Fakultə: “Əmtəəşünaslıq” İXTİsas:”İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 317,38 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix23.02.2017
ölçüsü317,38 Kb.
#9540
1   2   3

Ağacın  rəngi.  Ağ  rəngdən  tutmuş  qara  rəngə  qədər  çox  müxtəlif  rənglərdə 

ağaclara  rast  gəlmək  olur.  Hər  ağac  cinsinin  özünə  məxsus  təbii  rəngi  vardır  ki, 

bununla  ağac  cinsləri  bir-birindən  seçilir.  Ağacın  təbii  rənginin  dəyişilməsi  onun 

çürüməsini, xarab olmasını və keyfiyyətinin aşağı düşməsini göstərir. Ağacın rəngini 

səthdən və dərindən boyamaq yolu ilə asanlıqla dəyişmək olar.  

Ağacın  parıltısı.  Ağacın  parıltısı  onun  bərkliyindən  və  özək  şüalarının 

miqdarından, ölçüsündən və yerləşməsindən asılıdır.  Bərk ağac bir qayda olaraq çox 

parıldayır.  Ağac  çürüyəndə  parıltısını  itirir.  Çox  parıldayan  ağac  mebel  istehsalında, 

musiqi alətləri və bədii əhəmiyyətli məmulatlar istehsalında, yüksək qiymətlidir.  



 

28

Tekstura. Illik qatların, liflərin, özək şüalarının, yatmış tumurcuqların və digər 

elementlərin  müxtəlif    bucaq  altında  kəsilməsi  nəticəsində  ağacın  səthində  əmələ 

gələn  şəkillərə  tekstura  deyilir.  Teksturanın  zənginliyi  və  dekorativliyi  təkcə  ağacın 

cinsindən deyil, ağac elementlərinin kəsilmə bucaqlarından da asılıdır; ağac  kəsiyinə 

nə qədər element çox düşərsə və kəsmə bucaqları nə qədər müxtəlif olarsa, teksturası 

bir  o  qədər  zəngin  olar.  Radial  kəsikdə  adətən  lent  teksturası  əmələ  gəlir,  tangental 

kəsikdə tekstura getdikcə artan konusa bənzəyir, en kəsiyində  isə tekstura konsentrik 

dairələr  şəklində  olurlar.  Ağac  yan  istiqamətində  kəsiləndə  və  konusvari  soyulanda 

(şponlara)  tekstura  daha  zəngin  olur.  Tekstura  ağacın  zahiri  görünüşü  bəzəkli  edir. 

Belə  teksturalı  ağac,  xüsusən  mebel  istehsalında  yüksək  qiymətləndirilir.  Tekstura 

ağacın cinsini tanımağa kömək edir.  



Ağacın  qoxusu.  Tərkibində  qətran,  efir  yağı,  aşılayıcı  turşular  olan  ağac 

xarakterik  qoxuya  malikdir.  Məsələn,  sağlam  şam  ağacı  skipidar  iyi,  palıd  ağacı  – 

tannin  iyi,  ardıc  ağacı  isə  istiot  iyi  verir.  Ağac  çürüdükdə  onun  qoxusu  dəyişilir  və 

ondan  çürüntü  qoxusu  gəlir.  Ətirli  məhsullar  üçün  tara  hazırlanan  zaman  ağacın  bu 

cəhəti  nəzərdə  tutulmalıdır.  Məsələn,  çay  üçün  şam  ağacından  yeşik  hazırlamaq 

olmaz. 


Ağacın  elektrikkeçirmə  qabiliyyəti  onun  nəmlik  dərəcəsindən  asılıdır.  Quru 

ağcaqayın,  göyrüş,  fısdıq  və  albalı  ağacları  nisbətən  yüksək  izolə  materialı  sayılır. 

Havanın  nəmliyi  və  temperaturu  artdıqca  ağac  öz  elektriki  izolə  etmək  xassələrini 

itirir. Izolə materialı əvəzinə tətbiq olunan materialların elektrik təsirinə dayanıqlığını 



 

29

artırılması və elektrik keçirmə xassəsinin azaldılması üçün onlara yağ, lak və parafin 



hopdurmaq lazımdır.  

Ağacın  nazik  qatlarından  işıq  şüaları  keçə  bilər;  tək  qat  və  üzlük  faner 

vərəqlərinin  gizli  qüsurlarının  müşahidə  edilməsi  üçün ağacın  içindən  işıq  keçirirlər. 

Şalban və taxtadan rentgen şüalarıda keçə bilər.  

Ağacın qaz keçirmək qabiliyyətindən onun rəngini dəyişmək, amonyak və azot 

turşusu  ilə  ona  antiseptik  xassə  vermək  və  ağac  ziyanvericiləri  ilə  mübarizə  etmək 

üçün istifadə olunur.  

 

 



 

 

 



 

 

 

 

 

 

 

30

1.3.  Ağac cinslərinin təsnifatı və onların növlərinin  



xarakteristikası. 

Yuxarıda  qeyd  edildiyi  kimi  ağacın  növləri  çoxdur.  Onların  müxtəlif 

əlamətlərinə  görə  təsnif  edilməsi  çox  cəhətlidir.  Burada  botanik  təsnifatdan  istifadə 

edilsədə  əslində  ağacların  tanınması  və  onlardan  material  kimi  istifadə  edilməsi 

şərtləri  və  əlamətləri əsas  götürülür. Işi bir  qədər  asanlaşdırmaq üşün əmtəəşünaslığı 

daha yaxın olan ədəbiyyatlardan və dərsliklərdən istifadə etməklə ağacların təsnifatını 

və  adlarını  təqdim  edirəm.  Sxem  2-də  keçmiş  SSRİ  və  o  cümlədən  Azərbaycan 

respublikası  ərazisində  bitən  və  ən  çox  işlədilən  ağac  növləri  təsnif  edilir.  Burada 

ağacların çeşidini iynəyarpaqlı və adiyarpaqlı ağaclara, onlarıda əsas əlamətlərə görə, 

yəni  nüvəli  və  nüvəsiz,  üzük  damarlı  və  dağınıq  damarlı  olmasına  görə  qruplara 

ayırmışam. Bu sxemdə cəmi 22 ağacın adı çəkilir. Lakin bu heç də ağacların sayının 

az  olması  deyildir.  Məsələn,  təhlil  göstərirki  təkcə  qara  şamın  14,  küknarın  2,  ağ 

şamın  15  dən  çox,  sidrin  5,  ardıc  ağacının  3,  qara  çöhrənin  3,  göyrüşün  14,  qızıl 

ağacın 4, cökənin 3, qovağın 30-a qədər növü vardır. Odur ki, burada ağacların ancaq 

ümumi çeşid xarakteristikasını  verməklə kifayətlənmək olar.  Sxem  3-də isə xaricdən 

gətirilməklə  MDB  məkanında  becərilən  9  növünün,  mebel  sənayesi  və  digər  sənaye 

sahələrinin  tələbini  nəzərə  almaqla  ölkəyə  idxal  edilən  8-dən  çox  ağac  növünün  adı 

çəkilir.  

Təhlillər  göstərir  ki,  iynəyarpaqlı  ağaclar  əsasən  düz  laylı  quruluşa  malik 

olması, aşağı həcim çəkili olması, çürüməyə və mexaniki təsirlərə qarşı kifayət qədər 



 

31

davamlı  olmalarına  və  asan  emal  edilə  bilən  olmalarına  görə  fərqlənirlər.  Onların 



sudan  yüngül  olması  həmin  ağacları  çaylar  vasitəsilə  istehlak  məntəqəsinə  axıtmaq 

daha asan olur. Ağ şam, şam, küknar, sidr ağacı, qara çöhrə, ardıc ağacları bu qurupa 

daxildir. Onlar nüvəli və nüvəsiz ağaclara bölünürlər. 

Nüvəli  ağacların  ehtiyatı  daha  geniş  yayılmışdır.  Onlar  tikintidə  girdə  meşə 

materialı kimi geniş istifadə edilir.  

 

 



 

 

 



 

 

 



 

 

Sxem 2. 



Ağac cinslərinin təsnifatı. 

   


 

 

 

 



 

 

 



 

 

 



 

 

 



      Ağac cinsləri 

      Adiyarpaqlı cinslər 

     Iynəyarpaqlı cinslər 

       Nüvəli 

     Nüvəsiz 

     Üzük damarlı 

   Dağınıq damarlı 

Qaraşam 


Sidr 

Şam 


Qaraçöhrə 

Ardıc ağacı 

 

Küknar 


Şam ağacı 

Palıd 


Göyrüş 

Qarağac 


Qarağac 

Qaraağac 

Şabalıd 

Məxmər 


Toz ağacı  

Qovaq 


Söyüd 

Fıstıq 


Çinar 

Ağcaqovaq 

Qoz 

Vələs 


 

32

Dülgər  məmulatı,  mebel  hissələri,  karkas,  faner,  şpon,  yonqarlı  pilitə  və  s. 



istehsalına  da  yarayırlar.  Tara,  kağız,  karton,  sellüloza,  kibrit  istehsalı  üçün  də 

xammaldır.  Bu  ağacların  oduncaq  hissəsi  açıq  zabolon  və  tünd  nüvəyə  bölünür. 

Rəngləri müxtəlif çalarlarda olur.  

Bunlardan  şam  ümumi  meşə  sahələrinin  1/6-nı  tutur.  Ölkənin  xüsusilə  şimal 

rayonlarında  və  dağ  zonalarında  bitir.  Şimal  ağacının  nüvəsi  çəhrayı  rəngdən 

bozumtul qırmızıya qədər, üst oduncağı isə sarımtıl rəngdən çəhrayı rəngə qədər olur. 

İllik  qatları  yaxşı  görünür  və  onların  gecikən  hissəsi  erkən  hissəsindən  kəskin 

fərqlənir.  Oduncağı  orta  sıxlıqlı,  lakin  kifayət  qədər  möhkəm  və  çürüməyə 

davamlıdır. Tikintidə, maşınqayırmada, mebel  istehsalında, dəmir  yolu nəqliyyatında 

və  s.  geniş  istifadə  edilir.  Ondan  yem  vitaminləri,  sellüloz,  şirə,  yarpaqlardan  isə 

bioloji aktiv maddələr istehsal etmək olur.  

   


 

 

 



 

 

 



 

 

 



 

Sxem 3. 


  Ölkəyə gətirilməklə yetişdirilən və ölkəyə idxal edilən ağac növləri. 

 

 



 

 

 



 

 

Ölkədə yayılan və idxal       



edilən cinslər 

Ölkədə yayılan nölər 

Idxal edilən növlər 


 

33

 



 

 

 



 

 

 



Qaraşam  -    iynəyarpaqlı  ağaclar  arasında  birinci  yeri  tutur.  Meşə  ehtiyatının 

2/5 demək olar ki, qara şamın payına düşür, 14 növü var. Ən çox tanınanı daur şamı 

və sibir qaraşamlarıdır. Onların nüvəsi qırmızımtıl qonur rəngdə olub, ensiz ağ, yaxud 

sarımtıl  üs  oduncaqdan  kəskin  ayrılır.  Illik  yaş  qatları  aydın  seçilir,  qatın  gecikən 

hissəsi qonur rənglidir. Çoxlu xırda qətran yolları vardır. Oduncağı yüksək sıxlığa və 

möhkəmliyə malikdir, az düyünlüdür. Teksturası gözəldir, çürüməyə qarşı davamlıdır. 

Ağır  olduğu  üçün  çayla  axıdılması  çətindir,  lakin  quruduqda  tez  çartlayır,  dəzgahda 

emalı  çətindir.  Odur  ki,  hidrotexniki  tikintilərə,  şpal  və  sıvaylar  istehsalına,  elektrik 

dirəklərinin  hazırlanmasına,  qismən  də  mebel,  parket,  tir,  taxta  istehsalına  həm  də 

kimyəvi emala (kağız, sellüloza, qətran, şirə və s.) işlədilir. 



Küknar  –  şimal  rayonlarında  bitir.  Adi  küknar  və  Sibir  küknarı  kimi 

fərqləndirilir.  Küknar  nüvəsiz  ağacdır.  Yetişkən  oduncaqlıdır.  Oduncağın  sarı  ağ 

rəngdə  olur,  yaş  qatları  aydın  görünür.  Möhkəmliyinə,  sıxlığına  və  çürüməyə 

davamlılığına  görə  şamdan  geri  qalır.  Onun  çoxlu  düyünləri  olur.  Çətin  emal  edilir. 

    Qırmızı ağac 

    Maxaqon 

    Makars 

    Limon ağacı 

    Palisandır 

    Makassar 

    Qara ağac 

    Qızılgül ağacı 

 

 

     Sekvoyya (ABŞ) 



     Sərv ağacı 

     Ağ akasiya 

     Tut ağacı 

     Maklura 

    Aylanta 

    Buzlaq ağacı 

    Evkalipt 

    Lalə ağacı 

 


 

34

Şam  kimi  işlədilir.  Qabığından  aşı  maddəsi  alınır.  Musiqi  alətləri  istehsalına  da 



işlədilir.  

Ağ şam – sibir ağ şamı, Qafqaz ağ şamı, Avropa ağ şamı, ağqabıqlı ağ şam və 

Mancuriya  ağ  şamı  kimi  növlərdə  tanınır.  Nüvəsiz,  yetişkən  oduncaqlı  olub  küknar 

oduncağına çox oxşayır, ondan qətran  yollarının olmaması  ilə fərqlənir. Möhkəmliyi 

az olduğundan tətbiqidə azdır. Ancaq isti zonada bitənlər tara istehsalında və s. geniş 

tətbiq edilir.  

Sidr  ağacı.  Adi  şamdan  başqa  bütün  iynəyarpaqlılar  bu  qurupa  aid  edilir. 

Nüvəsi  açıq  sarımtıl-çəhrayı  rənglərdə  olur.  Yaş  qatları  bilinir,  lakin  kəskin 

fərqlənmir.  Yumşaq  oduncaqlıdır.  Xassələrinə  görə  küknarla  ağ  şam  arasındadadır. 

Əsasən karandaş istehsalına, qozası isə yağ istehsalına işlədilir.  



Qaraçöhrə.  Qafqaz  və  Uzaq  Şərq  qaraçöhrələri  kimi  tanınır.  Qədim  bitkidir. 

Üst oduncağı ensiz sarı, nüvəsi isə sıx, parlaq, bozumtul-qırmızı rənglərdə olur. İllik 

qatları  əyri  üyrüdür,  ancaq  aydın  seçilir.  Gözəl  teksturası  var.  Qətran  yolu  və  özək 

şüası yoxdur. Mebel üçün işlədilir. Adi, yəni enliyarpaqlı ağaclar meşə örtüyünün ¼-

ni  əhatə  edə  bilir.  Onlar  azdır,  az  işlədilir.  Lakin  çeşidi  və  keyfiyyət  göstəricilərinə 

görə  zəngindir.  Enliyarpaq  ağaclar  həlqəvi  damarlı  və  dağınıq  damarlı  növlərdə 

olurlar. 

Palıd.  Həlqəvi  damarlıdır.  19-a  qədər  növü  məlumdur.  Ən  çox  yayılanı  yay 

palıdı və yaxud saplaqlı palıddır. Bütün palıdların 95 %-ni əhatə edir. Tünd boz yaxud 

sarımtıl  qəhvəyi  rəngli  nüvəsi  və  ensiz  sarımtıl  ağ  üst  oduncağı  var.  Eninə  kəsikdə 


 

35

illik  yaş  qatı  görünür.  Gecikən  layda  xırda  boru  və  paranxem  hüceyrələri  daha  sıx, 



erkən zonada isə iriləşmiş olur. Parenxim onda açıq, alovabənzər radial zolaq yaradır. 

Möhkəmdir,  çürüməyə  qarşı  davamlıdır,  yaxşı  əyilə  bilir,  gözəl  teksturalıdır.  Mebel 

sənayesində, maşınqayırmada, şpon və parket istehsalında və s. işlədilir.  

Azərbaycanda  palıdın  9  növü  mövcuddur.  Palıd  etibarlı  hissələr  hazırlamağa 

daha çox yarayır.  

Göyrüş.  Həlqəvi  damarlıdır,  14  növü  vardır.  Azərbaycanda  isə  3  növü  bitir. 

Bunlardan  adi  və  sumaqyarpaq  göyrüşlər  çox  yayılıb.  Nüvəlidir,  sarımtıl  yaxud 

çəhrayı rəngli üst oduncağa və açıq qonur rəngli nüvəyə malikdir. Illik qatın gecikən 

görə palıda oxşayır. Sıx, əyilən, ən çox idman avadanlıqları istehsalına işlədilir.  



Qarağac  nüvəli  ağacdır,  illik  qatları  yaxşı  görünür,  oduncağıqırmızı-qonur 

rənglidir.  Gözəl  teksturalıdır.  Mebel,  şpon  istehsalında  və  maşınqayırmada  geniş 

istifadə edilir. Həlqəvi damarlıdır. 

Şabalıd  - ensiz, bozumtul-qonur rəngdə nüvəsi olur. Quruluşca palıda oxşayır. 

Ancaq özək şüası yoxdur. Xassələrinə görə palıddan geri qalır.  



Məxmər  ağacı  –  qəhvəyi  qonur  nüvəsi  var.  Həlqəvi  damarlıdır,  özək  şüaları 

ensizdir  və  az  seçilir.  Göyrüşə  oxşayır.  Sarı  oduncağı,  tünd  nüvəsi  var.  Fiziki 

mexaniki xassələri göyrüşdən aşağıdır. Lakin zəngin teksturası olduğu üçün mebel və 

şpon istehsalında işlədilə bilir. 



 

36

Püstə ağacı   Zaqafqaziyada  və  Kırımda  bitir.  Orta  asiyada  bitənləri  nüvəlidir, 

sıx,  bərk,  sürtülüb  yeyeilməyə  davamlı,  sanki  yağlı  kimi  ağacdır.  Maşınqayırmada 

işlədilir.  

Əsməqovaq, qızıl ağac, cökə, qovaq, toz ağacı, fıstıq, qoz, adi vələs, ağcaqayın, 

çinar, armud, şümşad ağacları səpkili borulu enliyarpaq ağacları aid edilir. 

Əsməqovaq yumşaq oduncaqlı nüvəsiz ağacdır. Ağ rəngli yaşıl çaları var. Illik 

qatları  zəif  seçilir.  Oduncağı  eyni  cinsli  olub  özək  şüaları  görünmür.  Asan  soyulur, 

hissiz  yanır, yaxşı hopdurur. Kibrit  istehsalına, ağac lifli tavalar, kağız,  karton, faner 

istehsalını işlədilir. Nüvə çürüntüsü əmələ gətirdiyinə görə geniş tətbiq edilmir.  



Qızılağacın  üç  növü  (qara,  ağ  və  Sibir  qızılağacı)  təsərrüfat  əhəmiyyətlidir. 

Nüvəsiz  ağacdır.  Oduncağı  təzə  kəsiləndə  ağ,  bir  qədər  qaldıqda  isə  qırmızı  qonur 

rənglərə  qədər  olur.  İllik  qatları,  boruları  bilinmir.  Bütün  kəsiklərdə  özək  şüası 

görünür, yumşaqdır. Faner, mebel, qutu istehsalında işlədilir.  



Cökə  xırda  və  iri  yarpaqlı  növlərdə  olur,  nüvəsi  ağdır.  Oduncağı  yungülcə 

çəhrayı və ya qırmızıya çalan rənglərdə olur. Özək şüası var, boruları sıx, yaş layları 

görünməyəndir,  yumuşaqdır.  Çertiyoj  alətləri,  karandaş,  qəlib,  oyuncaq  və  s. 

hazırlanmasında işlədilir.  



Qovağı  -  30-dan  çox  növü  məlumdur.  Onlardan  ikisi  qara  qovaq,  ağ  qovaq 

geniş yayılıb. Tez böyüyən, nüvəli ağac cinsidir. Ağ rəngli, enli üst oduncağı, sarımtıl 

qonur  rəngli  nüvəsi  olur.  illik  qatları  enlidir,  seçilir.  Yumşaq,  çürüməyə  az  davamlı 

ağacdır.  



 

37

Söyüd-  150-ə  qədər  növü  məlumdur.  Ağ  söyüd  və  kövrək  söyüdçox  yayılıb. 

Tez  böyüyən  nüvəli  ağacdır.  Ağ  rəngli  üst  oduncağı  və  qonur  çəhrayı  rəngli  nüvəsi 

vardır. Illik qatları və özək şüaları zəifdir, boruları xırdadır. Xassələrinə görə cökəyə 

yaxındır.  Oyulmuş  qayıq  hazırlanmasında  istifadə  edilir.  Qabığından  aşı  maddəsi 

alınır.  



Tozağacı – bu bərk oduncaqlı ağacların nümayəndəsidir. 40-dan çox növü var. 

MDB  ərazisində  iki  növü  ziyilli  və  xovlu  tozağacı  növləri  təsərrüfat  əhəmiyyətlidir. 

Onlar  enliyarpaq  meşə  örtüyünün  2/3-ni  əhatə  edir.  Nüvəsiz  ağacdır.  Sarımtıl  və  ya 

qırmızıya  çalan  ağ  rəngli,  illik  layları  seçilməyən,  az  özək  şüaları  oduncağı  var. 

Yüksək  möhkəmliyə,  bərkliyə  və  özlülüyə  malikdirlər.  Çürüməyə  az  davamlıdır. 

Demək olar ki, geniş məqsədlərə istifadə edilə bilir.  



Fıstıq  –  nüvəsiz  ağacdır.  Yüksək  möhkəmliyə  və  zəngin  teksturaya  malikdir. 

Şpon, parket, mebel, maşın hissələri və s. istehsalına işlədilir. Aydın görünən, enli yaş 

qatları, özək şüaları var. Ağ-qırmızımtıl rənglərə çalır.  

Qoz ağacı -  nüvəsi qəhvəyi rəngdə olan, üst oduncağı isə ağ-boz ağacdır. Illik 

qatları və özək şüaları çətin seçilir. Iri damarlıdır. Gözəl dekorativ xassələrə malikdir. 

Yaxşı emal olunur. Mebel, şpon, ov tüfəngi qundaqları istehsalına işlədilir. Rütubətli 

şəraitdə çürüməyə az davamlıdır.  



Adi vələs - nüvəsiz ağacdır. Oduncağı bozumtul-ağ rəngdə olur. Açıq, bir azca 

əyri  olan  özək  şüaları  görünəndir.  En  kəsiyində  illik  qatları  dalğavari  görünür. 



 

38

bərkliyinə,  sürtülüb-yüyilməyə  davamlı  olmasına  görə  fərqlənir.  Lakin  qabara  və 



qatlaya bilir. Detal hazırlanmasına işlədilir.  

Ağcaqayının  -  25-ə  qədər  növü  məlumdur.  Nüvəsiz  ağac  cinsidir.  Onların 

əksəriyyətinə  yalançı  çinarda  deyirlər.  Yalançı  çinara  oxşayanlar  ağ  oduncaqlı, 

qalanları  isə qırmızımtıl  və  ya qonur rənglərdə olur. illik qatları bilinir, özək şüaları, 

xüsusilə  radial  kəsikdən  daha  yaxşı  görünür.  Möhkəmliyi  palıddan  bir  neçə  dəfə 

çoxdur.  Gözəl  teksturası  olur.    Mebel,  musiqi  alətləri,  hissə  və  detallar 

hazırlanmasınaişlədilir. 



Çinar  -  isti  ölkədə  bitən,  qırmızı  qonur  oduncaqlı,  dağınıq  tekturalı  ağacdır. 

Çinarın  özək  şüaları  iri  və  çox  olur,  hər  kəsikdə  aydın  görünməklə,  radial  kəsiklə 

sahənin yarısını tutur ki, bu da ağaca xüsusi dekorativlik verir. Çinar mebel və musiqi 

alətləri  istehsalında  üzlük  material  kimi,  faner  və  habelə  tokar  məmulatları 

hazırlanmasında tətbiq edilir.  

Gövdəsiz olaraq   aşağıdan qol-budaq atan ağac bitkilərinə kol ağacları deyilir. 

Kol  ağacları  hörmə  məmulat  (mebel,  səbət)  istehsalında  geniş  tətbiq  edilir.  Bu 

məqsədlə  hamıdan  çox  istifadə  olunan  ağac  söyüd  ağacıdır  ki,  buna  da  istehsalda 

şüvül  (çubuq)  deyilir.  Bunlardan  ən  çox  əhəmiyyətlisi  qırmızı  söyüd,  qonur  söyüd, 

yabanı,  ağ  çubuq  və  səbət  söyüdüdür.  Hörmə  məmulatların  karkasları  üçün  adətən 

yoğun  söyüd  çubuqlarından  başqa,  həm  də  fındıq  ,  zoğal,  meşə  gilası,  quşüzümü  və 

sair ağacların çubuqları da tətbiq edilir.  

 


 

39

 



1.4. Ağacın keyfiyyətinin təyini metodları

 

Ağacların  keyfiyyətini  təyin  etmək  üçün  əvvəlcədən  müxtəlif  cins  ağac 



növlərini, quruluşunu, xassələrini yaxından tanımaq lazımdır. Müxtəlif cins ağacların 

quruluşu,  fiziki  və  mexaniki  xassələri  nəinki  məmulatın  texniki  və  dekorativ 

keyfiyyətinə  təsir  edir,  hətta  çox  zaman  bu  və  ya  digər  cinsli  ağacdan  məmulat 

hazırlanmasının nə dərəcədə məqsədə uyğun olduğunu da göstərir. Bu səbəbdən ağac 

mallarının hazırlanmasına dair standartlarda və texniki şərtlərdə hansı cins ağaclardan 

harada istifadə olunması mütləq göstərilir. Məsələn, şam və küknar ağaclarının həcm 

çəkisi kiçikdir. Bu ağaclar çürüməyə az davamlı olmaqla mexaniki emaldan asanlıqla 

keçir  və ən  yaxşı  inşaat  materialı sayılır.  Palıd  və qaraşam  ağacları  yüksək dərəcədə 

mexaniki möhkəmliyə və çürüməyə qarşı yüksək dayanıqlığa malik olduğu üçün, əsas 

etibarı ilə ağır istismar şəraitində tətbiq edilən məmulat və qurğular üçün sərf olunur. 

Fısdıq  ağacı  xeyli  plastik  olub,  lakin  dəyişkən  nəmlilikdə  çürüdüyünə  görə  əymə 

mebel  istehsalı  üçün  əsas  materialdır.  Parket  üçün  bərk  olub  sürtülməyə  qarşı 

müqavimət  göstərən  ağaclar  yararlı  sayılır  ki,  bunlardan  da  palıdı,  ağcaqayını, 

qarağacı  və  sairəni  göstərmək  olar.  Çoxqatlı  faner  üçün  kifayət  qədər  bərk  və 

quruluşu bir bərabərlikdə olan tozağacından istifadə olunur. 

Mebel  istehsalı  üçün  olan  ağacı  keyfiyyətini  təyin  etmək  üçün  dekorativ 

xassələrinin  böyük  əhəmiyyəti  olduğundan  mebelin  üzünə  dekorativ  ağaclar,  o 

cümlədən  göyrüş,  qoz  ,  Kareliya,  tozağacı,  qarağac,  qovaq  və  digər  ağac  cinsləri, 

habelə ağacdan olan şiş, fır və digər törəmələr geniş tətbiq edilir. Cökə ağacı yumşaq, 


 

40

yüngül  və  əyilməyə  qarşı  az-çox  müqavimətli  olmaqla,  müxtəlif  kəsmə  detallar  və 



çertyoj  taxtaları  üçün  istifadə  olunur.  Küknar  ağacı  nazik  lifli  quruluşda  olmaqla, 

kağız  istehsalı  və  süni  ipək  (viskoz)  üçün  xammal  təşkil  edir.  Istehsal  da  bəzən 

(məsələn,  çay  tütün  məmulatı,  habelə  tez  qoxu  çəkən  digər  mallar  üçün  tara 

hazırlayanda) ağacın qoxusu da nəzərə alınır.  

Mexaniki cəhətdən ən möhkəm sayılan sağlam (yəni çürüntüsüz, qurud yeməm 

iş, budaqları az və nəmliyi ən çox 18 % olan) ağaclardır. Çürüntü, qurd yeyən yerlər 

və budaqlar zahirdən baxmaqla, nəmlik isə nəmlik ölçən elektrik cihazı  ilə, bu cihaz 

olmadıqda isə ağacı vuranda səs verməsi ilə müəyyənləşdirilə bilər(quru sağlam ağac 

cingiltili səs, çürük və yaş ağac isə boğuq səs verir). 

Ağac  məmulatının  əmtəə  keyfiyyətinin  daha  dəqiq  müəyyənləşdirilməsi  üçün 

onun  quruluş  və  xassələrinə  dair  ümumi  məlumatdan  başqa,  habelə  ağacın  müxtəlif 

cinslərini tanımaq, onun xarakterik xassələrini bilmək, nöqsanlarını aşkara çıxarmağı 

bacarmaq,  həmin  nöqsanlara  müxtəlif  məmulatlarda  nə  dərəcədə  yol  verilməsini 

bilmək,  habelə  həmin  məmulatın    müasir  istehsalı  və  ağacın  dağılmaqdan  mühafizə 

üsulları haqqında aydın təsəvvürə malik olmaq lazımdır.    

 

 



 

 

 



 

41

II. Təcrübi hissə. 



2.1.İstehlak bazarına daxil olan ağac xammalı 

 və yarımfabrikatlarının çeşid xarakteristikası. 

Yerli  ticarət  təşkilatına  daxil  olan  ağac  yarımfabrikatları  qrupuna  girdə  ağac 

malları,  yonulmuş  ağac  malları,  mişarlanmış  ağac  malları,  yarılmış  ağac  malları, 

dülgərlikdə işlənən mallarfaner taxtaları və s. aiddir.  



Girdə  ağac  mallarına  müxtəlif  yoğunluqda  olan  girdə  ağac  malları  daxildir. 

Yüklə 317,38 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin