Fəlsəfə ixtisasının əyani şöbəsinin II kurs tələbəsi Əhmədzadə Amidin



Yüklə 57,46 Kb.
səhifə1/6
tarix03.06.2023
ölçüsü57,46 Kb.
#124306
  1   2   3   4   5   6
referat 2960


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ


Sosial elmler və psixologiya fakültəsinin
« lsəfə » ixtisasının əyani şöbəsinin
II kurs tələbəsi Əhmədzadə Amidin

«SOSİAL FƏLSƏFƏ»


(fənnindən)

XÜSUSİ MÜLKİYYƏT VƏ ONUN CƏMİYYƏTDƏ ROLU”


(adlı)

KURS İŞİ


Kafedra: Fəlsəfə
Kafedra müdiri: dos. H.Q.Məmmədov
Elmi rəhbər: dos. İ.İslamov
Bakı 2013
PLAN
1.GİRİŞ……………………………………………………………………....3
2.Mülkiyyət iqtisadi sferanın əsas məsələsi kimi ............................................5
3.Xüsusi mülkiyyətin tarixi formaları .......................................................10
4.Marksizmdə xüsusi mülkiyyət münasibətləri……………………………….13
5.Müasir bazar iqtisadiyyatı münasibətlərində xüsusi mülkiyyətin rolu........16
6.Nəticə…...............................................................................................................19
7.Ədəbiyyat.....................................................................................................21

GİRİŞ

Sosial fəlsəfə cəmiyyəti müxtəlif aspektlərdən öyrənir.Cəmiyyətdə baş verən hadisə və proseslər bir-biri ilə qarşılıqlı əlaqədə götürülür.Sosial fəlsəfənin öyrəndiyi məsələlərdən biri də xüsusi mülkiyyət münasibətləridir.İnsanlar arasında qədim dövrdən müasir dövrə kimi mövcud olan bu münasibət forması öz spesifik xüsusiyyəti ilə öz aktuallığını itirməmiş və zaman keçdikcə daha da təkmilləşmiş,inkişaf etmişdir.


Xüsusi mülkiyyət münasibətlərini başqa elm sahələridə öyrənsədə sosial fəlsəfə bu münasibət formasına fəlsəfi yöndən yanaşır və izah etməyə çalışır.İnsanlar ta qədimdən özlərinə məxsus olan bir şeyə sahib olmaq istəmişlər.Qədim zamanlardan bu mövzu yalnız sadə insanlar tərəfindən deyil,siyasi xadimlər tərəfindəndə müzakirə edilmişdir.Dahi filosoflar bu məsələ haqqında öz fikirlərini söyləmiş və xüsusi mülkiyyətə öz münasibətlərini bildirmişlər.
Cəmiyyətin sosial həyatında bu və ya digər vəziyyətdə biz bir çox hallarda xüsusi mülkiyyət haqqında fikirlərə rast gəlirik.Bir çox ölkələrdə olduğu kimi Azərbaycan Respublikasındada xüsusi mülkiyyət və başqa mülkiyyət formaları geniş yayılmışdır.Qədim dövrdə və müasir dövrdə ölkəmizdə bu mövzuya dair baxışlar müxtəlif səpgidə omuşdur.Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətdə baş verən dəyişiklər bu mövzuyada öz təsirini göstərmişdir. Xüsusi mülkiyyət münasibətlərinin hökmranlığı və sağlam rəqabət olmayan cəmiyyətdə iqtisadi azadlıq da ola bilməz.Hər bir cəmiyyətdə insanlar xüsusi mülkiyyətin bir çox formasından istifadə edirlər.Bu da cəmiyyətin tərəqqisi üçün çox vacibdir.Xüsusi mülkiyyət münasibətlərinin tərəqqisi cəmiyyətin tərəqqisidir. Vaxtı ilə C.Lokk,A.Smit və başqaları əmlak,şey üzərində xüsusi mülkiyyət formasını insan azadlığının zəruri şərti hesab etmişlər.Habelə bu mütəfəkkirlər xüsusi mülkiyyət formasına mülkiyyətin ən səmərəli reallaşma xarakterinə malik olmasını göstərmiş,onun təbiiliyini,daimiliyini,demokratikliyini və perspektivliyini sübut etmişlər.
Müasir dövrdə də aktual mövzu olan xüsusi mülkiyyət öz əhəmiyyətini qoruyub saxlayır.Sosial fəlsəfə xüsusi mülkiyyəti daha dərindən,dolğun şəkildə öyrənməyə çalışır.Cəmiyyətin hər bir üzvünün bu mövzuya aid fikirləridə çox önəm kəsb edir.
Xüsusi mülkiyyət münasibətlərinin hökmranlığı və sağlam rəqabət olmayan cəmiyyətdə iqtisadi azadlıq da ola bilməz.Sosial fəlsəfə də bu münasibətləri sosial cəhətdən araşdırır və öyrənir.


Yüklə 57,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin