Fənn: Farmakologiya Müəllim: Rəsulova Aytən



Yüklə 50,26 Kb.
səhifə1/2
tarix16.12.2023
ölçüsü50,26 Kb.
#182502
  1   2
farma 6.2.tb4


SƏRBƏST IŞ

Fənn:Farmakologiya


Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,TB4
Mövzu: Adrenergik sinapslara təsir göstərən dərman maddələri
Bronxospazm — müxtəlif ağciyər və tənəffüs yolu xəstəlikləri zamanı təcili tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri bronxların reaktivliyinin yüksəlməsinin nəticəsi kimi meydana çıxan haldır. Əksər tənəffüs yolu patologiyaları zamanı, bronxospazm, özünü mövcud xəstəliyin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdən biri kimi göstərsə də, bronxial astma xəstəliyində o çox vaxt yeganə və əsas klinik əlamət olur. Müşahidələr göstərir ki, bronxial astma digər tənəffüs sistemi xəstəliklərilə müqayisədə, yayılması, gedişi, müalicəyə yatımsızlığı, eləcə də proqnozuna münasibətdə, ən arzuolunmaz patologiyalardan biridir (bronx əzələlərinin birincili hiperreaktivliyinin nəticəsi kimi meydana çıxan bronxial astma ümumi tənəffüs sistemi xəstəliklərinin 5-7%-ni təşkil edir).

Mündəricat

  • 1Ümümi məlumat

  • 2Növləri

  • 3Qarşısı alınma üsulları

  • 4Müalicəsi

  • 5Mənbə

Ümümi məlumat[redaktə | mənbəni redaktə et]
İstər bronxial astma, istərsə də bronxların digər spastik vəziyyətlərində həlledici amil "bronxobstruktiv simptom" olduğuna görə, aparılacaq dərman müalicəsinin effektivliyi də ilk növbədə bu simptomun aradan qaldırılması dərəcəsindən asılıdır. Odur ki, bronxial astma və digər bronxospastik halların farmakoloji korreksiyasmda əsas müalicə vasitəsi ”bronx ağacını” genişləndirən bronxolitik təsirli dərman maddələri hesab olunur. Bronxolitiklər tənəffüs yollarında törənən spastik halı, əsasən, iki yolla ya birbaşa bronx saya əzələlərinə, ya da bu sistemin efferent sinir tənziminə təsir göstərməklə aradan qaldırırlar. Bronxial astmanm müalicə və profılaktikasında üstünlük daha çox hallarda bronxların efferent sinir tənziminə təsir göstərən maddələrə verilir. Məlumdur ki, bronx əzələlərinin tonusu adi halda parasimpatik innervasiya ilə tənzim olunur. Bronxlar praktik olaraq simpatik innervasiya almırlar. Odur ki, xolinergik innervasiyanın güclənməsi bronxospastik əlamətlərlə müşahidə olunur. Digər tərəfdən, bronxlarda innervasiya olunmayan- sinapsxarici 2 adrenoreseptorlar mövcuddur. Bu törəmələr qanda dövr edən və bronx-alveol sisteminin humoral tənzimində mühüm rol oynayan biogen aminlərə (epinefrin və s.), eləcə də ekzogen mənşəli simpatomimetik maddələrə qarşı yüksək həssaslıq göstərir. Odur ki, efferent innervasiya zəncirinin müvafiq həlqələrinə təsir göstərən farmakoloji vasitələr (xolinoblokatorlar, xüsusən, adrenomimetiklor) bronxospastik hallar zamanı ən yaxşı "korrektorlar" hesab olunurlar.
Növləri[redaktə | mənbəni redaktə et]
Müşahidələr göstərir ki, astma zamanı uğurlu nəticələrin alınması xəstəliyin yalnız etioloji prinsipləri və təbiəti əsas götürülməklə aparılan müalicə fonunda mümkündür. Astma tutmalarının meydana çıxmasına zəmin yaradan faktorların etioloji təbiətinə görə xəstəliyin allergik (ekstrinsik) astma (tənəffüs yollarının spazmını törədən faktorlardan 1/3 allergik təbiətli olur) və qeyri allergik (idiyosinkralik və ya intrinsik) astma olmaqla iki tipi müəyyən edilir. Allergik astmada əvvəllər xəstələrin özündə və ya soykökündən olan şəxslərdə rinit, ekzema və s. allergik xəstəliklər, eləcə də allergik təbiətli digər patologiyaların olduğu müəyyən edilir. Xəstəliyin bu tipi, əsasən, uşaq yaşlarında başlayır. İdiyosinkratik astmada xəstələrin keçmişdə hansısa bir allergik ləbiətli xəstəliyə tutulduğu və ya ona meyilliliyi aşkar olunmur. Xəstəliyin bu forması, əsasən, orta yaşlarda başlayır. Astmalı xəstələrin bir qismində isə həm allergik, həm də qeyri-allergik komponent müşahidə edilir. Yəni xəstəlik qarışıq komponentlə keçir. Nəzərə almaq lazmıdır ki, bu cür xəstələrdə xəstəlik erkən yaşlarda başlayırsa, allergik komponent üstünlük təşkil edir. Hərgah astma sonrakı yaşlarda başlamışsa, qeyri- allergik komponent və ya bu iki komponentin qarışığı üstünlük təşkil edir. Bronxospastik vəziyyətlər və bronxial astma zamanı bronxospazm törədən ekzogen amillərə (müxtəlif mənşəli allergenlərə- toz, kimyəvi maddələr, o cümlədən, soyuq hava, stress və s.) qarşı bronxların hiperreaktivlik halı törənir. Bronxların hiperreaktivlik halına səbəb olan əsas endogen (qeyri allergen) faktor rolunu isə, ağciyər və tənəffüs yollarının iltihabi xəstəlikləri oynayır. İltihabi prosesin özünün formalaşmasına zəmin yaradan həlledici amil iltihab mediatorlarıdır (histamin, xemotaksik faktor, bradikinin və s.). Bronx epitel hüceyrələri, tosqun hüceyrələr, alveol makrofaqları, neytrofıllər və s. toxumalarda əmələ gələn bu maddələrin iltihab zamanı ifrazı sürətlənir. Eyni zamanda bronxospastik vəziyyətlərin baş verməsi və inkişafında mühüm rol oynayan iltihabi prosesin özü, digər iltihab mediatorlarının {makrofaqlar tərəfindən ifraz olunan lokal hormonlar-otakoidlər olan sitokinlər (Th-2), limfositlər tərəfindən ifraz olunan sitokinlər- İL (interleykin)-4, İL-5, İL-6, İL-9, İl-13, ximokinlər (ximoatraktan sitokinlər), aktivator protein-1 (AP-1), trombositləıi aktivləşdirən faktor və s. } induksiyası halını da törədir. Bu maddələr damarların keçiriciliyinin yüksəlməsinə, bronx selikli qişalarının ödeminə, selik ifrazının artmasına və bilavasitə bronxlann daralmasına səbəb olmaqla, bütünlükdə bronxospastik halı daha da dərinləşdirirlər. Bu səbəbdən, bronxospastik vəziyyətlər və bronxial astma zaman yüksək müalicəvi effektə təminat, yalnız patogenetik mexanizm əsas götürülməklə, bronxolitik preparatlarla yanaşı, hiposensibliiəedici vasitələr, iltihabəleyhinə, allergiyaəleyhinə, immunosupressiv və s. kimi dərman maddələrindən istifadə etməklə aparılan kompleks müalicə tədbirləri fonunda mümkündür.
Qarşısı alınma üsulları[redaktə | mənbəni redaktə et]
Praktik təbabətdə bronxial astma və bronxospastik vəziyyətlərin müalicə və profılaktikasında müxtəlif kimyəvi quruluş və təsir spektrli çoxlu adda dərman preparatlarından istifadə olunur. Bu maddələri aşağıdakı şərti qruplara bölmək olar:

  • Adrenomimetik və xolinoblokadaedici aktivliyə malik maddələr

a) Adrenomimetik aktivliyə malik maddələr 1)Düz təsirli adrenomimetiklər 1a) və adrenomimetiklər-Epinefrin hidroxlorid 1b) 1 və 2 adrenomimetiklər- İzoprenalin hidroxlorid , Orsiprenalin sulfat 1c) 2 adrenomimetiklər -Fenoterol, Salbutamol, Terbutalin, İpradol (Heksoprenalin) 2)Dolayı təsirli adrenomimetiklər (simpatomimetiklər)-Efedrin hidroxlorid, Defedrin b) Xolinoblokadaedici aktivliyə malik maddələr (M-xolinoblokatorlar) Atropin sulfat, Platifıllin hidrotartrat, Metasin, İpratropium bromid

  • Miotrop təsirli spazmolitiklər qrupundan olan preparatlar

Teofillin, Eufillin, Diprofillin

  • İltihabəleyhinə və allergiyaəleyhinə maddələr

a)Steroid quruluşlu iltıhabəleyhinə maddələr (kortikosteroidlər) Hidrokortizon, Prednizolon, Metilprednizolon, Deksametazon, Triamsinolon, Beklometazon, Flutikazon, Budesonid, Mometazon b) Allergiyaəleyhinə maddələr Kromolin natrium, Nedokromil, Ketotifen c)Leykotrien sisteminə təsir göstərən maddələr 1)5-lipoksigenazamn inhibitorları Zileuton 2)Leykotrien reseptorlarım blokada edən maddələr Zafirlukast, Montelukast

  • Bronxolitik aktivliyə malik kombinə olunmuş maddələr

Berodual, Teofedrin, Solutan, "Efatin"aerozolu, Seretid multidisk Ağciyər və tənəffüs sistemi orqanlarının (xüsusən, bronxlar) fızioloji funksiyalarının humoral tənzimində 2 subpopulyasiyadan olan adrenoreseptorlar mühüm rol oynayır. Bütün digər neyromediator və ya neyromodulyator sistemlərin reseptorlarından fərqli olaraq 2-adrenoreseptorların oyanması lokalizasiya olunduğu toxuma, üzv və sistemlərin (o cümlədən, bronxların) fizioloji funksiyalarının ləngiməsinə səbəb olur. Odur ki, müxtəlif mənşəli bronxospazmların aradan qaldırılması üçün praktik təbabətdə istifadə olunan dərman maddələri içərisində 2-adrenomimetiklər ən effektiv və perspektiv preparatlar hesab olunurlar. Bu maddələr bronxlarda yerləşən (sinapsxarici) 2-adrenoreseptorları oyatmaqla, G zülal kompleksinin vasitəçiliyilə adenilatsiklaza fermentinin modulyasiyasını törədirlər. Fermentin aktivliyinin dəyişməsi ardıcıl olaraq sAMF-in kəmiyyət tərkibi və hüceyrədaxili fosforlaşma proseslərində müvafıq dəyişikliklərə səbəb olduğundan, bronx saya əzələləri boşalır və bronxospazm əlamətlərini aradan qalxır.
Bu sıranın izoprenalin, salbutamol, fenoterol kimi nümayəndələri orqanizmə, əsasən, inhalyasion, epinefrin, efedrin isə parenteral yolla təyin olunurlar. Müəyyən edilmişdir ki, 2-adrenomimetik aktivliyə malik preparatlar paralel olaraq tosqun hüceyrə və bazofıllərdən endogen spazm törədici amillərin (histamin, bradikinin, SRS-A və s.) azad olunması prosesini də tormozlayırlar. Təbii ki, bu da bronxoobstruktiv simptomun aradan qaldırılmasında əhəmiyyətli rol oynayan faktorlardan biridir.
Bronxolitik təsir effektlərinin gücünə görə M-xolinoblokatorlar adrenomimetiklərdən nəzərəçarpacaq dərəcədə geri qalırlar. Buna baxmayaraq, parasimpatik sinir tonusunun yüksəlməsilə keçən qeyri-allergik mənşəli bronxospazmlar zamanı M-xolinoblokatorlar yüksək farmakoloji fəallıq göstərirlər. Bronxial astma zamanı bu qrupun atropin, platifıllin, metasin və atrovent (ipratropium bromid) kimi nümayəndələrindən istifadə olunur. Atrovent (inhalyasiya halında), xüsusilə, güclü bronxolitik effekt törədir. O, HEB-i keçmir, adrenomimetiklərlə müqayisədə təsiri tədricən başlayır və 6 saata qədər davam edir.
Parasimpatik innervasiyaya təsir göstərən dərman maddələri içərisində tiotropium daha perspektiv preparat hesab olunur. Tiotropium, əsasən, M3 yarımtipindən olan xolinoreseptorları blokada edir (M1 xolinoreseptorlarla müqayisədə 2,5 dəfə artıq). Bronxolitik təsiri ipratropiumdan güclü və daha uzunmüddətlidir. Preparatın ən yüksək effekti 1,5-2 saatdan sonra başlayır. Gündə 1 dəfə inhalyasiya şəklində (poroşok halında, xüsusi spinxaler inhalyatoru vasitəsilə) təyin olunur. Nəzərə almaq lazımdır ki, xolinoblokadaedici aklivliyə malik bronxolitiklərdən istifadə etdikdə bu maddələr bronxial, tüpürcək və digər vəzlərin sekretor fəaliyyətini zəiflədə, taxikardiya, akkomodasiyanın pozulması (bu təsir metasin, atrovent və tiotropiumda zəifdir) və s. kimi arzuolunmaz əlavə effektlər törədə bilərlər.
Bronxospastik halların aradan qaldırılmasında bilavasitə bronx saya əzələlərinə təsir göstərən miotrop təsirli spazmolitiklərdən də böyük müvəffəqiyyətlə istifadə olunur. Bu qrupa, əsasən, teofillin və tərkibində teofillin saxlayan preparatlar aid edilirlər.
Teofillin dimetilksantin törəməsidir. Bronxolitik kimi klinik effektivliyinə görə 2- adrenomimetiklərdən geri qalsa da, onlarla müqayisədə əsas üstünlüyü, bronxodilatator təsirinə qarşı, hətta, uzunmüadətli qəbulda belə tolerantlıq halının əmələ gəlməməsidir. Preparatın astmaəleyhinə təsirinin meydana çıxmasında bronxodilatator təsirilə yanaşı, iltihabəleyhinə təsir xüsusiyyətləri də mühüm rol oynayır (onun iltihabəleyhinə təsiri tosqun hüceyrələr, bazofil leykositlər, eozinofıllər və digər iltihab hüceyrələri tərəfindən sintez və ifraz olunan iltihab mediatorlarını azaltması ilə əlaqələndirilir); hətta, əksər tədqiqatçıların qənaətinə görə, preparatın astmaəleyhinə təsirinin meydana çıxmasında bronxolitik xüsusiyyətlərilə müqayisədə, iltihabəleyhinə təsirinin rolu daha önəmlidir.
Teofillinin bu iki komponentli antiasmatik təsirinin molekulyar mexanizmi bu günə qədər tam aydınlaşdırılmamışdır. Əvvəllər belə hesab edirdilər ki, preparatın antiasmatik təsiri bronx saya əzələləri və iltihab hüceyrələrində adenilatsiklaza və quanilatsiklaza fermentlərinin aktivləşməsi və müvafiq olaraq sAMF və sQMF-ın miqdarında törənən dəyişikliklərlə əlaqədardır. Siklik nukleotidlərin kəmiyyət tərkibində törənən dəyişikliklərdə, xüsusən, həlledici rolu onları hüceyrə daxilində parçalayan fosfodiesteraza (FDE) fermentlərini teofillinin blokada etməsində görürdülər. Siklik nukleotidlər hüceyrə fəaliyyətində mühüm rol oynayan kalium ionlarının hüceyrədaxili optimal konsentrasiyasını tənzimlədiyindən, teofıllinin təyini bronx saya əzələlərinin relaksasiyasına, eləcə də iltihab hüceyrələrində iltihab mediatorlarının sintezi və ifrazının süstləşməsinə səbəb olmalıdır. Başqa sözlə, teofillin bronxodilatasiya və iltihabəleyhinə təsirlər törətməlidir.

Yüklə 50,26 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin