16.05.2022
ölçüsü491,31 Kb.
#58104
1   2   3   4   5   6   7
Məsməliyeva Röya Məktəb təlimi

Məktəb təliminə psixoloji hazırlığın onun fərdi xüsusiyyətlərindən asılılığı.

 Cəmiyyətin gələcəyi olan uşaqların formalaşması, təlim işləri, insanın sonrakı inkişafı bir çox cəhətdən uşağın məktəb təlimminə hazırlığından, özü də onun düzgün həllindən asılıdır. Ona görə də uşağın məktəb təliminə psixoloji hazırlığı problemi həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlanması məktəbəqədər yaş dövrünün sonunda fiziki və mənəvi inkişafın ən yüksək zirvəsini təşkil edir. Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlığını konkret olaraq hansı keyfiyyətlər müəyyən edir?
Əvvəla, şagirdə, hər şeydən əvvəl, oxumaq bacarığını təmin edən kompleks keyfiyyətlər lazımdır. Buraya ilk növbədə təlim vəzifələrinin mənasını başa düşmək, onları əməli vəzifələrdən fərqləndirmək, hərəkətlərin icra tərzini, özünənəzarət və özünüqiymətləndirmə vərdişlərini şüurlu surətdə dərk etmək daxildir. Burada uşağın iradi keyfiyyətlərinin, xüsusilə təkidlilik, fəallıq, təşəbbüskarlıq və s. inkişafı da çox mühüm əhəmiyyət kəsb edir, belə ki, onlarsız uşaq öz rəftar, bacarıq və davranışını tənzimləyib təlim məsələlərinin həllinə yönəldə bilməz. Məktəbəqədər yaşlı uşaqlarda iradi keyfiyyətlərin inkişaf  səviyyəsi müxtəlif olur, lakin bununla yanaşı, 6 yaşlılarda motivləri bir-birinə tabe olan bir sıra tipik xüsusiyyətlər mövcuddur ki, onların sayəsində uşaq öz rəftar və davranışını idarə edir.
Təlim prosesində uşağın yalnız xarici rəftar və davranışını deyil, həm də əqli fəaliyyəti-nitqi, hafizəsi, təfəkkürü və s. ixtiyari, məqsədyönəlmiş və idarəolunan xarakter daşımalıdır. Uşaq müşahidə etməyi, dinləməyi, yadda saxlamağı və yadasalmanı bacarmalı, müəllimin verdiyi tapşırıqların həllinə  nail olmalıdır. Uşağın məktəb təliminə psixoloji hazırlanması heç də o demək deyil ki, məktəbə daxil olan müddətədək uşaqda müəyyən psixoloji keyfiyyətlər təzahür edir. Sözsüz ki, bu keyfiyyətlər məktəb təlimi zamanı ona məxsus olan həyat və fəaliyyət şəraitinin təsiri altında formalaşır və yalnız bunların sayəsində uşaq məktəb həyatına, müntəzəm təlim prosesinə uyğunlaşa bilir. Məktəbəqədər yaş dövrünün sonunda uşaqların əksəriyyətində məktəbli olmaq, ciddi fəaliyyət göstərmək və oxumaq meylləri baş qaldırır. Bu cür hal, bir növ inkişafın “böhranı” ilə əlaqədar meydana çıxır, daha doğrusu uşaq dərk edir ki, onun ümumi vəziyyəti, mövqeyi durmadan artmaqda olan imkanları ilə müvafiq gəlmir, aparıcı fəaliyyət növü olan oyun yaşlılarla ünsiyyət tərzləri üçün daha əlverişli deyildir. 
Məktəbəqədər yaşlılar artıq böyümüş, məktəb yaşına çatmışlar. Hazırlıq işləri görülmüşdür. Dərs başlanan günü, həm valideynlər, həm uşaqlar, eləcə də müəllimlər intizarla gözləyirlər. Hər bir insanın məktəbə getdiyi ilk gün onun yaddaşında əbədi iz buraxır, xatirələrində yaşayır.
Valideynlər, tərbiyəçilər nigaran hallar keçirirlər ki, uşaq məktəbdə necə olacaq? Oxuya biləcəkmi? Yoldaşları ilə ünsiyyət tapa biləcəkmi? Bu səpgili suallar ata, ana, baba və nənələri, bağça tərbiyəçilərini narahat edir.
Tədrisin başlanğıcı uşaqların yeni fəaliyyət növünə  psixoloji hazırlığı ilə bağlıdır. Uşaqların psixi inkişafı nəzərə alınmalıdır. İlk növbədə uşaqlarda intellektual inkişaf normal getməli, uşaqların yeni sosial mövqeyə hazırlaşmalarına ciddi diqqət yetirilməlidir. Uşaqların psixi inkişafı tələb olunan səviyyəyə çatmalı, davranış və qaydalara əməl etməyə qadir olmalıdırlar. Uşaqlar təlim – tərbiyə prosesində qarşıda duran məqsəd və vəzifələri icra etməyə hazır olmalıdırlar. Bu dövrdə uşaqlarda müşahidə olunan senzitivlik halını müəllimlər düzgün qiymətləndirməli və ondan məharətlə istifadə etməlidirlər.
Uşaqlar məktəbə gələrkən fiziki, anatomik –fizioloji cəhətdən sağlam olurlar. Bu dövrdə uşaq orqanizmində fəal surətdə inkişaf gedir. Ayda təxminən uşaqların çəkisi 200 q, boyu 0.5 sm artır. Bədəndə dəyişikliklər baş verir.  6 yaşlı uşaqlarda hərəkət sürətli olur, qaçır, tullanır,  müxtəlif növlü hərəkətlər edirlər. Sinir sistemində, hərəkətlərdə 7 yaşa doğru inkişaf və dəyişikliklər müşahidə olunur. Uşaqların sağlam və gümrah olmaları onların nəinki məhsuldar fəaliyyətini, habelə tədris fəaliyyətini də xarakterizə edir.
Psixoloqlar, xüsusilə,  B.Q.Ananyev, L.İ.Bojoviç, A.N.Leontyev, A.B.Elkonin və başqalarının tədqiqatlarından məlum olur ki, uşaqların fiziki gümrah vəziyyəti onların məktəb təliminə hazırlığına çox kömək edir. Belə vəziyyət uşaqların sosial mövqeyini, cəmiyyətdə münasibətini müəyyənləşdirməyə kömək edir. Psixoloji hazırlıq şəraitindən asılı olaraq dəyişir. Texniki və elmi tərəqqi uşaqların təlim fəaliyyətinə dəyişdirici, inkişafetdirici təsir göstərir.
Uşaq bağçalarının hazırlıq qruplarında aparılmış sorğulardan məlum olmuşdur ki, uşaqların demək olar hamısı məktəbə böyük həvəslə can atır, uşaq bağçasında qalmaq istəmirlər.
Uşaqları məktəbə cəlb edən amillərdən biri də məktəb həyatının xarici atributlarıdır: parta arxasında oturmaq, şəkilli kitablara, rəngli karandaşlara, penala, məktəbli çantasına və formasına malik olmaq arzularıdır.
Uşağın məktəbə hazırlanmasında II əsas cəhət I sinfə daxil olan uşaq ətraf aləm haqqında, onu əhatə edən cisim və hadisələr haqqında, canlı və cansız təbiətin müxtəlif  xüsusiyyətləri haqqında, insanlar və onların əməyi haqqında, ictimai həyatın ayrı-ayrı sahələri haqqında davranışın əxlaq normaları haqqında müəyyən bilik ehtiyatına malik olmalıdır. Burada həmin biliklərin həcmilə yanaşı həm də keyfiyyətli olması böyük əhəmiyyət kəsb edir.
Uşağın məktəbə psixoloji hazırlanmasında III cəhət onun məktəbəqədər yaş dövründə, əvvəllər ənənəvi şəkildə yalnız məktəbdə öyrədilən bir sıra xüsusi bilik və vərdişlərə-savada, saymaya, hesablamaya, hesab məsələlərinin həlli tərzinə yiyələnməsindən ibarətdir. Bəhs olunan yaş dövründə uşağın savada və riyaziyyat ünsürlərinə yiyələnməsi onun məktəb təliminə müvəffəqiyyətlə təsir göstərir.
Əgər məktəbdə öyrədilən biliklərin məzmunu uşağı özünə cəlb etmirsə, dərsdə tanış olduğu yeniliklər, idrak prosesinin özü onu maraqlandırmırsa, uşağın məktəbə, oxumağa və müəllimə olan müsbət münasibəti heç vaxt təlimdə müvəfəqiyyət qazandıra bilməyəcəkdir.
Məktəbə daxil olan uşaq cisim və hadisələri planauyğun şəkildə nəzərdən keçirməli, onların müxtəlif xüsusiyyətlərini fərqləndirməyi bacarmalıdır. Bu baxımdan, valideynlər və bağça tərbiyəçiləri uçaqda, hər şeydən əvvəl, müşahidəçilik qabiliyyətini inkişaf etdirməlidirlər. Bu vaxt uşaq cisim və hadisələrin fərqli və oxşar cəhətlərini asanlıqla aşkar edir, onları heç bir çətinlik çəkmədən bir-birindən seçə bilir.
Uşağın məkan və zamanda düzgün istiqamət seçməsinin də olduqca böyük əhəmiyyəti vardır. Belə ki, uşaq məktəbə getdiyi elə ilk günlərdən etibarən cisimlərin məkan əlamətləri və istiqamətləri ilə qarşılaşmalı olur.
Uşağın sinif  kollektivinə daxil olmasına, onunla qaynayıb-qarışmasına, orada öz yerini tapmasına və ictimai fəaliyyətə qoşulmasına kömək edən şəxsi keyfiyyətlər də məktəbə psixoloji cəhətdən hazırlığın tərkib hissəsini təşkil edən amillərdən biridir.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlanmalarında uşaq bağçasının böyük və hazırlıq qruplarında aparılan xüsusi tərbiyəvi iş də müəyyən rol oynayır.


Yüklə 491,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin