Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   ...   15   16   17   18   19   20   21   22   ...   29
sg-rov-Elm-ddin

 
2013 
2014 
2015 
2016 
Bütün maşınqayırma 
57,2 
0,7 
196,8 130,0 
- müəssisələrin öz vəsaiti hesabına 
57,2 
0,7 
196,8 97,8 
- dövlət büdcəsi 




- büdcədən kənar fondlar 






59 
 xərclər ( min.manat)
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi (2). 
Məlum olduğu kimi innovasiyaların iki tipi vardır: məhsul və proses. Əgər yeni 
məhsulun istehsalı texnologiya dəyişdirilmədən köhnə avadanlıqla aparılırsa bu cür 
innovasiyalar məhsul adlanır. 
Hal-hazırda Azərbaycanda məhsul innovasiyaları, yəni məhsula tətbiq edilən 
yeniliklər daha yayılmış innovasiyalar tipidir. 
Yeni məhsulun mənimsənilməsi müəssisə üçün olan texnologiyanın tətbiqi ilə 
müşahidə olunursa bu növ innovasiyanı proses innovasiyalarına aid etmək olar. 
Cədvəl 7-də əks olunmuş göstəricilər Azərbaycan maşınqayırmasında bu növ 
innovasiyaların hələ ki, yayılmadığını sübüt edir. 

 
Cədvəl 7 
İnnovasiyaların tipləri üzrə Azərbaycan maşınqayırmasında texnoloji
innovasiyalara sərf olunan xərclər ( min.manat) 
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi (5) 
- sair 



3
2,2 
İllər 
Göstəricilər 
 
2013 
2014 
2015 
2016 
Bütün maşınqayırma 
57,2 
0,7 
196,8 130,0 
- məhsulun inovasiyaları 
57,2 
0,7 
196,8 97,8 
- proses inovasiyaları 


- 48,5 


60 
Aparılan təhlil ümumiləşdirilərək , bu qənaətə gəlirik ki, əks etdirilmiş 
göstəricilər istehsalda innovasiya aktivliyinin kifayət olmadığını təsdiqləyir. 
Beləliklə, milli maşınqayırmada yığılmış və inkişafına mane olan problemlər 
təsadüfü, lokol xarakterli deyil ümumi qarşılıqlı şərtləndirilmiş sistemdir. 
Maşınqayırma müəssisələri səviyyəsində onlardan əsas olanlara aşağıdakıları demək 
olar: 

avadanlığın və texnologiyaların kritik səviyyəli mənəvi və fiziki 
aşınması; 

əmək haqqının aşağı olması, fəhlə və mühəndis – texniki ixtisasların 
nüfuzunun azalması, sosial problemlərin kəskinləşməsi nəticəsində ixtisaslı kadrların 
defisiti; 

bir qayda olaraq mənəvi köhnəlmiş konfiqurasiya və aqxitekturalı 
(artıq qabaritlər, yüksək enerji tutululuq, aşağı səviyyəli təmirə yararlılıq və s.) artıq 
istehsal qüvvələrin mövcudluğu və müvafiq olaraq saxlanmasına son dərəcə yüksək 
xərclər; 

istehsal qüvvələrin mənəvi köhnəlmiş infrastrukturu ( sənaye 
kommunikasiyaları, zavoddaxili nəqliyyat və anbar sistemi ( daxili loqistika) , ekoloji 
təhlükəsizlik , sanitar normaları və tələbləri ( əməyin mühafizəsi), təhlükəsizlik 
texnikası və.s ; 

müəssisənin mənəvi köhnəlmiş idarəetmə sistemi; 

kifayət qədər inkişaf etməmiş istehsalat kooperasiyası sistemi (sənaye 
subkontraktinqi) , xüsusən də kiçik və orta biznes formasında; 

zəif inkişaf etmiş keyfiyyət mnencmenti sistemi ( nəzarət sistemi
texniki tənzimləmə , istehsal mədəniyyəti daxil olmaqla beynəlxalq keyfiyyət 
standartlarına uyğun olmaması ); 

effektivli marketinq ( satış ) siyasətinin, xüsusən də elmtutumlu 
məhsullar bazarında formalaşdırılması üçün təcrübə və resursların çatışmaması; 

istehsal olunan məhsula onun bütün həyat dövrü ərzində texniki dəstək 
və servis sisteminin kifayət qədər inkişaf etməməsi ( hətta ümumən olmaması ); 


61 

Maşınqayırma müəssisələrin analoji məhsulun xarici istehsalçıları ilə 
bazarda rəqabət aparmağın “qeyri-bərabər şəraiti”. 
Bununla belə etiraf etmək lazımdır ki, yaranmış vəziyyətin əsas səbəbi 
maşınqayırma kompleksinin iqtisadi əsaslandırılmış və dinamik inkişaf edən prioritet 
sektorlarının müəyyən edilməməsi və formalaşdırılmasına yönəldilmiş müasir 
tələblərə və ölkənin resurs imkanlarına, onların istifadəsinin səmərəliliyinin artırılması 
tələblərinə cavab verən, həmçinin ümumən maşınqayırmanın inkişafını stimullaşdıran 
yeni iqtisadi mexanizmlərin formalaşmamasıdır. Bunlar növbəti paraqraflarda tədqiq 
olunur.
Hal-hazırda ölkə hökumətinin iqtisadi siyasəti istehsalın diversifikasiyasına, 
milli sənayenin qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu istiqamətdə 
maşınqayırmaya daha vacib rol ayrılmalıdır. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin