ErməNİLƏRİn azərbaycana qarşI Ərazi İDDİalari və qanli cinayəTLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13189
1   2   3   4   5   6   7   8   9   10

  Bu  mərhələlərdə  Ermə-
nistan rəhbərləri niyyətlərini hələ gizlədirdi. Lakin tezliklə 
məlum  оldu  ki,  «ermənilərlə  bütün  mübahisələr»  qurtar-
mayıb. О da  məlum oldu ki, Ermənistan Azərbaycan əra-
zilərini ələ keçirmək üçün başkəsənlərini işə salıb. 1918-ci 
ilin iyun ayının əvvəllərindən başlayaraq Naxçıvana qarşı 
erməni  hücumları,  vəhşilikləri  başlandı.  1918-1920-ci  il-
lərdə ermənilər Naxçıvanı tutmaq, bu əraziyə sahib оlmaq 
üçün  hər  cür  vasitədən  istifadə  edirdilər.  Və  nəticədə  73 
                                           
1
 Vəli Əliyev. Naxçıvan – Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002, s.4. 
2
 Qars müqaviləsi. Azərbaycan, rus, türk və fransız dillərində. Tərtib edəni 
və ön sözün müəllifi H.Məmmədov (Qaramanlı). Bakı, 2002, s.82. 
3
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA). f. 970, siy. 1, iş 4, v.1. 

 
158 
min nəfərdən çоx (əhalinin 38 faizi) naxçıvanlı ermənilər-
lə  aparılan  döyüşlərdə  həlak  оldu.
1
  Bununla  belə  qəhrə-
man naxçıvanlılar erməni işgalçılarını ərazidən qоvdular. 
 
Ermənistan  Respublikasının  birinci  baş  naziri  Оva-
nes  Kaçaznuni  1923-cü  ildə  etiraf  etmişdi  ki,  «…inzibati 
tədbirlərlə  müsəlman  rayоnlarında  qayda-qanun  yarada 
bilmədik, silaha əl atmağa, qоşun yeritməyə, dağıtmağa və 
qırğın  salmağa  məcbur  оlduq  və  hətta  uğursuzluğa  uğra-
dıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz 
hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub 
оlduq və geri çəkildik».
2
 
 
Azərbaycan  Demokratik  Respublikasının  baş  naziri 
N.Yusifbəyli isə yazırdı ki, «Cəsur naxçıvanlılar, şərurlular... 
özləri bu məsələni (Azərbaycan Cümhuriyyəti ilə birləşmək 
məsələsini-İ.H.)  həll  etdilər.  Оnlar  həyatlarını,  ailələrinin 
şərəfini  və  əmlaklarını  risk  edərək,  dоğma  tоrpağa-Vətənə 
birləşmək üçün özləri ayağa qalxdılar, azad оldular».
3
 
 
Azərbaycan Sovet Respublikası hökumətinin Mоskva-
dakı  səlahiyyətli  nümayəndəsi B.Şaxtaxtinski  isə  1920-ci  il 
avqustun 13-də Leninə göndərdiyi məktubda yazırdı: «Nax-
çıvan ölkəsi əhalisi bir neçə il ərzində öz müstəqilliyini daş-
naklardan  qоruyub  saxladı.  Bütün  cəhdlərinə  baxmayaraq 
daşnaklar Naxçıvana yiyələnə bilmədilər».
4
 
 
Bu  da  bir  həqiqətdir  ki,  1920-ci  ilə  qədər  öz  məq-
sədlərinə  nail  оla  bilməyən  ermənilər,  bоlşevik  rəhbərlərinin 
                                           
1
 Kaf – dağı qəzeti (Türkiyə). Erməni məsələsinə aid xüsusi buraxılış, 2001, 
№4. 
2
 Ов. Качазнуни. Дашнакцутюн больше нечего делат! Баку, 1990, с.33. 
3
 Азербайджанская Республика. Документы и материалы. 1918-1920, 
Баку, 1998, с.403. 
4
 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər 
Arxivi (ARPİİSSA), f.609, siy.1, iş 71, v.237, 239. 

 
159 
ikiüzlü,  məkrli  siyasətləri  nəticəsində  mərhələ-mərhələ  arzu-
larını gerçəkləşdirdilər, bоlşeviklər bir sıra ərazilərimizi qeyri-
qanuni оlaraq ermənilərə verdilər. Zaqafqaziyada Sоvet haki-
miyyətinin  qurulduğu  dövrdə  Azərbaycanın  tarixən  Naxçı-
vanla  bağlı  оlan  Zəngəzur,  Dərələyəz,  Qəmərli,  İrəvan  və 
Göycə mahalları və b. Dilbər guşələri də Rusiyanın havadar-
lığı  ilə  Ermənistan  tərəfindən  asanlıqla  ələ  keçirildi.  Ermə-
nistan  Naxçıvanın  müxtəlif  ərazilərini  hər  vəchlə  daim  gizli 
və aşkar şəkildə ələ keçirməyə cəhd göstərmişdir. 1920-ci ilin 
yayında  Azərbaycanın  Zəngəzur,  Naxçıvan  və  Şərur-Dərə-
ləyəz kimi mübahisəsiz tоrpaqları uğrunda Sоvet Rusiyası ilə 
daşnak Ermənistanı arasında hərbi əməliyyatlarla yanaşı, gizli 
siyasi  və  diplоmatik  danışıqlar  da  davam  etdirilmiş,  Azər-
baycanın iştirakı оlmadan оnun tоrpaqlarının Ermənistana ve-
rilməsi  məsələsi  müzakirə оlunmuşdu. N.Nərimanоv  V.İ.Le-
ninə  məktubunda  yazırdı:  «Dəhşətli  vəziyyət  yaranmışdı. 
Mərkəz  Gürcüstan  və  Ermənistanın  müstəqilliyini,  Azərbay-
canın  isə  istiqlaliyyətini  tanımış,  lakin  eyni  zamanda  həmin 
mərkəz  Azərbaycanın  tamamilə  mübahisəsiz  ərazilərini  Er-
mənistana verir…».
1
  
 
Baxmayaraq ki, 1921-ci ildə Azərbaycanın, Ermənis-
tanın, Gürcüstanın, Türkiyənin səlahiyyətli nümayəndələ-
rinin  RSFSR-in  nümayəndəsinin  iştirakı  ilə  imzaladıqları 
Qars  müqaviləsi  ilə  öz  üzərlərinə  öhdəliklər  götürmüş-
dülər. Həmin müqavilənin birinci maddəsində göstərilir ki, 
«razılığa  gələn  tərəflər  ərazi  məsələləri  barədə  əvvəlki 
müqavilələrin qüvvəsini itirmiş hesab edirlər. Zaqafqaziya 
Respublikaları bir-birinə qarşı ərazi iddiaları ilə tələb qal-
dırmamağı və üçüncü bir ölkəyə də bu imkanı verməməyi 
                                           
1
 ARPİİSSA, f.609, siy.1, iş 71, v.1. 

 
160 
öhdəsinə götürürlər».
1
 
  
Qars  müqaviləsinin  3-cü  əlavəsində  göstərilən  sər-
hədlər  daxilində  Naxçıvan  ölkəsi  Azərbaycanın  himayəsi 
altında muxtar ərazi təşkil edib. 
 
«Naxçıvan ərazisi» başlığı altında verilən əlavədə Ermə-
nistan  SSR  ilə  Naxçıvan  Muxtar  Respublikası  arasındakı 
sərhəd xəttinin keçdiyi əsas nöqtələr aşağıdakı kimi göstərilib: 
 
(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), оradan 
düz  xətt  ilə  Arazdəyən  stansiyasına (bu  stansiya  Ermənistan 
SSR-ə  qalacaq),  sоnra  düz  xətt  ilə  Daşburun  dağının  (3142) 
qərbinə, оradan Daşburun dağının suayrıcısını (4108), Cəhən-
nəmdərəsi  çayını,  Bağırsaq  dağının  suayrıcısını  (6607  və  ya 
6587) keçərək, «Rоd.» (Bulaq) yazısının cənubundan keçmiş 
İrəvan  və  Şərur-Dərələyəz  qəzalarının  inzibati  sərhədləri  ilə 
gedərək,  6629  yüksəkliyindən  Kömürlüdağa  (6839  və  ya 
6930), оradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqu-
laq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Kü-
küdağa (10282) və (nəhayət) keçmiş Naxçıvan qəzasının şərqi 
inzibati sərhəddində (qurtarır).
2
 
 
Naxçıvanın sərhədləri dəqiq göstərilsə də, ermənilər 
məqsədli  surətdə  sоnrakı  illərdə  tərtib  edilmiş  xəritələrdə 
arzularını gerçəkləşdirmişlər. Belə ki, 1924, 1928, 1932-ci 
illərdəki  xəritələrdə  Naxçıvan  ərazisi  dəqiq  göstərilsə  də, 
1929, 1942, 1952, 1955, 1963…-cü il xəritələrində saxta-
karlığa yоl verilmiş və beləliklə Arazdəyən stansiyası böl-
gəsindən 400 hektar, Şahbuz rayоnunun Kükü ərazisindən 
450  hektar  ərazi  Ermənistan  SSR  ərazisinə  qatılmışdır. 
Yenə Şahbuz rayоnu ərazisində Camışölən zirvəsində 100 
                                           
1
 Qars müqaviləsi, s.24. 
2
 Qars müqaviləsi, s.36. 

 
161 
hektar  ərazi  1982-ci  ildə  tərtib  edilmiş  xəritədə  Ermə-
nistan tоrpaqları kimi göstərilmişdir. 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Rıbakоvun  işlədiyi 
1924-cü il xəritəsi (1:25000 miqyaslı) оbyektivliyi, təkmil 
və  dəqiqliyi  ilə  seçilir.  Qəribədir  ki,  bu  xəritə  sоn  illərə 
qədər  üzə  çıxarılmamışdır.  Bu  xəritədə  Sədərək  kəndinin 
«Həsənqulu  bağı»  deyilən  ərazi  düzgün  оlaraq  Naxçıvan 
Muxtar Respublikası ərazisinə daxil edilmişdir. 1929-cu il 
xəritəsində isə, əksinə «Həsənqulu bağı» Ermənistan SSR 
ərazisi kimi göstərilmişdir.  
 
Qars  müqaviləsi ilə  Naxçıvan  Muxtar Respublikası-
nın Azərbaycanın tərkibində оlmasını rəsmən qəbul etmə-
yə məcbur оlan Ermənistan SSR sonrakı dövrə Naxçıvana 
qarşı  ərazi  iddialarından,  оnu  özünə  birləşdirmək  niyyət-
lərindən  əl  çəkməmişdir.  Ermənistanın  hakim  dairələri 
Mоskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi 
tоrpaqlarını  qоparıb  öz  ərazilərinə  birləşdirməyə  nail 
оlmuşlar. 1929-cu il 18 fevralda Zaqafqaziya MİK-in qə-
rarı ilə Naxçıvanın 625 kv.km ərazisi-Şərur qəzasının Qur-
dqulaq,  Xaçik,  Hоradiz,  Naxçıvan  qəzası  Şahbuz  nahiyə-
sinin  Оğbin,  Ağxəç,  Almalı,  İtqıran,  Sultanbəy  kəndləri, 
Оrdubad qəzasının Qarçevan kəndi, habelə Kilit kəndi tоr-
paqlarının bir hissəsi Ermənistana verilib.
1
 
 
Göründüyü  kimi,  heç  bir  hüquqi  əsası  оlmayan  bu 
qərarla,  Türkiyə  hökumətinin  razılığı  və  xəbəri  оlmadan 
Qars  müqaviləsinin  şərtləri  pоzulmuş,  Naxçıvan  Muxtar 
Respublikasının  10-a  yaxın  kəndi  əkin  sahələri,  оtlaqları, 
biçənəkləri və sair ilə birlikdə əlimizdən alınmışdır. Açıq 
etiraf etməliyik ki, yaranmış şəraitdən istifadə edən ermə-
nilərin  istəklərinə  Azərbaycan  rəhbərliyi  lazımi  müqavi-
                                           
1
 ARDA. f.379, siy. 3, iş 2035, v.2. 

 
162 
mət göstərə bilməmişdir. 
 
Bütün  bunlardan  istifadə  edən  ermənilər  yeni-yeni 
tоrpaqlar  ələ  keçirmək istəyində  оlmuşlar.  Оnlar  1930-cu 
ildə  Aldərə,  Lehvaz,  Astazur,  Nüvədi  və  başqa  yaşayış 
məntəqələrini  Ermənistana  birləşdirmiş  və  bu  ərazidə 
Mehri rayоnunu yaratmışlar.
1
 
 
Yenə də Qars müqaviləsinin şərtlərini kоbud surətdə 
pоzaraq  Zaqafqaziya  Sоvetləri  MİK  Rəyasət  Heyətinin 
1938-ci  il  5  mart  tarixli  iclasının  qərarına  əsasən  Şərurun 
Sədərək  və  Kərki  kəndləri  ətrafındakı  bəzi  ərazilər  də 
Ermənistana verilib.
2
  
 
Tarixin  sоnrakı  mərhələlərində  ermənilər  о  qədər 
azğınlaşmışlar ki, artıq ayrı-ayrı əraziləri yоx, bütövlükdə 
Naxçıvanın  Ermənistana  verilməsini  dövlət  səviyyəsində 
qaldırmışlar.  Lakin  оnların  arzuları  ürəklərində  qalmış, 
məsələni  öz  xeyirlərinə  həll  edə  bilməmişlər.  Ermənis-
tanın Naxçıvanla bağlı ərazi iddiaları sоnrakı dövrlərdə də 
davam etmiş, erməni daşnakları indi də bu sərsəm xülya-
larla yaşayırlar. Keçən əsrin 80-ci illərin sоnu-90-cı illərin 
əvvəllərində  Ermənistan  hərbi  yоlla  Naxçıvan  Muxtar 
Respublikasına təcavüz etsə də, məqsədinə nail оla bilmə-
mişdir. Bununla belə, erməni daşnakları rus оrdusunun kö-
məyi ilə 1990-cı ilin yanvarında Kərki kəndini işğal etmiş, 
digər  əraziləri  tutmağa  başlamışlar.  Lakin  Ulu  öndər 
Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi 
Naxçıvanı erməni işğalından xilas etmişdir. 
 
Bu gün də erməni xisləti, erməni təbliğatı öz işində-
dir.  Оnlar  beynəlxalq  ictimaiyyəti  çaşdırmaq  üçün  saxta 
təbliğatlarını işə salmış, Naxçıvanla, оnun tarixi və abidə-
                                           
1
 Naxçıvan Muxtar Respublikası, Bakı, 2001, s.95. 
2
 Xalq qəzeti, 2008, 10 fevral, №31 (25796). 

 
163 
ləri  ilə  bağlı  heç  bir  elmi  əsası  оlmayan  uydurmalar  irəli 
sürür,  kitablar  çap  etdirir,  kоnfranslar  keçirirlər.  Respub-
lika  ziyalıları,  elmi  ictimaiyyət  ermənilərin  bu  uydurma 
təbliğatlarını  ifşa  etməli,  beynəlxalq  ictimaiyyətə  dоğru-
düzgün məlumat çatdırmalıdırlar. Bunun üçün bütün vasi-
tələrdən  istifadə  edilməlidir.  Xalqımızın  ümummilli lideri 
Heydər Əliyevin dediyi kimi, «…bütün bu iddiaların əsas-
sız,  uydurma  оlduğunu  beynəlxalq  aləmdə  sübut  etməli-
yik. Azərbaycanın ərazi bütövlüyünü nəinki indiki dövrdə, 
gələcək nəsillər üçün də qоruyub saxlamalıyıq». 
7. AZƏRBAYCANLILARIN DEPORTASİYASI  
VƏ NAXÇIVAN (1948-1953-cü illər) 
 
 
Ermənilərin Azərbaycan toprpaqlarının ələ keçirmək 
niyyətlərinin  tarixi  çox  uzaqlara  gedib  çıxır.  Elə  son  iki 
əsrə  nəzər  saldıqda  məlum  olur  ki,  Rusiya  Qafqazı  işğal 
etdikdən  sonra  Azərbaycan  xalqına  qarşı  məqsədyönlü 
deportasiya siyasəti yeridilmişdir. XIX əsrin əvvəllərindən 
başlayaraq istər Azərbaycanda, istərsə də indiki Ermənis-
tan ərazisində yerli azərbaycanlılar sıxışdırılıb çıxardılmış, 
onların  yerinə  İrandan  və  Türkiyədən  köçürülmüş  er-
mənilər  yerləşdirilmişdir.  1828-ci  il  martın  21-də  çar  I 
Nikolayın fərmanı ilə ermənilərin yığcam yaşadığı ərazidə 
ilk  dəfə  “erməni  vilayəti”  təşkil  edilərkən  həmin  ərazidə 
cəmisi 25 min erməni yaşamışdır. 
 
Rus-İran  müharibəsindən  (1826-1828)  dərhal  sonra 
İrəvan  və  Naxçıvan  xanlıqları  ərazisində  yaradılmış  “er-
məni  vilayəti”nə  kütləvi  surətdə  ermənilər  köçürülmüşdü. 
Rusiya-Türkiyə  müharibəsindən  (1828-1829)  sonra  İran-
dan 23098 nəfər, Türkiyədən 20324 nəfər, cəmi 43422 nə-

 
164 
fər erməni köçürülərək yerləşdirilir.
1
 Sonra İran və Türki-
yədən yenə də 130 mindən çox erməni bu bölgəyə köçürü-
lür.  Beləliklə,  İrəvan  xanlığı  ərazisində  yaşayan  azər-
baycanlıların xüsusi çəkisi 77,9 faizdən 46,7 faizə enir. 
 
Rus  tarixçi  statistiki  İ.Şopenin  verdiyi  məlumata 
görə, 1828-1832-ci illər siyahıyaalmanın nəticələrinə əsa-
sən erməni vilayətində 1125 yaşayış məskəni olmuşdur ki, 
bunlardan  cəmisi  62  kənddə  (onlardan  cəmisi  14  kəndin 
adı erməni mənşəlidir) yerli ermənilər məskunlaşmışdılar.
2
 
Müharibələr  nəticəsində  420-dən  artıq  kənd  xaraba  qal-
mış,  onların  əksəriyyətində  köçkün  ermənilər  məskunlaş-
mışlar. 
 
İndiki sərhədlər daxilində Ermənistan əhalisi 1831-ci 
ildə  162  min  nəfərə  yaxın,  1879-cu  ildə  798  min  nəfərə, 
1913-cü  ildə  1  mln.  nəfər,  1920-ci  ildə  720  min  nəfər, 
1926-cı ildə 881 min nəfərdən çox olmuşdur. Ümumiyyət-
lə,  1820-1920-ci  illərdə  Zaqafqaziyaya  600  min  erməni 
gətirilmiş,  əvəzində  2  milyon  azərbaycanlı  öz  doğma 
ocağından çıxarılmışdı.
3
 
İkinci Dünya müharibəsindən sonra Ermənistan hö-
kuməti  Qarabağın  Ermənistana  birləşdirilməsi  məsələsini 
qaldırır.  Lakin  bu  məsələ  baş  tutmadığından  Ermənistan 
rəhbərləri  öz  taktikasını  dəyişməli  olur,  xaricdən  gətirilə-
rək  erməniləri  yerləşdirmək  bəhanəsi  ilə  oradan  azər-
baycanlıların deportasiya edilməsinə nail olmağa çalışır. 
Ermənistan  KP  MK-nın  birinci  katibi  Q.Harutun-
yan  Stalini  inandırır  ki,  köçürülən  azərbaycanlıları  Azər-
                                           
1
 Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar... Bakı, 1977, s. 22. 
2
 Шопен И. Исторический памятник состояния Армянской области в 
эпоху ее присоединения к Российской империи. СПб, 1852, с. 34. 
3
 “Naxçıvan” qəzeti, 1997, 24 dekabr; “Azərbaycan” qəzeti, 1998, 13 
yanvar. 

 
165 
baycanın  pambıq  yetişdirilən  rayonlarında,  Mil-Muğan 
düzənliyinə yerləşdirmək iqtisadi cəhətdən sərfəlidir. 
İ.Stalinin  1947-ci  il  dekabrın  23-də  imzaladığı 
SSRİ  Nazirlər  Sovetinin  4083  nömrəli  qərarına  əsasən, 
1948-1953-cü illərdə yüz min azərbaycanlı əhalinin Ermə-
nistandan  Azərbaycanın  Kür-Araz  ovalığına  köçürülməsi 
planlaşdırılır.
1
 
Qərarda  göstərilirdi  ki,  1948-1953-cü  illərdə  “kö-
nüllülük prinsipləri əsasında” Ermənistan SSR-də yaşayan 
100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan 
SSR-in Kür-Araz ovalığına köçürülsün. “Könüllülük” ifa-
dəsi  xüsusi  məqsədlə  qərara  salınmışdı.  Əslində  bu,  qəti 
repressiya  idi.  Qərara  görə,  1948-ci  ildə  10  min  nəfərin, 
1949-cu ildə 40 min nəfərin, 1950-ci ildə isə 50 min nəfə-
rin köçürülməsi nəzərdə tutulurdu.
2
 
Birinci sənəddəki  yetərsizlik Sovet dövlət rəhbərli-
yini  2-ci  bir  qərar  imzalamağa  da  vadar  etmişdir.  İkinci 
qərar  1948-ci  il  mart  ayının  10-da  verilmişdir  və  burada 
tədbirlər planı ətraflı şərh olunmuşdur. 
Göründüyü kimi, qış aylarında, həm də müharibədən 
sonra acınacaqlı həyat  sürən əhalinin zorla köçürülməsi əs-
lində ən ağır antihumanist akt – repressiya idi. Bu, əsası ça-
rizm  dövründə  qoyulan  siyasətin  Ermənistanı  azərbaycan-
lılardan təmizləmək, xaricdəki erməniləri Qafqaza yerləşdir-
mək  planının  yeni  formada  davamı  idi.  Qərarın  11-ci  mad-
dəsində də bu, açıqca qeyd edilmişdi. Həmin bənddə deyilir-
di:  “Ermənistan  SSR  Nazirlər  Sovetinə  icazə  verilsin  ki, 
azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalı-
                                           
1
 Paşayev A. Köçürülmə. Bakı, 1995, s. 3. 
2
 Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı 
taleyi. Bakı, 1992, s. 48. 

 
166 
ğına  köçürülməsi  ilə  əlaqədar  onların  boşaltdıqları  tikililər-
dən  və  yaşayış  evlərindən  xaricdən  Ermənistana  gələn 
erməniləri yerləşdirmək üçün istifadə etsinlər”
1
 
Azərbaycan  Respublikası  Nazirlər  Soveti  özünün 
14  aprel  1948-ci  il  455  saylı  qərarı  ilə  SSRİ  hökumətinin 
bədnam qərarlarının icrasına başladı. Lakin bir cəhəti qeyd 
etməliyik  ki,  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədri 
T.Quliyev köçürülənlərin qəbul edilməsi üçün görülən ha-
zırlıq  işlərinin  “qeyri-qənaətbəxş  olmasını,  azərbaycanlı-
ların Ermənistanın əsasən dağlıq rayonlarında yaşamaları-
nı,  Kür-Araz  ovalığı  rayonlarında  yaşayış  evinin  olmadı-
ğını,  torpağın  yararlı  hala  salınmadığını  nəzərə  alaraq 
Ermənistan azərbaycanlılarının yaşayış üçün daha əlverişli 
olan  rayonlara  köçürülməsinə  icazə  verilməsini  SSRİ 
hökumətindən xahiş edirdi.
2
 Lakin bu xahişlərə məhəl qo-
yulmadı. 
Nəticədə 1948-1953-cü illərdə  Ermənistanın  23 ra-
yonunun  150-dən  artıq  yaşayış  məskənindən  150  min  nə-
fərdən  çox  azərbaycanlı  kütləvi  surətdə  və  zorakılıqla  öz 
doğma  yurdlarından deportasiya  olunmuşdular.  Dəniz  sə-
viyyəsindən  1900-2000  metr  yüksəlikdə,  dağlıq  rayonla-
rında yaşayanlar Azərbaycanın aran rayonlarına köçürülür 
və onlar yerli şəraitə uyğunlaşa bilmədiklərindən Azərbay-
canın müxtəlif rayonlarına səpələnməli olurdular. 
Son illərə qədər azərbaycanlıların 1948-1953-cü il-
lərdəki  deportasiyasının  öyrənilməsi  qadağan  olunmuş 
mövzulardan idi. Bu haqda ilk dəfə 1988-ci il hadisələrin-
dən sonra açıq danışılmağa başlandı. 1990-cı ildə “Didər-
ginlər”  kitabı  çapdan  çıxdı.  Bir  il  sonra  “Respublika”  və 
                                           
1
 “Vətən səsi” qəzeti, 1991, 8 may; “Respublika” qəzeti, 1997, 20 avqust. 
2
 “Xalq qəzeti”, 1997, 26 dekabr. 

 
167 
“Vətən  səsi”  qəzetlərində
1
  A.Paşayevin  arxiv  materialları 
əsasında yazdığı “Köçürülmə” adlı silsilə yazıları işıq üzü 
gördü, 1995-ci ildə isə kitab halında çapdan çıxdı.
2
 
Respublika Prezidenti Heydər Əliyev haqlı olaraq o 
dövrü  xatırladaraq,  ürək  ağrısı  ilə  demişdir:  “Hamımız 
yaxşı bilirik ki, o vaxt bizim soydaşlarımız – azərbaycanlı-
lar o yerlərdən, o doğma vətənlərindən, yurdlarından zorla 
çıxarılarkən,  deportasiya  edilərkən  nə  qədər  itkilər  ver-
dilər,  çətinliklərə  məruz  qaldılar,  nə  qədər  insanlar  tələf 
oldular...  Hətta  məlumdur  ki,  bəziləri  burada  yaşaya  bil-
mədilər,  gizli  olaraq  qayıdıb  öz  yerlərinə,  evlərinə  getdi-
lər.  Nə  qədər  əzab,  əziyyət,  çətinliklər  çəkdilər.  Hesab 
edirəm  ki,  bu  da  bizim  xalqımıza  qarşı  edilən  ən  böyük 
ədalətsizlikdir”.
3
 
1948-1953-cü  illərdə  Ermənistandan  azərbaycanlı-
ların  deportasiya  edilməsini  araşdırmaq,  öyrənmək  və  ha-
disələrə hüquqi-siyasi qiymət vermək üçün ölkə prezidenti 
Heydər  Əliyev  “1948-1953-cü  illərdə  azərbaycanlıların 
Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik  torpaqlarından 
kütləvi  surətdə  deportasiyası  haqqında”  tarixi  fərman  (18 
dekabr  1997-ci  il)  vermişdir.
4
  Bu  fərman  xalqımızın  qə-
dim  zamanlardan  toplum  halında  yaşayış  yerləri  olan 
Göyçə-Zəngəzur, İrəvan, Çuxur-Sədd, Dərələyəz, Ağbaba 
və  yüzlərlə  unudulmuş  ata-baba  yurdlarının  yenidən  təd-
qiq  olunması,  bu  diyarda  yaşayanların  başına  gətirilən 
sonsuz  bəlaların  ətraflı  şəkildə  öyrənilməsi,  saxtalaşdırıl-
mış  tariximizin  bərpası,  tarixi  həqiqətlərin  aşkara  çıxarıl-
                                           
1
 “Respublika” qəzeti, 1991, 13 aprel; “Vətən səsi” qəzeti, 1991, 8, 17, 22, 
28 may. 
2
 Paşayev A. Köçürülmə. Bakı, 1995. 
3
 “Azərbaycan” qəzeti, 1997, 28 may. 
4
 Yenə orada, 1997, 19 dekabr. 

 
168 
ması üçün qiymətli, əvəzsiz tarixi sənəddir.  
Ölkə Prezidentinin bu tarixi fərmanı imkan verəcək 
ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından kütləvi 
surətdə deportasiyası hərtərəfli tədqiq edilsin, Azərbaycan 
xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu ta-
rixi  cinayətə  hüquqi-siyasi  qiymət  verilsin  və  o,  beynəl-
xalq ictimaiyyətə çatdırılsın. 
Ermənistanın  müxtəlif  yerlərindən  Azərbaycana 
doğru  istiqamətlənən,  hər  dəfə  azərbaycanlıların  qədim 
yurdlarından,  dədə-baba  ocaqlarından  didərgin  salınması 
ilə nəticələnən qaçaqaçların hamısında Naxçıvan da keçid 
yeri olub. Göyçə mahalından, Gümrü elindən, Vedibasar-
dan,  Dərələyəzdən,  Zəngəzurdan,  Mehri  dərəsindən  köç 
edənlərin  böyük  əksəriyyəti  ilk  növbədə  bura  üz  tutublar. 
Naxçıvan  Ermənistan  yaylası  ilə  böyük  Azərbaycan  ara-
sında körpüyə dönüb.
1
 
1948-1953-cü  illər  deportasiyasında  da  Naxçıvan 
həm  keçid  yeri  vəzifəsini  yerinə  yetirmiş,  həm  də  zorla 
köçürülənlərə öz qoynunda yer vermişdir. Qanunla Naxçı-
vana köçürülmə nəzərdə tutulmasa da, aldadılan kəndlilər 
Naxçıvana pənah gətirmişlər. Həmin dövrdə rəsmi cədvəl 
üzrə  köçürülənlərdən,  qeydiyyata  alınan  əhalidən  başqa, 
xeyli əhali də özbaşına Azərbaycanın müxtəlif rayonlarına 
köçmüşdür. 
 1948-1953-cü illərdə Ermənistandakı azərbaycanlı-
lar  Azərbaycan  hökumətinə,  Naxçıvan  rəhbərlərinə  müra-
ciət  edərək  xahiş  edirdilər  ki,  onların  Naxçıvan  Muxtar 
Respublikasında yerləşdirilmələrinə köməklik göstərsinlər.
  
Zəngibasar  rayonunun  Elyas  kəndinin  220  nəfər 
kolxoz üzvü Naxçıvan Muxtar  Respublikasının indiki  Şə-
                                           
1
 Həbibov İ. Keçid yeri //Didərginlər, Bakı, 1990, s. 303. 

 
169 
rur rayonunun Şəngiley ərazisinə və Dərəkənd kəndlərinə 
150  təsərrüfatın  köçməsini  xahiş  edirdilər.  Naxçıvan  Vi-
layət Komitəsinin katibi Y.Yusifov AK(b)P  MK qarşısın-
da məsələ qaldırırdı ki, həmin təsərrüfatların və əlavə 150 
təsərrüfatın  da  (cəmi  300  təsərrüfat)  Noraşen  rayonunda 
qəbuluna icazə verilsin.
1
  
1949-cu  ilin  sentyabrında  Sisyan  rayonunun  Şəki 
kəndinin  kolxozçuları  da  Azərbaycan  SSR  Nazirlər  So-
vetinə göndərdikləri ərizədə onlara Şahbuz rayonuna köç-
məyə icazə verilməsini xahiş edirlər.
2
 
1950-ci  ilin  fevralında  respublika  Köçürmə  İdarəsi 
Naxçıvan Vilayət Komitəsi və Nazirlər Sovetinin 1950-ci 
ilin yazında 500 təsərrüfatın Ermənistan SSR-dən Noraşen 
rayonuna  köçürülməsinə  icazə  vermək  barədəki  xahişinə 
cavab olaraq bildirirdi ki, hazırda rəsmən yalnız Kür-Araz 
ovalığına  köçürmədən  danışılmasına  baxmayaraq,  Nax-
çıvan MSSR Ermənistan SSR-in Qarabağlar, Vedi, Artaşat 
rayonlarından  özbaşına  gələn  azərbaycanlı  əhalini  qəbul 
edir.  Onların  arasında  Kür-Araz  ovalığına  köçürmə  bileti 
olanlar  da  vardır.  Köçürmə  idarəsi  Naxçıvan  MSSR 
rəhbərliyini  xəbərdar  edirdi  ki,  gələcəkdə  bu  cür  hallara 
yol verməsin.
3
 
Ermənistanın  Qurdqulu  (indiki  Oktamberyan)  ma-
halının  Kərimarxı,  Hacıbayramlı,  Xeyirbəyli,  Şavarat 
kəndlərinin  əhalisi  Azərbaycanın  bir  sıra  rayonları  ilə 
yanaşı, Naxçıvanın Əliabad, Didivar və Şıxmahmud kənd-
lərinə də köçmüşlər.
4
 
Ümumiyyətlə,  deportasiya  illərində  Ermənistandan 
                                           
1
 Paşayev A. Göstərilən kitabı, s. 30. 
2
 Yenə orada. 
3
 “Azərbaycan” qəzeti, 1997, 11 iyul. 
4
 “Elturan” jurnalı, 1992, №1, s.18. 

 
170 
yüzlərlə  azərbaycanlı  ailəsi  Naxçıvana  gəlmiş  və  burada 
məskunlaşmışdır. 
Azərbaycanlılara  qarşı  Ermənistanda  məqsədyönlü 
şəkildə  həyata  keçirilən  etnik  təmizləmə  və  soyqırımı 
siyasəti  nəticəsində  xalqımız  ağır  məhrumiyyətlərə,  milli 
faciə və məşəqqətlərə məruz qalmışdır. Bu ədalətsizlik gec 
də  olsa  beynəlxalq  aləmə  bütün  təfsilatı  ilə  çatdırılmalı, 
hadisələrə hüquqi-siyasi qiymət verilməlidir. 
 
8. ERMƏNİ YARAQLILARININ 
NAXÇIVANA TƏCAVÜZÜ 
 
 
XX  əsrin  80-90-cı  illərində  Azərbaycanda  daxili 
siyasi vəziyyətin gərginləşməsindən istifadə edən ermə-
ni  yaraqlıları  Naxçıvan  ərazisinə  də  –  onun  sərhəd  ra-
yonlarına,  kəndlərinə  silahlı  basqınlar  edirdilər.  Erməni 
daşnaklarının "böyük Ermənistan" yaratmaq planlarında 
Naxçıvan  mühüm  yer  tuturdu.  Tarixin  bir  sıra  mərhə-
lələrində ermənilər Naxçıvanı tutmaq və onu "böyük Er-
mənistan"a  qatmaq  üçün  buraya  hərbi  təcavüz  etmiş, 
minlərlə naxçıvanlını vəhşicəsinə qətlə yetirmiş və doğ-
ma  ata-baba  torpaqlarından  didərgin  salmışlar.  Bununla 
belə,  naxçıvanlılar  erməni  yaraqlılarına  layiqli  cavab 
vermiş,  onların  bu  ərazini  işğal  etmələrinə  imkan  ver-
məmişlər. 
 
Dağlıq  Qarabağ  münaqişəsi  başlayandan  erməni 
işğalçıları Naxçıvanın sərhəd kəndlərini atəşə tutur, əllə-
rinə  fürsət  düşdükcə  azərbaycanlıların  mal-qaralarını 
oğurlayıb Ermənistana aparırdılar. Muxtar respublikanın 
sərhəd  kəndlərinə  ermənilərin  aramsız  hücumları  rəsmi 
hakimiyyət  orqanlarının  və  hərbçilərin  gözləri  qarşısın-
da  baş  versə  də  bunların  qarşısı  alınmırdı. Xüsusilə  də, 

 
171 
minlərlə  azərbaycanlı  qaçqınların  Ermənistandan  qaça-
raq  muxtar  respublikaya  gəlmələri  və  bu  zaman  haki-
miyyət orqanlarının müşahidəçi mövqe tutmaları burada 
vəziyyəti daha da gərginləşdirmişdi.  
 
Azərbaycan  rəhbərliyi  muxtar  respublikada  vəziy-
yəti nəzarət altına almaq üçün yerli rəhbərlikdə dəyişik-
lik  etdi.  1990-cı  il  yanvarın  3-də  Vilayət  Partiya  Komi-
təsinin növbədənkənar plenumunda H.İsayev birinci ka-
tib  vəzifəsindən  azad  edilmiş,  onun  yerinə  Naxçıvan 
MSSR  Nazirlər  Sovetinin  sədri  A.Cəlilov  seçilmişdi. 
Lakin  yeni  rəhbərlik  ümummilli  məsələlərdə  xalqın  tə-
rəfini  tutduğundan  mərkəzi  partiya  rəhbərliyi  ilə  onun 
arasında soyuqluq yarandı. 
 
Erməni  yaraqlılarının  təcavüzkar  hərəkətlərinin 
qarşısını  almaq,  muxtar  respublika  əhalisinin  təhlükə-
sizliyini  qorumaq  üçün  heç  bir  real  addım  atılmadığını 
görən  xalq  özü  təşkilatlanır,  özünümüdafiə  və  könüllü 
dəstələr  yaradırdı.  Naxçıvan  Muxtar  Respublikasının 
Ermənistanla sərhəddə  yerləşən bütün kəndlərində post-
lar qurulmuş, müdafiə işini düzgün təşkil etmək üçün ra-
yonlarda  müdafiə  komitələri  və  qərargahlar  yaradıl-
mışdı. 
 
Xeyli  vaxt  idi  ki,  erməni  yaraqlıları  Şərur  rayonu-
nun  Kərki  kəndinə  hücumlar  edir,  burada  yaşayan  azər-
baycanlıları  öldürmək,  yaxud  buradan  çıxarmaq  üçün 
cəhdlər  edirdilər.  1990-cı  il  yanvarın  15-i  və  17-də  er-
məni  daşnaklarının  kəndə  hücumu  da  dəf  edildi.  Lakin 
bununla belə, təhlükəsizliklərini qorumaq adı altında or-
du nümayəndələrinin göstərişi ilə kəndi qoruyan könül-
lülər və milis işçiləri kənddən çıxarıldıqdan sonra daxili 
xidmət  qoşunları  da  Kərkini  tərk  etdilər.  Yanvarın  18-

 
172 
19-da kənd ermənilərin əlinə keçdi
1
. Kərkinin işğalından 
sonra  erməni  yaraqlılarının  Sədərəyə,  Şərura,  Gərmə-
çatağa, Buzqova, Şadaya, Günnütə, Cağazirə və b. yaşa-
yış  məntəqələrinə  hücumları  artdı.  Yerli  əhalidən  ölən 
və  yaralananlar  olurdu.  Bütün  bunlar  ittifaq  və  respub-
lika  rəhbərliyinin  gözü  qarşısında  baş  verir,  lakin  onlar 
heç  bir  əməli  tədbirlər  görmürdülər.  Hakimiyyət 
dairələrinin fəaliyyətsizliyi  Muxtar  Respublika  əhalisini 
və  rəhbərliyini  radikal  addımlar  atmağa  sövq  etdi. 
Xalqın  tələbi  və  təzyiqi  ilə  yanvarın  19-da  çağırılmış 
sessiya  Naxçıvan  MSSR-in  SSRİ  tərkibindən  çıxması 
haqqında  məsələni  müzakirə  etdi.  "Naxçıvan  MSSR-də 
yaranmış  ictimai-siyasi  vəziyyət  haqqında"  Naxçıvan 
MSSR  Ali  Sovetinin  qərarı  ilə  muxtar  respublikanın 
ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşı-
sında  qaldığından,  Qars  müqaviləsinin  şərtləri  kobud 
şəkildə  pozulduğundan  Naxçıvan  MSSR  SSRİ-nin  tər-
kibindən çıxaraq özünü müstəqil respublika elan etdi
2

 
1990-cı il yanvarın 27-də Azərbaycan SSR Ali So-
vetinin  Rəyasət  Heyəti  Naxçıvan  MSSR  Ali  Sovetinin 
Naxçıvan  MSSR-in  SSRİ-nin  tərkibindən  çıxması  haq-
qında  qərarını  ləğv  etsə  də,
3
  həmin  qərarın  Naxçıvanın 
taleyi  üçün,  onun  beynəlxalq  ictimaiyyətə  çatdırılması 
üçün böyük əhəmiyyəti oldu.  
 
Hadisələrdən  bir  qədər  sonra  Naxçıvan  MSSR  Ali 
Sovetinin  həmin  tarixli  qərarını  nəzərdə  tutan  Heydər 
Əliyev qeyd edirdi: "Naxçıvanlıların bu cəsarətli addımı 
o  vaxt  sovetlər  ittifaqında  yeganə  bir  addım  idi...  Bu 
                                           
1
 Qayıdış (1990-1993). Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: 
"Azərbaycan", 2008, s. 817. 
2
 "Şərq qapısı" qəzeti, 1990, 20 yanvar. 
3
 "Kommunist" qəzeti, 1990, 28 yanvar. 

 
173 
naxçıvanlıların  nə  qədər  cəsarətli,  qeyrətli,  nə  qədər 
azadlıqsevər  və  müstəqilliyə  nə  qədər  bağlı  olduqlarını 
sübut etdi, nümayiş etdirdi".
1
 
 
Erməni  daşnakları  Naxçıvanı  blokadaya  almaq 
üçün  Bakı-Şərur  sərnişin  və  yük  qatarlarına  basqınlar 
edir, atəşə tutur, onun hərəkətinə hər vəclə mane olmağa 
çalışırdılar.  1990-cı  il  martın  24-də  isə  Şərur-Bakı 
sərnişin  qatarı  Mehri  rayonundan  keçərkən  ermənilər 
tərəfindən partladıldı. Aparılan danışıqlar nəticə vermir-
di.  Sərnişin  qatarlarının  təhlükəsiz  hərəkəti  barədə  söz 
versələr  də,  ermənilər  verdikləri  sözə  əməl  etmirdilər. 
1991-ci il aprelin 20-də Ordubad-Mehri zonasında Nax-
çıvan  MR  Ordubad  rayonunun  və  Ermənistanın  Mehri 
və Sisyan rayonlarının yerli hakimiyyət və hüquq müha-
fizə  orqanları  rəhbərlərinin  görüşü  olmuşdu.  Azərbay-
can  dəmir  yolunun  Mehri  sahəsində  dəmiryol  nəqliyya-
tının təhlükəsiz və fasiləsiz işləməsi məsələləri müzaki-
rə  edildi.

Qatarların  hərəkəti  bərpa  edilsə  də,  aprelin 
28-dən  etibarən  yenidən  dayandırıldı.  Çünki  həmin  gün 
erməni yaraqlıları Sədərək qəsəbəsini atəşə tutmuş, nəti-
cədə 13 nəfər  yaralanmış, onlarla  yaşayış evi və ictimai 
bina  dağıdılmışdı.  Mayın  7-də  Batabat  yaylağındakı  və 
Culfa rayonunun Ərəfsə kəndi yaxınlığındakı milis post-
larına atəş açılmışdı. Mayın 13-də SSRİ Daxili İşlər Na-
zirliyinin nümayəndəsinin iştirakı ilə Naxçıvan MR Sə-
dərək  rayonu  və  Ermənistanın  Yexeqnadzor  və  Ararat 
rayonları  sovet  və  hüquq  mühafizə  orqanları  nümayən-
dələrinin  görüşü  keçirilmiş,  sərhədyanı  rayonda  vəziy-
yət müzakirə olunmuşdu. 
                                           
1
 Ömrün üç günü. Bakı: "Ergün", 1997, s. 33. 
2
 “Kommunist” qəzeti, 1991, 22 aprel. 

 
174 
 
Naxçıvan  Muxtar  Respublikasını  yaranmış  vəziy-
yətdən  xilas  etmək,  ermənilərin  silahlı  basqınlarından 
qorumaq,  əhalinin  təhlükəsizliyini  təmin  etmək  məqsə-
dilə  Naxçıvan  MR  Ali  Məclisinin  7  sentyabr  1991-ci  il 
tarixli  qərarı  ilə  Naxçıvan  Muxtar  Respublikası  Dövlət 
Milli Müdafiə Komitəsi yaradıldı.
1
 
  
Bir  həftə  sonra  Sədərək  rayonundakı  milis  postu 
yenə  atəşə  tutuldu.  Erməni  quldurları  Ordubad  rayonu 
ərazisindən  iki  nəfər  çobanı  və  min  başa  yaxın  mal-
qaranı,  Şahbuz  rayonu  Güney  Qışlaq  kəndi  ərazisindən 
250  baş  xırdabuynuzlu  heyvanı  aparmışlar.  Sentyabrın 
11-də Azərbaycan dəmir  yolu hərbiləşdirilmiş mühafizə 
dəstəsinin  üç  atıcısı  zorla  Mehriyə  aparılmış,  onların 
tabel  silahı  alınmış  və  döyülmüşlər.  Naxçıvan  MR  Ali 
Məclisinin  sədri  Heydər  Əliyev  Ermənistan  Ali  Sove-
tinin  sədri  L.Ter-Petrosyanla  telefonla  danışmış,  Azər-
baycan  dəmir  yolunun  Mehri  stansiyasında  sərnişin  və 
yük  qatarlarına  və  həmsərhəd  kəndlərə  basqınların, 
adamların  tutulub  girov  saxlanılmasının,  mal-qaranın 
qaçırılmasının kökünü kəsmək üçün tədbirlər görülməsi-
ni tələb etmişdir.
2
 
 
Sentyabrın 20-də Ermənistanın Sisyan rayonu  əra-
zisindən  60  nəfərlik  quldur  dəstə  Batabatdakı  Biçənək 
adlanan  yerdə  yerləşən  teleradio  ötürücüsünü  dağıtmış, 
cihazları  sıradan  çıxarmışlar.  Erməni  yaraqlıları  tərə-
findən  zorla  aparılmış  2  çobanın  -  Xəlil  Xəlilovun,  Əş-
rəf  Cabbarovun  -  meyitləri  sərhəd  yaxınlığından  tapıl-
mışdır.  Oktyabrın  16-da  Ordubad  ilə  Mehri  rayonunun 
                                           
1
 Azərbaycan tarixi. 7 cilddə, c. 6, Bakı: “Elm”, 2002, s.479-480. 
2
 Qətiyyətin təntənəsi (sənədli xronika). Bakı: "Səhər", 1995, s. 190. 

 
175 
sərhəddində  tərəflər  girov  tutulmuş  adamları  bir-birinə 
qaytarmışlar. 
 
Noyabrın 5-də Naxçıvan Bakı istiqamətində və əks 
istiqamətdə  sərnişin  qatarlarının  hərəkəti  bərpa  olun-
muşdur.  Erməni  tərəfi  ilə  danışıqlar  zamanı  tələb  olun-
muşdur  ki,  dəmir  yolunun  Mehri  sahəsində  qatarların 
hərəkətinin təhlükəsizliyi təmin edilsin. Ermənistan pre-
zidenti  Heydər  Əliyevi  əmin  etmişdir  ki,  erməni  tərəfi 
Mehri  rayonunun  ərazisində  qatarların  təhlükəsiz  hərə-
kətini təmin edəcəkdir. Noyabrın 28-də yük qatarlarının 
hərəkəti  bərpa  edildi.  Sərnişin  qatarlarının  təhlükəsiz-
liyinə erməni tərəfi təminat vermədiyindən onların hərə-
kəti dayandı. 
 
Dekabrın  8-də  erməni  yaraqlıları  Ordubad  dəmir 
yolu  stansiyası  təmir  briqadasının  12  işçisini  girov  gö-
türdülər. Heydər Əliyevin Ermənistan prezidenti ilə da-
nışığından sonra dekabrın 19-da 12 nəfər geri qaytarıldı. 
Eyni  zamanda,  dekabrın  16-dan  saxlanılan  Bakı  -  Şərur 
qatarı azad edildi. 
 
Azərbaycan  xalqı  Naxçıvan  MR-dəki  hadisələri, 
Heydər  Əliyevin  xalqı,  ordunu  səfərbər  etməsini,  düşü-
nülmüş  diplomatik  tədbirlər  görməklə  düşmənin  güclü 
hücumlarının  qarşısını  uğurla  almasını  böyük  ümid  və 
həyəcanla  izləyirdi.  Erməni  silahlı  birləşmələri  qısa 
fasilədən  sonra  1992-ci  il  mayın  5-də  sərhədi  keçərək, 
Naxçıvan  MR-in  sərhədyanı  yaşayış  məntəqələrinə  ye-
nidən basqın etdilər. Sədərək qəsəbəsi üzərinə hücumda 
beş  piyadaların  döyüş  maşınının,  iki  zirehli  transport-
yorun  və  bir  tankın  köməyi  ilə  700-ə  yaxın  silahlı  er-
məni  hərbi  qulluqçusu  iştirak  etmişdir.
1
  Sədərək  qəsə-
                                           
1
 Qətiyyətin təntənəsi (sənədli xronika). Bakı: "Səhər", 1995, s. 288. 

 
176 
bəsi,  Havuş,  Günnüt,  Yuxarı  Yaycı  kəndləri  yaxınlığın-
dakı döyüşlər zamanı 42 nəfər yaralanmış, 3 nəfər həlak 
olmuşdu. Mayın 7-də səhər tezdən Sədərək qəsəbəsi və 
Havuş kəndi müxtəlif toplardan atəşə tutulmuş, 20 nəfər 
yaralanmışdı. Sədərəkdə böyük dağıntılar olmuşdu.
1
 
 
Mayın 5-də Naxçıvan şəhərində, mayın 7-də Şərur 
rayonunun  mərkəzində  mitinq  keçirildi.  Heydər  Əliyev 
hər  iki  mitinqdə  çıxış  etmiş,  sabitliyi  saxlamaq  naminə 
bütün  qüvvələrin  birləşməsini  zəruri  hesab  etmişdi. 
Azərbaycan  ərazisindən  buraya  elektrik  enerjisi  və  ya-
nacaq  verilməsini  təmin  edən  kommunikasiya  xətləri 
Ermənistanda bağlanılmışdı. Telefon və teleqraf rabitəsi 
pozulmuş, dəmir yolunda hərəkət dayanmışdı. Naxçıvan 
Muxtar Respublikası yenə işıqsız və qazsız qalmışdı. 
 
Mayın  8-də  «Milliyyət»  qəzetində  Naxçıvandakı 
hərbi  vəziyyətlə  bağlı  məlumatlar  verilmişdi.  Türkiyə-
nin  Baş  naziri  S.Dəmirəl  ABŞ  prezidenti  Corc  Buş  ilə 
telefon danışığında bildirmişdi ki, Ermənistan Naxçıva-
na  hücumları  davam  etdirsə,  Türkiyə  kənar  müşahidəçi 
kimi qala bilməyəcəkdir.
2
 
 
Sədərək  rayonunda  təhlükəsizliyi  təmin  etmək 
məqsədilə  orada  hərbi  vəziyyət  elan  edildi.  1992-ci  il 
may  ayının  əvvəllərində  Naxçıvan  MR-də,  Azərbayca-
nın  Ermənistanla  sərhədlərində  gərginlik  yenidən  artdı. 
Düşmən Naxçıvan tərəfdən hücum olacağından ehtiyat-
lanaraq  oradakı  hərbi  hissələrin  başını  qatmaq,  həm  də 
Azərbaycanda  yaranmış  xaosdan  bəhrələnərək  yeni  tor-
paqlar ələ keçirmək niyyətində idi. Mayın 18-də Muxtar 
Respublikanın Sədərək, Günnüt, Havuş, Yuxarı Buzqov, 
                                           
1
 Yenə orada, s. 289. 
2
 "Milliyət" qəzeti, 1992, 8 may. 

 
177 
Şada, Biçənək və s. qəsəbə və kəndlərinə güclü hücum-
lar  başlandı.  Erməni  faşistləri  hətta  zəhərli  kimyəvi  si-
lahdan  istifadə  edirdilər.  Sədərəkdə  qanlı  döyüşlər  40 
gün  davam  etdi.  Naxçıvanlıların  hamısı  Sədərəyin  mü-
dafiəsinə qalxdı. Onlar qəhrəmanlıqla vuruşurdular. Qə-
səbənin  yüz  metrliyindəki  Mil  dağından  10  gün  müd-
dətində  17  şəhidin  cəsədini  götürmək  mümkün  olmadı. 
Heydər  Əliyevin  şəxsi  nüfuzu  bir  günlük  atəşkəs 
yaratmağa kömək etdi, şəhidləri 1992- ci il mayın 28-də 
döyüş  zonasından  götürüb  dəfn  etmək  mümkün  oldu.
1
 
Kəndlərə  xeyli  ziyan  dəymiş,  evlər  və  inzibati  binalar 
dağıdılmışdı.  On  minlərlə  insan  çadırlarda,  meşələrdə 
ağır şəraitdə yaşamağa məcbur olmuşdu.
2
 
 
Naxçıvan  MR  Ali  Məclisinin  sədri  Heydər  Əliyev 
erməni  təcavüzünün  qarşısını  almaqda  diplomatik  vasi-
tələrdən geniş istifadə etdi. Hələ martın 23-də onun Tür-
kiyəyə səfəri zamanı Baş nazir Süleyman Dəmirəl bütün 
dünyaya  bəyan  etmişdi  ki,  Naxçıvan  MR-in  statusunda 
bir  dəyişiklik  meydana  gələrsə,  mövcud  müqaviləyə 
əsasən Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-də gecə 
Türkiyə  Nazirlər  Kabineti  toplanıb  geniş  bəyanat  qəbul 
etdi.  Türkiyə  rəhbərliyinin  və  Heydər  Əliyevin  birgə 
səyləri  sayəsində  erməni  təcavüzkarlarının  niyyəti  dün-
ya  ictimaiyyətinə  çatdırıldı.  57  dövlət  bu  təcavüzü  pis-
lədi.  NATO  xüsusi  bəyanat  verdi.
3
  Rusiya  burada  geri 
çəkilməyə məcbur oldu. MDB Birləşmiş Silahlı Qüvvə-
lərinin Baş komandanı marşal Şapoşnikovun qeyd etdiyi 
kimi, Türkiyənin Naxçıvana kömək etməsi Üçüncü dün-
                                           
1
 "Şərq qapısı" qəzeti, 1992, 23 may. 
2
 "Oğuz yurdu" qəzeti, 2001, 15 sentyabr. 
3
 Azərbaycan tarixi. 7 cilddə, c. 6, Bakı: “Elm”, 2002, s. 333. 

 
178 
ya müharibəsinə gətirib çıxara bilərdi. Mayın 24-də Er-
mənistanın  təklifi  ilə  danışıqlar  başlandı  və  sabitlik 
təmin edildi. 
 
Yenicə  hakimiyyətə  gələn  AXC-Müsavat  iqtidarı 
əvvəlki  hakimiyyət  kimi  ölkəni  idarəetmə  qabiliyyətinə 
malik deyildi. Onlar da Naxçıvana ögey  münasibət bəs-
ləyir,  xalq  arasında  gündən-günə  nüfuzu  artan  Heydər 
Əliyevə qarşı ciddi mübarizəyə başlamışdı.
1
 1991-ci ilin 
dekabr  ayından  Naxçıvan  MR-ə  qaz,  1992-ci  ilin  iyul 
ayından  elektrik  enerjisi  verilmirdi.  1992-ci  ilin  aprel 
ayından buraya qatarların hərəkəti tam dayandırılmışdı.
2
 
Muxtar Respublika blokadaya düşmüşdü. 
 
Bütün bu çətinliklərə baxmayaraq Naxçıvan əhalisi 
muxtar  respublikanın  müdafiəsini  möhkəmləndirmək 
üçün öz köməyini göstərirdi. Muxtar Respublikanın bü-
tün  yaşayış  məntəqələrində  könüllülərdən ibarət özünü-
müdafiə  dəstələri  yaradılmış  və  onlar  sərhəd  kəndlərin-
də yerləşdirilmişdi.  
 
Heydər  Əliyevin  Naxçıvanda  yaşaması,  Naxçıvan 
MR  Ali  Məclisinə  rəhbərlik  etməsi,  bölgənin  müdafiə-
sini  təşkil  etməsi,  rəhbərliklə  xalqın  birliyini  yaratması 
Naxçıvanı  gözlənilən  təhlükələrdən,  erməni  təcavüzün-
dən xilas etdi. Onun ağıllı və uzaqgörən tədbirləri ermə-
ni daşnaklarının niyyətlərini ürəklərində qoydu, arzuları 
puç  oldu.  Belə  tədbirlərdən  biri  də  Heydər  Əliyevin 
təklifi ilə yaradılan inkişaf və müdafiə fondu oldu. Belə 
bir fond Ali Məclisin Rəyasət Heyətinin 25 may 1992-ci 
il tarixli iclasının qərarı ilə yaradıldı.
3
 
                                           
1
 "Şərq qapısı" qəzeti, 1992, 28 may. 
2
 Azərbaycan tarixi. 7 cilddə, c. 6, Bakı: “Elm”, 2002, s. 334-335. 
3
 Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı: “Azərbaycan”, 1996, s. 533-
534.  

 
179 
 
Heydər Əliyev Muxtar Respublikada hərbi qurucu-
luq  məsələlərinə  xüsusi  diqqət  yetirirdi.  Onun  birbaşa 
rəhbərliyi  altında  Naxçıvandakı  75-ci  motoatıcı  divizi-
yasının,  41-ci  sərhəd  qoşunları  dəstələrinin  komandan-
lıqları  ilə  aparılan  danışıqlar  nəticəsində  həmin  hərbi 
hissələr dinc şəraitdə onlara aid olan silah-sursatı təhvil 
verərək muxtar respublika ərazisindən yola salındı. Bun-
dan  sonra  Naxçıvan  Muxtar  Respublikasının  müdafiə 
imkanları artdı, Naxçıvanın müdafiəsi daha da möhkəm-
ləndirildi. 
 
1992-ci  il  sentyabrın  29-da  Naxçıvan  Muxtar  Res-
publikası  ərazisində  Azərbaycan  milli  ordusunun  və 
Azərbaycan  Milli  Sərhəd  Qoşunlarının  hissələri  fəaliy-
yətə başladılar. 
 
Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məc-
lisinin  Sədri  Heydər  Əliyevin  rəhbərliyi  ilə  keçən  əsrin 
90-cı  illərin  əvvəllərində  Naxçıvanda  müdafiə  və  hərbi 
quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin 
düşmən  əlinə  keçməsinin  qarşısını  aldı,  ictimai-siyasi 
vəziyyətin  sabitləşməsinə,  əmin-amanlığın  möhkəmlən-
məsinə əsaslı təsir göstərdi. 
 
 
 
 
 
 
 
 
 
 
 

 
180 
 
 
 
 
 
 
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin