ErməNİLƏRİn azərbaycana qarşI Ərazi İDDİalari və qanli cinayəTLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13189
  1   2   3   4   5   6   7   8   9   10

İSMAYIL HACIYEV 
 
 
 
 
 
 
 
 
 
 
ERMƏNİLƏRİN 
AZƏRBAYCANA QARŞI 
ƏRAZİ İDDİALARI VƏ 
QANLI CİNAYƏTLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvan – 2012 
 

 

Redaktor  
  
Hacıfəxrəddin Səfərli, 
Tarix elmləri doktoru, professor 
 
Rəyçilər:   
 
Musa Quliyev, 
Tarix elmləri doktoru, professor  
Həmzə Cəfərov, 
Tarix elmləri doktoru, professor 
 
 
 
 
 
Monoqrafiyada Azərbaycan xalqına qarşı törədilmiş 
soyqırımı  və  deportasiya  siyasətini  ifşa  edən  sənədlər, 
Azərbaycan  torpaqlarına  qarşı  əsassız  ərazi  iddiaları,  bu 
torpaqlar  uğrunda  gedən  mübarizə  və  onların  nəticələri, 
düşmən  dövlətlərin  məkrli  siyasəti  və  bu  siyasətin  həyata 
keçirilməsində  ermənilərin  oynadıqları  mənfi  rol  aydın 
şəkildə göstərilmişdir.  
 
Müəllif  arxiv  sənədləri,  dövrü  mətbuat  materialları, 
habelə bir çox tədqiqatçıların əsərlərindən istifadə etmək-
lə ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassız-
lığını,  erməni  millətçiləri  və  havadarlarının  xalqımıza 
qarşı  törətdikləri  çirkin  əməllərini  və  vəhşi  hərəkətlərini 
ifşa etmişdir. 
 
Hacıyev  İsmayıl.  Ermənilərin  Azərbaycana  qarşı  ərazi  id-
diaları  və  qanlı  cinayətləri.  Naxçıvan-2012,  “Əcəmi”  Nəşriyyat-
Poliqrafiya Birliyi. 192 s. 
 
 
4700000000 
 053-2012 

 “Əcəmi” 2012.
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
Bütün  dünyaya  yorulmaq  bilmədən  uydurma 
“genosidi”  yayan  və  bundan  istifadə  edərək  siyasi  və 
maliyyə  dividentləri,  kompensasiyaları  almaq  məqsədini 
güdən davakar erməni millətçilərindən fərqli olaraq bizim 
məqsədimiz  azərbaycanlılara  qarşı  törədilən  erməni 
soyqırımını dünyaya çatdırmaqdır. 
Heydər ƏLİYEV, 
Azərbaycan xalqının ümummilli lideri 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
İki yüz il davam edən bizim xalqa qarşı hərbi, siyasi, 
ideoloji və başqa vasitələrlə erməni millətçiləri tərəfindən 
aparılan  siyasətin  məqsədi  azərbaycanlıları  öz  doğma 
ocaqlarından  sıxışdırıb  qovmaq,  onları  fiziki  cəhətdən 
məhv  etmək,  yeni  əraziləri  işğal  edərək  mifik  “böyük 
Ermənistan” qurmaq olub. 
 
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
İstər  XIX  əsrdə,  istərsə  də  XX  əsrin  əvvəllərində 
Naxçıvana  ermənilərin  yerləşdirilməsi  prosesi  davam 
etdirilsə  də,  ermənilər  tərəfindən  Naxçıvanda  qırğınlar 
törədilsə  də,  Naxçıvan  əhalisi  heç  vaxt  azadlıq  əzmini 
itirməmiş,  həmişə  öz  sözünü  deməyi  bacarmış,  düşmənin 
layiqli cavabını vermiş, hətta naxçıvanlıların qəhrəmanlığı 
ermənilərin tarixi sənədlərində də öz əksini tapmışdır. 
 
Vasif TALIBOV, 
Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin sədri 
 
 
 
 
 
 

 

MÜNDƏRİCAT 
 
Giriş ................................................................................ 
7 
I fəsilErməni millətçilərinin Azərbaycana qarşı 
ərazi iddiaları və soyqırımı siyasəti 
 
1. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və  
deportasiya siyasətini ifşa edən sənədlər ......................... 
 
10 
2. Ermənilərin mənşəyi haqqında ....................................  22 
3. Azərbaycan torpaqlarında qondarma yolla 
yaradılan “erməni vilayəti” ............................................. 
 
26 
4. Ermənistan dövlətinin əzəli Azərbaycan  
torpaqlarında yaradılması ............................................... 
 
38 
5. Ermənilərin Azərbaycana qarşı ərazi  
iddiaları (1918-1920-ci illər) ...........................................  
 
47 
6. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti .  60 
7. Erməni tarixini “erməni tarixçiləri” uydurublar ..........  77 
II fəsil. Erməni daşnaklarının Naxçıvana qarşı ərazi 
iddiaları və Naxçıvan əhalisinin soyqırıma məruz qalması 
 
1. Naxçıvan bölgəsinin etnik tarixinə dair .......................  93 
2. Naxçıvanın siyasi tarixi: erməni uydurmaları  
və tarixi həqiqətlər .......................................................... 
 
103 
3. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsi ..............  121 
4. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının  
əsassızlığı və tarixi həqiqətlər ......................................... 
 
128 
5. Naxçıvan əhalisinin soyqırıma məruz qalması ............  144 
6. Naxçıvanın itirilmiş torpaqları və Naxçıvanla 
bağlı bir xəritə haqqında .................................................. 
 
155 
7. Azərbaycanlıların deportasiyası və Naxçıvan 
(1948-1953-cü illər) ........................................................ 
 
163 
8. Erməni yaraqlılarının Naxçıvana təcavüzü .................  170 
Nəticə ..............................................................................  180 
İstifadə edilmiş ədəbiyyat .............................................  182 
 
 

 

GİRİŞ 
 
 
Azərbaycan xalqı tarix boyu erməni  millətçilərindən 
ağır zərbələr almış, lakin humanistlik göstərərək bu qeyri-
insani  hərəkətlərə  bir  çox  hallarda  lazımi  cavab  vermə-
mişdir.  Bu  məsələyə  başqa  amillər  də  təsir  göstərmişdir. 
İlk növbədə erməni məkrini, hiylə və xəyanətini lazımi sə-
viyyədə  qiymətləndirməmiş,  unutqanlığımız  da  buna  im-
kan verməmişdir. Dünyanın bir sıra dövlətləri erməni ami-
lindən  faydalanmış,  onları  öz  maraqlarına  uyğun  istiqa-
mətləndirmiş,  erməni  millətçilərini  qızışdırmış  və  onlara 
dəstək vermişdir. İri dövlətlərin himayəsi altında fəaliyyət 
göstərən  ermənilər  “böyük  Ermənistan”  yaratmaq  üçün 
hər cür əməlləri yerinə yetirmişlər.  
Çox qısa bir müddətdə mövcud olan erməni dövləti 
romalılar tərəfindən işğal edilmiş və bu dövlətin mövcud-
luğuna  son  qoyulmuşdur.  Qədim  dövrdə  və  erkən  orta 
əsrlərdə  müxtəlif  dövlətlərin  tərkibində  erməni  knyazlıq-
ları olsa da, onlar müstəqil olmamış və öz dövlət qurumla-
rını  yarada  bilməmişlər.  Erməni  dövləti  Qafqaz  ərazisin-
dən  kənarda  asılı  və  yarım  asılı  vəziyyətdə  olmuş  və  XX 
əsrin əvvəllərinədək ermənilərin dövlətləri olmamışdır.  
XV  əsrin  ortalarından  başlayaraq  Cənubi  Qafqaza 
gələn  ermənilər  tədricən  burada  məskunlaşmış  və  dövlət-
lərini yaratmaq üçün hər cür vasitəyə əl atmışlar. XIX əs-
rin  əvvəllərində  çar  Rusiyasının  Cənubi  Qafqazı  işğal  et-
mək siyasətində erməni kartından istifadə edilmiş və onlar 
rus işğallarının maraqlarının ifadəçisinə çevrilmişdir.  
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soy-
qırımını  və  təcavüz  siyasətinin  iki  yüz  ildən  artıq  tarixi 
vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqla-
rının  böyük  bir  qismini  ələ  keçirmək,  azərbaycanlıları 

 

qədim  torpaqlarından  sıxışdırıb  çıxarmaq,  sonra  həmin 
ərazilərdə  “böyük  Ermənistan”  dövləti  yaratmaqdır.  Bu 
məqsədlə xalqımıza qarşı terror,  soyqırımı siyasəti həyata 
keçirilmiş, dəhşətli cinayətlərə əl atılmışdır. 
Mərhələlərlə həyata keçirilən terror və soyqırımı si-
yasətinin  qanlı  fəsadları  Azərbaycan  xalqının  qan  yadda-
şında dərin izlər buraxmışdır. 
1998-ci  il  martın  26-da  ümummilli  lider  Heydər 
Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqın-
da” fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk 
dolğun  və  hərtərəfli  hüquqi-siyasi  qiymət  olmuşdur.  Fər-
manda  deyilir  ki,  Azərbaycan  Respublikası  müstəqillik 
qazandıqdan  sonra  xalqımızın  tarixi  keçmişinin  obyektiv 
mənzərəsini  yaratmaq  imkanı  əldə  edilmişdir.  Uzun  illər 
gizli  saxlanılan,  üzərinə  qadağa  qoyulmuş  həqiqətlər  açı-
lır,  təhrif  olunmuş  hadisələr  özünün  əsl  qiymətini  alır. 
Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun 
illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı 
da tarixin açılmamış səhifələrindən biridir.
1
  
Çar  Rusiyasının  havadarlığına  arxalanan  ermənilər 
Azərbaycan  torpaqlarına  köçürülmüş,  Azərbaycana  qarşı 
ərazi iddiaları irəli sürmüş və bu torpaqlarda erməni döv-
lətini  qurmaq  məqsədini  güdmüşdür.  1918-ci  ilin  may 
ayında qədim Azərbaycan torpaqlarında dövlətini yaradan 
erməni  daşnakları  sonrakı  illərdə  mərhələlərlə  ərazilərini 
genişləndirmiş, azərbaycanlılara qarşı soyqırımı və depor-
tasiya siyasətini həyata keçirmişdir.  
Erməni  millətçiləri  “böyük  Ermənistan”  ərazisində 
Naxçıvanı da görür və buna görə də Naxçıvanla bağlı sax-
ta  və  qeyri-obyektiv  məlumatlar  yayırlar.  Erməni  daşnak-
                                           
1
 Dirçəliş – XXI əsr. Bakı, 1998, №3-4, s.4. 

 

ları  XX  əsr  boyu  Naxçıvan  əhalisinə  qarşı  vəhşiliklər  et-
miş,  soyqırım  törətmişdir.  Naxçıvanlılar  çoxlu  sayda  itki 
versələr də erməni daşnaklarının arzularının reallaşmasına 
imkan verməmişlər.  
Fikrimizcə,  mövcud  monoqrafiya  ermənilərlə  bağlı 
bir  sıra  məsələlərə  aydınlıq  gətirilməsi,  ərazi  iddialarının 
əsassızlığı  və  ermənilərin  azərbaycanlılara  qarşı  törətdik-
ləri soyqırımı siyasətinin iç üzünün açılması sahəsində atı-
lan addımlardan biri kimi qiymətləndirilə bilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
10 
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
ERMƏNİ MİLLƏTÇİLƏRİNİN 
AZƏRBAYCANA QARŞI ƏRAZİ  
İDDİALARI VƏ SOYQIRIMI 
SİYASƏTİ 
 
1. AZƏRBAYCAN XALQINA QARŞI TÖRƏDİLMİŞ  
SOYQIRIMI VƏ DEPORTASİYA SİYASƏTİNİ  
İFŞA EDƏN SƏNƏDLƏR 
 
 
Azərbaycana  rəhbərlik  etdiyi  bütün  illərdə  həmişə 
xalqın dili, ədəbiyyatı, mədəniyyəti haqqında olduqca də-
yərli fikir və tövsiyyələr irəli sürən və çox böyük əməli iş-
lər  görən  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev 
Azərbaycan tarixi ilə də daim maraqlanmış, onun öyrənil-
məsi,  tədqiqi  və  təbliği  məsələlərini  ön  plana  çəkmişdir. 
Dahi  öndər  qeyd  etmişdir  ki,  «Gərək  biz  tariximizi  heç 
vaxt  unutmayaq,  onun  hər  bir  səhifəsinə  hörmətlə,  ehti-
ramla yanaşaq».
1
 
 
Azərbaycan  Respublikası  müstəqillik  qazanandan 
sonra  xalqımızın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini 
yaratmaq  imkanı  əldə  edilmişdir.  Uzun  illər  gizli  sax-
lanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması ta-
riximizin  təhrif  edilmiş  səhifələrinin  yenidən,  bu  dəfə 
obyektiv  yazılmasına  şərait  yaradıbdır.  1993-cü  ildə  res-
publika  ziyalıları  ilə  görüşündə  ölkə  Prezidenti  Heydər 
Əliyev  tarixin  hər  bir  dövrünün  olduğu  kimi  tədqiq  edil-
məsini vacib bir vəzifə kimi irəli sürdü. 
                                           
1
 Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997,s.67. 

 
11 
 
90-cı  illərin  sonlarına  yaxın  Heydər  Əliyev  bir-bi-
rinin ardınca çox böyük tarixi dəyəri olan, siyasi əhəmiy-
yət  daşıyan  və  Azərbaycan  tarixində  təhlilini  tapmayan 
məsələlərə həsr edilmiş fərman və sərəncamlar imzalamış-
dır. Bu fərman və sərəncamların verilməsi də təsadüfi de-
yil. Ölkə Prezidentinin bu qərarları müəyyən tarixi məsə-
lələrin  araşdırılmasına  diqqətin  artırılmasına  yönəldilmiş-
dir.  «Kitabi-Dədə  Qorqud  dastanlarının  1300  illiyi  haq-
qında»  (20  aprel  1997),  «Azərbaycan  Xalq  Cümhuriyyə-
tinin 80 illik yubileyinin keçirilməsi haqqında» (30 yanvar 
1998),  «İslam  sivilizasiyası  Qafqazda»  mövzusunda  bey-
nəlxalq  simpoziumun  keçirilməsi  haqqında»  (22  fevral 
1998),  «Azərbaycan  Respublikasının  dövlət  atributlarının 
təbliği  işinin  gücləndirilməsi  haqqında»  (13  mart  1998), 
«Naxçıvan  Muxtar  Respublikasının  75  illiyinin  keçiril-
məsi haqqında» (4 fevral 1999) və başqa bu kimi qərarlar 
tariximizin öyrənilməsinə, milli-tarixi yaddaşımızın bərpa 
edilməsinə yönəlmişdir. 
 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  «1948-
1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazi-
sindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deporta-
siyası  haqqında»  1997-ci  il  18  dekabr  və  «Azərbaycanlı-
ların  soyqırımı  haqqında»  1998-ci  il  26  mart  tarixli  fər-
manları çox  böyük uzaqgörən siyasətə, strateji məqsədlə-
rə, tarixi ədalətsizlyə qarşı yönəltməklə qalmır, həm də ta-
rixi yaddaşımıza qayıdış, son iki əsrdə Qafqazda azərbay-
canlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik 
təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdur. 
 
Deportasiya ilə bağlı Prezident fərmanı erməni şovi-
nistlərinin və onların havadarlarının «türksüz Ermənistan» 
siyasətinin ifşasına və dünya ictimaiyyətinə çatdırılmasına 
yönəldilmiş  tarixi  əhəmiyyəti  olan  qiymətli  bir  sənəddir. 

 
12 
Hələ  bu  fərmandan  əvvəl  1997-ci  il  may  ayının  27-də 
Azərbaycanın  dövlət  müstəqilliyi  ilə  əlaqədar  olaraq  Pre-
zident  Heydər  Əliyev  öz  nitqində  demişdir:  «Azərbaycan 
xalqına  bu  dövrdə  vurulan  ən  böyük  zərbələrdən  biri  də 
1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet haki-
miyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəs-
süflər  olsun  ki,  bizim  tarixçilərimiz  və  hamımız  nədənsə 
bu hadisəyə o vaxtlar da və indi də, xüsusən dövlət müstə-
qilliyimizi  əldə  etdikdən  sonra  da  doğru-düzgün  qiymət 
verə  bilməmişik».
1
  Deməli,  18  dekabr  tarixli  fərman  Pre-
zidentin  həmin  çıxışından  irəli  gələn  tarixi  sənəddir.  Fər-
manda  göstərilir:  «Son  iki  əsrdə  Qafqazda  azərbaycanlı-
lara  qarşı  məqsədyönlü  şəkildə  həyata  keçirilmiş  etnik-
təmizləmə  və  soyqırımı  siyasəti  nəticəsində  xalqımız  ağır 
məhrumiyyətlərə,  milli  faciə  və  məşəqqətlərə  məruz  qal-
mışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani 
siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlan-
dırılan ərazidən-min illər boyu yaşadıqları öz doğma tari-
xi-etnik  torpaqlarından  didərgin  salınaraq  kütləvi  qətl  və 
qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-
mədəni  abidə  və  yaşayış  məskəni  dağıdılıb  viran  edil-
mişdir».
2
 
 
Həmin  fərmanla  Prezident  Heydər  Əliyevin  sədrliyi 
ilə Dövlət komissiyası yaradılmış və onun qarşısına 1948-
1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazi-
sindəki  tarixi-etnik  torpaqlarından  kütləvi  surətdə  depor-
tasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına 
qarşı  dövlət  səviyyəsində  həyata  keçirilmiş  bu  tarixi 
                                           
1
 «Azərbaycan» qəzeti, 1997, 28 may. 
2
 Yenə orada, 1997, 19 dekabr. 

 
13 
cinayətə  hüquqi-siyasi  qiymət  verilməsi  və  onun  beynəl-
xalq ictimaiyyətə çatdırılması vəzifəsi qoyulmuşdu. 
 
Fərmanda göstərildiyi kimi, SSRİ Nazirlər Sovetinin 
1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarları 
Azərbaycan  xalqına  qarşı  növbəti  tarixi  cinayət  aktı  ol-
muş,  1948-1953-cü  illərdə  150  mindən  çox  azərbaycanlı 
Qərbi  Azərbaycan  ərazisindəki  dədə-baba  yurdlarından 
könüllülük  adı  altında,  əslində  kütləvi  surətdə  və  zorakı-
lıqla sürgün olunmuşdur.
1
 Adi normalara zidd olan bu qə-
rarların  icrası  zamanı  avtoritar-totalitar  rejimin  mövcud 
repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o 
cümlədən  qocalar  və  körpələr  ağır  köçürülmə  şəraitinə, 
kəskin  iqlim  dəyişikliyinə,  fiziki  sarsıntılara,  mənəvi  təz-
yiqlərə və təhqirlərə dözməyərək həlak olmuşlar. 
 
Qeyd  etməliyik  ki,  adı  çəkilən  fərmanda  əsasən  beş 
cəhət  diqqəti  cəlb  edir:  son  iki  əsrdə  Qafqazda  azərbay-
canlılara qarşı məqsədyönlü həyata keçirilmiş etnik təmiz-
ləmə və soyqırımı siyasəti; azərbaycanlılar tarixi-etnik tor-
paqlardan qovulduqdan sonra onlara məxsus minlərlə tari-
xi-mədəni abidələrin ermənilər tərəfindən mənimsənilməsi 
və  yaşayış məntəqələrinin dağıdılması; SSRİ Nazirlər So-
vetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli, 1948-ci 
il 10 mart tarixli 254 nömrəli qərarlarının Azərbaycan xal-
qına qarşı dövlət səviyyəsində tarixi cinayət aktı elan edil-
məsi; bu cinayət aktının həyata keçirilməsində Azərbayca-
nın o dövrkü rəhbərliyinin öz xalqının taleyinə zidd möv-
qe  tutması;  1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermə-
nistandan  deportasiya  edilməsi  faktının  hərtərəfli  tədqiq 
edilməməsi,  ona  hüquqi-siyasi  qiymət  verilməməsi  və 
beynəlxalq ictimaiyyətə çatdırılmaması. 
                                           
1
 “Azərbaycan” qəzeti, 1997, 19 dekabr. 

 
14 
 
Göründüyü kimi, bu adi fərman deyil. O, bizi öz tari-
xi  yaddaşımıza  dönməyə, uzun  illər boyu kütləvi qətllərə 
və  qırğınlara  məruz  qalmış  xalqımızın  faciəsindən  ibrət 
dərsi  götürməyə,  haqq  işimizin  uğrunda  ədalət  mücadilə-
sinə  qalxmağa,  düşmənə  qarşı  ölüm-dirim  savaşına  atıl-
mağa  çağırmışdır.  Bu  əsl  vətəndaş  fəryadıdır.  Bütün  be-
yinləri,  bütün  ürəkləri,  bütün  yumruqları  vahid  bir  məc-
rada birləşdirməyə çağırışdır. 
 
Bu fərman Heydər Əliyev cəsarətinin və prinsipiallı-
ğının  parlaq  təcəssümüdür.  Azərbaycan  xalqının  deporta-
siyaya və soyqırıma məruz qalmasını ilk dəfə dahi öndər - 
Heydər  Əliyev  dünya  ictimaiyyətinə  çatdırmışdır.  Göstə-
rilən fərman xalqımızın qədim zamanlardan toplum halın-
da yaşayış ocaqları olan Göyçə - Zəngəzurun, İrəvan-Çu-
xursəddin, Dərələyəz-Ağbabanın, Çəmbərəyin və yüzlərlə 
unudulmuş yurd yerlərimizin yenidən tədqiq olunması, bu 
diyarda  yaşayan  soydaşlarımızın  başına  gətirilən  məşəq-
qətlərin ətraflı şəkildə öyrənilməsi, saxtalaşdırılmış tarixi-
mizin  bərpası,  tarixi  həqiqətlərin  aşkara  çıxarılması  üçün 
qiymətli,  əvəzsiz  tarixi  sənəddir.  Bu  tarixi  sənəd  imkan 
verir  ki,  müxtəlif  mərhələlərdə  (1828-1992)  Qərbi  Azər-
baycandan  zorla  qovulmuş,  deportasiya  edilmiş  azərbay-
canlıların  vəziyyətini,  qədim  yurd  yerlərimizin  tarixini 
hərtərəfli araşdıraq və bunu dünya ictimaiyyətinə çatdıraq. 
 
1948-1953-cü  illərdə  azərbaycanlıların  deportasiya-
sına  qanuni  don  geydirən  SSRİ  Nazirlər  Sovetinin  qəra-
rında Ermənistandan azərbaycanlıların Kür-Araz ovalığına 
«könüllü  köçürülməsi»  vurğulanırdı.  Əslində  Kommunist 
Partiyası heç bir azərbaycanlının rəyini soruşmadan onları 
ata-baba yurdundan çıxardı. 
 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyev  həmin  ağrılı-acılı  günləri  xatırlayaraq  demişdir: 

 
15 
«Sovet  İttifaqı  hökumətinin  qərarı  ilə  azərbacanlıların  öz 
yerindən,  yurdundan  deportasiya  olunmasını  nədənsə  adi 
bir  hal  kimi  qəbul  etmişik.  Halbuki  hamımız  yaxşı  bilirik 
ki, o vaxt bizim soydaşlarımız  -  azərbaycanlılar  o  yerlər-
dən  -  öz  doğma  Vətənlərindən,  yurdlarından  zorla  çıxarı-
larkən  nə  qədər  itkilər  verdilər,  nə  qədər  insanlar  tələf 
oldular».
1
 
 
Azərbaycanlıların  Ermənistan  SSR-dən  deportasiya-
sının mərhələ-mərhələ həyata keçirilməsinin obyektiv, ta-
rixi, siyasi və hüquqi qiymətini Prezident Heydər Əliyevin 
imzaladığı fərman vermişdir. 
 
Milli-tarixi yaddaşımızın bərpasında Heydər Əliyevin 
azərbaycanlıların  soyqırımı  ilə  bağlı  verdiyi  fərmanın  xü-
susilə böyük əhəmiyyəti vardır. Çünki xalqımıza qarşı də-
fələrlə  soyqırımlar  törədilmiş,  lakin  bu  məsələ  də  uzun 
illər  təhrif  edilmiş  və  gizli  saxlanılmışdır.  «Azərbaycanlı-
ların  soyqırımı  haqqında»  Azərbaycan  Respublikasının 
Prezidenti  Heydər  Əliyevin  1998-ci  il  26  mart  tarixli 
fərmanı  bu  boşluğu  doldurur,  tarixi  həqiqəti  aşkar  edir. 
Qətiyyətlə deyə bilərik ki, «bu fərman 200 il ərzində Azər-
baycan  xalqına  qarşı  törədilən  haqsızlıqların  indiki  və 
gələcək  nəsillərimizə,  habelə  bütün  dünya  ictimaiyyətinə 
çatdırılması  baxımından  xüsusi  dövlət  əhəmiyyətli,  hətta 
beynəlxalq əhəmiyyət kəsb edən sənəddir».
2
  
 
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında 
Ölkə Prezidenti tərəfindən imzalanmış bu sənəd, uzun illər 
                                           
1
  Deportasiya.  Toplu.  «Azərbaycan  Ensiklopediyası»  NPB,  Bakı,  1998, 
s.11. 
2
R.Mehdiyev  Hər  birimizdən  böyük  vətəndaş  məsuliyyəti  tələb  edən  tarixi 
sənəd//«Deportasiya.  Toplu»,  «Azərbaycan  Ensiklopediyası»  NPB,  Bakı, 
1998, s.28. 
 

 
16 
boyu  Azərbaycan  xalqından,  eləcə  də  dünya  ictimaiyyə-
tindən gizli saxlanılmış, erməni daşnakları tərəfindən xal-
qımıza  qarşı  çevrilmiş  kütləvi  qırğınların,  insanın  ağlına 
gəlməyən cinayətlərin üstünü açdı. 
 
«Azərbaycanlıların  soyqırımı  haqqında»  fərmanda 
Prezident  Heydər  Əliyev  xalqımıza  qarşı  soyqırımı  fakt-
larının  dövlət  siyasətində  ilk  dəfə  bəyan  edilməsi  və  ona 
siyasi qiymət verilməsi ilə xalqımız qarşısında daha bir ta-
rixi xidmət göstərmişdir. Bu xalqın tarixi yaddaşıdır, milli 
yaddaşımızı dirçəldən mühüm bir rəsmi sənəddir. 
 
Bu  fərman  son  iki  əsrdə  Azərbaycan  xalqına  qarşı 
çevrilmiş  müsibətləri  dünya  ictimaiyyətinə  çatdırır,  bu 
müsibətlərin tarixi köklərini açıqlayır. Soyqırımı haqqında 
fərman erməni cəlladlarının məkrli, hiyləgər siyasətini, ta-
rix boyu «yazıq, məzlum» görkəmə düşən bu azğınların iç 
üzünü  dünyaya  tanıtmaqda  əvəzsiz  rol  oynayır.  Xalqımı-
zın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini  yaratmaq  və 
ermənilərin  soydaşlarımızın  başına  gətirdikləri  faciələri, 
soyqırımı  aktlarını  bütün  dünyaya  göstərmək  baxımından 
müstəsna əhəmiyyətə malikdir. 
 
Fərmanda  Azərbaycan  ərazisinin  işğalçılar  tərəfin-
dən  parçalanması,  əhalisinin  ağır  müsibətlərə  düçar  edil-
məsi, son iki əsrdə əvvəlcə Rusiyanın, sonralar isə totalitar 
sovet rejiminin bilavasitə yardımı və himayəsi ilə erməni-
lərin  azərbaycanlılara  qarşı  həyata  keçirdiyi  düşünülmüş, 
məqsədyönlü  soyqırımı  siyasəti  mərhələ-mərhələ  və  tək-
zibedilməz bir məntiqlə ifşa olunur. 
 
Bu  sənəd,  nəhayət  ki,  xalqımıza  qarşı  törədilən  soy-
qırımın obyektiv mənzərəsini yaratmağa və ona siyasi, hü-
quqi  qiymət  verməyə  imkan  yaratdı.  Prezident  Heydər 
Əliyevin imzaladığı bu fərmanın  əhəmiyyəti  «onun tarixi 
hadisələrə  siyasi  qiymət  verməsi  ilə  məhdudlaşmır.  Bu 

 
17 
fərman  keçmiş  tariximizə  və  bugünkü  problemlərə  baxış-
ları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm 
dövlət sənədi, konseptual siyasi baxışlara əsaslanan meto-
doloji bazadır».
1
 
 
Fərmanda azərbaycanlı alimlərin uzun illər boyu ax-
tarışlarının  nəticəsi  ümumiləşmiş  formada  öz  əksini  tap-
mışdır.  Burada  göstərildiyi  kimi,  həqiqətən  də  bu  soyqı-
rımı  siyasətinin  ilkin  mərhələsi  Gülüstan  və  Türkmənçay 
müqavilələri nəticəsində Azərbaycan torpaqlarının yadelli 
qəsbkarlar tərəfindən parçalanaraq işğal edilməsi və həmin 
ərazilərə  başqa  ölkələrdən  ermənilərin  köçürülməsi  ilə 
başlanır. Məhz həmin dövrdə ermənilər tarixi Azərbaycan 
torpaqları olan İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazi-
lərində  məskunlaşdırıldı  və  orada  yaşayan  azərbaycanlı-
larla  müqayisədə  son  dərəcə  azlıq  təşkil  edilməsinə  bax-
mayaraq «erməni vilayəti» adlı süni inzibati ərazi bölgüsü 
yaradılmasına  nail  oldular.  Bununla  da  azərbaycanlıların 
öz əzəli torpaqlarından qovulması və məhv edilməsi siya-
sətinin əsası qoyuldu. Fərmanda qeyd edildiyi kimi, «Soy-
qırımı  Azərbaycan  torpaqlarının  işğalının  ayrılmaz  bir 
hissəsinə  çevrildi»
2
  və  «azərbaycanlıların  öz  torpaqların-
dan qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qo-
yuldu».
3
  Fərmanda  deyilirdi  ki,  Azərbaycanın  XIX-XX 
əsrlərdə  baş  verən  bütün  faciələri  torpaqlarının  zəbti  ilə 
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı dü-
şünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasə-
tinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin 
yalnız  birinə-1918-ci  il  mart  qırğınına  siyasi  qiymət 
                                           
1
 
«Azərbaycan» qəzeti, 1998, 16 aprel. 
2
 Deportasiya. Toplu. s.19. 
3
 Yenə orada. 

 
18 
vermək  səhdi  göstərilmişdir.  1919  və  1920-ci  ilin  mart 
ayının  31-i  iki  dəfə  Azərbaycan  Cümhuriyyəti  tərəfindən 
matəm  günü  kimi  qeyd  edilmişdir.  Lakin  cümhuriyyətin 
süqutu o dövrdə yaradılan fövqəladə istintaq kommissiya-
sının  işini  başa  çatdırmağa  imkan  verməmişdir.  Müstəqil 
Azərbaycan  Respublikası  Azərbaycan  Cümhuriyyətinin 
varisi  kimi  ermənilər  tərəfindən  xalqımıza  qarşı  həyata 
keçirilən  bütün  soyqırım  faciələrinə  hüquqi-siyasi  qiymət 
verilməsi  missiyasını  öz  üzərinə  götürdü.  Məhz  həmin 
missiyadan çıxış edərək Prezident Heydər Əliyev 26 mart 
1998-ci  il  tarixli  fərmanı  ilə  31  mart  Azərbaycanlıların 
Soyqırımı günü elan edilmişdir.
1
  Hər  il  martın  31-i  Azər-
baycanlıların Soyqırımı günü kimi Azərbaycanda və onun 
hüdudlarından kənarda qeyd edilir. 
 
Qeyd  etdiyimiz  fərmanda  ermənilərin  törətdikləri 
soyqırımın  mərhələləri,  ünvanları,  yerləri  təkcə  göstəril-
məklə qalmır, həm də «böyük Ermənistan» yaratmaq xül-
yasından  ruhlanan  erməni  qəsbkarlarının
2
  istifadə  etdiyi 
vasitə  və  yollardan  bəhs  edilir.  «Erməni  təcavüzkarları 
təkcə  xalqımızı  cismən  məhv  etməklə  kifayətlənməmiş, 
eyni  zamanda  milli  mədəniyyət  abidələrimizi  qəsdən 
məhv  etmiş,  milli  memarlıq  incilərini,  məktəbləri,  xəstə-
xanaları,  məscidləri və digər abidələri  dağıtmış, Azərbay-
canın  böyük  bir  hissəsini  xarabazara  çevirmişlər».
3
  Bun-
dan  əlavə,  bu  qansız  düşmənlər  Azərbaycan  kəndlərinin 
tarixi adlarını da dəyişmiş, qədim Azərbaycan toponimlə-
rini erməni adları ilə əvəz etmişlər.  
                                           
1
 «Azərbaycan» qəzeti, 1998, 27 mart. 
2
 Yenə orada. 
3
 Yenə orada, 1999, 27 mart. 

 
19 
 
Tarixin müxtəlif mərhələlərində unutqanlığımız, tari-
xi şüurun formalaşdırılmasına lazımi diqqət yetirməməyi-
miz,  biganəlik  üzündən  xalqımızın  düçar  olduğu  faciələr-
dən nəticə çıxarmamağımız və tərbiyə prosesində bunların 
nəzərə  alınmaması  öz  təsirini  göstərmişdir.  Bu  cəhətdən 
ölkə  Prezidentinin  fərmanı  xalqımızın  tarixi  yaddaşının 
bərpası  və  möhkəmləndirilməsi,  milli  dəyərlərə  söykənən 
mənəvi-əxlaqi  tərbiyə  sahəsində  də  mühüm  vəzifələr  irəli 
sürür. Bununla əlaqədar fərmanda deyilir: «Tarixi yaddaş-
sızlıq və unutqanlıq xalqımızın taleyüklü tarixi problemlə-
rinin  həllində  keçilməz  maneələr  yarada  bilər.  Bunların 
dərslərini mənimsəmək, nəticələrini aradan qaldırmaq, in-
diki və gələcək nəsilləri xalqımıza qarşı fəaliyyət göstərən 
düşmən qüvvələrə və planlara qarşı ayıq-sayıqlıq ruhunda 
düzgün tərbiyə etmək bizim vəzifəmizdir».
1
 «Azərbaycan-
lılara  qarşı  yeridilən  erməni  siyasətinə  ən  layiqli  cavab 
tarixi həqiqətlərin hər bir azərbaycanlıya çatdırılması»
2
 ol-
malıdır. 
 
Fərmandan  irəli  gələn  mühüm  məsələ  ondan  ibarət-
dir  ki,  erməni  millətçilərinin  xalqımızın  başına  gətirdiyi 
bütün faciələr, faktlar üzə çıxarılsın, Azərbaycan tarixində 
özünün obyektiv əksini tapsın, azərbaycanlı-erməni müna-
qişəsi ilə bağlı bütün mənbələr işıq üzü görsün və beynəl-
xalq ictimaiyyətə çatdırılsın. Fərman istər tarixi, istərsə də 
müasir  baxımdan  çox  böyük  əhəmiyyətə  malikdir.  Nəha-
yət,  xalq  öz  tarixi  keçmişi  ilə  bugünkü  həyatında  bir  uy-
ğunluq duyacaq ki, bu da müasir həyatla keçmişimizi bağ-
layan əsas xətt olacaqdır. 
                                           
1
 Yenə orada. 
2
 Deportasiya. Toplu, s.26. 

 
20 
 
Prezident fərmanının tarixi əhəmiyyətini yüksək qiy-
mətləndirən  akademik  R.Mehdiyev  göstərir  ki,  «fərmanın 
xalqımıza  qarşı  törədilmiş  haqsızlıqların  və  cinayətlərin 
üstünü açmasında, bunları həm bugünkü, həm də gələcək 
nəsillərə  çatdırmaq  zərurətini  vurğulamasında  ifadə  olu-
nan tarixi əhəmiyyəti bu işə bütün cəmiyyətin qoşulmasını 
şərtləndirir».
1
 Hər bir azərbaycanlı bilməlidir ki, torpaqla-
rımızın  parçalanması,  zəbt  olunması,  xalqımızın  soyqırı-
mına  məruz  qalması vətəndaşlıq  duyğularını  gücləndirən, 
milli  məfkurəni  ötəri  hisslərdən  və  məqsədlərdən  təmiz-
ləyən tarixi yaddaşa çevrilməlidir. 
 
Ölkə  Prezidenti  Heydər  Əliyevin  bu  fərmanından 
sonra  azərbaycanlılara  qarşı  yeridilən  siyasət  respublika 
səviyyəsində  tədqiq  edilmiş,  elmi  konfranslar  keçirilmiş, 
yüzlərlə  kitab  və  monoqrafiyalar  yazılmış,  məqalələr  çap 
edilmiş  və  ictimaiyyətə  çatdırılmışdır.  Azərbaycanlılara 
qarşı  ermənilərin  ən  vəhşi  üsullarla  həyata  keçirdikləri 
soyqırımı  siyasətini  ifşa  etmək,  bütün  həqiqətləri  dünya 
ictimaiyyətinə  çatdırmaq  üçün  müəyyən  işlər  görülsə  də, 
görüləsi işlər də hələ çoxdur. Çünki bizim qarşılaşdığımız 
düşmən məkrli, hiyləgər və qəddardır. 
 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyevin  azərbaycanlıların  soyqırımı  və  deportasiyası  ilə 
bağlı  yeddi  il  bundan  əvvəl  imzaladığı  fərmanların  müd-
dəalarını ermənilər rəsmi Azərbaycanın Ermənistana qarşı 
ərazi iddası kimi qəbul edirlər. 
 
Prezident Heydər Əliyevin azərbaycanlıların soyqırı-
mı,  deportasiyası  və  qaçqınlıq  tarixi  ilə  bağlı  imzaladığı 
fərmanlar yeni-yeni elmi araşdırmaların və sənədlər toplu-
larının  da  ərsəyə  gəlməsi  ilə  nəticələnir.  Bu  minvalla 
                                           
1
 “Azərbaycan” qəzeti, 1998, 16 aprel. 

 
21 
tariximizin  qaranlıq  səhifələri  işıqlanır,  Azərbaycan  həqi-
qətləri, erməni vandalizmi, erməni vəhşiliyi tam çılpaqlığı 
ilə dünya ictimaiyyətinə çatdırılır. 
 
Ümummilli  lider  Heydər  Əliyevin  siyasətini  uğurla 
davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev 30 mart 
2004-cü  il  tarixdə  «31  Mart-Azərbaycanlıların  soyqırımı 
günü  münasibətilə  Azərbaycan  xalqına  müraciət»ində 
qeyd olunduğu kimi, «Bu qədər xəyanət və zərbələrə mə-
ruz  qalmasına  baxmayaraq,  xalqımız  soyqırımı  və  depor-
tasiya faktlarını  uzun zaman ictimai  müzakirəyə  çıxarma-
mış,  beynəlxalq  aləmdə  ifşa  etməmiş,  əslində  buna  onun 
imkanı  da  olmamışdır.  Yalnız  ümummilli  liderimiz  Heydər 
Əliyevin  Azərbaycanda  ali  hakimiyyətə  qayıdışından 
sonra bu məsələyə prinsipial  yanaşma nümayiş etdirilmiş, 
erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı 
soyqırımı və deportasiya siyasətinin mahiyyəti açıqlanmış 
və ifşa olunmuşdur».
1
 
 
 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin