Fənn: İnformasiya-kommunikasiya texnologiyaları



Yüklə 315,25 Kb.
səhifə1/5
tarix09.12.2022
ölçüsü315,25 Kb.
#73298
  1   2   3   4   5
DOMEN ADLAR XİDMETİ


Azərbaycan dillər universiteti

Fənn: İnformasiya-kommunikasiya texnologiyaları


Mövzu : Domen adlar xidmeti
Kafedra : İnformasiya texnologiyaları
Fakültə : Təhsil 1
Kurs : I
Qrup : 104A
Müəllim : Haciyev Akif
Tələbə : Məhbubə Piriyeva

DOMEN ADLAR XİDMETİ
DNS - (Domain Name System), adı ip ünvana və ip ünvanı ada çevirən bir servisdir. Dünyada internet saytlarının sayı artıqca və bütün saytların ip ünvanlarını yadda saxlamaq mümkün olmadığından DNS-in yaradılmasına ehtiyac yaranmış, beləliklə, onilliklər əvvəl DNS yaradılmışdır. Dostlar, DNS-i asan anlaya bilməyiniz üçün kiçik bir nümunə təqdim etmək istərdim: Belə ki DNS-in işləmə prinsipini bir növ mobil cihazda olan nömrələrin yer aldığı kitabça (phone book) kimi düşünmək olar. Çünki, mobil cihazımızın kitabçasında olan bütün əlaqə nömrələrini (rəqəmləri) yadda saxlamaq mümkün olmadığından biz həmin əlaqə nömrələrinin məxsus olduğu insanların adlarını nömrələrə bağlayaraq telefonumuzda xüsusi ad ilə yaddaşa veririk ki, zəng müddətində nömrə deyil, məhz həmin ad əks olunur. Dostlar, DNS-in də işləmə funksiyası bu cürdür. Fikrimcə qısaca olaraq, DNS-i internetin telefon kitabçası adlandırmaq olar.
DNS-in arxitektura və ya iyerarxiyası

DNS RootTop Level DomainsSecond Level Domains, Third Level Domains və ya Subdomain tipli arxitektura və ya iyerarxiyaya malikdir:
Root hints olaraq dünyada 13 ədəd Root server mövcuddur və həmin root hints-lərdə yüz və minlərlə DNS server yer alır. Aşağıdakı şəkildə DNS-in ilk olaraq yaradılmasından etibarən həmin 13 Root server-in idarəsini həyata keçirən idarə və təşkilatların siyahısı A2M (yəni A-dan M-ə) ardıcıl olaraq verilmişdir. Qeyd edim ki, bu Root serverler kritik infrastruktur olmasına baxmayaraq burada "fault tolerance"​ mövcuddur ki, hər hansı bir Root server-in sıradan çıxması dünyada - internet istifadəçilərində özünü biruzə vermir.


TOP Level Domains (TLD) - kommersiya və qeyri-kommersiya təşkilatları, idarələr və s. olan, eləcə də dünya ölkələrinin kodlarının (adlarının) qısaldılmış formasını özündə əks etdirən TLD-nin 2 əsas növü vardır: generic Top-Level Domains (gTLD) və country code Top-Level Domains (ccTLD). Beləliklə, gTLD-lər (ümumi üst səviyyəli domain-lər) və ccTLD-lər (ölkə kodlu (adlı) üst səviyyəli domain-lər) hər ikisi ümumi olaraq üst səviyyəli domain-lərdir və ölkə kodlarına (adlarına) ehtiyac duyulmayan bu üst səviyyə, kommersiya və qeyri-kommersiya təşkilatlarını, idarələri və s. təqdim edir ki, məhz gTLD-lərə nümunə olaraq: com (commercial) - kommersiya idarə və təşkilatları; org (organizational) - qeyri kommersiya idarə və təşkilatları; mil (military) - hərbi idarə və təşkilatları; edu (educational) - təhsil idarə və təşkilatları; gov (government) - hökümət idarə və təşkilatları və s.; ölkə kodlarını (adlarını) qısaldılmış şəkildə təqdim edən ccTLD-lərə isə nümunə olaraq: TR - Türkiyə, AZ - Azərbaycan, AU - Avstraliya, CA - Kanada, RU - Rusiya, US - Amerika Birləşmiş Ştatları, DE - Almaniya, FR - Fransa və s. göstərmək olar.

Yüklə 315,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin