Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu № Akademik kommunikasiyada nitq etiketləri Plan



Yüklə 24,98 Kb.
səhifə6/7
tarix08.06.2023
ölçüsü24,98 Kb.
#127078
növüQaydalar
1   2   3   4   5   6   7
Mövzu 9

. Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmisiniz; lap vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun; Buyurun; buyurun əyləşin və s. 13. Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun; Qonağımız olun; Qal qurbanın olum; Qapımız həmişə üzünüzə açıqdır; Siz bizim üçün həmişə əzizsiniz və s.
14. Vidalaşma məqamında: Xudahafiz, əlvida, yaxşı yol; Sizi səbirsizliklə gözləyirik; Salamat olun; Zəhmət çəkdiniz; Sizə əziyyət verdik; gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah amanında; Eviniz abad olsun; Həmişə sadlığa gələk; Sizləri bir daha evimizdə görsək, şad olarıq; İnşallah qismət olsa biz yenə görüşərik; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s. 15.Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən; Minnətdaram; Hər şey üçün minnətdaram; Təçəkkür edirəm; Sizə zəhmət verdim; Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Qadan alım; Allah sizdən razı olsun; Allah köməyin olsun; Sizin bu işdə gözəl səriştəniz var; Biz bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox sağ olun; Qismət olsa əvəzini çıxacam; Allah səni dərd-bəladan uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər sizdən uzaq olsun; Səni Allah saxlasın və s. 16. İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı etdiniz və s.
17. Arzu- dilək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın; Uğur olsun; Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; Gözünüz aydın olsun; Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; xeyirli olsun; Bərəkətli olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür; Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, başın uca olsun; Allah iltifatını artıq eləsin və s. 18.
Yüklə 24,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin