Fənn: Farmakologiya Müəllim: Rəsulova Aytən



Yüklə 50,26 Kb.
səhifə2/2
tarix16.12.2023
ölçüsü50,26 Kb.
#182502
1   2
farma 6.2.tb4

α-ADRENOBLOKATORLAR
Bunlar α-adrenoreseptorları blokadaya alaraq qan damarlarının genişlənməsinə və arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Damarları genişləndirməklə onlar dərinin, əzələlərin və selikli qişanın qan dövranını yaxşılaşdırırlar.

Orqanizmdə adrenoreseptorların α1 və α2 növlərinin olması ilə əlaqədar olaraq bu reseptorlara selektiv (seçici) və qeyri-selektiv (qeyri-seçici, ümumi) təsir göstərən dərman maddələrini fərqləndirirlər.



Selektiv təsirli α-adrenoblokatorlar


Bunlara prazozin, doksazozin, – terazozin, tamsulozin və s. aiddir. Seçici olaraq α1-adrenoreseptorları blokadaya alırlar.


Prazozin, doksazozin və terazozin selektiv olaraq damarların postsinaptik α1-

adrenoresoptorlarını blokadaya alaraq noradrenalin mediatorunun və qanla dövrədən adrenalinin dammar daraldıcı təsirini aradan qaldırırlar. Nəticədə arterial və venoz damarlar genişlənir, periferik damarların tonusu aşağı düşür, ürəyə qayıdan venoz qanın miqdarı azalır. Bütün bunlar arterial təzyiqin aşağı düşməsinə səbəb olur.


Arterial təzyiqi aşağı saldıqları üçün prazozin, doksazozin və terazozindən arterial hipertenziyanın müxtəlif növlərində, ürəyin durğunluqla müşayiət olunan çatışmazlıqlarında istifadə edilir.
Prazozin, doksazozin və terazozin bir-birindən təsir müddətlərinə görə fərqlənirlər (təsir müddətləri müvafiq olaraq 6-8 saat, 36 saat və 24 saatdır). Tablet şəklində buraxılırlar. Daxilə təyin edilirlər.

α1-Adrenoblokatorlardan istifadə edərkən baş ağrısı, yuxusuzluq, ürəkbulanması, ishal, qəbizlik və bu preparatlar üçün xarakterik olan ortostatik kollaps baş verə bilər. Ortostatik kollaps xüsusilə preparatın ilk dəfə qəbulu zamanı özünü daha aydın şəkildə göstərir («ilk doza fenomeni»).
Yüklə 50,26 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin