Fakultə: “Əmtəəşünaslıq” İXTİsas:”İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 317,38 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix23.02.2017
ölçüsü317,38 Kb.
#9540
1   2   3

Şalban.  Şalbanın  əsas  növləri  inşaat  şalbanından,  mişar  şalbanından  və  kötükdən 

ibarətdir.  

Inşaat  şalbanı  –  yuxarısının  yəni  ən  nazik  yerinin  diametri  12  sm-dən  az 

olmayan  ağac  gövdəsi  parçalarından  ibarətdir.  Inşaat  şalbanları  iynəyarpaqlı 

ağaclardan  şam,  küknar,  qaraşam,  sidr,  ağşam  və  enliyarpaqlı  ağac  cinslərindən 

ağcaqovaq,  tozağacı,  cökə,  qızılağac,  qovaq  və  s.  hazırlanır.  Iynəyarpaq  cinsli  ağac 

şalbanların  standart  uzunluğu  4-dən  9  metrə  qədər,  enliyarpaq  ağac  cinslərinin  isə  3 

metrdən yuxarı olur.  



Mişarlanmış ağac malları. Şalbanları uzununa mişarladıqda bir neçə növ taxta 

malları alınır. Ticarət təşkilatlarında ağac yarımfabrikatları içərisində yonulmuş taxta 

və  tirciklərə də rast  gəlmək  olur.  Ticarətdə  taxtaların  uzunluğuna, eninə,  qalınlığına, 

quruluğuna,  düyünsüz  olmasına,  kənarlarının  mişarlanıb  hamarlanmış  olmasına, 

çatlamayan, sınmayan və iki ucunun da eyni enlilikdə olmasına baxırlar.  


 

42

Taxta  və  tirciklər  iynəyarpaqlı  və  enliyarpaqlı  ağaclardan  hazırlanaraq 



yonulmuş  və  tıxaclanmış  olur.  Tıxaclanmış  taxtaların  bir  tərəfində  tıxac  (girinti),  o 

biri tərəfində isə yanındakı taxtanın tıxacına girən çıxıntı vardır.  

Tıxac və çıxıntılar düzbucaqlı, üçbucaqlı, trapesiya və seqment çəkilli ola bilir. 

Tıxaclanmış taxtalar döşəmə, arakəsmə düzəltmək və ümumiyyətlə, taxtalar arasında 

boyuna  əlaqə  yaratmaq  və  sıx  birləşmə  tələb  olunan  hallarda  tətbiq  edilir.  Profilli 

pəstahlar  və  məmulatlar.  Belə  məmulat  müxtəlif  profilli  olur.  Plintus  və  qantellər 

döşəmə  ilə  divar  arasındakı  bucaqları  örtmək  üçün,  sürahilər,  pilləkən  məhəccərləri 

üçün, haşiyələr, pəncərə və qapı çərçivələrini örtmək üçün işlədilir.  



Dülgərlikdə  işlədilən  ağac  malları.  Bu  ağac  malları  aşağıdakı  qruplara 

ayırmaq  olar:  boçka  istehsalı  üçün,  fayton  və  araba  üçün,  mebel  üçün,  musiqi  aləti 

üçün, təsərrüfat şeylərinin tamamlanmasında işlədilən ağac malları.  

Parket, adi  və  lövhə  şəklində  iki  növ  olur.  lövhə şəklindəki  parketin  qalınlığı 

50 mm olan taxtalardan düzəldilmiş 1400X1400 mm ölçüdə lövhədir.  

Lövhənin  hissələri  yapışqan  və  zıvanalarda  bir-birinə  birləşdirilmiş  və  dörd 

kvadrata  bölünmüşdür.  Həmin  lövhənin  üzərinə  qalınlığı  14-17  mm  olan  ayrı-ayrı 

parket taxtacıqları yapışdırılır və ya mıxlanır. 

Inşaat  faneri.  Istehsal  üsulundan  asılı  olaraq  yapışdırılmış  və  bıçaq  faneri 

vardır. Faner enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağından hazırlana bilər.  

Yapışdırılmış  faner  –  soyulmuş  təbəqələrin,  yəni  şponların  bir-birinə 

yapışdırılmasından  alınan  materialdır.  Bir  təbəqədə  şponların  sayı  3-dən  13-ə  qədər 



 

43

ola bilər. Qabaqcadan buxara verilmiş şalban parçasından xüsusi soyma dəzgahlarında 



şpon alınır. Şalbandan soyma yolu ilə şponun alınmasını topdakı kağızın açılması ilə 

müqayisə etmək mümkündür.  

Iki  qonşu  təbəqənin  lifləri  bir-birinə  perpendikulyar  olmaq  şərti  ilə  şponları 

yapışdırırlar  ki,  bununla  da  yapışdırlımış  fanerin  möhkəmliyi  daha  yüksək  və  bir 

bərabərdə olur. 

 Çox vaxt yapışdırlımış şam ağacı, toz ağacı, küknar və qızılağacdan hazırlanır.  

Tətbiq  edilmiş  yapışqanın  növündən  asılı  olaraq  albumin,  kozein  yapışqanları 

ilə yapışdırılmış fanerlər (FB markalı) və süni qətranlarla yapışdırlımış fanerlər (FSV 

markalı) vardır. 

 

Fanerlər taxtalarını ip ilə tay bağlayırlar ki, hər bir tayın ağırlığı 80 kq-dan artıq 



olmamalıdır.  Hər  dikt  tayının  üzərində  vərəqələrin  sayı,  onların  qalınlığı,  ölçüsü  və 

çeşidləri göstərilir.   



Tir – iki tərəfdən yaxud dörd tərəfdən mişarlanmış eni və qalınlığı 100 mm-dən 

artıq  olan  şalbanlara  deyilir.  Tirlər  cinsinə  görə  iynəyarpaq  və  enliyarpaq  ağac 

cinslərindən  və  emalına  görə  iki  haşiyəli  və  dörd  haşiyəli,  uzunluğuna  görə  isə 

iynəyarpaq ağaclar 1-dən 6,5 m-ə qədər uzunluqda olur.      



 

 

 



 

44

 



2.2.İstehlak bazarına daxil olan  ağac xammalı  

və yarımfabrikatlarında rast gəlinən nöqsanlar. 

 

Ağacın  möhkəmliyini  və  xarici  görünüşünü  təkcə  cinsindən  deyil,  habelə 

ağacdakı  nöqsanlardan  da  xeyli asılıdır.  Bu  nöqsanlar taxta şalban  materiallarının  və 

hazır məmulatın çeşidə ayrılmasında ən mühüm amillərdən biridir.  

Ümumiyyətlə  ağacın  nöqsanları  dedikdə  ağacın  zahiri  görünüşünə,  quruluşuna, 

bütövlüyünə  və  toxumalarının  möhkəmliyinə  dair  müvafiq  normaların  pozulması 

nəzərdə  tutulur.  Bu  nöqsanlar  hələ  kəsilməmiş  ağaclarda  və  istərsədə  taxta  şalban 

materiallarının saxlandığı və istismarı zamanı baş verə bilər.  

Nöqsanlar bir qayda olaraq, ağacın  keyfiyyətini, çeşidini və dəyərini aşağı salır; 

burada  ağacın  quruluşunda  müşahidə  edilən  bəzi  nöqsanlar  (düyünlər,  fırlar) 

müstəsnalıq təşkil edir, belə nöqsanlar ağaca dekorativ xassələr verir və deməli, onun 

dəyərini qaldırır.  

Nöqsanların  əmələ  gəlməsi  səbəbləri  və  ağacların  keyfiyyətinə  onların  təsiri, 

habelə  nöqsanların  növləri  çox  müxtəlifdir.  Nöqsanların  siniflərə  bölünməsi  və 

onların  müvəssəl  təsviri  müvafiq  standartlarda  verilmişdir.  Taxta  şalban 

materiallarında  və  məmulatında  yol  verilən  nöqsanların  növləri  və  miqdarı 

standartlarda  və  texniki  şərtlərdə  dəqiq  müəyyənləşdirilmişdir.  Ağacın  nöqsanlarına 

düyün,  çatdaq,  qurd  dəymiş  yerlər,  ağacın  daxilində  əmələ  gələn  qeyri-normal 



 

45

çöküntülər,  ağacın  quruluş  nöqsanları,  gövdə  formasının  nöqsanları,  çürük  və  qeyri-



normal rənglər daxil olur.  

Düyün.  Düyünlər  ölçüsünə  görə  iri  və  xırda;  ağacda  yayılma  dərəcəsinə  görə 

yapışmış,  qismən  yapışmış  və  yapışmamış;  forma  etibarı  ilə  girdə-oval,  tikişli, 

pəncəli;  ağacın  vəziyyətinə  və  düyünlərin  rənginə  görə  sağlam,  bərk,  buynuzvarı  və 

qatranlı olur. Düyün çox iri olduqca ağacın keyfiyyəti aşağı düşür.  

Düyünlərin  ölçüsü  –  girdə  taxta-şalban  materiallarında  gövdənin  oxuna 

perpendikulyar  istiqamətdə  götürülən  diamettrindən,  mişarlanmış  materiallarda  isə 

taxtanın,  yaxud  tirin  uzununu  perpendikikulyar  istiqamətdə  müəyyənləşdirilir. 

Düyünlərin  ölçüsü  ya  millimetirlə  yaxud  da  materialın  enini  və  ya  qalınlığının 

hissələri  ilə  göstərilir.  Xarrat  məmulatı  və  çox  qatlı  faner  istehsalında  zahirə  çıxan 

düyünləri deşib çıxarır və yerinə mantar taxırlar.  



Çatdaq  .  Çatdaq  həm  canlı  (kəsilmiş)  ağacda  (şaxtadan,  zərbədən,  qopmadan 

əmələ  gələn),  həm  də  quruyan  ağacda  (baş  tərəflərdə,  böyürlərdə)  əmələ  gəlir. 

Çatdağın uzunluğu eni  və dərinliyi ölçülür və mm-ilə yaxud  materialın uzunluğunun 

hissələri  ilə  göstərilir.  Dülgər  məmulatında  çatdaqlara  qətiyyən  yol  verilmir,  taxta-

şalban materiallarına gəldikdə isə onların çeşidindən asılı olmaqla, məhdud miqdarda 

və  ölçülərdə  çatdaq  olmasına  yol  verilir.  Quruma  nəticəsində  əmələ  gələn  çatdaqlar 

taxta-şalban materiallarının düzgün qurumadığını göstərir.  

Qurd  yemiş  yerlər.  Ağaca  həşərat  (böcəklə  və  onların  sürfələri)  toxunduqda 

zədəli  yerlər  əmələ  gəlir.  Bəzi  həşərat  yalnız  ağacların  qabığını  deşir,  digərləri  isə 



 

46

ağac yeyeən, ağac gəmirən və ağac ovan olur. həşəratlar zəif yaxud qurumuş ağaclara 



toxunur  və  ona  görədə  həşərat  zədələyən  ağaclar  ağacın aşağı  keyfiyyətdə  olduğunu 

göstərir.  Həşərat  zədələri  üzdən  (5  mm-ə  qədər),  dərinlikdə,  dərin  və  ovuntulu  olur. 

Dərin  zədələrə  yalnız  aşağı  çeşidli  taxta-şalbanda  yol  verilir.  Dülgər  məmulatında 

zahirə çıxan zədələrə mantar tıxanır. 

Ağaca  həşərat  nəinki  meşədə,  hətta  anbarda  və  hazır  məmulatda  toxuna  bilər. 

Məsələn, şam ağacı  taxtalarına çox  vaxt anbarda böcək  (şam ağacı qurdu), binaların 

ağac  hissələrində  ağac  ovan  qurd  və  qara  uzun  bığ  böcək,  mebel  isə  mebel  qurdu 

(taxta qurdu, may böcəyi toxunur). Böcəyin süfrəsi bəzən ağacı çürük hala salır. Ağac 

yeyən  həşarata  qarşı  əsas  mübarizə  üsülu  zədələnmiş  ağaca  zəhərli  mayelə 

hopdurmaqdan və zəhərli qaz verməkdən ibarətdir.  



Ağacın içində qeyri-normal çöküntülər. Ağacın bəzi sahələrində qatran yaxud 

su  həddən  artıq  toplaşır.  Qatran  toplaşan  yerlərdə  cürbəcür  qatran  nöqsanları 

(qatranlama, qatran cibi, qatran xərçəngi), su toplaşan yerlərdə isə su qatı əmələ gəlir. 

Qatran  ağacın bəzək əməliyyatını  çətinləşdirir, su qatı  isə ağacı  yumşaldır  və  həmin 

ağac quruyanda nazik çatdaqlar törənir.  

Buruqlar və düyünlər. Bu nöqsanlar ağacın quruluş nöqsanları qurupuna aiddir. 

Buruq lifli ağacda liflər yay şəklində, düyünlü ağacda isə dalğa vari yerləşir. Taxtada, 

tirdə və detallarda rast gələn buruq lifli yerlər həmişə xüsusən yaranan zaman, ağacın 

möhkəmliyini kəskin aşağı salır və əyilməsinə səbəb olur; bu səbəbdən buruq lifliliyə 

yalnız  çox  məhdud  midarda  yol  verilir.  Buruq  lifliliyin  miqdarı  liflərin  düz 


 

47

istiqamətdən  kənara  çıxması  ilə  müəyyən  edilir  və  materialın  hər  bir  metr  uzununa 



nisbətən  sm-lə  yaxud  %-lə  göstərilir.  Eyni  şalbanlar  və  nahamar  taxtalar  doğranan 

zaman  ağacın  liflərinin  çoxusu  kəsilir  və  bunun  nəticəsində  istehsala  buruq  lifliliyi 

əmələ gəli ki, belə hallarda da detallar illik həlqələr boyunca yarılır.  

Düyün – liflərin dalğavari yaxud dolaşıq yerləşməsindən ibarət olaraq, adətən iri 

ağacların  kökünə  yaxud  hissələrində,  habelə  fır  deyilən  nöqsanların  olduğu  yerlərdə 

əmələ gəlir; həmin fırların səthi isə hamar, yaxud qabarıq olur.  

Illik  həlqələrin  budaqlar  və  cücərmələr  zonasında  olan  yerli  əyintilərinə  qıvrım 

deyilir.  Tirin  yaxud  detalların  kənarında  rast  gələn  qıvrımlar  onların  möhkəmliyini 

xeyli aşağı salır.  

Gövdə  formasının  nöqsanları.  Ən  qiymətli  taxta-şalban  materialları  düz 

gövdəli en kəsiyi dairə şəklinə yaxın olan və hər bir metr yuxarı getdikcə ən çoxu bir 

sm. nazikləşən ağaclardır. Bu normaların pozulması gövdənin nöqsanı sayılır. Həmin 

qüsurlardan  əyriliyi,  illik  həlqələrin  ekssentrik  yerləşməsini,  ağacın  özəkdən  hər  iki 

tərəfə  doğru  müxtəlif  sıxlıqda  və  bərklikdə  olmasını,  cütözəkliliyi,  gövdənin  yuxarı 

gerdikcə  həddindən  artıq  nazikləşməsini,  gövdənin  aşağı  hissəsindəki  deşikləri  və 

fırları  göstərmək  olar.  Gövdəsi  nöqsanlı  ağaclar  doğranıb  taxta  materialı  şəklinə 

salınanda tullantısı artır və ondan yüksək çeşidli materialların alınması azalır.  



Çürük.  Bütün  çürüklər  ağacın  parazit  göbələklər  tərəfindən  zədələnməsinin 

nəticəsidir.  Çürük  törədən  çoxlu  miqdarda  göbələk  vardır.  Bunların  bəziləri  yalnız 

parenximlə  qidalanıb  az  zərərli  sayılır,  digərləri  isə  ağacın  bütün  hüceyrələrini 


 

48

dağıdır.  Çürük  iki  cür:  səthi  (qaralama,  kiflənmə)  və  dərin  olur.  Çürümə  prosesinin 



başlanğıc  mərhələsində  ağac  yalnız  rəngini  və  qoxusunu  itirir.  Sonra  isə  qismən  və 

getdikcə tamamilə dağılır. Çürük zahiri görünüşünə, rənginə (qaraltı, qəhvəyi qaraltı, 

qızarma,  ağ  kif,  mərmərə  oxşar  kif,  ləkə)  ağacın  gövdəsində  yerləşdiyi  yerinə  (üst 

oduncaq hissəsində, içərisində saxta nüvə) və habelə ağacın dağılması dərəcəsinə görə 

müəyyənləşdirilir.  

Çürüklər  bir  qayda  olaraq  ağac  məmulatda  yol  verilməməlidir  və  taxta-şalban 

detallara doğranan yaxud yonulan zaman bu nöqsanlar rədd edilməlidir. Taxta- şalban 

materiallarında  çürüyan  miqdarı  məhdud  edilmişdir;  bu  nöqsan  taxta-  şalban 

materiallarının çeşidini xeyli aşağı salır. 

Quru  binalarda  istismar  edilən  məmulatda  müstəsna  olaraq,  bəzən  göbələk 

zədələrinin başlanğıc mərhələlərinə, məsələn, saxta nüvələrə yol verilir. Lakin burada 

zədələnmiş hissələrin bərkliyi sağlam hissələrin bərkliyindən fərqlənməməlidir.  

Çürük  törədən  göbələklər  ağaclara  meşədə  və  ağac  materiallarına  isə  anbarda 

toxuna  bilər.  Çürük  törədən  göbələklərin  həyat  fəaliyyəti  üçün  yüksək  rütubət  tələb 

olunur; quru ağacda çürümə prosesi dayanır.  

Qeyri-normal  rənglər.  Qeyri-normal  rənglər  həmişə  ağacın  çürüməsinə  işarə 

etmir, çünki çox zaman bu hallar kimyəvi reaksiyalar nəticəsində baş verir və ağacın 

fiziki-mexaniki xassələrinə təsir  yetirmir.  Belə rənglərə gün qaraltısı, suyun törətdiyi 

sarılıq və s. suda həll olmuş duzların təsiri altında törənmiş boz qara ləkələr daxildir.    



 

 

49

2.3. İstehlak bazarına daxil olan ağac xammalı və 



yarımfabrikatlarının keyfiyyətinin təhlili 

Istehlak  bazarına  daxil  olan  ağac  yarımfabrikatlarının  keyfiyyətini  təhlil 

edərkən  dərnəgül  yolunda  yerləşən  ağac  və  ağac  məmulatları  satışı  ilə  məşğul  olan 

ticarət  təşkilatlarına  baxış  keşirdim.  Burada  məqsəd  malın  keyfiyyətinə  təsir  edən 

amillərin aşkara çıxarılması, mal ilə rəftar, saxlanma şəraiti və sair. 

Ilk növbədə bildiyimiz kimi başqa mal qruplarından fərqli olaraq ağac xammalı 

və  ağac  yarımfabrikatlarının  saxlanma  şəraiti  düzgün  seçilməlidir.  Atmosfer  təsiri, 

rütubətli  hava  şəraiti  ağac  məmularlarının  formasının  dəyişməsinə  (əyilmə,  quruma, 

şişmə  və  s.),  keyfiyyətinin  aşağı  düşməsinə  və  başqa  nöqsanların  yaranmasına  təsir 

edə 


bilər. 

Ağacdan 


olan 

materiallarıın 

saxlanma 

şəraiti 


keyfiyyətin 

qiymətləndirilməsində  böyük  rol  oynayır.  Çünki  uzun  müddət  ticarət  təşkilatlarında 

qalan  mallar  əgər  düzgün  saxlanmazsa  rütubətdən  şişər,  ağac  yeyən  xırda  canlıların 

hücumuna  məruz  qalar.  Blləliklə  istehlakçıya  çürüməyə  məruz  qalan  malların  satışı 

heçdə düzgün olmazdı.  

Ağac  mallarını  təmiz  yerlərdə  saxlamaqdan  başqa,  onların  üzərlərini  qətran, 

mis  kuporosu,  karbol  turşusu  yaxud  üst  qatlarını  azca  yandırmaqla  tez  xarab 

olmasının qarşısı alınmış olur. 

Ağac  yarımfabrikatlarının  çeşidini  hər  şeydən  əvvəl  təyinatına,  təbiətinə 

emalının xüsusiyyəinə və görünüşünə görə öyrənirik.   



 

50

  



Hər  qrupu  ayrılıqda  nəzərdən  keçirərkən  ona  hansı  tərzdə  məmulatlar  daxil 

olduğunu,  onların  ölçülərini,  növlülük  əlamətlərini  və  keyfiyyət  və  kəmiyyət 

tələblərini  bilmək  lazımdır.  Bunun  üçün  materialların  müsbət  və  çatışmayan 

cəhətlərinə fikir vermək lazımdır.  

Ticarət  şəbəkələrində  çox  sayda  məmulatlara  rast  gəlmək  mümkündür,  amma 

keyfiyyətli  mal  almaq  üçün  məmulatın  saxlanma  şəraitinə  diqqət  yetirməyimiz 

məqsədə uyğun olardı. 

 

 

 

 

 

 

 

 

 

 

 


 

51

2.4. İstehlak bazarına daxil olan ağac xammalı 



 və yarımfabrikatının qorunub saxlanmasına  

                     kömək edən amillər 

Dəyişkən  rütubət  və  temperatur  təsiri  altında  ağac  çatlayır  və  əyilir.  Habelə 

çürümə,  həşarat  və  od  təsiri  altında  dağılır.  Müasir  texnika  ağacın  dağılmaqdan 

qorunması  üçün  etibarlı  üsullardan  istifadə  edir.  Bunlardan  ağacın  qurudulmasını, 

davamlı  örtük  maddələri  ilə  sürtülməsini  yaxud  hopdurulmasını,  ağacın  qaza 

verilməsini  göstərmək  olar.  Bu  məqədlər  üçün  tətbiq  edilən  profilaktik  tədbirlər  çox 

zaman  dondurmaq,  yumaq  və  anbarların  sanitar  qaydalarına  ciddi  riayət  etməkdən 

ibarətdir.  Ağacın  çürüməkdən  və  yanmaqdan  mühafizəsi  konstruktiv  və  kimyəvi 

üsullarla aparılır. 

Ağacın  qurudulması.  Ağac  anbarlarda,  quruducu  kameralarda,  mayelər  və 

yüksək tezlikli cərəyanlar vasitəsilə istismar nəmliyinə qədər qurudulur.  

Ağacın anbarlarda qurudulması – uzun müddət tələb edir. Həm də bu anbarlar 

düzgün  planlaşdırılmalı,  taxta-şalban  materialları  burada  düzgün  yığılmalı  və  anbar 

sahəsi  və  tikililərin  sanitar  vəziyyəti  üzərində  daima  nəzarət  aparılmalıdır.  Bu  üsul 

havada  qurutma  yaxud  təbii  qurutma  üsulu  deyil;  bu  üsul  inşaat  yaxud  dülgər 

materiallarının 15-17 % nəmliyə qədər qurudulması üçün tətbiq edilir.  

Ağacın  kamerada  qurudulması  üsulu  –  ağac  emalı  müəssisələrində  geniş 

yayılmışdır.  Quruducu  kamerada ağacın bərabər qaydada və tez quruması üçün, yəni 


 

52

havanın cərəyanının hərəkət surətinin nizamlaşdırılması üçün lazimi şəraitm yaradılır; 



ağacın çatlamaqdan  və  əyilməkdən  mühafizə edilməsi  üçün  quruducu  kamerada onu 

qabaqca  nəmlə  doldurulmuş  qızğın  havada  qızdırırlar.  Kamerada  qurudulan  ağacın 

keyfiyyətinin  yüksək  səviyyədə  saxlanması  üçün  cinsinə,  qalınlığına  və  təyinatına 

görə hər ağaca aid bir müvafiq rejimə riayət olunmalıdır.                                                                     

Sabit  örtüklərin  çəkilməsi  –  uzun  müddət  istismar  edilməsi  ağac  məmulatının 

səthinə  ağac  atmosfer  rütubətindən  qoruyan  lak-boyaq  örtüyü  çəkilir  ki,  bununla  da 

ağac məmulatı çatlamaqdan, əyilməkdən və çürüməkdən qorunur.  

Hopdurma  –  ağacın  dağılmasının  qarşısının  alınması  məqsədi  ilə  hopdurma 

üsulundan dəmir yolu şpalları istehsalında geniş istifadə edilir. Hopdurucu maddələrin 

tərkibində  ağacı  çürüməkdən  qoruyan  antiseptiklər  və  ziyanvericiləri  məhv  edən 

zəhərlər vardır.  

Qaza  vermək  –  ağacın  qaza  verilməsi  üsulu  zədələnmiş  ağacın  içindəki 

ziyanvericilərin  sürfələrinin  məhv  edilməsi  üçün  tətbiq  edilir.  Burada  taxta-şalban 

materiallar  yaxud  ağac  məmulatlar  hermetik  qapalı  qaz  kamerasına  yerləşdirilir  və 

orada müəyyən müddət zəhərli buxar təsiri altında saxlanılır.  

Dondurma üsulu – ağacın çürüməkdən və çatlamaqdan qorunması üçün hörmə 

məmulat  hazırlayan  faner  zavodlarında  və  müəssisələrində  dondurma  üsulu  tətbiq 

edilir.  Qışda  yaxud  payızda  tədarük  ediləsi  ağac  qarın  altında  saxlanılıb  sulanır  və 

üstünə  ağac  kəpəyi  tökülür,  sonra  yay  gələndə  ağacın  donu  açılıb  istehsala  verilir. 

Dondurma üsulu ağacın keyfiyyətinin qorunması üçün ən yaxşı üsuldur.  



 

53

Ağacın  saxlanmasına  dair  əsas  şərtlər.  –  ağacı  bir  yerdə  saxlayan  zaman  ona 



göbələk  toxunduqda,  xüsusən  qaraldıqda,  kifləndikdə  və  çatladıqda  ağacın  qiymətli 

xassələri  aşağı  düşür.  Bunun  qarşısını  almaq  üçün  aşağıdakı  profilaktik  tədbirlər 

aparılmalıdır: 

a)  yaş ağac  örtüklü  çtapellərdə saxlanmalı və bunlar  elə  yığılmalıdır  ki, bütün 

ştapellərin arasında hava sərbəst cərəyan edə bilsin; 

b) quru ağac quru və havası dəyişilə bilən binalarda saxlanmalıdır; 

v)  anbarın  ərazisində  olan  zibil  və xüsusən  çürümüş  ağaclar  müntəzəm  olaraq 

kənar edilməli və ərazi əhəng məhlulu ilə dezinfeksiya edilməlidir;  

q) ştapellərə yığılmış taxtaların başlarını perpendikulyar düşən günəş şüaları və 

quru külək təsirindən qorumaq üçün taxtalar baş-başa düzülməli, bərk ağac cinslərinin 

başlarına  isə  gil  yaxud  zamaska  sürtülməli,  kağız  yapışdırılmalı,  yaxud  lövhələrdən 

hasar çəkilməlidir.     

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

          



 

 

54

Nəticə və təkliflər

 

 

Təhlil  və  müşahidələr  göstərdi  ki,  son  dövürdə  ağac  və  ağac  yarımfabrikatları 

əmtəə dövriyyəsində əhəmiyyətli  yer  tutur  Ağac təbii xammal  və  ya  istifadə  vasitəsi 

kimi insanlara çox qədimdən məlumdur. Bundan əlavə onlar digər növ məmulatların, 

tikinti,  istehsalat  və  sənaye  sahələrinin  inkişafına  təkan  verən  ən  samballı  bazaya 

çevrilir.  Ağac  və  meşə  əmtəələri  öz-özlüyündə  tükənməz  resurslara  malikdir.  Onlar 

adi,  emal  edilmiş  halda,  hətta  çürüntülərindən,  yonqarlarından,  kəpəyindən, 

köklərindən və budaqlarından, tərkibində olan aşılayıcı və qətranlı maddələrindən tam 

mənada isifadə etməyə  imkan verir. Meşə kimyası,  kağız-karton, sellüloza, süni ipək 

istehsalı  sahələri  demək  olar  ki,  tamamilə  meşə  və  ağac  materiallarından  istifadəyə 

əsaslanır.  

Ağacşünaslığın həm də əmtəəşünas-ekspert elmi mövqeindən öyrənilməsi hər il 

çoxlu yeniliklərin meydana gəlməsinə, əmtəə istehsalı və əlaqələrinin inkişafına təkan 

verir.  


Təhlil göstərdi  ki, əmtəəşünaslıqda ağacın oduncağı ekspertlər tərəfindən daha 

geniş  öyrənilir.  Bundan  əlavə  ağac  əsasında  hazırlanan  tikinti  materialları,  mebel  və 

digər  məişət  üçün  malların  çeşidi  və  keyfiyyəti  əmtəəşünaslığın  müxtəlif 

bölmələrində  ciddi  nəzərdən  keçirilir.  Bu  da  yeni  istehlak  xassələrinə  malik  olan 

istehlak  mallarının  meydana  gəlməsinə,  onların  istehsalının  artırılmasına,  çeşidi  və 

keyfiyyətinin yaxşılaşdırılmasına köklü surətdə kömək edir. 

  


 

55

Lakin son dövürdə əhali hazır ağac  materialları  və  yarımfabrikatlarını almaqla 



onlardan  öz  istəklərinə  və  təxəyyülünə  uyğun  olaraq  məişət  üçün  təmir  işlərində, 

tikintidə, bəzi əşyaların hazırlanmasına istifadə edirlər. 

 Hazırki  dövürdə  də  ağac  ən  müasir  xammal  mənbəi  hesab  edilir.  Çoxlu  taxta 

şalban,  mişar  materialı,  oduncaq,  yonqarlı  plitələri,  siyrilmiş  materiallar,  fanerlər 

ağacdan  istifadə  edilməklə  hazırlanır.  Ağac  artıq  sellüloza,  kağız,  ipək,  lif,  plenka, 

dərman  maddələri  və  çoxlu  sayda  digər  qiymətli  materiallar  istehsalı  üçün  əsas 

xammal mənbəidir. 

Azərbaycanda  bitki  ağac  cinsləri  özünün  və  oduncağının  keyfiyyət 

göstəricilərinə  görə  dünya  miqyasında  üstün  tektura  və  bəzək  keyfiyyətlərinə 

malikdirlər.  Bu  ağacların  ehtiyatının  çox  az  olmasına  baxmayaraq  (Azərbaycan 

ərazisinin  11  %-ə  qədəri  meşədir)  onlar  dəyərinə,  sambalına  və  kefiyyətinə  görə 

bütövlükdə  Rusiyanın  ərazisində  bitən  iynəyarpaqlı  ağacların  dəyərinin  35-50%-ə 

qədərini  əhatə  edə  bilər.  Odur  ki,  Azərbaycanda  ağac  mallarının  çeşidi  və 

keyfiyyətinin  yaxşılaşdırılmasına,  istehsalı  və  satışının  inkişafına  kömək  edən  bütün 

imkanlar nəzərə  alınmalıdır. 

 

Yuxarıda  deyilənləri  nəzərə  alaraq  aşağıdakı  təklifləri  irəli  sürməyi  məqsədə 



uyğun görürəm. 

1.Yaxşı  olardı  ki,  Azərbaycanda  bitən  zəngin  teksturalı  palıd,  çinar,  fıstıq, 

ağcaqayın,  qoz,  şabalıd,  qaraağac  və  bu  kimi  ağac  növlərinin  sənayedə  xam  halda 


 

56

oduncaq  kimi  tətbiqi  məhdudlaşdırılmış  olsun  və  uyğun  olaraq  zəngin  teksturalı 



siyrilmiş şipon, faner üzlük materiallarının istehsalı və satışı təşkil edilsin. 

2.Təhlil  göstərir  ki,  zəngin  teksturalı  ağac  cinslərinin  tətbiqini  rütubətə  və 

çürüməyə  daha  davamlı  olan  və  yüngül  iynəyarpaqlı  ağac  cinsləri  ilə  əvəz  edilməsi 

üçün dövlət səviyyəsində tədbir görülməsini də vacib hesab edirəm. 

3.Azərbaycanda  meşəçiliyin  inkişafı  üçün  böyük  şərait  vardır.Yaxşı  olardı  ki, 

hazırda  yaranan  xüsusi  fermer  təsərrüfatları  arasında  meşə  zolağı  salınması  üçün 

ehtiyat torpaq fondu ayrılsın və meşəçiliyin ən yaxşı ağac cinsləri üzrə inkişafı bu cür 

istiqamətlənmiş olsun.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

57

  



Ədəbiyyat  

 

1. 

Ə.P.Həsənov,  C.M.Vəliməmmədov,  N.N.Həsənov,  T.R.Osmanov  və 

başqaları.”Qeri-ərzaq mallarının ekspertizası” II hissə, Çaşıoğlu 2006 

2. 

Ə.P.Həsənov, 

C.M.Vəliməmmədov, 

N.N.Həsənov, 

T.R.Osmanov, 

S.B.Dadaşov və başqaları.”Qeri-ərzaq mallarının laboratoriya tədqiqatı” Bakı 2001  



3. 

 Ə.P.Həsənov,  C.M.Vəliməmmədov,  N.N.Həsənov,  T.R.Osmanov  və 

başqaları “İstehlak mallarının nəzəri əsasları ” Bakı 2003 

4. 

Ə.P.Həsənov,  C.M.Vəliməmmədov,  N.N.Həsənov,  T.R.Osmanov  və 

başqaları “Əmtəəşünaslığın nəzəri əsasları ” Bakı 2003 

5. 

Ə.P.Həsənov  və  başqaları.  Qeyri-ərzaq  mallarının  ekspertizasının 

praktikumu. “İqtisad universiteti”2014 

6. 

N.M.Ağabəyov  “Oduncaqşünaslıq  və  meşə  əmtəəşünaslığının  əsasları” 

“Maarif nəşriyyatı” 1990 

7. 

Q.Xanməmmədov, A.Bədəlov “İnşaat materialları” “Marif” 1971 



8. 

Azərbaycan respublikasının statistik göstəriciləri. 2009 



9. 

Н.С.Алексейев,  Д.М.Орлов,  М.Д.Резонов.  Metal,  inşaat  və  ağac 

malları. Bakı 1962. 

10. 

Д.И.Брозовский  и  др.Товароведение  промышленных  товаров 

(пластмассы, хозяйственных и страительных товары). Москва Экономика  1979 

11. 

Ю.И.Марев 

Товароведение 

металлохозяйственных 

и 

елоктробытовых товаров. Москва Экономика 1986 



 

58

12. 

А.В.Викторов  и  др.  Справочних  товароведа  непродовольственных 

товаров. 3 т. Москва Экономика 1990 



13. 

М.А.Николоева Товароведение експертиза.Москва 1998 



14. 

Г.И.Горчаков. Строительные материалы. Москва, 1981 



15. 

Д.Фенгел,  Г.  Вегенер  Древесина  химия,  ултраструктура  реакции. 

Москва, «ЛП», 1988 

16. 

Е.С.Пояк,  Спровочник  товароведа  непродовольственных  товаров. 

Москва «Экономика», 1990 том 3 

17. 

Н.С.Алексеев.  Товароведение  хозяйственных  товаров.  Том  1 

Москва, «Экономика»,1989 

18. 

В.Н.Голь  и  др.  Справочник  товароведа  непродовольственных 

товаров. Москва «Экономика», 1984 том 3 

19. 

И.М.  Лифиц  и  др.  Исследование  непродовольственных  товаров. 

Москва «Экономика», 1988. 

20. 

Н.А.Николаева 

Товароведение 

потребительских 

товаров 

(теоретические основы) Москва, «Экономика» 1998 



21. 

İntrnet materialları. 



Yüklə 317,38 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin