ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1,72 Mb.
səhifə12/21
tarix05.03.2017
ölçüsü1,72 Mb.
#10074
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Ermənistanda hələ er.əv. VIII əsrdən məlum olan qədim türk mənşəli Akuriani (ermənilər onu "Axuryan" şəklinə salmışlar), V-X əsrlərdə adları çəkilən Alagöz dağının adı, Karpi, Arpa, Şirak, Kəngər, Kolt, Quqark, Taşir (sonrakı Lori), orta əsrlərdən adı çəkilən Zəngi çay, Qarni, Kümri və s. adlar vardır. Bu adların hamısı türkcədir. Lüğətdə bu barədə məlumat verilmişdir.

Yuxarıda deyilənlərdən aydın olur ki, er.əv. I minillikdə Kiçik Asiyanın şərqində (Van gölünün ətraf ərazisində) və indiki Ermənistanın ərazisində türk mənşəli əhali də yaşayırdı. Bu türk dillilərin mənşəyi problemi xüsusi tədqiqat mövzusudur. Bu problem araşdırıldıqda Cənubi Azərbaycan ərazisində er.əv. III minillikdən məlum olan Altay-türk dilli tayfalar və İkiçayarasındakı  şumerlər diqqət mərkəzində durmalıdır. Ona görə də bəzi tədqiqatçıların er. əv. I minilliyin əvvəllərində indiki Ermənistan ərazisində hurri dillilərin yaşaması fikri ilə bütünlükdə razılaşmaq çətindir. Hər halda Urartu hökm-darlarının Ermənistan ərazisində tapılmış kitabələrində  çəkilən "ölkə" adlarının hurri və ona qohum Urartu dilində olmadığı fikri vardır. Yuxarıda biz həmin ölkə adlarının bəzilərinin qədim türk dillərində olduğunu göstərən faktları vermişik. Lakin orada başqa dillərdə danışan tayfaların yaşadığını da inkar etmək olmaz. Bir sıra tədqiqatçılar indi Azərbaycanda  yaşayan Dağıstan dilli Udinlərin məhz Ermənistandan gəlmə olduqlarını yazmışlar.

Şimali Azərbaycan ərazisində er. əv. I minillikdə və erkən orta əsrlərdə Dağıstan dilli Udinlərin guya əksəriyyət təşkil etməsi və Alban dövlətini yaratmış albanların Udinlər olması baxışı (bax: 13, 42-43) ilə əlaqədar olaraq Udin məsələsi üzərində qısa şəkildə dayanmaq zərurəti ortaya çıxır. Dağlıq Qarabağın işğalına haqq qazandırmaq və ümumiyyətlə, Azərbaycanı parçalamaq istəyən erməni millətçilərinin və bəzi xarici ölkə siyasətçilərinin diktəsi altında fəalliyyət göstərən "Sadval" təşkilatı başçılarının məhz bəzi azərbaycanlı tarixçilərin əsərlərinə istinad edərək albanları Dağıstan dillilərin, o sıradan Udinlərin əcdadları saymaları ilə əlaqədar olaraq  Udin məsələsinin obyektiv araşdırılması indi xüsusilə aktual əhəmiyyətə malikdir.

Er. əvvəl 764-cü ilə aid Urartu dilində kitabədə indiki Ermənistan ərazisində Etiuni "ölkə" adı çəkilmişdir (122, 286) Bu adın "uni" hissəsi Urartu dilində məkan bildirən şəkilçi  olduğuna görə "Eti" hissəsi  V əsr erməni müəllifi Moisey Xorenasinin Ermənistanda qeyd etdiyi UTI əyalətinin (Moisey Xorenasi, II kitab, 44-cü fəsil) adından ibarətdir. Araşdırma göstərmişdir ki,  Azərbaycanda yaşayan Dağıstan dilli Udinlərin əcdadları məhz həmin UTI əyalətindən gəlmələrdir. Bu fikri təsdiqləyən faktlar vardır.

L.M.Meliksetbekov Udinlərin Ermənistandan gəlmə olduqlarını yazmışdır (123, 35-36). Müəllif fikrini onunla əsaslandırır ki, VII əsrə aid erməni mənbəyində Ərməniyədə Niq əyalətinin adı çəkilir (59, 13). Bu əyaləti tədqiqatçılar Kazax çayının yuxarı axınında, Göycə ilə Ələyəz arasında lokalizə edirlər. Qeyd etmək lazımdır ki, Urartu kitabəsində qeyd olunmuş Etiuni "ölkə"si məhz Göycə ilə Ələyəz arasında lokalizə olunur (Арутюнян Н. В. Топонимика Урарту. Ереван, 1985, с. 96). Buradan belə nəticə alınır ki, Udinlər UTI əyalətindən Niq adını Albaniyaya gətirmişlər. Sonralar bu ad Nic formasını kəsb etmişdir. Bu fikri hələ N. Y. Marr (N. Ə. Marr. İzbr. rabotı, t. IV. M-L. 1937, s. 81) və İ.İ. Meşşaninov (Мешшанинов И.И. Халдоведение. Яфетический сборник. VII. Баку, 1932. С. 97)  da söyləmişdir. Q. A. Melikişviliyə görə Albaniyada Udinlər Urartu kitabəsində göstərilən Etiuni əyalətindən gəlmələrdir (122,3). Türkiyə tarixçisi F. Kırzıoğlu hesab edir ki, Azərbaycandakı Udinlər Urartu çarlarının Etuniyə dağıdıcı səfərləri ilə əlaqədar olaraq köçüb gəlmişlər (165). Bu baxış tədqiqatçılara görə Udinlərin dilində Urartu dilinə mənsub 15 sözün olması ilə təsdiqlənir.

Azərbaycanda Dağıstan dilli Udinlərin yaşaması xalqımızın etnik tarixinin tədqiqi yolunda əsl əngələ çevrilmişdir.

1944-cü ildə İ.P. Petruşevski yazmışdı ki, Nic kəndində yaşayan Udinlər albanların qalığıdır. (Петрушевский И.П. Государства Азербайджана в XV веке. Известия АЗ ФАН СССР, №7, 1949, с. 77). Бу фикря сонра С.Т. Йеремйан (Еремян С.Т. Раннефеодальные государства Закавказья в III-VII вв. "Очерки истории СССР", М. 1958, с. 304), З.И. Йамполски (Ямполький З.И. К изучению летописи Кавказской Албании. Изв. АН Азерб. ССР, серия общ. наук, 1957, №9, с. 83), З. М. Бцнйадов (Буниятов З.М. Государство Атабеков Азербайджана. Баку, 1976, с. 178), Г. А. Климов (Климов Г. А. Кавказские языки. М. 1960, с. 96),  А. Г. Шанидзе (Шанидзе А. Г. Язык и письмо кавказских албанцев, М. 1960, с. 8), И. Щ. Ялийев (Алиев И. Г. Карабах в древности. Изв. АН Азерб. ССР, Серия истории, философии и права, 1988, №3),  В.Л.Гукасйан (Гукасян В. Л. Удинско-русско-азербайджанский словарь, Баку, 1974, с. 86), Ф. Мяммядова (Мамедова Ф. Политическая и историческая география Албании. Баку, 1985) tərəfdar çıxdılar, lakin, heç bir araşdırma aparmadan.

Şübhəsiz ki, Dağıstan dilli Udinlərin əcdadları Albaniyada yaşadıqlarına görə  ümumi mənada albanlar idilər. Lakin bu Udinlər etnik adı "alban" olanlardan deyildilər. "Alban" etnonimini daşıyanlar türk dilli  olduqları halda (Bu fikir Azərbaycan xalqının mənşəyi barədə konsepsiyamızın müddəalarından biridir), Udinlər Dağıstan dillilərdir. Lakin məsələ bununla bitmir. Uti və Udi formalarında türk mənşəli etnos da mövcud idi və məhz onunla yalnız Azərbaycanda yaşayan Dağıstan dilli Udinlər qarışdırıldığına görə dolaşıqlıq əmələ gəlmişdir. Ona görə qısaca bu məsələni bir də (Bu məsələ ilk dəfə "Azərbaycan türklərinin təşəkkülü tarixindən" əsərimizdə (s. 42-49) araşdırılmışdır) nəzərdən keçirməliyik. Qeyd etməliyik ki,  Musa Kalankatlının "Alban tarixi" əsərində  Albaniyada UTI adlı bir neçə əyalət adı çəkilir: Dağlıq Qarabağda "Uti əyalətində Urdi çölü" (II kitab, 14-cü fəsil); "Bərdə şəhəri yaxınlığında UTI" (II kitab, 27-ci fəsil); Qazax bölgəsində UTI əyalətində Xalxal şəhəri  (I kitab, 29-cu fəsil); Arazbar bölgəsində UTI (I kitab, 27-ci fəsil); "Uti əyalətində  Kiş kilsəsi" (II kitab, 27-ci fəsil); "Kalankat kəndinin yerləşdiyi UTI" ( indiki Tərtər r-nu ərazisi) və s.  Tədqiqatçıları çaş-baş salan da budur: əgər bu əyalətlərin adları indiki Dağıstan dilli Udinlərin etnik adı ilə bağlıdırsa, onda, əlbəttə, demək olar ki. Albaniya əhalisinin əsas hissəsi eramızın I minilliyində Dağıstan dilli Udinlər idi. Lakin onda  ölkənin adı "Alban" yox, UTI olmalı idi; Belə çıxır ki, er. əv. IV əsrdən eranın IX  əsrinə qədər mövcud olmuş Alban dövləti Dağıstan dilli Udinlərin qurumu idi; er. əv. 66-cı ildə Roma ordusu ilə vuruşmuş albanlar Udinlərin əcdadları idilər; erkən orta əsrlərdə Alban şəhərləri (Qəbələ, Bərdə, Gəncə, Şəmkir, Beyləqan, Xalxal və b.) də Udinlərə məxsus idi və s. və i.a. Aydın görünür ki, məsələnin bu sayaq qoyuluşu  həqiqətə uyğun deyil. İş ondadır ki, "Uti" adlı tayfalar Albaniyadan kənarda, məkanca müxtəlif ölkələrdə məlumdur.

1.Midiyada və sonra Atropatenada. Herodot (er. əv. Vəsr) Midiyada iki əyalətdə UTI adlı tayfanın  yaşadığını   yazmışdır (Herodot, III, 93 və VIII, 68). Sonra Strabon (I əsr) Atropatenada, Xəzərin cənub-qərbində "Midiya dağlarında albanların bir hissəsi" ilə yanaşı UTI adlı əyalətdə  Utilərin yaşadıqlarını qeyd etmişdir (Strabon, XI, 7, 1 və XI, 8, 9). Strabonun məlumatından görünür ki, "Uti" və "alban" etnik adlarını daşıyanları eyniləşdirmək olmaz. Bununla da indiki Dağıstan dilli Udinlərin albanların qalığı olması fikri özü-özünü təkzib edir; ikinci, aydınlaşır ki, özünü "alban" adlandıranların bir hissəsi Atropatenada yaşayırdı. Herodotun və Strabonun bu məlumatı əsasında erməni tarixçisi N. Adons (48. 420) yazmışdır ki, Dağıstan dilli Udinlər eranın əvvəllərində cənubdan Albaniyaya keçmişlər. Bu fikrə sonra İqrar Əliyev dəfələrlə istinad etmişdir. Dolaşıqlıq da belə yaranmışdır. Əslində isə Midiyada və Atropatenada yaşayan Utilərin Dağıstan dilli Udinlərlə heç bir etnik əlaqəsi yoxdur, çünki,  yuxarıda dediyimiz kimi, Udinlər Albaniyaya indiki Ermənistandan gəlmələrdir.



2. Şimali Qafqazda  antik müəlliflər albanlardan şimalda, yəni Şimali Qafqazda Uti (Udi) adlı etnosun yaşadığını yazmışlar. Plini (I əsr) yazmışdır ki, albanlardan şimalda  skiflərdən olan Udin adlı tayfa yaşayır (Plini, III, 38). Şimali Qafqazda Udi adlı tayfanın yaşadığını II əsr müəllifi Ptolemey də yazmışdır (Ptolemey, V, 8, 16). Plini sonra da qeyd edir ki,  həmin Udinlərdən şimalda  Utidors adlı tayfa yaşayır (Plini, VI, 39). Utidors etnonimini tədqiqatçılar indiyə qədər aydınlaşdıra bilməmişlər. Yazmışlar ki,  bu ad Uti etnonimindən  və İran dilli "Aors" adlı bir tayfanın adından ibarətdir. Bu məlumatı  təhlil etmiş K. V. Trever yazmışdır ki, guya Albaniyadan Dağıstan dilli Udinlərin bir hissəsi Şimali Qafqaza köçüb getmiş (154, 174-175) və orada İran dilli "Aors" tayfası ilə qovuşmuşdur. (Крупнов Е. И. Каякеитский могильник-памятник древней Албании. Труды Гос-ист. Музея, вып. XI , М. 1940). Oxucu mənimlə razılaşar ki,  bütün bunlar ağlabatan şeylər deyil. Albaniyadan Dağıstan dilli Udinlərin bir hissəsi nəyə görə müxtəlif türk dilli tayfaların qaynadığı Şimali Qafqaza getməli idi? İkincisi,  Şimali Qafqazda Qayakənddə aşkara çıxarılmış arxeoloji abidə haradan albanlara aid oldu, məgər Şimali Qafqaz Albaniya ərazisi idi? Əslində Plininin "Utidors" kimi qeyd etdiyi etnonim "Utidur" etnonimindən başqa bir şey deyil: Plini etnonimdəki "u" səsini "o" kimi vermiş, sonuna isə "s" adlıq hal şəkilçisini əlavə etmişdir. Vəssalam! "Utidur" etnonimi isə Uti və bir sıra qədim türk mənşəli  tayfa adları (Bayandur, Çavundur, Hundur və s.) üçün səciyyəvi "dur" sözündən ibarətdir. Buradan aydın olur ki, Udi (Uti) tayfası şimalda qədim türk mənşəli bir tayfanın adı idi. Eramızın IV-V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının Utiqur adlandığını yazmışlar. (Bu barədə bax: Джафаров Р. Гунны и Азербайджан, Баку, 1993, с. 30). Utiqur tayfasının adı da Uti etnonimindən və bir sıra qədim türk mənşəli  tayfaların adları (Uyqur, Saraqur, Salqur, Kuturqur, Yazqur və b.) üçün səciyyəvi "qur" sözündən ibarətdir. V.V.Bartold yazmışdır ki, tayfa adlarındakı qur sözü "xalq", "tayfa" mənasındadır. Deməli, Plininin və Ptolemeyin eranın əvvəllərində Şimali Qafqazda qeyd etdikləri Udi tayfası türk mənşəli idi. Bunu həm Utidur və Utiqur türk tayfalarının adları, həm də Plininin Udilərin "skiflərdən" olması fikri təsdiq edir. Antik mənbələrdə "skif" adı altında türk mənşəli tayfaların nəzərdə tutulduğu indi bizim üçün aydındır. XIV əsr müəllifi Rəşidəddin monqolların içərisindəki Udiut (Udi etnonimindən və türk-monqol dillərində cəm bildirən "ut" şəkilçisindən) tayfasının adını çəkmişdir. XVIII əsrdə Qərbi Sibirdə bir türk ulusunun Udin adlanması da məlumdur. Həmin tayfanın adı ilə bağlı şəhər indi Nijne-Udinsk adlanır. Nəhayət, XVIII əsrdə Azərbaycanda yaşayan türk dilli Şahsevən tayfa birləşməsinin bir qolu da Udulu adlanırdı və s. Deməli, Midiyada, Atropatenada və Şimali Qafqazda Ermənistan ərazisindən gəlmə Dağıstan dilli udinlər ola bilməzdilər.

Şimali Qafqazda eranın I əsrindən məlum olan udinlərin türk mənşəli olması fikri düzdürsə, onda bu fikri Herodotun və Strabonun Midiyada və son-ra Atropatenada qeyd etdikləri utilərə (bax yuxarıda) də şamil etməyə əsasımız vardır. Çünki Midiyada er. əv. V əsrdə heç bir Dağıstan dilli tayfa yaşaya bilməzdi. Nəhayət, bu fikirlərin ikisi də məqbul hesab olunursa, onda Musa Kalankatlının Albaniyada qeyd etdiyi beş əyalətdə (bax: yuxarıda) Utilərin hamısının Dağıstan dilli udinlərin əcdadlarının yaşadığı fikri şübhə altında qalır. Belə nəticəyə gəlməyə əsas var ki, bu əyalətlərin bəzilərində türk mənşəli utilər, bəzilərində isə Dağıstan dilli udinlər yaşayırdılar. Lakin mənbə yoxluğu ucbatından bu məsələni aydınlaşdırmaq olmur. Əsas məsələ budur ki, Albaniya ərazisində türk mənşəli Uti adlı tayfa da yaşamışdır. Bu mülahizə daha iki faktla təsdiqlənir.

1. Musa Kalankatlı "Alban tarixi" əsərində eranın I əsrinin 60-cı illərində Aran (Ərən) adlı şəxsin Albaniyada hökmranlığa keçməsindən danışdıqda yazır ki, Utilər "həmin Aranın oğullarının nəslindəndir" (I kitab, 5-ci fəsil). Ərən şəxs adının türk dilli olduğunu yuxarıda demişik. Bu məlumatı belə şərh etmək olar: hökmdar Ərən və Uti tayfası etnik mənsubiyyətcə eynidir, başqa sözlə, utilər türk mənşəlidirlər.

2."VII əsr Erməni coğrafiyası" adlı əsərdə Arazdan qərbdə, Artsak ilə Kür arasındakı Uti əyaləti Aranrot (indiki Həkəriçay), Tri (indiki Diridağ), Alue, Rot-Pasian, Tuç-Katak, Qardman və Şakaşen (Gəncə bölgəsi) və Bərdə şəhərinin yerləşdiyi Uti mahallarından ibarətdir (59, 51). Göstərilən mahal adlarının hamısı qədim türk dillərindədir.

Əhməd Zəki Validi Toqan yazmışdır ki, Albaniyada utilər er. əv. VII əsrdə sakların içərisində gəlmişlər (Əhməd Zəki Validi Toqan. Ümumi Türk tarixinə giriş, I c. s. 162). Ona görə də Midiyada və sonra Atropatenada utilərin də məhz saklarla gəldikləri nəticəsi alınır.

Yuxarıda deyilənlərdən görünür ki, bəzi tədqiqatçıların Herodotun və Strabonun Cənubi Azərbaycanda, Plininin və Ptolemeyin Şimali Qafqazda Uti və Udi adlı tayfalar barədə məlumatlarını Albaniyada Uti əyalətləri barədə Musa Kalankatlının məlumatları ilə birləşdirmələri səhvdir. Belə çıxır ki, Strabon Albaniyada Uti tayfası haqqında yazmışdır. Halbuki, Strabon Albaniyada utilər haqqında məlumat vermir. Bu səhvi ilk dəfə N.Q.Adons (48, 420) və Y. Manandyan buraxmış (Манандян Я. А. О некотРрых прорлемах дбевней Армении и Закавказья. Ереван, 1944, с. 13)  вя К. В. Тревер (154, 143), С. Т. Йеремйан (Страна "Махелония" надписи  Кааба и Зардушт. ВДИ, 1967, №4, s. 51-52), İqrar Əliyev (İstoriə Midii, s. 67) və b. təkrarlamışlar.

Azərbaycanda yaşayan Dağıstan dilli udinlərin qədimdə Cənubi Azərbaycanda, Şimali Azərbaycanda və Şimali Qafqazda yaşamaları fikri səthi düşüncənin məhsuludur. (Bu dolaşıqlıq udinlər barədə bu yaxında buraxdıqları kompilyativ kitabda  Rauf Hüseynovu və Qəmərşah Cavadovu da toruna salmışdır. Hər hansı bir mövzunu araşdırmaq istədikdə bu mövzunun predmeti barədə aydın təsəvvürə malik olmaq lazımdır. Onun-bunun yazdıqlarını bir-birinin ardǼnca düz1b yenilik kimi təqdim etdikdə elmi naşılıq üzə çıxır).

Urartu mənbələrində indiki Ermənistan ərazisində adı çəkilən Eriaxi (sonrakı Şirak) "ölkə" adı isə, ehtimalımıza görə, indi Azərbaycanın şimal-şərqində yaşayan və özlərini "hər" adlandıran Dağıstan dilli qrızlıların və haputluların etnik adındandır.

Eradan əvvəl VIII əsrdə şimaldan antik mənbələrdə "kimmer" kimi adlandırılan türk mənşəli kəmərlər (yaxud qəmərlər) və onların ardınca er.əv. VII əsrdə antik mənbələrdə "skif" adlandırılan saklar (yaxud şakalar) Cənubi Qafqaza gəldilər (bu barədə bax: 162). Tarixşünaslıqda bu iki etnosun İran mənşəli sayılması yalnız uydurmadır, ona görə ki, bu tayfaların qədim mənbələrdə çəkilən şəxs adlarının hamısı qədim türkcədir (13, 130-155).

Kəmərlər er.əv. 715-ci ildə Kuriani adlı yerdə (indiki Ermənistan ərazisində Axuryan çayının adı) Urartu ordusunu məğlub edərək Kiçik Asiyaya daxil oldular və Friqiya dövlətini yıxdılar. Bu hadisə ilə əlaqədar olaraq friqlərin bir qolu olan ermənilərin Arazın sahillərinə və indiki Ermənistan ərazisinə səpələnməsi baş verdi. Kəmərlər barədə  başqa yerdə ətraflı yazdığımıza görə (14, 72-89) təkrara varmırıq.

Kəmərlərin ardınca gəlmiş saklar miqdarca daha çox idilər. Onların əsas hissəsi indiki Şimali Azərbaycan və Ermənistan ərazilərində məskunlaşdı və tarixdə "Skif çarlığı" adı ilə məlum dövlət yarandı. Demək, indiki Şimali Azərbaycan və indiki Ermənistan ərazisində ilk dövlət qurumu er.əv. VII əsrdə yaranmış Sak çarlığıdır. Qədim erməni mənbələrində ermənilərin Aşkenazın ("Bibliya"da Sak çarlığı "Aşkenaz" adlandırılır) nəsilləri sayılması və ilk erməni çarlarının skaordi (qədim ermənicə "Sakoğlu" deməkdir) adlandırılması da bununla əlaqədardır. Bundan sonra indiki Ermənistan  və Şimali Azərbaycan ərazilərində türk mənşəli əhali xeyli çoxaldı.

Ermənistanın qərbində, onun Türkiyə ilə həmsərhəd bölgəsində er.əv. V əsrdə türk mənşəli əhalinin yaşamasını göstərən faktlardan biri Arpaçay toponimidir. Er.əv. V əsr müəllifi Ksenefont bu bölgədə Arpazos çayını qeyd edir (Anabazis, V, 12). Onun "Arpazos" kimi yazdığı ad "Arpaç" (yunan dilində "ç" səsi olmadığına görə müəllif onu "z" səsi ilə vermişdir) və yunan dilindəki adlıq hal şəkilçisi olan "os" hissələrindən ibarətdir. "Arpaç" isə Arpaçay hidroniminin qısaldılmış formasıdır: müəllif ona tanış olmayan "Arpaçay" adını Arpaç (yunanca Arpazos) kimi yazmışdır.

Sakların tərkibində Cənubi Qafqaza Uti, Quqar, Alban, Şirak, Şamak, Qarqar, Pasian, Şarvan və Gəncək tayfaları gəlmişdilər. Sakların adı indi Ermənistana məxsus olan Sisakan ("Sisyan" adı Sisakanın təhrifidir) və Sisyan rayonunda Şəki, indi Azərbaycana məxsus olan Artsak (qədim türkcə art  -"dağlıq ərazi" və Sak etnonimindən, sonrakı Dağlıq Qarabağ), Azərbaycanın şimal-şərqində Şəki, Gəncə bölgəsində Sakasin və Mil-Muğan düzünün qədim adı olan Balasakan (qədim türkcə pala -"düzənlik" və Cak etnonimindən) toponimlərdə əksini tapdı. Şarvanlar Kürdən şimalda və indiki Ermənistan - Türkiyə sərhəd bölgəsində, Utilər indiki Qazax-Ağstafa, Bərdə və Dağlıq Qarabağ bölgələrində, qarqarlar indiki Dağlıq Qarabağda (indiki Qarqarçayın hövzələrində, qismən Gədəbəy rayonu ərazisində və Şəki-Zaqatala bölgəsində, indiki Ermənistan ərazisində), şiraklar indiki Ermənistanda Arpaçay hövzəsində (sonrakı Şirakel) və Azərbaycan ərazisində Alazan-İori çaylarının aşağı axarında, quqarlar Ermənistanda və Azərbaycanın Gürcüstanla sərhəd bölgələrində, albanlar əsasən Şimali Azərbaycan ərazisində və qismən Xəzərin cənub-qərbində, pasianlar indiki Ermənistanın qərbində və Dağlıq Qarabağda məskunlaşmışdılar.

Sakların bir hissəsi kompakt halda indiki Zəngəzur bölgəsində, Sisakanda oturmuşdu. VI əsrə aid Suriya mənbəyində və VII əsrə aid erməni mənbəyində bu bölgə Sisakan, başqa erməni müəlliflərinin əsərlərində Siuni (ermənicə yazılışda Syunik) adlanmışdır. Əgər Sisakanda əvvəlcə ermənilər yaşasaydı, onda bölgə Sak etnonimi ilə adlanmazdı. Sisakan toponimi Si və Sakan hissələrindən ibarətdir. Adın "Si" hissəsi bu bölgədə sakların başında durmuş sülalənin adıdır (13, 163). Qədim erməni mənbələrində Sisakan adı qismən qısaldılmış formada Sisak kimi çəkilir. I əsrin ortalarında Kürdən cənubdakı Alban ərazisinin çarı Ərən bu sülalədən idi. Ərən şəxs adının təmiz türk mənşəli olması Sisak(an) tayfasının qədim türkcə olduğunu göstərən faktlardandır. Adın ermənicə Siuni forması isə Si sülaləsinin adından və erməni dilində Urartu dilindən keçmə məkan bildirən uni şəkilçisindən ibarətdir. Erkən orta əsrlərdə Bazarçayın sahilində Sak etnonimi ilə bağlı Şəki adlı qala vardı. Qeyd etmək lazımdır ki, erkən orta əsrlərdə Sisakanda hakimiyyətdə olmuş çarların adları (Pisak, Vasak, Anduk, Qdexon, Sunbat və s.) təmiz türkcədir (bax: 13, 166-167). Təsadüfi deyil ki, erməni tədqiqatçıları bu adların erməni və başqa dillərdə mənalarını aça bilməmişlər. V əsr erməni müəllifinin özü Sisak sülaləsinin erməni mənşəli olmadığını yazmışdır (Moisey Xorenasi, I kitab, 12-ci fəsil).

İndiki Ermənistanın qərbində, Türkiyə ilə həmsərhəd bölgədə yaşamış türk dilli tayfa yunan və erməni mənbələrində Pasian və Basian kimi qeyd olunmuşdur. Bu tayfanın adını orada ilk dəfə er.əv. V əsr yunan müəllifi Ksenefont çəkmişdir (Anabazis, IV, 18). Pasianlar er.əv. VII əsrdə saklarla gəlmişlər. Bu fikri Ksenefontun pasianların skiflərlə (yəni saklarla) yanaşı yaşaması haqqında məlumatı da təsdiqləyir. Müəllif yazır ki, Arpasos (Qərbi Arpaçay) çayından 20 fərsəng aralıda düzəndə Skifinlər ölkəsi yerləşir (Ksenefont, Anabazis, IV, 6, 19). Bir fikrə görə pasianlar indi Türkiyəyə məxsus olan Qars, Sarıqamış, Kaqızman və Sürməli ərazilərində yaşayırdılar. Məhz bu tayfanın adı ilə Araz çayının yuxarı axını antik müəlliflərin əsərlərində Pasis (yunanca Fasis) adlanırdı. V əsr müəllifi Favst Buzand "Basian mahalı" ifadəsini işlətmişdir (Favst Buzand, III kitab, 9-cu fəsil). Qeyd edilməlidir ki, "Kitabi-Dədə Qorqud" eposunda da Pasinuk toponiminə təsadüf olunur (27, 53).

İndiki Ermənistan ərazisində yaşamış qədim türk mənşəli tayfalardan biri də Quqardır. Q.A.Melikişviliyə görə quqarlar Cənubi Qafqaza er.əv. VII əsrdə gəlmişlər. Bu tayfanın məskunlaşdığı bölgənin adı I əsr yunan müəllifi Strabonun əsərində Qoqarena, qədim erməni mənbələrində Quqark kimidir. Quqark etnonimi Ermənistanda indiyədək Quqark rayonunun adında qalmışdır.  Lakin tarixşünaslıqda bu tayfanın etnik mənsubiyyəti indiyədək aydınlaşdırılmadığına görə ermənilər bu adı dəyişdirməmişlər. K.V.Trever quqarları Qafqaz dilli (154, 192), D.L.Musxelişvili (127) gürcü dilli hesab etmişlər. Q.A. Melikişviliyə görə Quqark qarışıq erməni-gürcü ərazisi idi (К истории древней Грузии, с. 461).. A. P. Novoseltsev yazır ki, bu əyalətin əhalisi gürcülər və ermənilər idi. Bu fikirlər uydurmadır. Quqar təmiz qədim türk mənşəli tayfa idi. Ona görə ki, birinci, erkən orta əsrlərdə Cənubi Rusiya çöllərində yaşamış peçeneqlərin bir tayfasının adı Kuyarçi (peçeneqlərin dilində "y" səsi başqa türk dillərində "q" səsinə uyğun olduğuna görə - Kuqarçi) idi ki, bu da quqar etnonimindən və -çi şəkilçisindən ibarət etnonimdir; ikinci, XVI əsrdə Anadoluda Boz-Ulus tayfa birləşməsinin bir tayfası Kuxar (Kuqar) adlanırdı (95, 36); üçüncü, Dağıstanda indi də Quqarlı adlı azərbaycanlı kəndi vardır; dördüncü, Ermənistanda orta əsrlərdə Quqark rayonunda yaşayan əhali bütünlüklə azərbaycanlılar idi; beşinci, "VII əsr Erməni coğrafiyası" adlı əsərdə Ermənistanda Quqar əyalətinin 9 mahaldan ibarət olduğu qeyd olunur: Şorapor ("Şor dərəsi"), Çopapor ("Çöp dərə"), Kolbapor ("Kolb dərəsi"), Taşir ("Daş yer"), Artaqan ("Ərtoqan) və Klarçi (59, 58). Göstərilən mahal adlarının hamısı türkcədir.

Ermənistan ərazisində hələ er.əvvəl yaşamış türk dilli tayfalardan birinin adı Şirak idi.  Bu tayfanın yaşadığı ərazi Zəngiçayın vadilərində yerləşirdi. Bu etnonim zəmanəmizə qədər Şörəyəl (Şirak-el, yəni "Şirak eli, tayfası") toponimində qalmışdır. Erməni tarixçiləri şirakları İran dilli hesab etdiklərinə görə Şirak adını dəyişdirməmişlər. Halbuki bu tayfanın türk mənşəli olması şübhəsizdir (bax: 13, 189-194; 14, 105-106). Erməni tarixçiləri yazırlar ki, şiraklar eramızın IV əsrində gəlmişlər. Lakin bu,  səhv fikirdir. Ona görə ki, Moisey Xorenasi (V əsr) eranın I əsrindən danışarkən qeyd edir ki, Şirakın oğlanlarından  (yəni Şirak elindən) Quşar Ermənistanda Kəngər və Kolb əyalətlərinə hakim təyin edilmişdi (Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Əsərinin başqa yerində isə o, er.əv. II əsrdə Şirak əyalətində bulqarların gəlib məskunlaşdığını yazır (I kitab, 12-ci fəsil).

Nəhayət, nəzərə alınmalıdır ki, II əsr müəllifi Ptolemey Ermənistanda Sirakene əyalətinin adını çəkmişdir. Bu əyalət yerli hakimlər tərəfindən idarə olunurdu. V əsr müəllifi Moisey Xorenasi özündən əvvəlki hadisələrdən danışdıqda "Şirak hakimi" ifadəsini işlədir (Moisey Xorenasi, III kitab, 43-cü fəsil). VIII əsrin əvvəllərində Ermənistanda ərəb hakimiyyətinə qarşı üsyan edənlərdən biri də Şirak əyalətinin hakimi idi. Şirakların yaşadığı ərazidə ermənilərə çar təyin edilmiş Parfiya nümayəndəsi Tiridadın (54-94-cü illər) vaxtında Arpaçay sahilində salınmış şəhər qədim erməni mənbələrində Şirakovan adlanır. Bu ad "Kitabi-Dədə Qorqud"da Şirokuz kimidir (27, 110).

Beləliklə, türk mənşəli şirakların indiki Ermənistan ərazisində hələ eradan əvvəl yaşaması şübhə doğura bilməz. Diqqətəlayiq faktdır ki, VII əsr erməni müəllifi Sebeos 603-cü il hadisələrilə əlaqədar olaraq Şirak əyalətində Aşağı Gədik (Nerkin Qetik), Orta Gədik (Mçin Qetik) və Yuxarı Gədik (Verik Qetik) toponimlərinin adlarını  çəkmişdir.

Ermənistan ərazisində er.əv. II əsrdə türk mənşəli bulqarlar məskunlaşmışdılar. Bu barədə məlumat verən V əsr erməni müəllifi Moisey Xorenasi yazır ki, bulqarlar Şimali Qafqazdan gələrək Basian (Araz çayının yuxarı axınında ərazi) və Kol əyalətlərində oturdular (Moisey Xorenasi, II kitab, 6-cı fəsil). Ermənistan ərazisində bulqarlar erkən orta əsrlərdə də yaşamışlar. Bunu "Kitabi-Dədə Qorqud" eposunda Bulqar tayfa adının çəkilməsi (bunu ilk dəfə prof.Süleyman Əliyarov aşkarlamışdır - 52, 13-18) də göstərir. Erkən orta əsrlərə aid mənbələrdə Cənub-Şərqi Avropa çöllərində yaşamış bulqarların Kazan, Çakar, Kol (Kul) və b. tayfalarının adları çəkilir. Azərbaycan və Ermənistan ərazilərində bulqarların Kazan (Qazan) tayfası xüsusilə böyük iz qoymuşdur. Hələ XII əsrə aid bir erməni mənbəyində Ermənistanda Qazan adlı qalanın adı qeyd olunur Армянские источники о монголах. М. 1962, с.80).  XIX əsrdə Qafqazda tərkibində "Qazan" komponentinin iştirak etdiyi 24 toponim vardı (133, 107). Bulaq və göl adlarında "qazan" sözü su mənbəyinin qazan (qab) formalı olduğunu bildirir (bax: 77). Lakin başqa toponimlərdə bu söz, şübhəsiz, etnonimdir: XIX əsrdə Şimali Qafqazda Nalçik dairəsində Qazan (dağ adı), Qars əyalətində Qazanlar (xarabalıq adı), Azərbaycanda 10 Qazançı kəndi və b. Qeyd edilməlidir ki, Başqırdıstanda Qazançı, Kuban əyalətində Qazan, Ukraynada Qazan və Türkiyədə Qazan adlı kəndlər də bu sıraya aiddir. Cənubi Azərbaycanda Qazanabad, Qazançılı, Qazankəndi, Çöl-Qazan adlı kəndlər vardır (bax: 79). Bu misallar göstərir ki, Ermənistanda Qazançı kəndi bulqarların Qazan tayfasının adını əks etdirir. Ermənistanda bulqar tayfalarının adlarını əks etdirən yaşayış məntəqələrinin  adları çoxdur.  Bu barədə lüğətdə məlumat verilmişdir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin